AZƏRBAYCAN RESPUBLİKASININ
MÜLKİ PROSESSUALMƏCƏLLƏSİ
MÜNDƏRİCAT
(Fəslin başlanğıcına getmək üçün müvafiq fəslin adının üzərində sol düyməni basın)
BÖLMƏLƏR (Fəsillər)
1. ÜMUMİ QAYDALAR (1-11)
2. BİRİNCİ İNSTANSİYAMƏHKƏMƏSİNDƏ İCRAAT
2.1 İDDİA İCRAATI (12-23)
2.2 ÜMUMİ HÜQUQİMÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT (XÜSUSİ İDDİA İCRAATI) (24-29)
2.3 XUSUSİ İCRAAT (30-40)
3. MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI (41-45)
4. XARİCİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT (46-50)
AZƏRBAYCAN RESPUBLİKASININMÜLKİ PROSESSUAL MƏCƏLLƏSİNƏ ƏLAVƏ
İSTİFADƏ OLUNMUŞMƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏSİLLƏR (Maddələr)
1. ÜMUMİ QAYDALAR
1. ƏSAS QAYDALAR (1‐16)
2. MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR (17‐26)
3. AİDDİYYƏT (24‐32)
4. MƏHKƏMƏ AİDİYYATI (33‐45)
5. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR VƏ PROSESİN DİGƏR İŞTİRAKÇILARI (46‐68)
6. MƏHKƏMƏDƏ NÜMAYƏNDƏLİK (69‐75)
7. SÜBUTLAR (76‐106)
8. MƏHKƏMƏ XƏRCLƏRİ (107‐125)
9. MƏHKƏMƏ CƏRİMƏLƏRİ (126‐127)
10. PROSESSUAL MÜDDƏTLƏR (128‐133)
11. MƏHKƏMƏ RƏSMİ SƏNƏDLƏRİNİN GÖNDƏRİLMƏSİ, BİLDİRİŞLƏR VƏ ÇAĞIRIŞLAR (134‐148)
2. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
2.1. İDDİA İCRAATI
12. İDDİANIN VERİLMƏSİ (149‐156)
13. İDDİANIN TƏMİN EDİLMƏSİ (157‐164)
14. İŞLƏRİNMƏHKƏMƏDƏ BAXILMAĞA HAZIRLANMASI (165‐171)
15. MƏHKƏMƏ BAXIŞI (172‐215)
16. MƏHKƏMƏNİN QƏTNAMƏSİ (216‐238)
17. QİYABİ İCRAAT VƏ QİYABİ QƏTNAMƏ (239‐253)
18. İŞ ÜZRƏ İCRAATIN DAYANDIRILMASI (254‐258)
19. ƏRİZƏNİN BAXILMAMIŞ SAXLANMASI (259‐260)
20. İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ (261‐262)
21. MƏHKƏMƏ QƏRARDADLARI (263‐269)
22. PROTOKOLLAR (271‐274)
23. ƏMR İCRAATI (275‐284)
2.2. ÜMUMİ HÜQUQİMÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT (XÜSUSİ İDDİA İCRAATI)
24. ÜMUMİMÜDDƏALAR (285‐289)
25. SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA ƏRİZƏLƏRƏ DAİR İCRAAT (290‐292)
26. MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN İNZİBATİ XƏTALAR HAQQINDA QƏRARLARI İLƏ ƏLAQƏDARMÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT (293‐295)
27. MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ ORQANLARININ, SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARI VƏ HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDARMÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT (296‐300)
28. HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR VƏ HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT (301)
29. NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ DAİRMÜBAHİSƏLƏRDƏN YARANAN İŞLƏR ÜZRƏ İCRAAT (302‐304)
2.3. XUSUSİ İCRAAT
30. ÜMUMİMÜDDƏALAR (305‐306)
31. HÜQUQİ ƏHƏMİYYƏTİ OLAN FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ (307‐311)
32. ŞƏXSİN XƏBƏRSİZ İTKİN DÜŞMÜŞ HESAB EDİLMƏSİ VƏ ÖLMÜŞ ELAN EDİLMƏSİ (312‐ 316)
33. ŞƏXSİNMƏHDUD FƏALİYYƏT QABİLİYYƏTLİ VƏ YA FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN HESAB EDİLMƏSİ (317‐322)
34. DAŞINAR ƏŞYALARIN SAHİBSİZ HESAB EDİLMƏSİ VƏ DAŞINMAZ ƏŞYALAR ÜZƏRİNDƏ DÖVLƏTİNMÜLKİYYƏT HÜQUQUNUN TANINMASI (323‐326)
35. İTİRİLMİŞ SƏNƏDLƏR ÜZRƏ ONLARI TƏQDİM EDƏN ŞƏXSİN HÜQUQLARININ BƏRPA EDİLMƏSİ (ÇAĞIRIŞ İCRAATI) (327‐334)
36. ŞƏXSİN PSİXİATRİYA STASİONARINAMƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR ÜZRƏ İCRAAT (335‐338)
37. VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ DÜZGÜN OLMAMASININ MÜƏYYƏN EDİLMƏSİ (339‐341)
38. NOTARİAT HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏMİN HƏRƏKƏTLƏRİN APARILMASINDAN İMTİNAYA DAİR ŞİKAYƏTLƏR (342‐344)
39. UŞAĞIN ÖVLADLIĞA GÖTÜRÜLMƏSİ (345‐151)
40. NORMATİV HÜQUQİ AKTIN KONSTİTUSİYAYA UYĞUNLUĞUNUN YOXLANILMASI HAQQINDA VƏSATƏT ÜZRƏ İCRAAT (352‐356)
3. MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI
41. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT (357‐394)
42. BİRİNCİ İNSTANSİYAMƏHKƏMƏLƏRİNİN QƏRARDADLARINDAN ŞİKAYƏT VERİLMƏSİ (395‐401)
43. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT (402‐421)
44. ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT (422‐431)
45. QANUNİ QÜVVƏYƏMİNMİŞMƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR ÜZRƏ YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT (432‐438)
4. XARICİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT
46. MƏHKƏMƏLƏRİN BEYNƏLXALQ SƏLAHİYYƏTLƏRİ (439‐461)
47. AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİMƏHKƏMƏLƏRİN VƏ ARBİTRAJLARIN QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI. ÜMUMİ QAYDALAR (462‐465))
48. XARİCİ DÖVLƏTİNMƏHKƏMƏ QƏTNAMƏLƏRİNİNMƏCBURİ İCRASI (466‐468)
49. XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI (469‐473)
50. XARİCİ DÖVLƏTİN ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI (474‐477)
AZƏRBAYCAN RESPUBLİKASININ MÜLKİ PROSESSUALMƏCƏLLƏSİ 1
BİRİNCİ BÖLMƏ ÜMUMİ QAYDALAR
F ə s i l 1
ƏSAS QAYDALAR
M a d d ə 1 . Mülki məhkəmə icraatı haqqında qanunvericilik 1.1. Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və iqtisadi mübahisələr üzrə
məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrləmüəyyən edilir.
1.2. Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir.
1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz.
1.4. Digər qanunlarda olan prosessual hüquq normaları bu Məcəllənin müddəalarına uyğunlaşdırılmalıdır.
1.5. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə prosessual qanunvericilikdən fərqli qaydalar müəyyən edilərsə, beynəlxalq müqavilənin qaydaları tətbiq edilir.
M a d d ə 2 . Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və
yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
M a d d ə 3 . Mülki prosessual qanunvericiliyin zamana vəməkana görə qüvvəsi 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı‐ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud
məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 3.2. Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq, Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. 3.3. Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki
prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və
yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu limanlarda tətbiq olunur.
3.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin digər qaydaları da müəyyən oluna bilər.
M a d d ə 4 . Müdafiə üçün məhkəməyəmüraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə
də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməmüdafiəsindən istifadə etmək hüququna malikdirlər.
4.2. Məhkəməyəmüraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 4.3. Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər
nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər.
M a d d ə 5 . Məhkəmədəmülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan
mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər.
5.3. Həmin şəxslər mövcud qanunvericiliyə uyğun olaraq ərizə və ya şikayət əsasında iş başlaya bilərlər.
5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər.
5.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla hər hansı instansiya məhkəməsinin icraatında olan iş tələb oluna bilməz.
M a d d ə 6 . Ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və
məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.
M a d d ə 7 . Hakimlərin müstəqilliyi 7.1. Ədalət mühakiməsini həyata keçirərkən hakimlər müstəqildirlər. 7.2. Hakimlər mülki işləri və iqtisadi mübahisələri kənar müdaxilə təsirindən azad şəraitdə
həll edirlər. 7.3. Başqası tərəfindən məhkəmə icraatının bilavasitə və yaxud dolayısı ilə
məhdudlaşdırılması, qanunsuz təsir, hədə‐qorxu, müdaxilə yolverilməzdir və qanunla müəyyən olunmuşməsuliyyətə səbəb olur.
M a d d ə 8 . Qanun vəməhkəmə qarşısında bərabərlik 8.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və
məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.
8.3. Bu Məcəllənin 8.2‐ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.2
M a d d ə 9 . Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi
9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak
edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir‐birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
M a d d ə 1 0 . Məhkəmə baxışının aşkarlığı 10.1. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır. 10.2. Dövlət, peşə, kommersiya sirrinin açılması, şəxsi və ailə həyatı sirrinin yayılması,
yetkinlik yaşına çatmayan şəxslərin marağının gözlənilməsi səbəbləri istisna olmaqla, bütün məhkəmələrdə işlərə aşkar baxılır. Öz vəzifələrinin icrası zamanı hakimlər dövlət sirri ilə işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. 3
10.3. İşlərə aşkar baxılması demokratik cəmiyyətdə əxlaq, ictimai qayda, dövlət təhlükəsizliyi baxımından, həmçinin digər xüsusi hallarla əlaqədar ədalət mühakiməsinin maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər.
10.4. Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı, həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.
10.5. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən şəxsləri ilkin dinlədikdən sonra qəbul edir.
10.6. Məhkəmə baxışının qapalı keçirilməsində işdə iştirak edən şəxslər, onların nümayəndələri iştirak edir. Zərurət yaranarsa, onların şahidləri, ekspertlər, mütəxəssislər və tərcüməçilər çağırılır.
10.7. Qapalı məhkəmə baxışı mülki məhkəmə icraatının bütün qaydalarına riayət olunmaqla aparılır.
10.8. İşdə iştirak edən şəxs olmayan və ya şahid qismində dəvət edilməyən on altı yaşına çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar.
10.9. İşdə iştirak edən şəxslər və açıq məhkəmə iclasında olan digər şəxslər yerlərindən məhkəmə baxışının gedişatına dair qeydlər apara bilərlər. Məhkəmə iclasının kino və foto çəkilişinin, habelə videoyazısının, birbaşa radio və televiziya translyasiyasının aparılmasına
yalnız iş üzrə işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. 4
10.10. Şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur.
10.11. Məhkəmə aktları bütün hallarda açıq elan edilir.
M a d d ə 1 1 . Məhkəmə icraatının aparıldığı dil 11.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının
dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.
11.2. İşdə iştirak edən, məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərə işin bütün materialları ilə tanış olmaq, izahat, ifadə və rəy vermək, məhkəmədə çıxış etmək, vəsatət qaldırmaq, ana dilində şikayət etmək, həmçinin bu Məcəlləyə uyğun olaraq pulsuz tərcüməçi xidmətindən istifadə etmək hüququ izah və təmin olunur.
11.3. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir.
M a d d ə 1 2 . İşə hakim tərəfindən təkbaşına və kollegial baxılması 12.1. Mülki işlərə və iqtisadi mübahisələrə birinci instansiya məhkəmələrində hakim
tərəfindən təkbaşına baxılır. 12.2. Apellyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya
qaydasında isə sədrlik edənin iki və ya daha çox hakimin iştirakı ilə baxılır.
M a d d ə 1 3 . Mülki işlərin həllindəməhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 13.1. Məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla
qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir.
13.2. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyəmalik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
13.3. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir.
13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.
13.6. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinəmüraciət edə bilər. 5
13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. 6
M a d d ə 1 4 . İş üzrəməhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi
şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14.3. Məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.
14.4. İşdə iştirak edən şəxslər, qanunla onların nümayəndəliyi zəruri olan hallar istisna edilməklə, özləri öz hüquq və mənafelərini müdafiə edə bilərlər. Onlar maraqlarının təmsil olunması və ya prosessual hüquqlarının həyata keçirilməsi üçün peşəkar hüquqi yardım almaq məqsədi ilə özlərinə sərbəst vəkil seçə bilər.
14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. 7
M a d d ə 1 5 . Məhkəmə aktlarının məcburiliyi 15.1. Məhkəməməhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün
dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuşməsuliyyətlə nəticələnir.
15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyəmüraciət etmələri imkanını istisna etmir.
15.5. Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin, beynəlxalq məhkəmələrin və iqtisad məhkəmələrinin aktlarının məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə və bu Məcəllə iləmüəyyən olunur.
M a d d ə 1 6 . Beynəlxalq məhkəmələrin səlahiyyətləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq
tərəflər, habelə işdə iştirak edən digər şəxslər, bu Məcəllədə nəzərdə tutulan hüquqi müdafiə vasitələri bitərsə, insan hüquq və azadlıqlarının müdafiəsi üçün beynəlxalq məhkəmələrə müraciət edə bilərlər.
F ə s i l 2
MƏHKƏMƏNİN TƏRKİBİ. ETİRAZLAR
M a d d ə 1 7 . Məhkəmənin tərkibi 17.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsinin qanunla müəyyən
olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. 17.2. İşə təkbaşına baxan və ya prosesin digər məsələlərini həll edən hakim və ya kollegial
tərkibli məhkəmə məhkəmənin adından fəaliyyət göstərir. İşə təkbaşına baxan hakim prosesdə sədrlik edir.
17.3. İşlərə baxılması zamanı bütün hakimlər bərabər hüquqlara malikdirlər.
M a d d ə 1 8 . Məhkəmələrdə kollegial tərkibdəməsələlərin həll edilmə qaydası 18.1. Kollegial tərkibdə işlərin baxılması və həll edilməsi zamanı meydana çıxan bütün
məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir. Hər bir məsələ həll edilərkən hakimlərdən heç biri səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı səs verir.
18.2. Əksəriyyətin qəbul etdiyi qərar ilə razılaşmayan hakim həmin qərarı imza etməyə borcludur. O, öz rəyini yazılı şəkildə şərh edə bilər və rəy işə əlavə olunur, lakin, məhkəmə iclasında elan edilmir.
18.3. Hakimlər müşavirə və səsvermə zamanı, habelə qulluq vəzifələrinin icrası başa çatanadək müşavirənin və səsvermənin gizliliyini saxlamağa borcludur.
M a d d ə 1 9 . Hakim tərəfindən işə baxılmasına yol verilməməsi və hakimə etiraz etmək üçün əsaslar 8
19.1. Hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim
vəzifəsinə təyin edilməmişsə; 19.1.2. o, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün
nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. o, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya
instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert,
mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin
qohumudursa və ya qohumu olmuşsa; 9
19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
19.3. Bir‐biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.10
Qeyd: Bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər‐ arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər‐arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər.
M a d d ə 2 0 . Ekspertə, mütəxəssisə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz etmək üçün əsaslar
20.1. Etiraz etmək üçün bu Məcəllənin 19‐cu maddəsində göstərilən əsaslar eyni ilə ekspertə, mütəxəssisə, tərcüməçiyə vəməhkəmə iclasının katibinə də aiddir.
20.2. Ekspert və ya mütəxəssis, bunlardan başqa aşağıdakı hallarda da işə baxılmasında iştirak edə bilməz:
20.2.1. o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən qulluq mövqeyinə görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa;
20.2.2. o, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə;
20.2.3. onun səlahiyyəti olmadığımüəyyən edilərsə. 20.3. Ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin, həmin işə əvvəllər
baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi qismində iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir.
M a d d ə 2 1 . Özü özünə etiraz və etiraz etmə haqqında ərizələr 21.1. Bu Məcəllənin 19 və 20‐ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert,
mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.
21.2. Etiraz etmə və ya özü özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun.
21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır.
21.4. Əgər etiraz məhkəmə iclasında tərəflərin çıxışından sonra edilmişsə, bu halda o, etiraz üçün səbəblərin sonradan məlum olduğunu sübut etməlidir.
21.5. Əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədi ilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, bu halda, etirazı vermiş yüz on manatadək cərimə edilə bilər.11
21.6. Eyni hakimə, ekspertə, mütəxəssisə, tərcüməçiyə və ya məhkəmə iclasının katibinə eyni əsaslar üzrə eyni şəxs, onun nümayəndəsi və ya vəkili tərəfindən məhkəməyə təkrar etiraz verilə bilməz. 12
M a d d ə 2 2 . Edilmiş etirazın həll edilmə qaydası 22.1. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan
şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. 22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll
edilir. 22.3. Məhkəmədə işlərə kollegial baxıldığı zaman hakimlərdən birinə edilmiş etiraz, etiraz
edilənin iştirakı olmadan digər hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim kənar edilmiş hesab edilir. Apellyasiya və kassasiya qaydasında işə baxan bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz apellyasiya və ya kassasiya instansiyasıməhkəmələrinin sədrləri tərəfindən həll edilir.
22.4. Eskpertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə etiraz haqqında məsələ işə baxan hakim vəməhkəmə tərəfindən həll edilir.
22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyasıməhkəməsinə göndərilir.13
22.6. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir.
M a d d ə 2 3 . Etirazın və ya özü özünə etirazın təmin edilməsinin nəticələri 23.1. Birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü özünə etiraz
təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. 23.2. Birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin
hakiminə edilmiş etiraz və ya özü özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyasıməhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir.14
23.3. Kollegial tərkibdə işə baxan məhkəmənin bütün tərkibinə edilmiş etiraz və ya özü özünə etiraz təmin olunduqda iş həmin məhkəmədə başqa tərkibə verilir.
23.4. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində birinci instansiya qaydasında işlər üzrə hakimə etiraz və ya özü özünə etiraz, yaxud məhkəmənin bütün tərkibinə etiraz edilərsə, bu halda iş başqa hakim və ya başqa tərkib tərəfindən həmin məhkəmədə baxılır. 15
F ə s i l 3
MƏHKƏMƏ AİDDİYYƏTİ 16
M a d d ə 2 4 . Mübahisələrin məhkəməyə aidiyyəti 24.1. Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara
müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş vəmübahisə edilən hüquq və azadlıqlarımüdafiə və təmin edir.
24.2. Mübahisənin ümumi məhkəməyə və ya iqtisad məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyəmüvafiq olaraq müəyyən edilir.
M a d d ə 2 5 . Mübahisələrin ümumi məhkəmələrə aidiyyəti 25.1. Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri,
təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.
25.2. Ümumi məhkəmələr bu Məcəllənin 24—29‐cu fəsillərində göstərilən xüsusi iddia icraatı işlərinə baxırlar.
25.3. Ümumi məhkəmələr bu Məcəllənin 305‐ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar.
25.4. Ümumi məhkəmələr qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
M a d d ə 2 6 . Mübahisələrin İqtisad Məhkəməsinə aidiyyəti 26.1. İdarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər,
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında mülki, inzibati və digər hüquq münasibətlərindən yaranan iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında İqtisad Məhkəməsinə aiddir. 17
26.2. İqtisad Məhkəməsində baxılan iqtisadi mübahisələrə bu Məcəllənin 26.1‐ci maddəsində göstərilən subyektlər arasındakı aşağıdakımübahisələr aiddir:
26.2.1. qanunla nəzərdə tutulan müqavilələr üzrə ixtilaflara dair və yaxud tərəflərin razılığı ilə ixtilafın İqtisad Məhkəməsinin həllinə verilməsi barədəmübahisələr;
26.2.2. müqavilələrin dəyişdirilməsi və ya ləğv olunması barədəmübahisələr; 26.2.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və ya digər sənədin
icra olunmasının təsdiqi barədəmübahisələr; 26.2.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) cərimələrin tutulması nəzərdə
tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanlar tərəfindən cərimələrin ödənilməsi barədəmübahisələr;
26.2.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla mübahisəsiz qaydada (akseptsiz) silinmiş pul vəsaitinin büdcədən qaytarılması barədəmübahisələr;
26.2.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədəmübahisələr; 26.2.7. hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə
mübahisələr; 26.2.8. vergi ödəmələri barədəmübahisələr. 26.3. İqtisad məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa
bilər.
M a d d ə 2 7 . Mübahisələrin beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə aidiyyəti
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair İqtisad Məhkəməsi Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri, həmçinin, xarici hüquqi şəxslərin, xarici investisiyalı hüquqi şəxslərin, beynəlxalq hüquqi şəxslərin, sahibkarlıq fəaliyyətini həyata keçirən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə ona aid olan mübahisələrə baxır. 18
M a d d ə 2 8 . Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin iştirak etdiyi işlərin aidiyyəti Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri
işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, məhkəmələr baxırlar.
M a d d ə 2 9 . Mübahisənin münsiflər məhkəməsinə verilməsi Məhkəməyə aid olan mübahisə qanunla, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə
nəzərdə tutulan hallarda, işdə iştirak edən şəxslərin yazılı razılığı ilə münsiflər məhkəməsinin həllinə verilə bilər.
M a d d ə 3 0 . Bir‐biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti
Bir‐biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə İqtisad Məhkəməsinə aiddirsə, tələblərə ümumi məhkəmədə baxılmalıdır.
M a d d ə 3 1 . Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş,
sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
M a d d ə 3 2 . Aidiyyət məsələlərindən şikayət verilməsi 32.1. İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin
dəyişdirilməsi barədə ərizə verə bilər. 19
32.2. İşdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işəmahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir.
32.3. Hakimin özü dəmübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya
aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 20
32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21‐ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 21
32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilməmüddəti başa çatdıqdan sonra göndərilir.
32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. 22
F ə s i l 4
ƏRAZİ AİDİYYƏTİ 23
M a d d ə 3 3 . Ərazi aidiyyəti anlayışı Birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr
arasında səlahiyyətlərin bölünməsi bu fəsilləmüəyyən olunur.
M a d d ə 3 4 . Mülki işlərə birinci instansiya üzrə baxan məhkəmələr 24
Məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, yerli iqtisad məhkəmələri, beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iqtisad məhkəməsi tərəfindən baxılır. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında işlərə isə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri və ya apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.25
M a d d ə 3 5 . İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı
yerin məhkəməsinə verilir.
35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.
35.3. Qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.
M a d d ə 3 6 . İddiaçının seçməsinə görə aidiyyət 36.1. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri
olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.
36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.
36.3. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
36.4. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. 26
36.5. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
36.6. Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər.
36.7. Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar, həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.
36.8. İnzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.27
36.9. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər.
36.10. Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər.
36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.
36.12. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.
36.13. Bu Məcəllənin 39‐cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1‐36.12‐ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 28
M a d d ə 3 7 . Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üzrə işlərin aidiyyəti
Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır.
M a d d ə 3 8 . Fiziki və hüquqi şəxslərin müflisləşməsinə (iflasına) dair işlərin aidiyyəti
Müflisləşmə (iflas) haqqında işlərə borclu fiziki şəxsin yaşadığı yerin, hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində baxılır.29
M a d d ə 3 9 . Müstəsna aidiyyəti 39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin,
qurğunun, torpaq sahəsinin başqasının qeyri‐qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir.
39.2. Vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir.
39.3. Yüklərin, sərnişinlərin və ya baqajın daşınma müqavilələrindən əmələ gələn yük daşıyanlara qarşı iddialar nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir.
M a d d ə 4 0 . Müqavilə aidiyyəti 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər.
Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3. Saziş o zaman ola bilər ki, o, müəyyən məhkəmə işinə və ya mübahisəsinə əsaslanmış
olsun. 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1‐40.3‐
cü maddələrinin qaydaları tətbiq oluna bilməz. 30
M a d d ə 4 1 . Əmr icraatı qaydasında baxılan iddianın aidiyyəti Əmr icraatı qaydasında işlərə baxılarkən ərizə bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə
məhkəməyə verilir.
M a d d ə 4 2 . Cinayət işindən əmələ gələn iddia üzrə aidiyyət Cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı
verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir.
M a d d ə 4 3 . Biri biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri biri ilə əlaqəlidirsə, ədalət
mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə
çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir‐biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmişməhkəməyə göndərilməlidir. 31
43.2. Bir‐biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm dəməhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 32
M a d d ə 4 4 . Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş,
sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə
vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə
icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də
digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa;
44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 33
44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə;34
44.2.6. bu Məcəllənin 43‐cü maddəsində nəzərdə tutulmuş hallarda.
M a d d ə 4 5 . İşlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası
45.1. Mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər.
45.2. Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21‐ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 35
45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir.
45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir.
Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
45.5. İşin bu Məcəllənin 44.2.3 və 44.2.4‐cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyasıməhkəməsi tərəfindən həyata keçirilir.
45.6. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri‐mümkün olduqda bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər. 36
F ə s i l 5
İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR VƏ PROSESİNDİGƏR İŞTİRAKÇILARI
M a d d ə 4 6 . İşdə iştirak edən şəxslərin tərkibi Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən
hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər.
M a d d ə 4 7 . İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual
hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və
surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.
47.3. İşdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar.
M a d d ə 4 8 . Mülki prosessual hüquq qabiliyyəti Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən
mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki‐prosessual hüquq qabiliyyəti) malikdir.
M a d d ə 4 9 . Mülki prosessual fəaliyyət qabiliyyəti 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə
yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki‐prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsəməxsusdur.
49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər.
49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.
49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar.
49.5. Qanunla nəzərdə tutulan hallarda mülki, ailə, əmək, inzibati və digər hüquq münasibətlərindən əmələ gələn və alınmış əmək haqqı və ya sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirə sərəncam verməklə əlaqədar olan əqdlər üzrə öz hüquq, azadlıq və qanunla qorunan mənafelərini yetkinlik yaşına çatmayanlar məhkəmədə şəxsən özləri müdafiə edirlər.
M a d d ə 5 0 . Tərəflər 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli
şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər,
təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər.
50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola
bilərlər. 50.5. Qanun üzrə başqasının hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi
üçün məhkəməyə müraciət etmək hüququ olan şəxsin ərizəsi ilə mənafeyi üçün iddia qaldırılmış şəxs, başlanmış proses barədə xəbərdar edilir və məhkəmə prosesində iddiaçı qismində iştirak edir. Tərəflər prosessual hüquqlardan bərabər istifadə edirlər və bərabər prosessual vəzifələr daşıyırlar.
M a d d ə 5 1 . İşdə bir neçə iddiaçının və cavabdehin iştirakı 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı
qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.
51.2. Birgə iştirakçılar işin aparılmasını həmin iştirakçılardan birinə tapşıra bilərlər. 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi
iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.
M a d d ə 5 2 . İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə
edilməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı
verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.3. Tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı
məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır.37
52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyəmahiyyəti üzrə baxır.
M a d d ə 5 3 . İddianın dəyişdirilməsi İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini
dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
M a d d ə 5 4 . Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli
olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 38
54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 39
54.3. İddiaçı cavabdehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi ikinci cavabdeh kimi işə cəlb edə bilər. 40
54.4. Əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.
M a d d ə 5 5 . Mübahisə predmeti barəsindəmüstəqil tələblər irəli sürən üçüncü şəxslər
55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
55.2. Onlar həmin kateqoriya mübahisələr üçün qanunda və ya müqavilələrdə nəzərdə tutulmuş, iqtisad məhkəməsində cavabdehlə mübahisənin məhkəməyə qədər həlli (pretenziya) qaydasına əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar.
M a d d ə 5 6 . İşə bərpa etmək haqqında işlər üzrə üçüncü şəxslərin cəlb edilməsi 56.1. Qanunsuz olaraq işdən çıxarılan və ya başqa işə keçirilən işçilərin işə bərpa edilməsi
haqqında işlər üzrə sərəncamı ilə işçini işdən çıxarmış və ya başqa işə keçirmiş vəzifəli şəxsi məhkəmə cavabdehin tərəfində üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edə bilər.
56.2. Məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən məcburi işburaxma müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar hüquqi şəxsə vurulmuş zərəri və ya işçiyə vurulmuş mənəvi zərəri ödəmək vəzifəsini təqsirli vəzifəli şəxsin üzərinə qoya bilər. Belə hallarda vəzifəli şəxslərdən tutulmalı olan məbləğin miqdarı əmək qanunvericiliyi iləmüəyyən edilir. 41
M a d d ə 5 7 . Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər
57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
57.2. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək və ya barışıq sazişi bağlamaq, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.42
M a d d ə 5 8 . Prosessual hüquq varisliyi 58.1. Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq
münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansımərhələsindəmümkündür.
58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün dəməcburidir.
M a d d ə 5 9 . Başqa şəxslərin hüquqlarını və dövlət mənafeyini müdafiə etmək üçün məhkəməyəmüraciət etmə
59.1. Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı‐ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər.
59.2. Başqa şəxslərin mənafelərinin müdafiəsi üçün iddia qaldıran şəxslər barışıq sazişi bağlamaq hüququndan başqa iddiaçının bütün prosessual hüquqlarından istifadə edir və vəzifələrini daşıyırlar. Həmin şəxslərin və orqanların iddiadan imtina etməsi, xeyrinə iddia qaldırılmış şəxsi işəmahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir.
59.3. Mənafeyi naminə iş başlanmış şəxs tələbdən imtina etdikdə məhkəmə iş üzrə icraata xitam verir.
M a d d ə 6 0 . Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəy vermək üçün prosesdə iştirakı
Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər.
M a d d ə 6 1 . Prosesin digər iştirakçıları İşdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər,
tərcüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər.
M a d d ə 6 2 . Şahid 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə
məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum
olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına
cavab verməyə borcludur. 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə
cinayət məsuliyyəti daşıyır.
M a d d ə 6 3 . Ekspert 63.1. Xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri
hesab edilən və məhkəmə tərəfindən təyin edilən şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər.
63.2. Ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısına qoyulan suallar barədə obyektiv rəy verməyə borcludur. Ekspert onun üzərinə
qoyulan vəzifəni yerinə yetirmək üçün zəruri biliyə malik olmadıqda, rəy verməkdən imtina etməlidir.
63.3. Rəy vermək zəruri olduqda, ekspert iş materialları ilə tanış olmaq, məhkəmə iclaslarında iştirak etmək, suallar vermək, əlavə materialların təqdim edilməsini məhkəmədən xahiş etmək hüquqlarına malikdir.
63.4. Ekspert bilə‐bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır.43
M a d d ə 6 4 . Mütəxəssis 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə
malik olan şəxs məhkəmədəmütəxəssis qismində çıxış edə bilər. 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin
və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
M a d d ə 6 5 . Tərcüməçi 65.1. Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzərdə
tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur. 65.2. Tərcüməçi proses iştirakçıları tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər. 65.3. Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə
bilməzlər. 65.4. Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə
borcludur. 65.5. Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün proses iştirakçılarına suallar verməyə
haqlıdır. 65.6. Tərcüməçi bilə‐bilə yanlış tərcüməyə görə cinayət məsuliyyəti daşıyır. 44
M a d d ə 6 6 . Vəkil Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan
Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər.
M a d d ə 6 7 . Vəkilin prosesdəməcburi iştirakı 45
67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.
67.2. Bu Məcəllə ilə vəkilin prosesdəməcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmişməhkəmə işdə iştirak edən şəxslərin yazılımüraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.
M a d d ə 6 8 . Vəkilin hüquq və vəzifələri 68.1. İş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı
hüquqi yardım göstərməyə borcludur.
68.2. Məhkəmə tərəfindən işə buraxılmış vəkil iş materialları ilə tanış olmaq, onlardan çıxarışlar götürmək, surətlərini çıxartmaq, sübutlar təqdim etmək və sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatət vermək, habelə əlavə sübutlar tələb olunması barədə vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər barədə öz dəlil və mülahizələrini təqdim etmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir.
68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəmə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir.
F ə s i l 6
MƏHKƏMƏDƏ NÜMAYƏNDƏLİK
M a d d ə 6 9 . Nümayəndə vasitəsi ilə işin aparılması 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən
edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
69.2. Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar.
69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.
69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi çıxış edir.
M a d d ə 7 0 . Məhkəmədə nümayəndə ola bilən şəxslər Bu Məcəllənin 71‐ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq
üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər.
M a d d ə 7 1 . Məhkəmədə nümayəndə ola bilməyən şəxslər 71.1. Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan
şəxslər məhkəmədə nümayəndə ola bilməzlər. 71.2. Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər.
71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz.
71.4. Bu Məcəllənin 19 və 20‐ci maddələrində göstərilən hallar və əsaslar olduqda işdə KM2iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər.
71.5. Etirazların həlli qaydası bu Məcəllənin 22‐ci maddəsi iləmüəyyən edilir.
M a d d ə 7 2 . Qanuni nümayəndələr 72.1. Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.
72.2. Müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş hesab edilmiş fiziki şəxsin iştirak etməli olduğu iş üzrə xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün təyin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi qismində çıxış edir.
72.3. Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir.
72.4. Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər.
72.5. Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri başqa şəxsə tapşıra bilərlər.
M a d d ə 7 3 . Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş
etibarnamədə əks etdirilməlidir. 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar
edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə‐profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir.
73.3. Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir.
73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.
73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.
M a d d ə 7 4 . Nümayəndənin səlahiyyəti 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli
həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia
tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 46
M a d d ə 7 5 . Nümayəndənin səlahiyyətinə xitam verilməsi 75.1. İşdə iştirak edən şəxs istənilən vaxt etibarnaməni ləğv edə bilər, müvəkkil edilmiş
istənilən vaxt etibarnamədən imtina etməklə etibarnaməyə xitam verə bilər. 75.2. Qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə,
işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat verməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir.
F ə s i l 7
SÜBUTLAR
M a d d ə 7 6 . Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün
əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları iləmüəyyən edilir.
76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
M a d d ə 7 7 . Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut
etməlidir. 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə
mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
M a d d ə 7 8 . Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim
edilir. 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya
orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir.
78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədəməhkəməyəməlumat verməlidir.
78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutlar onda olan şəxs iki yüz iyirmi manatadək cərimə olunur.47
78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir.
M a d d ə 7 9 . Sübutların olduğu və saxlanıldığı yerdəmüayinə və tədqiq edilməsi 79.1. Yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya
məhkəməyə gətirmək çətin olduqda məhkəmə onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq edə bilər.
79.2. Məhkəmə tərəfindən sübutların müayinəsi və tədqiqi işdə iştirak edən şəxslərə məlumat verilməklə aparılır. Onların gəlməməsi müayinə və tədqiqatın aparılmasına mane olmur.
79.3. Zəruri hallarda müayinə və tədqiqatda iştirak etmək üçün ekspertlər və şahidlər çağırıla bilər.
79.4. Sübutlar olduğu yerdə müayinə və tədqiq edildikdən sonra dərhal protokol tərtib edilir.
M a d d ə 8 0 . Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki,
onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
M a d d ə 8 1 . Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə
təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
M a d d ə 8 2 . Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı
yoxdur. 82.2. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak
edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 48
82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 49
82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub‐ olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.
M a d d ə 8 3 . Məhkəmə tapşırıqları 83.1. İşə baxan məhkəmə başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə,
müvafiq məhkəməyəmüəyyən prosessual hərəkətləri etməyi tapşırmağa haqlıdır. 83.2. Məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısa şərh edilir,
aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir.
83.3. Məhkəmə tapşırığı haqqında qərardad onu icra edən məhkəmə üçün məcburidir və qərardad alındığı gündən sonra 10 gün müddətindən gec olmayaraq yerinə yetirilməlidir.
83.4. Rayon məhkəmələrinin başqa dövlətin məhkəmələrinə göndərdiyi tapşırıqlar «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 91‐ci maddəsinə müvafiq olaraq həyata keçirilir.
M a d d ə 8 4 . Məhkəmə tapşırıqlarının yerinə yetirilməsi qaydası 84.1. Məhkəmə tapşırığının yerinə yetirilməsi bu Məcəllə ilə müəyyən olunmuş qaydalar
üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilir, onların gəlməməsi iclasın keçirilməsinəmane olmur.
84.2. Məhkəmə tapşırığının yerinə yetirilməsi haqqında qərardad qəbul edilir və həmin qərardad dərhal bütün materiallarla birlikdə işə baxan məhkəməyə göndərilir.
84.3. Tapşırığı yerinə yetirən məhkəməyə izahat və ya ifadə verən işdə iştirak edən şəxslər və ya şahidlər məhkəmə iclasına gəldikdə ümumi qaydada izahat və ifadə verirlər.
M a d d ə 8 5 . Sübutların təmin edilməsi 85.1. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün
olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasınıməhkəmədən xahiş edə bilərlər.
85.2. Məhkəmədə işə başlamamışdan əvvəl sübutların təmin edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada notariuslar, konsul idarələrinin vəzifəli şəxsləri və notarius hərəkətlərini yerinə yetirən digər şəxslər tərəfindən həyata keçirilir.
M a d d ə 8 6 . Sübutların təmin edilməsi haqqında ərizə 86.1. Sübutların təmin edilməsi haqqında ərizə işə baxan və ya sübutların təmini üzrə
prosessual hərəkətlərin yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir. 86.2. Ərizədə təmin edilməli sübutlar, həmin sübutlarla təsdiq edilməli olan hallar, təmin
etmə haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir.
M a d d ə 8 7 . Sübutların təmin edilməsi qaydası 87.1. Sübutlar bu Məcəllə iləmüəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və
maddi sübutları tələb vəmüayinə etməklə təmin edir. 87.3. İşdə iştirak edən şəxslər sübutların təmin edilməsi haqqında ərizəyə baxılmanın vaxtı
və yeri barədə xəbərdar edilirlər, onların gəlməməsi isə sübutların təmin edilməsi haqqında ərizəyə baxmağa mane olmur.
87.4. Məhkəmə sübutların təmin edilməsi haqqında qərardad çıxarır və orada icra edilmə qaydaları və üsullar göstərilir.
87.5. Protokollar və ya sübutları təmin etmə qaydasında toplanmış bütün materiallar işə baxan məhkəməyə göndərilir və işdə iştirak edən şəxslərə bu barədəməlumat verilir.
87.6. Sübutların təmin edilməsi barədə qərardada onu çıxaran məhkəmə tərəfindən yenidən baxıla bilər.
M a d d ə 8 8 . Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
M a d d ə 8 9 . Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında
təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir.
89.5. İşdə iştirak edən şəxslər tərəfindən məhkəməyə təqdim olunmuş yazılı sübutların surətləri onlarda olmayan digər işdə iştirak edən şəxslərə göndərilir (verilir).
M a d d ə 9 0 . Sənədlərin əslinin qaytarılması 90.1. İşdə olan sənədlərin əsli, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra
həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. 90.2. Həmin şəxslər bu sənədləri tələb etməklə eyni zamanda onların lazımi qaydada təsdiq
olunmuş surətlərini məhkəməyə təqdim edir və ya işdə qalan surətlərin həqiqiliyini təsdiq etməyi məhkəmədən xahiş edirlər.
90.3. Qətnamə qanuni qüvvəyə minənədək iş üzrə icraat prosesində sənədlər onları təqdim edən şəxslərə o şərtlə qaytarıla bilər ki, məhkəmə bu sənədlərin qaytarılmasının mübahisənin düzgün həllinə xələl gətirməyəcəyinə əmin olsun.
M a d d ə 9 1 . Maddi sübutlar Xarici görünüşünə, xüsusiyyətlərinə, olduğu yerə və digər əlamətlərinə görə iş üçün
əhəmiyyətli olan halların müəyyən edilmə vasitəsi ola bilən əşyalar maddi sübutlardır.
M a d d ə 9 2 . Maddi sübutların saxlanılması 92.1. Maddi sübutlar məhkəmədə saxlanılır. 92.2. Məhkəməyə gətirilə bilməyən maddi sübutlar olduqları yerdə saxlanılır. Onlar
məhkəmə tərəfindən müayinə edilməli, müfəssəl təsvir olunmalı, möhürlənməli, zəruri hallarda foto və ya video lentə çəkilməlidir.
92.3. Maddi sübutların saxlanılması üçün xərclər bu Məcəllənin müddəalarına əsasən tərəflər arasında bölüşdürülə bilər.
92.4. Məhkəmə və sübutları saxlayan şəxs maddi sübutların dəyişməz vəziyyətdə qalması üçün tədbirlər görür.
M a d d ə 9 3 . Tez xarab olan maddi sübutların müayinəsi və tədqiqi
93.1 Məhkəmə tez xarab olan maddi sübutları onların olduqları yerdə dərhal müayinə və tədqiq edir.
93.2. İşdə iştirak edən şəxslər müayinə və tədqiqatın aparıldığı yer və vaxt haqqında xəbərdar edilirlər, məlumat verilmiş işdə iştirak edən şəxslərin gəlməməsi maddi sübutların müayinəsinə və tədqiqinəmane olmur.
93.3. Maddi sübutların müayinəsi və tədqiqinə dair məlumatlar protokolda yazılır.
M a d d ə 9 4 . Maddi sübutlar üzərində sərəncam verilməsi 94.1. Maddi sübutlar məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra alındığı
şəxslərə qaytarılır və ya məhkəmənin həmin şeylər üzərində hüququnu təsdiq etdiyi şəxslərə verilir, yaxud məhkəmənin müəyyən etdiyi qaydada reallaşdırılır.
94.2. Qanunla fiziki şəxslərin sahibliyində ola bilməyən predmetlər müvafiq orqanlara verilir.
94.3. Maddi sübutlar məhkəmə tərəfindən müayinə və tədqiq edildikdən sonra sübutu vermiş şəxslər onun qaytarılması barədə vəsatət versələr və bu cür vəsatətin təmin edilməsi işə baxılmasına zərər vurmazsa, iş qurtarana qədər sübutlar həmin şəxslərə qaytarıla bilər.
94.4 Maddi sübutlar üzərində sərəncam verilməsi məsələləri məhkəmənin qətnaməsində və ya qərardadında göstərilməlidir.
M a d d ə 9 5 . Səs və video yazılar 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya
onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.
95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
95.3. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10‐cu maddələrinin tələblərinə əməl edilməklə yol verilir.
M a d d ə 9 6 . Səs və video yazıların saxlanılması və qaytarılması 96.1. Səs və video yazılar məhkəmədə saxlanılır. Məhkəmə onların dəyişməz vəziyyətdə
saxlanılması üçün tədbirlər görür. 96.2. Müstəsna hallarda məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra səs və
video yazılar onların alındığı şəxslərə qaytarıla bilər. 96.3. Səs və video yazıların qaytarılmasıməsələləri haqqında məhkəmə qərardad çıxarır.
M a d d ə 9 7 . Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak
edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert
təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan suallarıməhkəməyə
təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəməmüəyyən edir.
İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur.
97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.
M a d d ə 9 8 . Ekspertiza təyin edilməsi haqqında qərardadın məzmunu 98.1. Ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. 98.2. Ekspertiza təyin etmək barədə qərardadda məhkəmə tərəfindən aşağıdakılar
göstərilməlidir: məhkəmənin adı; ekspertizanın təyin edilməsi vaxtı; baxılan iş üzrə tərəflərin adı; ekspertizanın adı; təsdiq edilməsi və ya rədd edilməsi üçün ekspertiza keçirilən faktlar; ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və rəyin verilməsi müddəti.
98.3. Qərardadda bilə‐bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında 50ekspertin məhkəmə tərəfindən xəbərdar edilməsi də göstərilməlidir.
M a d d ə 9 9 . Ekspertizanın aparılması qaydası 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə
iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır.
99.2. Ekspertiza ekspert idarələrinin işçiləri və ya məhkəmə tərəfindən tapşırılan digər mütəxəssislər tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə tapşırıla bilər.
99.3. Ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər.
99.4. Ekspertizanın keçirilməsi iki və daha artıq ekspertə tapşırılarsa, onlar öz aralarında məsləhətləşə bilərlər. Ekspertlər ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər. Başqa ekspertlərlə razılaşmayan ekspert ayrıca rəy verir.
99.5. Ekspertiza ekspert idarələrində keçirildikdə rəy üçün məsuliyyəti həmin idarənin rəhbəri tərəfindən ekspertiza keçirilməsi tapşırılan konkret ekspert və ekspertlər daşıyırlar.
M a d d ə 1 0 0 . Ekspertin hüquq və vəzifələri Ekspertin hüquq və vəzifələri bu Məcəllənin 63‐cü maddəsi və Azərbaycan Respublikasının
digər qanunları iləmüəyyən edilir.
M a d d ə 1 0 1 . Ekspertin rəyi 101.1. Ekspert yazılı formada rəy verir. 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış
nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər
ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o bu hallar barədəmülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.
101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
M a d d ə 1 0 2 . Əlavə və təkrar ekspertiza 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza
təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə
ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
M a d d ə 1 0 3 . Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88‐ci maddəsində
müəyyən edilmiş qaydalar üzrəməhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda
əsaslandırılmalıdır.
M a d d ə 1 0 4 . Şahid ifadələri 104.1. Şahid ona məlum olan məlumatları və hallarıməhkəməyə şifahi bildirir. 104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab
edilmir. 104.4. Aşağıdakılar şahid qismində dindirilə bilməzlər: 104.4.1. azyaşlı olduğuna görə, fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya
bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər; 104.4.2. vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə—mülki
işlər üzrə nümayəndələr və cinayət işləri üzrəmüdafiəçilər; 104.4.3. ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər
üzrə— hakim; 104.4.4. dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə—din xadimləri; 104.4.5. peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə—
vəkillər. 104.5. Aşağıdakılar məhkəmədə ifadə verməkdən imtina edə bilərlər: 104.5.1. şəxs özünə qarşı; 104.5.2. ər‐arvad bir‐birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı; 104.5.3. qardaş və bacılar bir‐birinə qarşı, nənə‐baba nəvələrinə, nəvələr baba və nənələrinə
qarşı; 104.5.4. vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq onlara məlum olan məlumatlar
üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları.
104.6. Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur.
M a d d ə 1 0 5 . Şahidin hüquqları və vəzifələri
105.1. Şahidin hüquq və vəzifələri bu Məcəllənin 62‐ci maddəsi və Azərbaycan Respublikasının digər qanunları iləmüəyyən edilir.
105.2. Şahid xəstəlik, qocalıq, əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ya sair üzürlü səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər. 51
105.3. Şahid çağırılması ilə əlaqədar çəkdiyi xərcləri və itirdiyi vaxta görə pul əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
M a d d ə 1 0 6 . İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar
barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
F ə s i l 8
MƏHKƏMƏ XƏRCLƏRİ
M a d d ə 1 0 7 . Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən
ibarətdir.
M a d d ə 1 0 8 . Dövlət rüsumu 108.1. Dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizələri verildikdə; 108.1.2. iddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslər işə qoşulmaq
barədə ərizə verdikdə; 108.1.3. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr verildikdə; 108.1.4. apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam
verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.
108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 52
M a d d ə 1 0 9 . Məhkəmə aktlarından şikayət verilərkən dövlət rüsumu
109.1. Apellyasiya və kassasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun müvafiq olaraq 120 və 150 faizi məbləğində dövlət rüsumu ödənilir.
109.2. (Çıxarılıb) 53
54M a d d ə 1 1 0 . ( Ç ı x a r ı l ı b ) 55M a d d ə 1 1 1 . ( Ç ı x a r ı l ı b )
M a d d ə 1 1 2 . İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə; 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə; 112.1.4. müddətli verilmə və ya ödəmə haqqındakı iddialarda—bütün vermə və ya
ödəmələrin məcmusu ilə, lakin 3 ildən artıq olmamaqla; 112.1.5. müddətsiz və ya ömürlük ödəmələr haqqındakı iddialarda—ödəmələrin 3 illik
məcmusu ilə; 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin
azaldıldığı və ya artırıldığıməbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə; 112.1.7. ödəməyə xitam verilməsi haqqındakı iddialarda—qalan ödəmə və ya vermənin
məcmusu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə; 112.1.8. əmlak icarəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda—
müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmusu ilə, lakin 3 ildən artıq olmamaq şərti ilə;
112.1.9. fiziki şəxslərə mülkiyyət hüququ üzrə məxsus olan tikintilərə mülkiyyət hüququ haqqındakı iddialarda—tikintilərin qiyməti ilə, lakin inventar qiymətindən az olmamaq şərti ilə, bu olmadıqda—sığorta müqaviləsi üzrə məbləğdən az olmamaq şərti ilə, hüquqi şəxslərə məxsus olan tikintilər üçün isə balans qiymətindən az olmamaq şərti ilə;
112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda—bütün tələblərin ümumi məbləği ilə;
112.1.11. tutulma mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra sənədinin və digər sənədin icra edilməməli sənəd hesab edilməsi barədəki iddialarda—mübahisə edilən məbləğlə;
112.1.12. torpaq sahəsi tələbi barədəki iddialarda—torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə.
112.2. İddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir.
112.3. Qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. 112.4. İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. İddianın qiyməti düzgün
göstərilmədikdə, həmin qiymət məhkəmə tərəfindən müəyyən edilir.
M a d d ə 1 1 3 . Dövlət rüsumu kəsirinin ödənilməsi 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət
rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinəmüvafiq olaraq alınır.
113.2. İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir.
M a d d ə 1 1 4 . Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu
ödənilərsə; 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən
imtina edilərsə; 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 114.1.6. bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və
ya apellyasiya icraatına xitam verilərsə. 114.2. Bu Məcəllənin 114.1.1‐ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun
artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
M a d d ə 1 1 5 . İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerindəmüayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi vəməhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və
yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.
M a d d ə 1 1 6 . Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli məbləğlər
116.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir.
116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddəmüəyyən edilir.
116.3. Tərcüməçilərin əmək haqqı və məhkəməyə gəlməklə əlaqədar çəkdikləri xərc dövlət büdcəsi hesabına ödənilir. Məhkəməyə şahid qismində çağırılan işçilərin işdə olmadıqları
müddət üçün orta əmək haqları saxlanılır. Əmək münasibətlərində olmayan şahidlər adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsi üçün müəyyən edilmişminimum əmək haqqının məbləği nəzərə alınmaqla əvəz alırlar.
M a d d ə 1 1 7 . Şahidlərə, ekspertlərə vəmütəxəssislərə verilməli məbləğin tərəflərdən alınması
117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.
117.2. Bu Məcəllənin 117.1‐ci maddəsində göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir və həmin məbləğ dövlət hesabına aid edilir.56
M a d d ə 1 1 8 . Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğin verilməsi
118.1. Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir.
118.2. Ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
M a d d ə 1 1 9 . Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən
şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə,
dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.
119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1‐119.4‐cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 57
119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
M a d d ə 1 2 0 . İş vaxtını itirməyə görəməbləğin tutulması Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud
işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.
Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
M a d d ə 1 2 1 . Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret
hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
121.2. Bu Məcəllənin 67‐ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 58
M a d d ə 1 2 2 . İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi
122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 122.2. İddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin
edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır.
122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür.
M a d d ə 1 2 3 . İddiadan imtina edildikdəməhkəmə xərclərinin cavabdehə ödənilməsi Qanunla müəyyən edilmiş qaydada başqa şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan
mənafeyinin müdafiəsi üçün ərizə ilə məhkəməyə müraciət edən şəxs iddiadan tam və ya qismən imtina etdikdə, cavabdehə onun işə baxılması üçün çəkdiyi xərc tam və ya iddianın imtina edilmiş hissəsinəmütənasib olaraq dövlət büdcəsi hesabına ödənilir.
M a d d ə 1 2 4 . İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad
edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinəməhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.
M a d d ə 1 2 5 . Məhkəmə xərcləri ilə əlaqədar məsələlər üzrə qərardaddan şikayət verilməsi
Məhkəmə xərcləri ilə əlaqədar qərardadlardan şikayət verilə bilər.
F ə s i l 9
MƏHKƏMƏ CƏRİMƏLƏRİ
M a d d ə 1 2 6 . Məhkəmə cərimələrinin qoyulması 126.1. Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda
məhkəmə tərəfindən qoyulur. 126.2. İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi
şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görəməhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur.
126.3. Cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir.
126.4. Cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir.
M a d d ə 1 2 7 . Cərimənin götürülməsi və ya azaldılması 127.1. Üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan
sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər.
127.2. Bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur.
127.3. Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər.
F ə s i l 1 0
PROSESSUAL MÜDDƏTLƏR
M a d d ə 1 2 8 . Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə
həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.
128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
M a d d ə 1 2 9 . Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır.
Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
129.2. Müddətin son günü qeyri‐iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.
M a d d ə 1 3 0 . Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət
keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual
müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
M a d d ə 1 3 1 . Prosessual müddətlərin dayandırılması 131.1. İş üzrə icraat dayandırıldıqda qurtarmayan bütün prosessual müddətlərin axımı
dayandırılır. 131.2. İcraat təzələndiyi gündən prosessual müddətlərin axımı davam edir.
M a d d ə 1 3 2 . Prosessual müddətlərin uzadılması Məhkəmənin təyin etdiyi müddətlər maraqlı şəxslərin ərizəsi üzrə məhkəmə tərəfindən
uzadıla bilər.
M a d d ə 1 3 3 . Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab
edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmışmüddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli
olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuşməsələnin həllinəmaneçilik törətmir.
133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət
verə bilər.
F ə s i l 1 1
MƏHKƏMƏ SƏNƏDLƏRİNİN RƏSMİ QAYDADA VERİLMƏSİ.
MƏHKƏMƏ BİLDİRİŞLƏRİ 59
M a d d ə 1 3 4 . Rəsmi qaydada verilən sənədlər 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada
verməlidir: 60
134.1.1. iddia ərizəsini; 134.1.2. qarşılıqlı iddia ərizəsini; 134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin
surətlərini; 134.1.4. məhkəmə bildirişini; 61
134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;
134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı; 134.1.7. məhkəmə əmrini; 134.1.8. apellyasiya şikayətinin surətini; 134.1.9. kassasiya şikayətinin surətini. 134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada
verə bilər. 62
Maddə 135.Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi
135.1. Bu Məcəllənin 134‐cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, formasımüvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətindəməhkəməyə xəbər verməlidirlər.
135.5. Bu Məcəllənin 135.2‐ci və 135.3‐cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
Maddə 136.Qəbzin məzmunu
136.0. Bu Məcəllənin 135‐ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir:
136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya
hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən
ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının
nümayəndəsinin imzası.
Maddə 137.Məhkəmə sənədlərini qəbul etməkdən imtina
137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur.
137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.
137.3. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
137.4. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı‐ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.
Maddə 138.Məhkəmə bildirişləri
138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı‐ ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.
138.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı‐ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar.
138.3. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir.
138.4. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər və prosesin digər iştirakçıları məhkəmə bildirişinin məzmununun ötürülməsini təmin edən rabitə vasitələrindən istifadə edilməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.
Maddə 139.Məhkəmə bildirişinin məzmunu
139.1. Məhkəmə bildirişi məhkəmənin rəsmi sənədi olmaqla müvafiq qaydada təsdiq olunmuş formada tərtib edilir.
139.2. Məhkəmə bildirişində aşağıdakılar göstərilməlidir: 139.2.1. məhkəmənin adı, ünvanı və əlaqə üçün məlumatlar (indeks, telefon, faks və s.); 139.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri; 139.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin soyadı, adı, atasının adı və ya
hüquqi şəxsin adı; 139.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı və ya hüquqi şəxsin
yerləşdiyi ünvan; 139.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması; 139.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı; 139.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə
dair təklif; 139.2.8. ünvan sahibinin olmadığı təqdirdə məhkəmə bildirişini qəbul edən şəxsin imkan
olan kimi onu ünvan sahibinə vermək vəzifəsinə dair qeyd; 139.2.9. xəbər verilən və ya çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və
gəlməmənin səbəbləri barədəməhkəməyəməlumat vermək vəzifəsinə dair qeyd. Maddə 140. Məhkəmə sənədinin ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtinaya və ya səhlənkarlıq nəticəsində çatdırılmamasına görə
məsuliyyət Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu
səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126‐cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. 63
M a d d ə 1 4 1 . Çağırış vərəqəsi və ya bildirişin məzmunu 141.1. Çağırış vərəqəsi və ya bildiriş məhkəmənin rəsmi sənədi olub, müvafiq qaydada
təsdiq olunmuş formada tərtib edilir. 141.2. Çağırış vərəqəsində və ya bildirişdə aşağıdakılar göstərilməlidir: 141.2.1. məhkəmənin adı və dəqiq ünvanı (telefon, faks, indeks və s.); 141.2.2. gəlmə vaxtı (tarix və saat) və yeri; 141.2.3. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin göstəriciləri (soyadı, adı, atasının
adı); 141.2.4. xəbər verilən, yaxud məhkəməyə çağırılan şəxsin ünvanı (ev, yaxud hüquqi şəxsin
olduğu yer); 141.2.5. ünvan sahibinin kim qismində xəbərdar edilməsi və ya çağırılması; 141.2.6. ünvan sahibinin xəbərdar edildiyi, yaxud çağırıldığı işin adı; 141.2.7. işdə iştirak edən şəxslərə iş üzrə onlarda olan bütün sübutların təqdim edilməsinə
dair təklif; 141.2.8. ünvan sahibinin olmadığı təqdirdə çağırış vərəqəsini və bildiriş vərəqəsini qəbul
edən şəxsin imkan olan ilk anda onu ünvan sahibinə vermək vəzifəsinə dair göstəriş; 141.2.9. xəbər verilən və çağırılan şəxsin məhkəməyə gəlməməsinin nəticələrinə və
gəlməmənin səbəbləri barədəməhkəməyəməlumat vermək vəzifələrinə dair göstəriş. 141.3. Çağırış vərəqəsi ilə eyni zamanda hakim cavabdehə iddia ərizəsinin surətini və
ərizəyə əlavə edilən sənədlərin surətlərini göndərə bilər.
141.4. İddiaçıya ünvanlanmış çağırış vərəqəsi ilə birlikdə hakim o halda cavabdehin yazılı izahatlarının surətini və onlara əlavə olunmuş sənədlərin surətlərini göndərir ki, onlar məhkəməyə daxil olmuş olsun.
M a d d ə 1 4 2 . Çağırış vərəqələrinin çatdırılması 142.1. Çağırış vərəqəsi poçt vasitəsi ilə və ya hakimin tapşırdığı şəxslər tərəfindən çatdırılır.
Ünvan sahibinə çağırış vərəqəsinin verilməsi vaxtı çağırış vərəqəsinin məhkəməyə qaytarılmalı olan kötüyündə qeyd edilir.
142.2. Hakim işdə iştirak edən şəxsin razılığı ilə ona iş üzrə çağırılan və ya xəbər verilən digər şəxsə çatdırmaq üçün çağırış vərəqəsi verə bilər.
142.3. Çağırış vərəqələrini çatdırmağa borclu olan orqanlar, yaxud onların çatdırılması tapşırılmış şəxs, çağırış vərəqəsini aldıqları günün sonrakı günündən gec olmayaraq bu hərəkəti etməyə borcludurlar.
142.4. Səhlənkarlıq nəticəsində çağırış vərəqəsini çatdırmayan orqanlar yaxud vəzifəli şəxslər, eləcə də çağırış vərəqəsini çatdırmaq tapşırılmış şəxs məhkəməyə hörmətsizlik göstərdiyinə görəmüəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
142.5. Çağırış vərəqəsini çatdırmağa borclu olan orqan, yaxud çağırış vərəqəsini çatdırmaq tapşırılmış şəxs, çağırış vərəqəsinin çatdırılmalı olduğu günün sonrakı günündən gec olmayaraq çağırış vərəqəsinin çatdırılmaması barədəməhkəməyəməlumat verməlidirlər.
M a d d ə 1 4 3 . Çağırış vərəqəsinin verilməsi 143.1. Çağırış vərəqəsi onun məhkəməyə qaytarılmalı olan kötüyünün imzalanması ilə
ünvanlanan şəxsin özünə verilir. Təşkilata ünvanlanmış çağırış vərəqəsi müvafiq vəzifəli şəxsə çağırış vərəqəsinin kötüyünü imzalatmaqla verilir.
143.2. Çağırış vərəqəsini aparan şəxs xəbər verilən və ya çağırılan şəxsin ünvanının dəqiqliyini yoxladıqdan sonra iş üzrə xəbər verilən və ya çağırılan fiziki şəxsi yaşadığı və ya işlədiyi yerdə tapmazsa, çağırış vərəqəsi xəbər verilənlə və ya çağıranla bir yerdə yaşayan böyük yaşlı ailə üzvlərindən birinə onların razılığı ilə verilir, onlar olmadıqda isə müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yerin yerli özünüidarə orqanına və ya onun iş yerinin müdiriyyətinə verilir. Göstərilən hallarda çağırış vərəqəsini qəbul edən şəxs çağırış vərəqəsinin kötüyündə soyadını, adını və atasının adını, eləcə də tutduğu vəzifəsini, ünvan sahibinə münasibətini göstərməlidir. Çağırış vərəqəsini qəbul edən şəxs imkanı olan kimi yubatmadan onu ünvan sahibinə verməlidir.
143.3. Ünvan sahibi müvəqqəti olmadığı təqdirdə, çağırış vərəqəsini aparan şəxs onun hara getdiyini və nə vaxt qayıdacağını çağırış vərəqəsinin kötüyündə qeyd etməlidir. Bu hal müvafiq icra hakimiyyəti orqanı, onun yaşadığı yer üzrə orqan və ya iş yerinin müdiriyyəti tərəfindən yəqin edilməli, təsdiq edilməli və bu barədə dərhal məhkəməyə məlumat verilməlidir.
M a d d ə 1 4 4 . Məhkəməyə gəlmənin məcburiliyi 144.1. Çağırış vərəqəsini alan ünvan sahibi göstərilən vaxtda məhkəməyə gəlməlidir. 144.2. Ünvan sahibi məhkəməyə gələ bilmədiyi halda bu barədə məhkəməyə məlumat
verməlidir. 144.3. Şəxsin özünün və ya nümayəndəsi vasitəsi ilə üzürlü səbəblər olmadan məhkəmənin
çağırışına gəlməməsi onun irəli sürülən tələblərlə sözsüz razı olduğunu göstərir və işə baxılması üçün maneə deyildir.
144.4. Müstəsna hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanı vasitəsi ilə cavabdehin məhkəməyə gətirilməsini təmin edə bilər.
M a d d ə 1 4 5 . Çağırış vərəqəsini və ya bildirişi qəbul etməkdən imtina edilməsinin nəticələri
145.1. Ünvan sahibi və ya digər şəxs çağırış vərəqəsini və ya bildirişi almaqdan imtina etdikdə, onları gətirən, yaxud təqdim edən şəxs çağırış vərəqəsində və ya bildirişdə müvafiq qeydlər etdikdən sonra onlarıməhkəməyə qaytarır.
145.2. Çağırış vərəqəsi, yaxud bildirişin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.
145.3. Ünvan sahibinin çağırış vərəqəsini və ya bildirişi qəbul etməkdən imtina etməsi ona qarşı irəli sürülən tələblərlə sözsüz razı olduğunu göstərir və işə baxılması üçün və ya ayrı‐ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.
145.4. Şəxsin çağırış vərəqəsini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina etməsi məhkəməyə hörmətsizlik kimi qiymətləndirilir və on bir manat cərimə olunur.64
M a d d ə 1 4 6 . İş üzrə icraat zamanı ünvanın dəyişməsi Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını
dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.65
M a d d ə 1 4 7 . Cavabdehin olduğu yerin məlum olmaması 66
Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmışməhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.
M a d d ə 1 4 8 . Cavabdehin axtarışı 148.1. Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, şikəstetmə və ya
səhhəti zədələmə, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsilə cavabdehin axtarışını elan etməyə borcludur.
148.2. Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir.
İKİNCİ BÖLMƏ BİRİNCİ İNSTANSİYAMƏHKƏMƏSİNDƏ İCRAAT
BİRİNCİ YARIMBÖLMƏ İDDİA İCRAATI
F ə s i l 1 2
İDDİANIN VERİLMƏSİ
M a d d ə 1 4 9 . İddia ərizəsinin forması vəməzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza
etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar,
qanunlara və digər normativ‐hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 67
149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat;
149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir‐biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə
haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar,
həmçinin, iddiaçının vəsatətləri də göstərilir.
M a d d ə 1 5 0 . İddia ərizəsinə əlavə edilən sənədlər 150.0. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. Cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 150.0.3. nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd; 150.0.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin
surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.0.5. iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin
surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri;
150.0.6. onun mübahisələndirildiyi halda, normativ aktın mətni; 150.0.7. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə
tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd.
M a d d ə 1 5 1 . İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə
icraatımümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə
riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. 151.3. İddia ərizəsi, əgər onun daxil olmasından 2 həftə müddətində məhkəmə
qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır.
M a d d ə 1 5 2 . İddia ərizəsinin qaytarılması
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149‐cu maddəsi ilə müəyyən olunmuş formasına və
məzmununa riayət edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs
tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.4. iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin
alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq
edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı
cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə;
152.1.7. bir və ya bir neçə cavabdehə bir‐biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə;
152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ‐ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə;
152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.
152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad
ləğv edildikdə, iddia ərizəsi məhkəməyəmüraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada
ikinci dəfəməhkəməyəmüraciət etməyəmane olmur.
M a d d ə 1 5 3 . İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul
etməkdən imtina edir: 153.2.1. ərizəyəməhkəmə qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair
məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işə yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa;
153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.
153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir.
153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 68
153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
M a d d ə 1 5 4 . İddia ərizəsinə etiraz etmə və ya mülahizə təqdim etmə 154.1. İşdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş
sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.
154.2. Etirazda və ya mülahizədə göstərilir: 154.2.1. mülahizənin göndərildiyi məhkəmənin adı; 154.2.2. iddiaçının adı və işin nömrəsi; 154.2.3. iddia tələbi rədd edildikdə qanuna və ya digər normativ‐hüquqi aktlara, həmçinin
etirazın əsaslandırıldığı sübutlara istinad etməklə, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri; 69
154.2.4. etiraza və ya mülahizəyə əlavə edilən sənədlərin siyahısı. 154.3. Etirazda və ya mülahizədə digər məlumatlar, həmçinin, cavabdehdə olan vəsatətlər
də göstərilə bilər. 154.4. Mülahizə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır.
Nümayəndənin imzaladığı mülahizəyə onun işi aparmağa səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.
M a d d ə 1 5 5 . Qarşılıqlı iddianın verilməsi 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə
haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir.70
155.2. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
155.3. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir.
M a d d ə 1 5 6 . Qarşılıqlı iddianın qəbul edilməsi şərtləri 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini
aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması
mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.
156.2. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər.
F ə s i l 1 3
İDDİANIN TƏMİN EDİLMƏSİ
M a d d ə 1 5 7 . İddianı təmin etmək üçün əsaslar 157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə
bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə
hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.
M a d d ə 1 5 8 . İddianı təmin etmək üçün tədbirlər 158.1. İddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs
qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan
etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını
dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi mübahisə edilən tələbin icra
sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı
tərəfindən məhkəmə qaydasında mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.
158.2. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər.
158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə— cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli
kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə;
158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər;
158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər;
158.3.4. dördüncü növbədə— başqa şəxslərə verilmiş əmlak.
158.4. Cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. 158.5. Bu Məcəllənin 158.1.2‐ci və 158.1.3‐cü maddələrində göstərilən qadağaların
pozulması hallarında fiziki və hüquqi şəxslərdən dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:
158.5.1. qiymətləndirilən iddialar üzrə— iddia qiymətinin 50 % miqdarında; 158.5.2. qiymətləndirilməyən iddialar üzrə—müəyyən edilmiş iki yüz iyirmi manat.71
158.6. İddiaçı iddianın təmin edilməsi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini həmin şəxslərdən məhkəmə qaydasında tələb etməyə haqlıdır.
M a d d ə 1 5 9 . İddianı təmin etmək haqqında ərizəyə baxılması 159.1. İddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil
olduğu gündən sonra təxirə salınmadan baxılır. 159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 159.3. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən
şəxslərə dərhal xəbər verilir.
M a d d ə 1 6 0 . İddianı təmin etmək haqqında qərardadın icra edilməsi 160.1. İddianı təmin etmək haqqında qərardad məhkəmə qətnamələrinin icrası üçün
müəyyən edilmiş qaydada dərhal icra edilir.72
160.2. İddianı təmin etmək haqqında qərardada əsasən icra vərəqəsi verilir.
M a d d ə 1 6 1 . İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi 161.1. İşdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün
digəri ilə əvəz edilməsinə yol verilir. 161.2. İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə
iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi təmin etmənin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur.
161.3. Pul məbləğinin alınması haqqında iddia təmin edildikdə cavabdeh yol verilmiş təmin tədbirləri əvəzinə iddiaçı tərəfindən tələb olunan məbləği məhkəmənin depoziti hesabına verməyə haqlıdır.
M a d d ə 1 6 2 . İddianı təmin etmənin ləğv olunması 162.1. İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin
məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.2. İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə
iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakıməsələyə baxmağa mane olmur.
162.3. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər.
162.4. İddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.
M a d d ə 1 6 3 . İddianı təmin etmək haqqındakı qərardaddan şikayət verilməsi 163.1. İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 163.2. İddianı təmin etmək haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən
çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. 163.3. İddianın təmin edilməsi haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın
icrasını dayandırmır. 163.4. İddianı təmin etməni ləğv etmək haqqında və yaxud iddianın bir növünü digəri ilə
əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır.
M a d d ə 1 6 4 . İddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin cavabdehə ödənilməsi İddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh
iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.
F ə s i l 1 4
İŞLƏRİNMƏHKƏMƏDƏ BAXILMAĞA HAZIRLANMASI
M a d d ə 1 6 5 . İşlərin məhkəmədə baxılmağa hazırlanması vəzifəsi Hakim çəkişmə prinsipinə əməl etməklə işlərin, məhkəmə iclasında məhkəmə araşdırmaları
aparılması, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir.
M a d d ə 1 6 6 . İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad 166.1. İşin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır. 166.2. Qərardadda işin hazırlanması barədə ediləcək hərəkətlər, işin məhkəmə iclasında
baxılmağa təyin edilməsi, onun keçirilmə yeri və vaxtı göstərilir.
M a d d ə 1 6 7 . İşin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq
qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə
iddianın məhkəməyə çıxarılmasıməsələsi müzakirə edilir; 167.1.2. cavabdehin və ya cavabdehlərin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində
iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif edir, prosessual hüquq və vəzifələrini ona izah edir;
167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir;
167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir;
167.1.5. mübahisəni həll etmək üçün tərəflərin münsiflər məhkəməsinə müraciət etmək hüququnu və bu hərəkətin nəticələrini onlara izah edir;
167.1.6. tərəflərin barışması üçün tədbirlər görür; 167.1.7. işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı
barədəməlumat verir; 167.1.8. şahidlərin çağırılmasıməsələsini həll edir; 167.1.9. tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə
iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir; 167.1.10. tərəflərin vəsatəti ilə fiziki və hüquqi şəxslərdən sübutlar tələb edir; 167.1.11. təxirə salınmamalı hallarda işdə iştirak edən şəxslərə xəbər verməklə maddi və
yazılı sübutların yerindəmüayinəsini aparır; 167.1.12. məhkəmə tapşırıqları göndərir; 167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür. 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir.
M a d d ə 1 6 8 . Ərizənin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi
168.1. Hakim iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir, zəruri hallarda müəyyən edilmiş müddətdə özünün rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını təqdim etməyi təklif edir. 73
Hakim izah edir ki, cavabdeh tərəfindən sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmur.
168.2. Mülki iş üzrə iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsi iddiaçı tərəfindən də edilə bilər. Bu halda iddiaçı məhkəməyə göndərilən sənədlərin rəsmi qaydada verilməsini təsdiq edən sənəd təqdim etməlidir. 74
M a d d ə 1 6 9 . Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması 169.1. Hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini
və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. 169.2. Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim
tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır.
169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
169.4. Bu Məcəllənin 169.1‐169.3‐cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. 75
M a d d ə 1 7 0 . İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması
170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8‐ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır.
170.3. Bu Məcəllənin 170.1‐ci və 170.2‐ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 76
M a d d ə 1 7 1 . İşin məhkəmə baxışına təyin edilməsi Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı
və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır.
F ə s i l 1 5
MƏHKƏMƏ BAXIŞI
M a d d ə 1 7 2 . İşlərin baxılması və həll edilməsi müddətləri 172.1. Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə
baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. 77
172.2. İşə bərpa, aliment tutulması, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir.
172.3. Ayrı‐ayrı kateqoriya işlərə baxılması və onların həllinə dair qətnamə və ya qərardad çıxarılması üçün qanunla qısaldılmışmüddətlər müəyyən edilə bilər. 78
M a d d ə 1 7 3 . Məhkəmə iclası İşə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır.
M a d d ə 1 7 4 . Məhkəmə iclasına sədrlik edən 174.1. İşə təkbaşına baxan hakim sədrlik edən sayılır. 174.2. Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və
obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır.
174.3. Prosesdə iştirak edən şəxslərdən hər hansı biri sədrlik edənin hərəkətlərinə qarşı etiraz etdiyi hallarda, bu etiraz məhkəmə iclasının protokolunda yazılır. Sədrlik edən öz hərəkətləri ilə bağlı şərhlər verir.
174.4. Sədrlik edən məhkəmənin iclasında müvafiq qaydaya riayət olunmasını təmin etmək üçün zəruri tədbirlər görür. Onun göstərişləri prosesin bütün iştirakçıları, habelə məhkəmə iclası zalında olan şəxslər üçün məcburidir.
M a d d ə 1 7 5 . Məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və
üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı
sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, videoyazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
175.3. İşə şifahi və hakimlərin dəyişilməz tərkibində baxılır.
M a d d ə 1 7 6 . Məhkəmə iclasında qayda 176.1. Məhkəmə (hakim) iclas zalına daxil olduqda məhkəmə iclası katibi «məhkəmə gəlir»
elan edir və məhkəmə iclasında iştirak edənlərin hamısı ayağa qalxır. İclas zalında olan bütün şəxslər məhkəmə qətnaməsini və ya iş qətnamə çıxarılmadan qurtardıqda məhkəmə qərardadlarını ayaq üstə duraraq dinləyirlər.
176.2. Prosesdə iştirak edən şəxslər hakimə «möhtərəm hakim» sözləri ilə müraciət edir, ifadə və izahat verərkən ayaq üstə dayanırlar. Bu qaydadan kənara çıxmağa yalnız hakimin icazəsi ilə yol verilə bilər.
176.3. İşə məhkəmənin normal işləməsini və proses iştirakçılarının təhlükəsizliyini təmin edən şəraitdə baxılır.
Bu şəraitin təmin edilməsi üçün zəruri hallarda işəməhkəmə nəzarətçiləri cəlb edilir. 176.4. Məhkəmə iclası başlanandan sonra sədrlik edənin razılığı olmadan məhkəmə iclası
zalına daxil olmaq və oradan çıxmaq olmaz. 176.5. İşdə iştirak edən şəxslərin və açıq məhkəmə iclasında olan şəxslərin məhkəmə iclası
zalında əyləşdikləri yerdən məhkəmə baxışının gedişini yazılı formada , həmçinin məhkəmənin icazəsi ilə kompyuterdən istifadə etməklə istifadə etməklə qeydə almaq hüququ vardır. Məhkəmə iclasında qeydlərin səsyazan vasitələrdən istifadə etməklə aparılmasına, habelə kino və fotoçəkilişə, videoyazıya, canlı yayıma (o cümlədən, mobil rabitə vasitələri ilə) işdə iştirak edən şəxslərin rəyi nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir. Göstərilən hərəkətlər məhkəmə baxışının normal gedişinəmane olmamalıdır və vaxtla məhdudlaşdırıla bilər. 79
176.6. İşdə iştirak edən şəxslər, prosesin digər iştirakçıları və məhkəmə iclası zalında olan bütün şəxslər sədrlik edənin müəyyən etdiyi qaydaya və tapşırıqlara riayət etməyə borcludur.
M a d d ə 1 7 7 . Məhkəmə iclasında qaydanı pozan şəxslər haqqında görülən tədbirlər 177.1. Məhkəmə iclasına vaxtında gəlməyən və yaxud məhkəmə iclasında qaydanı pozan
şəxslərə sədrlik edən məhkəmənin adından xəbərdarlıq edir. 177.2. Qaydanı təkrar pozan şəxs sədrlik edənin qərardadı ilə məhkəmə iclası zalından
çıxarılır. 177.3. Sədrlik edən məhkəmə iclasında qaydanı kobud surətdə pozan və ya məhkəməyə
açıq surətdə hörmətsizlik edən şəxslər barəsində qərardad çıxararaq, onları əlli beş manatadək cərimə etməyə və yaxud 3 saatdan 24 saata kimi tutmağa haqlıdır.80
177.4. Məhkəmə iclasında qaydanı pozan şəxsin əməlində cinayət tərkibi olarsa, hakim onun barəsində cinayət işi başlamaq üçün materiallarımüvafiq orqanlara göndərir.
177.5. Məhkəmə iclasında olan şəxslər tərəfindən qaydalar kütləvi şəkildə pozulduqda, hakim işdə iştirak etməyən bütün şəxsləri məhkəmə iclası zalından çıxara bilər.
177.6. İşdə iştirak edən şəxs tərəfindən qaydalar təkrar pozulduqda, onlar məhkəmənin qərardadı ilə məhkəmə baxışının bütün müddətində və yaxud bir hissəsində məhkəmə iclası zalından çıxarıla bilər. Yenidən məhkəmə iclası zalına buraxılan şəxs onun iştirakı olmadan həyata keçirilən prosessual hərəkətlərlə tanış ola bilər.
M a d d ə 1 7 8 . Məhkəmə iclasının açılması İşə baxılması üçün təyin olunmuş vaxtda hakim məhkəmə iclasını açır və məhkəmənin
hansı işə baxmalı olduğunu elan edir.
M a d d ə 1 7 9 . Məhkəmə prosesi iştirakçılarının gəlməsini yoxlama 179.1. Məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə
məhkəmə bildirişlərinin verilib‐verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kimi məlumatlar olduğunu məhkəməyəməruzə edir. 81
179.2. Sədrlik edən prosesə gələn iştirakçıların şəxsiyyətini müəyyən edir, vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.
M a d d ə 1 8 0 . Tərcüməçiyə onun vəzifələrinin izah edilməsi 180.1. Sədrlik edən məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin izahatlarını,
ifadələrini, vəsatətlərini tərcümə etmək, həmin şəxslərə isə işdə iştirak edən şəxslərin və şahidlərin ifadələrini, izahatlarını, vəsatətlərini, işdə olan və elan edilən sənədlərin, səsyazmaların, ekspert rəylərinin, mütəxəssis məsləhətlərinin məzmununu, habelə sədrlik edənin sərəncamlarını, məhkəmə qərardad və qətnamələrini tərcümə etmək vəzifəsini ona izah edir.
180.2. Sədrlik edən tərcüməçiyə, bilə‐bilə düzgün edilməyən tərcüməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir, bu barədə tərcüməçinin iltizamı məhkəmə iclasının protokoluna əlavə edilir.
180.3. Tərcüməçi məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona yüz on manatadək cərimə tətbiq edilə bilər.82
180.4. Bu maddənin qaydaları kar və lalların işarələrini izah edən (surdotərcüməçi) şəxslərə də aiddir.
M a d d ə 1 8 1 . Şahidlərin məhkəmə iclası zalından çıxarılması Gəlmiş şahidlər məhkəmə iclası zalında xüsusi ayrılmış otağa çıxarılırlar. Sədrlik edən
dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə əlaqə saxlamaması üçün tədbirlər görür.
M a d d ə 1 8 2 . Məhkəmə tərkibinin elan olunması və etiraz etmək hüququnun izah edilməsi
182.1. Sədrlik edən məhkəmə tərkibini elan edir, kimin ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclası katibi kimi iştirak etdiyini bildirir və işdə iştirak edən şəxslərin onlara etiraz etmək hüququnu izah edir.
182.2. Etiraz əsaslı olmalı və yazılı formada verilməlidir. Etiraz etməyin səbəbləri prosesin hazırlıq mərhələsində deyil, müstəqil olaraq məhkəmə
iclasında göstərilir. 182.3. Etiraz üçün əsaslar, edilən etirazın həlli qaydası və bu cür etirazın təmin edilmə
nəticələri bu Məcəllənin 19—23‐cü maddələri iləmüəyyən olunur.
M a d d ə 1 8 3 . İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah olunması Sədrlik edən, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir,
habelə tərəflərə, mübahisəni həll etmək üçün onların münsiflər məhkəməsinə müraciət etmək hüquqlarını və bu cür hərəkətin nəticələrini izah edir.
M a d d ə 1 8 4 . İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli
184.1. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib‐etməmələrini, işmaterialları ilə tanış olub‐olmamalarını aydınlaşdırır.
184.2. Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.
184.3. Hakim yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud səhlənkarlıqları üzündən təqdim etməyiblərsə, onu gecikmiş kimi rədd edə bilər.
184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
M a d d ə 1 8 5 . İşdə iştirak edən şəxslərin və nümayəndələrin məhkəmə iclasına gəlməməsinin nəticələri
185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. 83
185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.
185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6‐cı və 259.0.7‐ci maddələri tətbiq edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş
cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
185.7. Tərəflər məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməkdə haqlı olsalar da, məhkəmə onların gəlməsini məcburi hesab edə bilər. 84
M a d d ə 1 8 6 . Şahidlərin, ekspertin və mütəxəssisin məhkəmə iclasına gəlməməsinin nəticələri
186.1. Şahidlər, ekspertlər və ya mütəxəssislər məhkəmə iclasına gəlmədikdə, məhkəmə onların iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır.
186.2. Çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdəməcburi qaydada gətirdilə bilər.85
M a d d ə 1 8 7 . Ekspertə vəmütəxəssisə onların hüquq və vəzifələrinin izah edilməsi Sədrlik edən ekspertə və mütəxəssisə onların hüquq və vəzifələrini izah edir, habelə
eksperti bilə‐bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edir. Ekspertdən məsuliyyət və vəzifələrinin izah edilməsi barədə iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.86
M a d d ə 1 8 8 . İşə baxılmasının təxirə salınması 188.1. İşə baxılmasının təxirə salınmasına bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda, habelə
əgər hakim həmin məhkəmə iclasında işə baxılmasını qeyri‐mümkün hesab edərsə, işdə iştirak edən şəxslərdən hər hansı biri gəlmədiyinə, qarşılıqlı iddia verildiyinə, əlavə sübutlar təqdim və tələb etmək zərurəti olduğuna, işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə, hər hansı digər prosessual hərəkətlər edilməyə görə yol verilir.
188.2. İşə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Gəlməmiş və işdə iştirak etməyə yeni cəlb edilmiş şəxslərə yeni məhkəmə iclasının vaxtı və yeri haqqında müəyyən olunmuş qaydada xəbər verilir.
M a d d ə 1 8 9 . İşə baxılması təxirə salındıqda şahidin dindirilməsi və prosessual hərəkətlərin edilməsi
Tərəflər məhkəmə iclasında olarsa, işə baxılması təxirə salındıqda məhkəmə gəlmiş şahidləri dindirə və prosessual hərəkətlər edə bilər. Həmin şahidlərin yeni məhkəmə iclasına ikinci dəfə çağırılması və ya təkrar prosessual hərəkətlərin edilməsinə yalnız zəruri hallarda yol verilir.
M a d d ə 1 9 0 . İşəmahiyyəti üzrə baxılmağa başlanması İşə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik
edən irəli sürülmüş tələblər üzrə tərəflərin və üçüncü şəxslərin mülahizəsini aydınlaşdırır.
M a d d ə 1 9 1 . İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi
191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 87
191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla
eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işəmahiyyəti üzrə baxılmasını davam etdirir.
M a d d ə 1 9 2 . İşdə iştirak edən şəxslərin izahatları 192.1. İşi məruzə etdikdən sonra hakim iddiaçını və onun tərəfində iştirak edən üçüncü
şəxsi, cavabdehi və onun tərəfində iştirak edən üçüncü şəxsi, habelə işdə iştirak edən digər şəxsləri dinləyir. İşdə iştirak edən şəxslər sədrlik edənin icazəsi ilə bir‐birinə suallar verməyə haqlıdırlar.
192.2. İşdə iştirak edən şəxslərin yazılı izahatları və bu Məcəllənin 83 və 85‐ci maddələri ilə nəzərdə tutulan qaydada məhkəmənin aldığı sübutlar sədrlik edən tərəfindən elan olunur.
M a d d ə 1 9 3 . Sübutların tədqiq edilmə ardıcıllığının müəyyən olunması Hakim işdə iştirak edən şəxslərin izahatlarını dinləyib onların mülahizəsini nəzərə alaraq,
sübutların tədqiq edilməsinin ardıcıllığınımüəyyən edir.
M a d d ə 1 9 4 . İfadə verməkdən imtina etmək və bilə‐bilə yalan ifadə verməyə görə məsuliyyət haqqında şahidə xəbərdarlıq etmək
194.1. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə‐bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir.
194.2. Sədrlik edən qanunvericiliklə cinayət məsuliyyətinə cəlb olunmaq üçün müəyyən olunmuş yaş həddinə çatmamış şahidə iş üzrə ona məlum olan hər şeyi düzgün danışmaq vəzifəsini izah edir, lakin ifadə verməkdən imtina etməyə və bilə‐bilə yalan ifadə verməyə görə məsuliyyət barədə ona xəbərdarlıq edilmir.
M a d d ə 1 9 5 . Şahidi dindirmə qaydası 195.1. Hər bir şahid ayrılıqda dindirilir. 195.2. Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərlə olan münasibətlərini aydınlaşdırır və
işin halları üzrə ona şəxsən məlum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. 195.3. Bundan sonra şahidə suallar verilə bilər. Şahidə birinci olaraq, tələbi ilə onu
çağırtdıran şəxs və onun nümayəndəsi, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verir.
195.4. Hakim şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. 195.5. Məhkəmə, zəruri halda, həmin və ya sonrakı iclasda şahidi ikinci dəfə dindirə, habelə
şahidlərin ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər. 195.6. Məhkəmə icazə vermədiyi hallar istisna edilməklə, dindirilmiş şahid işin
araşdırılması qurtarana qədər iclas zalında qalır.
M a d d ə 1 9 6 . Şahidin yazılımateriallardan istifadə etməsi Şahid ifadələr verərkən, bu ifadələr hər hansı hesablamalarla və ya yadda çətin saxlanıla
bilən digər məlumatlarla əlaqədar olduqda, yazılı qeydlərdən istifadə edə bilər. Bu materiallar məhkəməyə və iştirak edən şəxslərə təqdim edilir və məhkəmənin qərardadı üzrə işə əlavə edilə bilər.
M a d d ə 1 9 7 . Yetkinlik yaşına çatmamış şahidin dindirilməsi 197.1. On dörd yaşına qədər olan şahidin və məhkəmənin mülahizəsi ilə on dörd yaşından
on altı yaşına qədər olan şahidlərin dindirilməsi təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda məhkəməyə yetkinlik yaşına çatmamış şahidin valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də çağırılır. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə şahidə suallar verə, habelə şahidin şəxsiyyətinə, verdiyi ifadənin məzmununa münasibətdə öz mülahizələrini söyləyə bilərlər.
197.2. Müstəsna hallarda işin hallarını müəyyən etmək zərurəti olduqda, işdə iştirak edən bu və ya digər şəxs, habelə iclas zalında olan hər hansı bir şəxs yetkinlik yaşına çatmamış şahid dindirilərkən məhkəmənin qərardadı ilə məhkəmə iclası zalından çıxarıla bilər. İclas zalından çıxarılmış işdə iştirak edən şəxs iclas zalına qayıtdıqdan sonra ona yetkinlik yaşına çatmamış şahidin ifadəsinin məzmunu bildirilməli və onun şahidə suallar verməsinə imkan yaradılmalıdır.
M a d d ə 1 9 8 . Şahid ifadələrinin elan edilməsi Bu Məcəllənin 83, 85, 105.2 və 189‐cu maddələri ilə nəzərdə tutulan qaydada toplanmış
şahid ifadələri məhkəmə iclasında elan edilir. Bundan sonra işdə iştirak edən şəxslər bu ifadələr üzrə izahatlar verməyə haqlıdırlar.
M a d d ə 1 9 9 . Yazılı sübutların tədqiq edilməsi Bu Məcəllənin 83, 85‐ci maddələri, 167.1.11‐ci maddəsi ilə nəzərdə tutulmuş qaydada tərtib
edilmiş yazılı sübutlar və ya onların müayinə protokolları məhkəmə iclasında elan edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlərə, mütəxəssislərə və şahidlərə təqdim edilir. İşdə iştirak edən şəxslər bundan sonra izahat verə bilərlər.
M a d d ə 2 0 0 . Şəxsi yazışmaların və teleqraf məlumatlarının elan edilməsi Şəxsi yazışmaların və teleqraf məlumatlarının gizliliyini qorumaq məqsədi ilə bu
yazışmalar və məlumatlar ancaq ünvanlanan şəxsin razılığı ilə məhkəmə tərəfindən elan və tədqiq edilə bilər.
M a d d ə 2 0 1 . Maddi sübutların tədqiq edilməsi 201.1. Maddi sübutlar məhkəmə tərəfindən müayinə edilir və işdə iştirak edən şəxslərə,
nümayəndələrə, zəruri hallarda isə ekspertlər, mütəxəssislər və şahidlərə təqdim olunur. 201.2. Maddi sübutların təqdim edildiyi şəxslər məhkəmənin diqqətini müayinə ilə əlaqədar
olan bu və ya başqa hallara cəlb edə bilərlər. Bu təkliflər məhkəmə iclasının protokoluna yazılır. 201.3. Maddi sübutların müayinəsinin protokolları məhkəmə iclasında elan olunur və
bundan sonra işdə iştirak edən şəxslər izahat verə bilər.
M a d d ə 2 0 2 . Yerindəmüayinə
202.1. Məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır.
202.2. İşdə iştirak edən şəxslər və nümayəndələr yerindəmüayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi müayinənin aparılmasına mane olmur. Zəruri hallarda ekspertlər, mütəxəssislər və şahidlər də çağırılır.
202.3. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib olunmuş və yoxlanılmış planlar, sxemlər, çertyojlar, hesablamalar, sənədlərin surətləri, müayinə zamanı çəkilmiş videoyazılar, yazılı və maddi sübutların fotoşəkilləri, habelə ekspertin yazılı rəyi vəmütəxəssisin şərhi protokola əlavə edilir.
M a d d ə 2 0 3 . Səsyazma və videoyazının səsləndirilməsi və tədqiqi 203.1. Şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların
tədqiqinə bu Məcəllənin 200‐cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. 203.2. Səsyazma və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə
iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir.
203.3. Zəruri hallarda səsyazma və videoyazı təkrarən tam və ya qismən səsləndirilə bilər. 203.4. Səsyazmalar və videoyazmalar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq
üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər.
M a d d ə 2 0 4 . Sübutun saxtalığı barədə ərizə 204.1. İşdə olan sübutun saxtalığı barədə məlumat verildikdə, həmin sübutu təqdim etmiş
şəxs onu sübutlar içərisindən çıxarmağı və işi başqa sübutlara əsasən həll etməyi xahiş edə bilər.
204.2. Məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə tərəflərə başqa sübutlar təqdim etməyi təklif edə bilər.
M a d d ə 2 0 5 . Ekspert rəyinin tədqiqi 205.1. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və
tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir.
205.2. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.
M a d d ə 2 0 6 . Əlavə və təkrar ekspertiza təyini 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə
qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
206.2. Əlavə və təkrar ekspertiza bu Məcəllənin 102‐ci maddəsində nəzərdə tutulan hallarda təyin edilir.
M a d d ə 2 0 7 . Mütəxəssisin məsləhəti 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları
dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işəmütəxəssis cəlb edə bilər.
207.2. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır.
207.3. Məsləhəti aydınlaşdırmaq və tamamlamaq məqsədi ilə mütəxəssisə suallar verilə bilər. Mütəxəssisin cəlb olunması barədə vəsatət vermiş şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə cəlb olunmuş mütəxəssisə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verirlər.
207.4. Hakim mütəxəssisin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır.
M a d d ə 2 0 8 . Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının rəyləri Məhkəmə tərəfindən işdə iştirak etməyə buraxılmış dövlət orqanları və yerli özünüidarə
orqanlarının rəyləri bu Məcəllənin 60‐cı maddəsinə müvafiq olaraq məhkəmə iclasında elan edilir.
Hakim, habelə işdə iştirak edən şəxslər və nümayəndələr rəyi aydınlaşdırmaq və tamamlamaq üçün həmin orqanın nümayəndəsinə suallar verə bilərlər.
M a d d ə 2 0 9 . İşəmahiyyəti üzrə baxmağın qurtarması 209.1. Bütün sübutlar tədqiq edildikdən sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və
onların nümayəndələrindən onların məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. Bu cür vəsatətlər olmadıqda, sədrlik edən iş üzrə halların tədqiqinin qurtardığını elan edir vəməhkəmə çıxışlarına keçir.
209.2. İşdə iştirak edən şəxslər məhkəmə iclasında onlara məlum olmuş yeni faktlarla əlaqədar şərhlər və əlavə sübutlar təqdim etmək üçün işə baxılmasını növbəti iclasa keçirilməsini xahiş edə bilərlər. Belə halda bu Məcəllənin 188‐ci maddəsi tətbiq edilir.
209.3. İşə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
M a d d ə 2 1 0 . Məhkəmə çıxışları 210.1. Məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və
vəkillərinin nitqlərindən ibarətdir. 210.2. Əvvəlcə iddiaçı və onun nümayəndəsi, sonra cavabdeh və onun nümayəndəsi çıxış
edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxs və onun nümayəndəsi tərəflərdən və onların nümayəndələrindən sonra çıxış edir. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir. İşdə iştirak edən şəxslərin vəkilləri də həmin ardıcıllıqla çıxış edirlər.
210.3. Digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş dövlət orqanının və yerli özünüidarə orqanının nümayəndələri məhkəmə çıxışlarında birinci çıxış edirlər.
M a d d ə 2 1 1 . Replikalar Çıxışların bütün iştirakçılarının nitqlərindən sonra onlar nitqlərdə deyilənlərlə əlaqədar
olaraq çıxış edə bilərlər. Son replika hüququ cavabdehə və onun nümayəndəsinəməxsusdur.
M a d d ə 2 1 2 . Mahiyyəti üzrə işə baxılmasının təzələnməsi Məhkəmə çıxışları zamanı və bundan sonra, məhkəmə iş üçün əhəmiyyətli olan yeni
halların aydınlaşdırılmasını və ya yeni sübutları tədqiq etməyi zəruri hesab edərsə, o, protokola yazılan mahiyyəti üzrə işə baxmağın təzələnməsi barədə qərardad çıxarır. Mahiyyəti üzrə işə baxılması qurtardıqdan sonra məhkəmə çıxışları ümumi qaydada olur.
M a d d ə 2 1 3 . Hakimin qətnamə çıxarılması üçün müşavirə otağına getməsi İclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə
çıxarmaq üçün müşavirə otağına gedir.
M a d d ə 2 1 4 . Qətnamənin elan edilməsi 214.1. Qətnaməni qəbul etdikdən və imzaladıqdan sonra hakim məhkəmə iclası zalına
qayıdır, qətnaməni elan edir, qətnamənin məzmununu, ondan şikayət etmə qaydası və müddətini izah edir.
214.2. Qətnamə işdə iştirak edən şəxslərin bilmədiyi dildə tərtib edildikdə, həmin qətnamə onlara məhkəmə iclasında iştirak edən tərcüməçinin iştirakı ilə onların doğma dilində və yaxud onların bildikləri dildə oxunmalıdır.
214.3. Mürəkkəb işlər üzrə hakim ancaq qətnamənin nəticə hissəsini elan edə bilər. 214.4. Qətnamənin elan edilmiş nəticə hissəsi yazılı formada tərtib edilməli, hakim və ya
hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir. Qətnamənin nəticə hissəsi elan edildikdən sonra sədrlik edən işdə iştirak edən şəxslərə və nümayəndələrə qətnamənin tam mətni ilə tanış olmanın vaxtını bildirməlidir.
M a d d ə 2 1 5 . Qətnamənin elan edilməsinin təxirə salınması Müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim
qətnaməni və yaxud onun nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər.
F ə s i l 1 6
MƏHKƏMƏNİN QƏTNAMƏSİ
M a d d ə 2 1 6 . Qətnamənin çıxarılması və elan edilməsi 88
216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır.
216.2. Məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır.
216.3. Qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollegial formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur.
Qətnamə çıxarıldığı zaman müşavirə otağında yalnız işə baxan hakim, yaxud məhkəmə ola bilər. Başqa şəxsin müşavirə otağında olmasına yol verilmir.
216.4. Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.
M a d d ə 2 1 7 . Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi
hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.89
217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
M a d d ə 2 1 8 . Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə
kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub‐olunmadığınımüəyyən edir.
218.2. Hakim, işə əhəmiyyəti olan yeni halları aydınlaşdırmağı və ya əlavə sübutları tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir.
218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
M a d d ə 2 1 9 . Qətnamənin tərtib olunması 219.1. Qətnamə sədrlik edən və yaxud işə kollegial qaydada baxıldıqda, hakimlərin biri
tərəfindən yazılı surətdə tərtib edilir. 219.2. Məhkəmənin qətnaməsi təkbaşına işə baxdıqda hakim, kollegial qaydada baxıldıqda
isə bütün hakimlər tərəfindən imzalanır. 219.3. Qətnamədə düzəlişlər hakimlərin, yaxud hakimin imzası ilə təsdiq edilməlidir.
M a d d ə 2 2 0 . Qətnamənin məzmunu 220.1. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. 220.2. Qətnamə giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. 220.3. Qətnamənin giriş hissəsində onun çıxarılma vaxtı və yeri, qətnamə çıxaran
məhkəmənin adı, hakim, məhkəmə iclası katibi, tərəflər, işdə iştirak edən digər şəxslər və nümayəndələr, mübahisənin predmeti və ya irəli sürülən tələb göstərilməlidir.
Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.
220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədəməhkəmənin əsaslandırıldığı sübutlar vəməhkəmənin bu və ya digər
sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ‐hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və qətnaməni dərhal icraya yönəltdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. 90
M a d d ə 2 2 1 . Dövlət orqanlarının yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, vəzifəli şəxslərin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə dair məhkəmə qətnaməsi
221.1. Dövlət orqanının, yerli özünüidarə orqanının, sair orqan və təşkilatın və ya vəzifəli şəxsin aktının etibarsız hesab edilməsi haqqında qətnamənin nəticə hissəsində aşağıdakılar göstərilməlidir:
221.1.1. həmin aktın adı, sıra sayı, qəbul olunma tarixi, aktın digər zəruri rekvizitləri və onu verən orqan barədəməlumatlar;
221.1.2. aktın tam və ya qismən etibarsız hesab edilməsi, habelə həmin aktın qəbul edildiyi andan etibarsız olması barədə göstəriş.
221.2. Dövlət qeydiyyatından imtinanın və ya belə qeydiyyatın aparılmasından yayınmanın qanunsuz hesab edilməsi barədə tələbi təmin edərkən məhkəmə qətnamənin nəticə hissəsində müvafiq dövlət orqanının üzərinə həmin qeydiyyatın aparılması vəzifəsini qoyur.
221.3. Normativ aktı və ya onun haqqında verilmiş məlumatı qanunsuz hesab edən məhkəmə qətnaməsi normativ aktın nəşr olunduğu kütləvi informasiya vasitəsində və ya məhkəmənin belə qətnaməni dərc etməyi zəruri saydığı kütləvi informasiya vasitələrində nəşr edilməlidir.
M a d d ə 2 2 2 . Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak
qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı‐ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
M a d d ə 2 2 3 . Cavabdehi müəyyən hərəkətləri etməyəməcbur edən qətnamə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən
hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansımüddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.
223.2. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.
223.3. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilməmüddətini qətnamədə göstərir.
M a d d ə 2 2 4 . İcra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair qətnamə
Notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir.
M a d d ə 2 2 5 . Müqavilənin bağlanması və dəyişdirilməsi haqqında qətnamə Müqavilənin bağlanması və dəyişdirilməsi zamanı yaranan mübahisələr üzrə qətnamənin
nəticə hissəsində müqavilənin hər bir mübahisəli şərti üzrə qərar göstərilməlidir, müqavilənin bağlanmasını məcbur edən mübahisə üzrə isə tərəflərin bağlamağa borclu olduqları müqavilənin şərtləri göstərilir.
M a d d ə 2 2 6 . Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə
226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.
226.2. Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir.
M a d d ə 2 2 7 . Qətnamənin tərtibi 227.1. Məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır.91
227.2. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir. 92
227.3. Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir. 93
M a d d ə 2 2 8 . Qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi 228.1. Çıxarılmış qətnaməni elan etmiş hakim, bu Məcəllənin 249 və 250‐ci maddələrində
nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş qiyabi qətnamə istisna edilməklə, onu ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir.
228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər
məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.
228.3. Düzəlişlər etmək barəsindəməhkəmə qərardadından şikayət verilə bilər.
M a d d ə 2 2 9 . Əlavə qətnamə 229.1. İş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları
xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və
izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın
miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. 229.2. Əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə
minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur.
229.3. Əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. 94
M a d d ə 2 3 0 . Qətnamənin izah edilməsi 230.1. İşə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş
qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.95
230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir.
230.3. Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. 96
230.4. Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur.
230.5. Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.
M a d d ə 2 3 1 . Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə‐hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması 97
231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə‐hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinəmane olmur.
231.3. İcra üzrə icraatın dayandırılması məsələləri məhkəmə icraçısının təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat məhkəmə icraçısına olduğu yer üzrə məhkəmə tərəfindən, iqtisad məhkəməsinin verdiyi icra sənədinə əsasən
başlanmış icraat isə həmin iqtisad məhkəməsi və ya məhkəmə icraçısının olduğu yer üzrə müvafiq iqtisad məhkəməsi tərəfindən dayandırılır. İcra üzrə icraatın dayandırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2‐ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. 98
231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə‐hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. 99
231.5. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə‐hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 100
M a d d ə 2 3 2 . Ödənilməli pul məbləğlərinin indeksasiyası 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul
məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında
baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.
232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
M a d d ə 2 3 3 . Məhkəmə qətnaməsinin qanuni qüvvəyəminməsi 233.1. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay
keçdikdən sonra qanuni qüvvəyəminir. 233.2. Apellyasiya şikayəti ilə ləğv edilməmiş qətnamə apellyasiya instansiyasının qərar
qəbul etdiyi andan qanuni qüvvəyəminir. 101
233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdəmübahisə edə bilməzlər.
233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
M a d d ə 2 3 4 . Qətnamənin icra edilməsi Qətnamə qanuni qüvvəyəmindikdən sonra icra edilir. 102
M a d d ə 2 3 5 . Dərhal icra olunmalı qətnamələr 235.1. Aşağıdakı qətnamələr dərhal icra edilməlidir: 235.1.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 235.1.2. işçiyə əmək haqqı ödənilməsi haqqında; 235.1.3. dövlət orqanları aktlarının etibarsız hesab edilməsi, habelə barışıq sazişini təsdiq
edən iqtisad məhkəməsinin qərardadları; 235.1.4. qanunda müəyyən edilmiş digər hallarda.
235.2. Hakim tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda qətnaməni dərhal icraya yönəldə bilər.
235.3. Qətnamənin dərhal icra edilməsinə yol verildikdə, məhkəmə qətnaməsi ləğv edildiyi halda, hakim onun icrasının dönüşünün təmin edilməsini tərəfdən tələb edə bilər.
235.4. Qətnamənin dərhal icra edilməsinə yol vermək haqqında məsələyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qətnaməsini dərhal icra etmək haqqında məsələni həll etməyəmane olmur.
235.5. Qətnamənin dərhal icra edilməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qətnaməni dərhal icra etmək haqqındakı qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. 103
M a d d ə 2 3 6 . Qətnamənin icrasının təmini Məhkəmə dərhal icraya yönəlməyən qətnamənin icrasını bu Məcəllənin 13‐cü fəslində
müəyyən olunmuş qaydada təmin edə bilər. 104
M a d d ə 2 3 7 . İşdə iştirak edən şəxslərə qətnamələrin surətlərinin göndərilməsi Məhkəmə iclasına gəlib‐gəlməməsindən asılı olmayaraq, məhkəmə qətnaməsi tam şəkildə
çıxarıldıqdan sonra növbəti gün işdə iştirak edən şəxsə göndərilir və ya məhkəməyə gələrsə ona təqdim edilir. 105
F ə s i l 1 7
QİYABİ İCRAAT VƏ QİYABİ QƏTNAMƏ
M a d d ə 2 3 8 . Qiyabi icraatın əsasları 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə
iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
238.2. İşdə bir neçə cavabdeh iştirak etdikdə, məhkəmə iclasına bütün cavabdehlər gəlmədikdə işə qiyabi icraat qaydasında baxılmasımümkündür.
238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədəməlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədəməhkəmə qərardad çıxarır.
M a d d ə 2 3 9 . Gəlmiş tərəfin hüququ Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında
baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə iclasının yeri və vaxtı barədəməhkəmə bildirişi göndərir. 106
M a d d ə 2 4 0 . Qiyabi qətnamənin yolverilməzliyi 240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 240.1.1. gəlməmiş tərəf bu Məcəllə iləmüəyyən olunmuş qaydada xəbərdar edilməmişsə;
240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda.
240.2. Bu hallarda işə baxılması təxirə salınır.
M a d d ə 2 4 1 . Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların
tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16‐cı fəslinin müddəalarını rəhbər tutur.
241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz.
241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.
241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 107
M a d d ə 2 4 2 . Qiyabi qətnamənin məzmunu Qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16‐cı fəslinin qaydaları ilə
müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.
Maddə 243.Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi
Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 108
M a d d ə 2 4 4 . Qiyabi qətnamədən şikayət verilməsi Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin
qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmışməhkəməyə ərizə verməyə haqlıdır. 109
M a d d ə 2 4 5 . Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu 245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və
bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmişmaterialların siyahısı. 245.2. Qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli
nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir.
245.3. Ərizədən dövlət rüsumu alınmır.
M a d d ə 2 4 6 . Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina Qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apellyasiya şikayətindən
imtina edilməsi haqqında qaydalar tətbiq edilir.
M a d d ə 2 4 7 . Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri Məhkəmə ərizənin baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verir və
onlara ərizənin və ərizəyə əlavə edilmişmaterialların surətlərini göndərir.
M a d d ə 2 4 8 . Ərizəyə baxılması Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu
vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur.
M a d d ə 2 4 9 . Məhkəmənin səlahiyyətləri Hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması
haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır.
M a d d ə 2 5 0 . Qiyabi qətnamənin ləğvi üçün əsaslar Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar
edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.
M a d d ə 2 5 1 . İşə baxılmanın təzələnməsi 110
Qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim, işəmahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur.
M a d d ə 2 5 2 . Qiyabi qətnamənin qanuni qüvvəyəminməsi Qiyabi qətnamə bu Məcəllənin 233‐cü maddəsində nəzərdə tutulmuş qaydalar əsasında
qüvvəyəminir.
M a d d ə 2 5 3 . Qiyabi icraat qaydasında qəbul edilmişməhkəmə aktlarından şikayət verilməsi
253.1. Qiyabi məhkəmə qətnaməsi ziyanına ləğv olunmuş tərəf çıxarılmış qərardaddan apellyasiya qaydasında şikayət verə bilməz.
253.2. Apellyasiya qaydasında aşağıdakılardan şikayət verilə bilər: 253.2.1. bu Məcəllənin 241.5‐ci və 251‐ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə
qəbul edildikdə; 111
253.2.2. cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə; 253.2.3. ikinci qiyabi qətnamədən. 112
253.3. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılmasımüddəti bitdikdən sonra şikayət verə bilərlər.
F ə s i l 1 8
İŞ ÜZRƏ İCRAATIN DAYANDIRILMASI
M a d d ə 2 5 4 . Məhkəmənin icraatı dayandırmaq vəzifəsi 254.1. Hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.1. işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə
edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə;
254.1.2. tərəf fəaliyyət qabiliyyətini itirərsə; 254.1.3. iddiaçı, yaxud cavabdeh Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa
silahlı birləşmələrinin hərbi əməliyyatlarında olduqda; 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati
qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa;KM1
254.1.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qərarının tanınması və icra edilməsi haqqında ərizə olarsa.
254.1.6. məhkəmə bu məcəllənin 13.6‐cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinəmüraciət etdikdə. 113
254.2. Məhkəmə qanunla nəzərdə tutulan digər hallarda da iş üzrə icraatı dayandırır.
M a d d ə 2 5 5 . Məhkəmənin icraatı dayandırmaq hüququ 255.0. Hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı
hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.1. tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı
birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə;
255.0.2. tərəf uzunmüddətli qulluq ezamiyyətində olduqda; 255.0.3. tərəf müalicəmüəssisəsində olduqda; 255.0.4. bu Məcəllə ilə nəzərdə tutulan hallarda cavabdeh axtarıldıqda; 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda; 255.0.6. xarici dövlətlərin məhkəmələrinəməhkəmə tapşırığı göndərildikdə.114 255.0.7. qəyyumluq və himayəçilik orqanının iş üzrə rəy verməsi tələb olunduqda. 115
M a d d ə 2 5 6 . İcraatı dayandırma müddətləri 256.0. İş üzrə icraat aşağıdakı hallarda dayandırılır:
256.0.1. bu Məcəllənin 254.1.1 və 254.1.2‐ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək;
256.0.2. bu Məcəllənin 254.1.3‐cü və 255‐ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək , məhkəmə tapşırıgına cavab alınanadək;116
256.0.3. bu Məcəllənin 254.1.4‐cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər;
256.0.4. bu Məcəllənin 254.1.5‐ci maddəsi ilə nəzərdə tutulan halda Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən ərizəyə baxılanadək.
256.0.5. bu məcəllənin 254.1.6‐cımaddəsi ilə nəzərdə tutulan halda məhkəməmüraciəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı dərc olunanadək.117
M a d d ə 2 5 7 . İcraatın təzələnməsi İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən
şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir.
M a d d ə 2 5 8 . İş üzrə icraatın dayandırılması və təzələnməsi qaydası 258.1. İş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad
çıxarır. 258.2. İş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə
bilər.
F ə s i l 1 9
ƏRİZƏNİN BAXILMAMIŞ SAXLANMASI
M a d d ə 2 5 9 . Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar
(pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə;
259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi
göstərilməyən şəxs tərəfindən imzalandıqda; 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş
həmin və ya digər məhkəmənin icraatında varsa; 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər
məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa;
259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;
259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;
259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinəmüraciət etməmişsə;
259.0.9. dövlət qeydiyyatından imtina edilməsi, yaxud boyun qaçırılması barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olmasımüəyyən edilərsə;
259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olmasımüəyyən edilərsə;
259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə;
259.0.12. ərizə bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3‐cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinəmaneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda.
M a d d ə 2 6 0 . Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259‐cu maddəsində qeyd edilən işin baxılmasına mane
olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi,
büdcədən dövlət rüsumunun qaytarılmasıməsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra
maraqlı şəxs ümumi qaydada ərizə iləməhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak
etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7‐ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir.
260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
F ə s i l 2 0
İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ
M a d d ə 2 6 1 . İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. işməhkəmədə baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin
qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;
261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə;
261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;
261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə;
261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyəminmiş qətnaməsi olarsa;
261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;
261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən
kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə.
M a d d ə 2 6 2 . İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədəməhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin
bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8‐ci
maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrəmübahisə barəsindəməhkəməyəmüraciət edilməsinə yol verilmir.
262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
F ə s i l 2 1
MƏHKƏMƏ QƏRARDADLARI
M a d d ə 2 6 3 . Qərardadın çıxarılması qaydası 263.1. İşmahiyyəti üzrə həll edilmədikdəməhkəmə aktları qərardad formasında çıxarılır. 263.2. Məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış
saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 263.3. Qərardad müşavirə otağında müstəqil akt şəklində qəbul edilir, hakim yaxud
hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan olunur.
263.4. Məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər.
263.5. Qərardad şifahi elan olunur və məhkəmənin iclas protokoluna yazılır. Qərardadda onun hansı məsələ üzrə çıxarıldığı, məhkəmənin gəldiyi nəticələrin səbəbləri və baxılan məsələ üzrə nəticə göstərilir.
263.6. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.
M a d d ə 2 6 4 . Qərardadın məzmunu 264.0. Ayrıca akt şəklində qəbul edilən qərardadda aşağıdakılar göstərilməlidir: 264.0.1. qərardadın çıxarılma vaxtı və yeri; 264.0.2. qərardadı çıxaran məhkəmənin adı, hakim və ya məhkəmənin tərkibi və
məhkəmənin iclas katibi; 264.0.3. işdə iştirak edən şəxslər, mübahisənin predmeti və ya irəli sürülmüş tələb; 264.0.4. qərardadın hansıməsələ barədə çıxarılması; 264.0.5. məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu
qanunlara istinad edilməsi; 264.0.6. baxılan məsələ üzrə nəticə; 264.0.7. qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası vəmüddəti.
M a d d ə 2 6 5 . Məhkəmənin xüsusi qərardadları KM
265.1. Məhkəmə mübahisəyə baxarkən, hüquqi şəxsin, dövlət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarmağa haqlıdır.
265.2. Xüsusi qərardadlar müvafiq hüquqi şəxslərə, vəzifəli şəxslərə, dövlət və yerli özünüidarə orqanlarına və digər orqanlara, fiziki şəxslərə göndərilir. Onlar gördükləri tədbirlər barədə 1 ay müddətindəməhkəməyəməlumat verməlidirlər.
265.3. Görülmüş tədbirlər barədə məlumat verilmədiyi halda, təqsirkar vəzifəli şəxslər müəyyən olunmuş yüz on manatadək cərimə oluna bilərlər.
Cərimənin qoyulması müvafiq vəzifəli şəxsi məhkəmənin xüsusi qərardadına əsasən görülmüş tədbirlər haqqında məlumat vermək vəzifəsindən azad etmir.
265.4. Məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
265.5. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir.
265.6. Prokuror cinayət işinin başlanmasını istisna edən halları aşkar etməzsə, məhkəmənin xüsusi qərardadı üzrə cinayət işi başlamaqdan imtina etməyə haqlı deyildir. Bu məsələ üzrə əsaslandırılmış qərar qəbul edən prokuror, həmin qərarı xüsusi qərardadı çıxarmış məhkəməyə göndərir. Məhkəmə prokurorun qərarı ilə razılaşmadığı halda, zəruri təsir tədbirləri görülməsi məqsədi ilə, yuxarı prokurorun diqqətini aşağı prokurorun qərarının qanunsuzluğuna və ya əsassızlığına yönəldə bilər. 118
M a d d ə 2 6 6 . Məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsi 119
266.1. Məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. 120
266.2. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir. 121
M a d d ə 2 6 7 . Qərardadlardan şikayət verilməsi 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə
göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət
vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
M a d d ə 2 6 8 . Şikayətin verilməmüddəti 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində
verilir.122
268.2. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət verməmüddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.
M a d d ə 2 6 9 . Şikayətə baxılması 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün
müddətində baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə
baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya
instansiyasıməhkəməsinə göndərilir.
F ə s i l 2 2
PROTOKOLLAR
M a d d ə 2 7 0 . Protokolun tərtib edilməsinin məcburiliyi Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət
barədə protokol tərtib edilir.
M a d d ə 2 7 1 . Protokolun məzmunu 271.1. Məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu
işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. 271.2. Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir: 271.2.1. məhkəmə iclasının ili, ayı, günü və yeri; 271.2.2. məhkəmə iclasının başlanma və qurtarma vaxtı; 272.2.3. işə baxan məhkəmənin adı, hakim, məhkəmənin tərkibi və məhkəmə iclasının
katibi; 271.2.4. işin adı;
271.2.5. işdə iştirak edən şəxslərin, nümayəndələrin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar;
271.2.6. işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri); 271.2.7. işdə iştirak edən şəxslərə, nümayəndələrə, habelə tərcüməçiyə, ekspertlərə,
mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar; 271.2.8. sədrlik edənin sərəncamları və iclas zalından çıxmadan məhkəmə tərəfindən
çıxarılmış qərardadlar; 271.2.9. işdə iştirak edən şəxslərin və nümayəndələrin ərizələri, vəsatətləri və izahatları; 271.2.10. şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin
izahları; 271.2.11. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə,
səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar; 271.2.12. dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri; 271.2.13. məhkəmə çıxışlarının məzmunu; 271.2.14. qətnamənin və qərardadların elan edilməsi vəməzmununun izah edilməsi, şikayət
vermə qaydasının vəmüddətlərinin izah edilməsi haqqında məlumatlar; 271.2.15. işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək
hüquqlarının izah olunmasına dair məlumatlar; 271.2.16. protokolun tərtib olunma tarixi. 271.3. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmənin mülahizəsinə əsasən
protokolu tərəflər imzalaya bilərlər.
M a d d ə 2 7 2 . Protokolun tərtib olunması 272.1. Protokolun tərtib edilməsinə məhkəmə katibi cəlb olunur. Məhkəmə katibin cəlb
olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə baxan məhkəmə tərkibinin digər hakimi tərtib edə bilər. Bu zaman onlar kompüterdən və ya digər köməkçi vasitələrdən istifadə edə bilərlər.
272.2. Bu Məcəllənin 272.1.‐ci maddəsi məhkəmə iclasından kənar məhkəmənin qəbul etdiyi prosessual hərəkətlərə də şamil olunur. 123
272.3. Protokol asan oxunan yazılı formada tərtib olunmalıdır. 272.4. Protokolun tərtib olunmasının tamlığını təmin etmək üçün məhkəmə səsyazma
vasitələrindən istifadə edə bilər. 272.5. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolun hər hansı hissəsinin elan
edilməsinə, iş üçün əhəmiyyətli hesab etdikləri hallar barədə məlumatların protokolda qeyd edilməsinə dair vəsatətlər verə bilərlər.
272.6. Hərəkət və ya mülahizələr mübahisəyə aid olmadıqda məhkəmə onları protokola qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı mübahisələndirilə bilməz, o, protokola qeyd edilməlidir.
272.7. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır,
272.8. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə hakim və ya işə kollegial baxıldığı halda sədrlik edən və katib tərəfindən
imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir.
M a d d ə 2 7 3 . Protokola dair qeydlər İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun
imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.
M a d d ə 2 7 4 . Protokola dair qeydlərə baxılması 274.1. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır,
qeydlərlə razılaşarsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir.
274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. 274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər
və prosesin digər iştirakçılarıməhkəmə iclasına çağırılırlar.
F ə s i l 2 3
ƏMR İCRAATI
M a d d ə 2 7 5 . Məhkəmə əmri 275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə
baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi
hesab edilir.
M a d d ə 2 7 6 . Məhkəmə əmri verilə bilən tələblərin əsasları 276.1. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən
vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. 276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa; 276.2.3. tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə
dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 276.2.4. tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü
şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə;
276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin
alınması haqqında verilmişdirsə; 276.2.7. tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması
haqqında verilmişdirsə.
276.2.8. tələb məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə. 124
M a d d ə 2 7 7 . Ərizənin verilməsi 277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4‐cü fəslində müəyyən edilmiş ümumi
aidiyyət qaydalarına əsasən verilir. 277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün on manat məbləğində dövlət
rüsumu ödənilir. 125
M a d d ə 2 7 8 . Ərizənin forması vəməzmunu 278.1. Məhkəməyə ərizə yazılı formada verilir. 278.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 278.2.1. ərizənin verildiyi məhkəmənin adı; 278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu
yer; 278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və
ya olduğu yer; 278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar; 278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər; 278.2.6. əlavə edilən sənədlərin siyahısı. 278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən
verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir.
M a d d ə 2 7 9 . Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi 279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu
Məcəllənin 153‐cü maddəsi iləmüəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır: 279.2.1. verilmiş tələb bu Məcəllənin 276‐cımaddəsi ilə nəzərdə tutulmamışdırsa; 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədəmübahisə vardırsa. 279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul
edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması
kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.
M a d d ə 2 8 0 . Məhkəmə əmrinin çıxarılması qaydası Məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,
məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır.
M a d d ə 2 8 1 . Məhkəmə əmrinin məzmunu 281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir: 281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi: 281.1.2. Məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;
281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş yeri;
281.1.4. tələbin ödənilməsinin hüquqi əsası; 281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak; 281.1.6. dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə
tutulmuşdursa; 281.1.7. borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət
rüsumunun məbləği. 281.2. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment alınması haqqında məhkəmə
əmrində bu Məcəllənin 281.1.1‐‐281.1.5‐ci maddələrində nəzərdə tutulmuş məlumatlarla yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği və onların tutulma müddəti göstərilir.
281.3. Məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir.
M a d d ə 2 8 2 . Etiraz Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun
hissəsinə qarşı əmri vermişməhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.
M a d d ə 2 8 3 . İddia icraatına keçid Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında
verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir.
M a d d ə 2 8 4 . Məhkəmə əmrinin icra edilməsi 284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə
bilməz. 284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa,
hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir.
İKİNCİ YARIMBÖLMƏ ÜMUMİ HÜQUQİMÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT
(XÜSUSİ İDDİA İCRAATI)
F ə s i l 2 4 ÜMUMİMÜDDƏALAR
M a d d ə 2 8 5 . Məhkəmə tərəfindən baxılan ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər
285.0. Bu fəsildə göstərilən qaydada məhkəmə xüsusi iddia icraatı qaydasında aşağıdakı işlərə baxır:
285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə; 126
285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq pozuntuları barədə qərarlarına dair ərizələr üzrə;
285.0.3. müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;
285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə;
285.0.5. normativ xarakterli aktların qanuniliyinin mübahisə edilməsi barədə ərizələr üzrə.127
M a d d ə 2 8 6 . Ərizənin verilməsi 286.1. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş ümumi aidiyyət qaydalarına
əsasən verilir. 286.2. Məhkəməyə ərizənin təqdim edilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və
mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi şərt deyildir.
286.3. Ərizənin verilmə müddətinin buraxılması, tənbehin edilmə müddətinin, habelə qərarın icra müddətinin ötməsi ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina üçün əsas deyildir.
286.4. Müddətlər, işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin məzmunundan asılı olmayaraq, məhkəmə tərəfindən yoxlanılır.
286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150‐ci maddələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Ərizədə əmlak tələbləri, şikayət olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər.
M a d d ə 2 8 7 . Sübutetmə vəzifəsi Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və
qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür.
M a d d ə 2 8 8 . İşlərə baxılması və həll edilməsi qaydası Məhkəmə tərəfindən ümumi hüquq münasibətlərindən əmələ gələn işlər bu Məcəllənin
24—29‐cu fəsilləri və digər qanunlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, ümumi iddia icraatı qaydasında baxılır və həll edilir.
M a d d ə 2 8 9 . Şikayət etmə qaydası Bu Məcəllənin 24‐29‐cu fəsillərinə müvafiq olaraq qəbul edilmiş məhkəmə aktlarından
(qətnamələrindən, qərardadlarından) bu məcəllə iləmüəyyən edilmiş qaydada şikayət verilir.
F ə s i l 2 5
SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININMÜDAFİƏSİ HAQQINDA ƏRİZƏLƏRƏ DAİR İCRAAT 128
M a d d ə 2 9 0 . Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi 129
Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair ərizələr apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. 130
M a d d ə 2 9 1 . Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrə baxılması 131
291.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətinə (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə ‐ dərhal) baxılır.
291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinəmane olmur.
291.3. Ərizəyə baxılması üzrəməhkəmənin çıxardığı qətnamə dərhal icra edilməlidir. 132
M a d d ə 2 9 2 . Məhkəmənin qərarından şikayət verilməsi Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə
müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə ‐ dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir. 133
F ə s i l 2 6
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN İNZİBATİ XƏTALAR HAQQINDA QƏRARLARI İLƏ ƏLAQƏDAR
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT 134
M a d d ə 2 9 3 . Ərizənin verilməsi 293.1. İnzibati məsuliyyətə cəlb edilmiş hər hansı şəxs inzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyəti olan orqanın (inzibati orqanın) və ya vəzifəli şəxsin tənbeh edilməsi barədə qərarı ilə əlaqədar məhkəmədəmübahisə qaldıra bilər. 135
293.2. İnzibati xətadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə şikayət etmək hüququ vardır. 136
293.3. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir.
293.4. Ərizədə bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş məlumatlar, habelə konkret olaraq hansı qərardan şikayət edildiyi barədə məlumatlar, onun çıxarıldığı, surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi tarix göstərilməlidir.
293.5. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır. 293.6. Ərizənin məhkəməyə verilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və
baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə ilkin müraciəti məcburi şərt deyildir.
M a d d ə 2 9 4 . Ərizəyə baxılması 294.1. Ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılır. Ərizə vermiş şəxs, habelə
hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə tərəfindən xəbərdar edilir, lakin onların gəlməməsi işə baxılması və onun həlli üçün maneə deyildir.137
294.2. İşə baxarkən məhkəmə inzibati tənbeh barədə qərarın qanuniliyini və əsaslılığını yoxlayır və müəyyən edir: qərar qanun əsasında və səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən qəbul edilmişdirmi; şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin və ya onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinin müəyyən edilmiş qaydalarına əməl edilmişdirmi; şəxs qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati hüquq pozuntusu törətmişdirmi və o, bu pozuntunun törədilməsində təqsirkardırmı. 138
M a d d ə 2 9 5 . Məhkəmənin qətnaməsi 295.1. Məhkəmə inzibati xəta tərkibi və hadisəsi olmadığına görə, habelə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində sadalanan inzibati xəta haqqında iş üzrə icraatı istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati xətalar haqqında işə xitam verilməsi barədə qətnamə çıxarır. 139
295.2. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yungülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər. 140
295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz. 295.4. Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin inzibati tənbehin tətbiqi üzrə
hərəkətlərinin qanuni və əsaslı olduğunu müəyyən edərsə, qərarı dəyişiklik etmədən, ərizəni isə təmin etmədən saxlayır.
295.5. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərarın inzibati orqan və ya vəzifəli şəxs tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və inzibati tənbehin müddəti keçməmişsə, işi baxılmaq üçün yuxarı orqana və ya vəzifəli şəxsə
141göndərir, yaxud inzibati tənbehi tətbiq etməmüddəti ötmüşsə, iş üzrə icraata xitam verir.
F ə s i l 2 7
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ ORQANLARININ, SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ
ŞƏXSLƏRİNİNQƏRARLARI VƏ HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDAR MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT
M a d d ə 2 9 6 . Ərizənin verilməsi
296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər.
296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir.
296.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir.
M a d d ə 2 9 7 . Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi)
297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində:
297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyəmaneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz
olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və
hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar;
297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar.
M a d d ə 2 9 8 . Ərizə iləməhkəməyəmüraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda
başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. 142
M a d d ə 2 9 9 . Ərizəyə baxılması 299.1. Ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən
(hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır.
299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. Lakin hakim məhkəmə iclasında şəxsin iştirakınıməcburi hesab edə bilər.
M a d d ə 3 0 0 . Məhkəmənin qətnaməsi və onun icrası
300.1. Hakim ərizəni əsaslı hesab etdikdə müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır.
300.2. Mübahisə edilən qərar və hərəkətlər (hərəkətsizlik) nəticəsində şəxsin hüquq və ya azadlığının pozulmadığımüəyyən edilərsə, hakim ərizəni təmin etməkdən imtina edir.
300.3. Məhkəmənin qətnaməsi qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqanın rəhbərinə, vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə qətnamənin qanuni qüvvəyəminməsindən sonra 3 gün müddətində göndərilir.
300.4. Qətnamənin icrası barədə onun rəsmi qaydada verildiyi gündən 1 aydan gec olmayaraq məhkəməyə və şəxsə məlumat verilməlidir. Qətnamənin icra edilməməsinə görə təqsirkar vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar. 143
F ə s i l 2 8
HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR VƏ HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR
ÜZRƏ İCRAAT
M a d d ə 3 0 1 . İşə baxılması Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi)
ilə əlaqədar mübahisələrdən yaranan işlərə bu Məcəllənin 27‐ci fəslində müəyyən edilmiş qaydada baxılır.
F ə s i l 2 9
NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ DAİRMÜBAHİSƏLƏRDƏN YARANAN İŞLƏR ÜZRƏ İCRAAT 144
M a d d ə 3 0 2 . Ərizənin verilməsi 302.1. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin
qanunla nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş normativ xarakterli aktı ilə özlərinin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə təsbit və təmin edilmiş hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər həmin aktın və ya onun ayrıca hissəsinin qanuna zidd hesab edilməsi barədə ərizə ilə məhkəməyəmüraciət etmək hüququna malikdir. 145
302.2. Yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ aktların qanuniliyinin yoxlanılması barədə ərizələrə məhkəmələrdə baxıla bilməz.
302.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli iləmüəyyən edilmiş aidiyyət üzrə verilir. 302.4. Şəxsin ərizəsi bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğun
olmalı, ərizədə normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanlarının və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun ayrı‐ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri‐müəyyən dairəsinin hansı konkret hüquq və azadlıqlarının pozulduğu, mübahisəyə çıxarılan aktın Azərbaycan Respublikası
Konstitusiyasının və digər qanunlarının hansı maddələrinə zidd olduğu barədə məlumatlar göstərilməlidir. 146
302.5. Ərizəyəmübahisə olunan aktın və ya onun hissəsinin surəti əlavə edilir. 147
302.6. Ərizənin məhkəməyə verilməsi normativ xarakterli aktın qüvvəsini dayandırmır. 148
302.7. Müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin, qüvvəsi şəxslərin qeyri‐müəyyən dairəsinə şamil edilən normativ xarakterli aktının qanuniliyinin yoxlanılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olarsa, məhkəmə ərizəni qəbul etməkdən imtina edir. 149
M a d d ə 3 0 3 . Ərizəyə baxılması 303.1. Ərizə iləməhkəməyəmüraciət etmiş şəxs, habelə normativ xarakterli aktı qəbul etmiş
müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. 150
303.2. İşə ərizə verilən gündən 1 ay müddətində şəxsin və ya onun nümayəndəsinin, normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının nümayəndəsinin və ya vəzifəli şəxsin məcburi iştirakı ilə baxılır. Lakin işin hallarından asılı olaraq məhkəmə işəmaraqlı şəxslər gəlmədikdə də baxa bilər. 151
303.3. Məhkəmə iclasında məhkəmə normativ xarakterli aktı qəbul edən orqanın və ya vəzifəli şəxsin səlahiyyətini, bütövlükdə normativ aktın və ya onun bir hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına, digər qanunlara uyğunluğunu yoxlayır. 152
303.4. Normativ xarakterli aktın qanuna zidd hesab edilməsi barədə ərizəyə baxılarkən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin üzərinə düşür.153
M a d d ə 3 0 4 . Ərizə üzrəməhkəmənin qətnaməsi 304.1. Ərizəni əsassız hesab edən hakim onun təmin edilməməsi barədə qətnamə çıxarır. 304.2. Ərizə əsaslı hesab edildikdə hakim qətnamənin nəticə hissəsində qeyd etməklə,
normativ xarakterli aktı bütövlükdə və ya qismən, onun qəbul edildiyi gündən qüvvədən düşmüş hesab edir. 154
304.3. Ərizə təmin edildiyi halda hakim qətnamənin nəticə hissəsində göstərməlidir ki, qüvvədən düşmüş hesab edilmiş normativ xarakterli aktı dərc etmiş kütləvi informasiya vasitəsi redaksiyası, məhkəmənin təyin etdiyi müddət ərzində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi barədəməlumat dərc etməyə borcludur. 155
304.4. Normativ xarakterli aktın bütövlükdə və ya qismən qüvvədən düşmüş hesab edilməsi barədə məhkəmənin qətnaməsi normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs üçün, habelə vətəndaş və ya dairəsi qeyri‐müəyyən olan və mübahisə olunan normativ aktın qüvvəsi hüquq və vəzifələrinə şamil olunan şəxslər üçün məcburidir. Həmin qətnamə preyudisial qüvvəyəmalikdir və digər şəxslər tərəfindən normativ xarakterli aktın qanuniliyi aktın yalnız məhkəmə yoxlamasının obyekti olmayan hissəsi üzrə yenidən mübahisə edilə bilər. 156
ÜÇÜNCÜ YARIMBÖLMƏ XUSUSİ İCRAAT
F ə s i l 3 0
ÜMUMİMÜDDƏALAR
M a d d ə 3 0 5 . Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi
haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab
edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət
mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa
edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.7. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən
edilməsi haqqında; 305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair
şikayətlər üzrə; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 305.1.10. şəxsin narkoloji‐tibb müəssisəsinəməcburi yerləşdirilməsi haqqında;157
305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər.
M a d d ə 3 0 6 . Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30‐39‐cu fəsillərində
müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı
iləməhkəmədə baxılır. 306.3. Təsisçiləri dövlət və ya dövlət idarələri, yaxud təşkilatları olan hüquqi şəxslərin
müvafiq müraciəti olduğu halda dövlət mənafeyinin müdafiəsi üçün prokuror aşağıdakı işlər üzrə ərizə verə bilər:
306.3.1. mülkiyyət hüququ üzrə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək haqqında işlər üzrə;
306.3.2. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə.
306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır vəmaraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
F ə s i l 3 1
HÜQUQİ ƏHƏMİYYƏTİ OLAN FAKTLARINMÜƏYYƏN EDİLMƏSİ
M a d d ə 3 0 7 . Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər
307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlarımüəyyən edir.
307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə
faktının; 307.2.4. ər‐arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında
nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının;
307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının;
307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən
vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa,
hüquqi əhəmiyyəti olan digər faktların.
M a d d ə 3 0 8 . Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər
Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpasımümkün olmasın.
M a d d ə 3 0 9 . Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin
yaşadığı yerin məhkəməsinə verilir. 309.2. Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun
barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir.
M a d d ə 3 1 0 . Ərizənin məzmunu Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə
lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
M a d d ə 3 1 1 . Məhkəmənin ərizə üzrə qətnaməsi
Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
F ə s i l 3 2
ŞƏXSİN XƏBƏRSİZ İTKİN DÜŞMÜŞ HESAB EDİLMƏSİ VƏ ÖLMÜŞ ELAN EDİLMƏSİ
M a d d ə 3 1 2 . Ərizənin verilməsi Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə
ərizəçinin yaşadığı yer üzrəməhkəməyə verilir.
M a d d ə 3 1 3 . Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin
ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir.
M a d d ə 3 1 4 . Ərizə verildikdən sonra hakimin hərəkətləri 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə
məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrəmüvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır.
314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər.
M a d d ə 3 1 5 . Məhkəmənin ərizə üzrə qətnaməsi 315.1. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi, itkin
düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır.
315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.
M a d d ə 3 1 6 . Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri
Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.
F ə s i l 3 3
ŞƏXSİNMƏHDUD FƏALİYYƏT QABİLİYYƏTLİ VƏ YA FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN HESAB EDİLMƏSİ
M a d d ə 3 1 7 . Ərizənin verilməsi 317.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui‐istifadə
etməsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında iş onun ailə üzvlərinin, müvafiq icra hakimiyyəti orqanının ərizəsi üzrə qaldırıla bilər.158
317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş‐bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir.
M a d d ə 3 1 8 . Ərizənin məzmunu 318.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında ərizədə spirtli
içkilərdən , narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui‐istifadə etməsi nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətdə qoymasını təsdiq edən hallar şərh edilməlidir.159
318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
M a d d ə 3 1 9 . Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün ekspertizanın təyin edilməsi
Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə‐psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə‐psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər.
M a d d ə 3 2 0 . Ərizəyə baxılması 320.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti
buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə
qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.
320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə‐bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir.160
M a d d ə 3 2 1 . Məhkəmənin ərizə üzrə qətnaməsi
321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır.
321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
M a d d ə 3 2 2 . Şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi və onun fəaliyyət qabiliyyətli hesab edilməsi
322.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə şəxsin özünün, onun ailə üzvlərinin, himayəçinin, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə şəxsin fəaliyyət qabiliyyətinin məhdudluğunun ləğvi barədə qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərindəmüəyyən edilmiş himayəçilik ləğv edilir.
322.2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə‐psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir.
F ə s i l 3 4
DAŞINAR ƏŞYALARIN SAHİBSİZ HESAB EDİLMƏSİ VƏ DAŞINMAZ ƏŞYALAR ÜZƏRİNDƏ DÖVLƏTİNMÜLKİYYƏT HÜQUQUNUN TANINMASI
M a d d ə 3 2 3 . Ərizənin verilməsi 323.1. Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya
sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 323.2. ʺPaylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınmasına dair ərizə 3 (üç)
ayda bir dəfədən az olmayaraq, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan poçt göndərişlərinin içərisindəki əşyalar, mallar və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizə isə ʺPoçt rabitəsi haqqındaʺ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatdıqdan sonra poçt rabitəsi operatoru tərəfindən məhkəməyə verilir. 161
323.2. Daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizə, dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan tərəfindən həmin əşyanın olduğu yerin məhkəməsinə verilir.
323.3. Dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqan daşınmaz əşya üzərində hüququn tanınması barədə ərizə ilə dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən həmin əşyanın uçota alındığı gündən bir il ötənə qədər məhkəməyə müraciət edərsə, məhkəmə daşınmaz əşyalar üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəni qəbul etməkdən imtina edir.
M a d d ə 3 2 4 . Ərizənin məzmunu 324.1. Daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz
hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə
mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir.
324.2. Daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında dövlət əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə vaxt sahibsiz kimi uçota götürüldüyü göstərilməli, habelə mülkiyyətçi tərəfindən həmin əşya üzərindəmülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir.
M a d d ə 3 2 5 . Ərizəyə baxılması 325.1 Məhkəmə daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında və ya daşınmaz əşya
üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında ərizəyə iş üzrə bütün maraqlı şəxslərin iştirakı ilə baxır.
325.2. Məhkəmə paylanmayan poçt göndərişlərinin açılmasına razılıq alınması haqqında ərizəyə 5 (beş) iş günü ərzində baxmalıdır. 162
M a d d ə 3 2 6 . Məhkəmənin ərizə üzrə qətnaməsi 326.1. Məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi
tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır.
326.2. Məhkəmə paylanması mümkün olmayan poçt göndərişlərinin açılmasına razılıq verilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, belə razılığın verilməsi barədə, ünvan sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və qanunla müəyyən edilmiş 6 (altı) aylıq saxlama müddəti başa çatmış poçt göndərişinin içərisindəki əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsinə dair ərizəyə baxaraq onu təmin etdikdə, həmin əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarır. 163
326.3. Məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır.
F ə s i l 3 5
İTİRİLMİŞ SƏNƏDLƏR ÜZRƏ ONLARI TƏQDİM EDƏN ŞƏXSİN HÜQUQLARININ BƏRPA EDİLMƏSİ (ÇAĞIRIŞ İCRAATI)
M a d d ə 3 2 7 . Ərizənin verilməsi 327.1. Adsız qiymətli kağızı və ya orderli qiymətli kağızı (bundan sonra—sənəd) itirmiş
şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər. Sənəd üzrə hüquqlar, həmçinin onun lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən sənədin ödəmə qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər.
327.2. İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə sənədi vermiş idarənin (şəxsin) olduğu yerin məhkəməsinə verilir.
M a d d ə 3 2 8 . Ərizənin məzmunu Ərizədə itirilmiş sənədin fərqləndirici əlamətləri, sənədi vermiş idarənin (şəxsin) adı
göstərilməli, habelə sənədin itirildiyi şərait şərh edilməlidir.
M a d d ə 3 2 9 . Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri 329.1. Hakim sənədin itirilməsi haqqında ərizəni qəbul etdikdən sonra, sənəd üzrə vəsait
ödəməni və ya verməni sənədi vermiş idarəyə (şəxsə) qadağan etmək, habelə ərizəçinin hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini sənədi vermiş idarəyə (şəxsə), qeydiyyat siyahısını saxlayana, qeydiyyatı aparana göndərir.
329.2. Qərardadda elanın məzmununa dair aşağıdakılar göstərilməlidir: 329.2.1. sənədin itirilməsi haqqında ərizənin daxil olduğu məhkəmənin adı; 329.2.2. ərizə vermiş şəxs və onun ünvanı; 329.2.3. sənədin adı və fərqləndirici əlamətləri; 329.2.4. itirilməsi barədəmüraciət edilmiş sənədə dair elan verilən gündən 3 ay müddətində
həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin sənədi saxlayana təklif edilməsi.
329.3. Qərardad çıxarmaqdan imtina etməkdən xüsusi şikayət verilə bilər.
M a d d ə 3 3 0 . Sənədi saxlayanın ərizəsi İtirilməsi haqqında ərizə verilmiş sənədi saxlayan, elan verilən gündən 3 ay müddətində
qərardad çıxarmış məhkəməyə, sənədə dair öz hüquqları haqqında ərizə verməli və bu zaman sənədin əslini təqdim etməlidir.
M a d d ə 3 3 1 . Sənədi saxlayandan ərizə daxil olduqdan sonra hakimin hərəkəti 331.1. Elan verilən gündən 3 aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan
ərizə daxil olduqda, məhkəmə sənədi itirmiş şəxsin ərizəsini baxılmamış saxlayır və sənədi vermiş idarə (şəxs) tərəfindən sənəd üzrə ödəmə və verməni müəyyən müddətdə qadağan edir.
331.2. Hakim eyni zamanda ərizəçiyə həmin sənədi saxlayana qarşı həmin sənədi tələb etmək barədə ümumi qaydada iddia vermək hüququnu, sənədi saxlayana isə—hakimin qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən almaq hüququnu izah edir.
331.3. Bu Məcəllənin 331.1‐ci və 331.2‐ci maddələrində göstərilən məsələlər üzrə məhkəmənin qərardadından xüsusi şikayət verilə bilər.164
M a d d ə 3 3 2 . İtirilmiş sənədin etibarsız hesab edilməsi haqqında ərizəyə baxılması Hakim itirilmiş sənədin etibarsız hesab edilməsi haqqında işə, sənədi saxlayanın bu
Məcəllənin 330‐cu maddəsində göstərilmiş ərizəsi daxil olmazsa, elanın dərc edildiyi gündən 3 ay keçdikdən sonra baxır.
M a d d ə 3 3 3 . Ərizə üzrəməhkəmənin qətnaməsi Məhkəmə ərizəçinin xahişini təmin etdikdə, itirilmiş sənədi etibarsız hesab edən qətnamə
çıxarır. Bu qətnamə ərizəçiyə əmanətin və ya etibarsız hesab edilən sənədin əvəzində yenisini vermək üçün əsasdır.
M a d d ə 3 3 4 . Sənədi saxlayanın əmlakı əsassız əldə etmə barədə iddia təqdim etmək hüququ
Sənədi saxlayan həmin sənəd üzrə öz hüquqları haqqında hər hansı səbəbə görə vaxtında məlumat verməmişsə, sənədin etibarsız hesab edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra itirilmiş sənədin əvəzində yeni sənəd almaq hüququ verilən şəxsə əmlakın əsassız əldə edilməsi və saxlanması haqqında iddia verə bilər.
F ə s i l 3 6
ŞƏXSİN PSİXİATRİYA STASİONARINAMƏCBURİ YERLƏŞDİRİLMƏSİ BARƏDƏ İŞLƏR ÜZRƏ İCRAAT
M a d d ə 3 3 5 . Ərizənin verilməsi 335.1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri,
qəyyum və ya himayəçi, habelə psixiatriya müəssisəsinin rəhbəri tərəfindən şəxsin yaşadığı yer üzrə və ya müəssisənin yerləşdiyi yer üzrəməhkəməyə təqdim olunur.
335.2. Ərizədə şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir.
335.3. Psixiatriya müəssisəsinin rəhbərliyi tərəfindən ərizə verildikdə, ərizəyə həkim‐ psixiatr komissiyasının əsaslandırılmış rəyi də əlavə edilməlidir.
M a d d ə 3 3 6 . Ərizənin verilməmüddəti 336.1. Şəxs psixiatriya stasionarında yerləşdirildikdə onun məcburi yerləşdirilməsi barədə
ərizə şəxsin psixiatriya stasionarına yerləşdirildiyi andan 48 saat ərzində verilməlidir. 336.2. Hakim ərizəni qəbul etdikdə, eyni zamanda şəxsin psixiatriya stasionarında
saxlanılmasını işəməhkəmədə baxılmalı olduğu müddətə kimi uzadır.
M a d d ə 3 3 7 . Ərizəyə baxılması 337.1. Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə ərizəyə hakim iş
başlanılan vaxtdan 5 gün ərzində baxmalıdır. İşə baxıldıqda onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməyə imkan verirsə, barəsində işə baxılan şəxs məhkəmə iclasında iştirak edə bilər.
337.2. Ərizəyə baxılmasında təşəbbüsü ilə iş başlanmış psixiatriya müəssisəsi nümayəndəsinin və həmin müəssisədə yerləşdirilməsi haqqında məsələ həll olunan şəxsin nümayəndəsinin iştirakıməcburidir.
337.3. Məhkəmə iclası psixiatriya müəssisəsinin binasında keçirilə bilər.
M a d d ə 3 3 8 . Ərizə üzrəməhkəmənin qətnaməsi 338.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi
barədə qətnamə qəbul edir. 338.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin psixiatriya stasionarına məcburi
yerləşdirilməsi və sonradan, qanunla müəyyən edilən müddətə, orada saxlanılması üçün əsasdır.
M a d d ə 3 3 8 ‐ 1 . Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddətinin uzadılması
Şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi müddətinin uzadılması həkim‐ psixiatriya komissiyasının rəyi əsasında müalicəni həyata keçirən psixiatriya müəssisəsinin müdiriyyətinin vəsatəti ilə müəssisənin yerləşdiyi yer üzrə məhkəmə tərəfindən həyata keçirilir. 165
F ə s i l 3 7
VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARI QEYDİYYATININ DÜZGÜN OLMAMASININ MÜƏYYƏN EDİLMƏSİ
M a d d ə 3 3 9 . Ərizənin verilməsi 339.1. Müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş
qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır.
339.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
M a d d ə 3 4 0 . Ərizənin məzmunu Ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün
olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi gətirilməlidir.166
M a d d ə 3 4 1 . Ərizə üzrəməhkəmənin qətnaməsi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını
müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır.
F ə s i l 3 8
NOTARİAT HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏMİN HƏRƏKƏTLƏRİN APARILMASINDAN İMTİNAYA DAİR ŞİKAYƏTLƏR
M a d d ə 3 4 2 . Şikayətin verilməsi 342.1. Maraqlı şəxs aparılmış notariat hərəkətlərini və ya notariat hərəkətlərini aparmaqdan
imtinanı düzgün hesab etmədikdə, notariusun və ya notariat əməliyyatını yerinə yetirən orqanın yerləşdiyi yerin məhkəməsinə bu barədə şikayət vermək hüququna malikdir.
342.2. Vəsiyyətnamə və etibarnamələrin qanunvericilikdə sadalanan vəzifəli şəxslər tərəfindən düzgün təsdiq edilməməsinə və ya onları təsdiq etməkdən imtina olunmasına dair şikayətlər müvafiq surətdə xəstəxananın, digər stasionar müalicə‐profilaktika müəssisəsinin, sanatoriyanın, qocalar əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar evinin, xüsusi təhsil müəssisəsinin, ekspedisiyanın, qospitalın, hərbi təlim müəssisəsinin, hərbi hissənin, birləşmənin, idarənin, təşkilatın, azadlıqdan məhrumetmə yerinin olduğu yer üzrə məhkəməyə verilir. 167
342.3. Azərbaycan Respublikasının Bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnaməni düzgün təsdiq etməməsindən və ya onu təsdiq
etməkdən imtina etməsindən şikayətlər gəminin qeydiyyatda olduğu limanın yerləşdiyi yer üzrəməhkəməyə verilir.
342.4. Məhkəməyə şikayət, notariat hərəkəti və ya bu cür hərəkəti yerinə yetirməkdən imtina edilməsi ərizəçiyəməlum olan gündən hesablanmaqla, 10 gün müddətində verilir.
342.5. Aparılmış notariat hərəkəti əsasında hüquq barədəmaraqlı şəxslər arasında yaranmış mübahisəyəməhkəmə tərəfindən iddia icraatı qaydasında baxılır.
M a d d ə 3 4 3 . Şikayətə baxılması Şikayətə ərizəçinin və ya hərəkətindən şikayət verilən notariusun və ya orqanın
nümayəndəsinin iştirakı ilə məhkəmə tərəfindən baxılır, lakin onların gəlməməsi işin həll edilməsinəmane olmur.
M a d d ə 3 4 4 . Şikayət üzrəməhkəmənin qətnaməsi Ərizəçinin şikayətini təmin edən məhkəmə qətnaməsi aparılmış notariat əməliyyatını ləğv
edir və ya bu cür əməliyyatın yerinə yetirilməsini tapşırır.
F ə s i l 3 9
UŞAĞIN ÖVLADLIĞA GÖTÜRÜLMƏSİ
M a d d ə 3 4 5 . Ərizənin verilməsi Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs)
tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrəməhkəməyə verilir. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan
şəxslər tərəfindən övladlığa götürüldüyü zaman ərizə uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə aşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti əsasında akkreditə edilmiş orqan tərəfindən verilir.168
M a d d ə 3 4 6 . Ərizənin məzmunu 346.0. Uşağın övladlığa götürülməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir: 346.0.1. övladlığa götürənlərin (götürənin) soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış
yeri, məşğuliyyət növü; 346.0.2. övladlığa götürülən uşağın soyadı, adı, atasının adı, onun yaşayış yeri (olduğu yer),
valideynləri barədəməlumat, qardaş və bacılarının olub‐olmaması; 346.0.3. uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişini
əsaslandıran hallar, bu halları təsdiq edən sübutlar; 346.0.4. övladlığa götürülən uşağın soyadının, adının, atasının adının, onun doğulduğu
tarixin (1 yaşınadək uşaqlar övladlığa götürüldükdə) dəyişdirilməsi, övladlığa götürənlərin (götürənin) valideynlər (valideyn) kimi uşağın doğulması haqqında akt qeydində yazılması barədə xahiş.
M a d d ə 3 4 7 . Ərizəyə əlavə edilən sənədlər 347.1. Övladlığa götürmə barədə ərizəyə aşağıdakılar əlavə olunmalıdır: 347.1.1. uşaq nikahda olmayan şəxs tərəfindən övladlığa götürüldükdə—övladlığa
götürənin doğum haqqında şəhadətnaməsinin surəti;
347.1.2. uşaq nikahda olan şəxslər (şəxs) tərəfindən övladlığa götürüldükdə—övladlığa götürənlərin (götürənin) nikah haqqında şəhadətnaməsinin surəti;
347.1.3. uşaq ər‐arvaddan biri tərəfindən övladlığa götürüldükdə—digərinin razılığı və ya ər‐arvadın ailə münasibətlərinə xitam verməklə 1 ildən artıq müddətdə birgə yaşamadıqlarını təsdiq edən sənəd. Müvafiq sənədi ərizəyə əlavə etmək mümkün olmadıqda ərizədə həmin faktları təsdiq edən sübutlar göstərilməlidir;
347.1.4. övladlığa götürənlərin (götürənin) səhhətinin vəziyyəti barədə tibbi rəy; 347.1.5. övladlığa götürənlərin (götürənin) tutduğu vəzifə və əmək haqqı barədə iş yerindən
arayış və ya gəlirlər haqqında digər sənəd; 347.1.6. yaşayış yerindən istifadə etmək hüququnu və ya yaşayış yerinə mülkiyyət
hüququnu təsdiq edən sənəd. 347.2. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1— 347.1.6‐cı maddələrində göstərilən sənədlər, müvafiq icra hakimiyyəti orqanının razılığı habelə övladlığa götürənlərin vətəndaşları olduqları dövlətin (uşaq vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə həmin şəxslərin daimi yaşayış yeri olan dövlətin) səlahiyyətli orqanının onların həyat şəraiti və övladlığa götürmək imkanları barədə rəyi, müvafiq dövlətin səlahiyyətli orqanının övladlığa götürülən uşağın onun ərazisinə gəlməsinə və orada yaşamasına icazəsi əlavə olunur.169
347.3. Əcnəbi və vətəndaşlığı olmayan şəxs olan uşağın Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülməsi haqqında ərizəyə bu Məcəllənin 347.1.1—347.1.6‐ cı maddələrində göstərilən sənədlər, habelə uşağın qanuni nümayəndəsinin və vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının razılığı və göstərilən dövlətin qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə əsasən tələb olunduqda, uşağın övladlığa götürülməyə razılığı əlavə olunur.170
347.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin sənədləri müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır. Leqallaşdırıldıqdan sonra onlar Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notariat qaydasında təsdiq edilməlidir.171
M a d d ə 3 4 8 . İşin məhkəmədə baxılmağa hazırlanması 348.1. Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürülməsi halı istisna olmaqla, işi məhkəmədə baxılmağa hazırlayarkən hakim ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə övladlığa götürmənin əsaslığı və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında məhkəməyə rəy verməyə borclu olan övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə qəyyumluq və himayəçilik orqanına göndərilməsi haqqında qərardad çıxarır. Həmin qərardadla iş üzrə icraat rəy alınanadək dayandırılır.172
348.2. Məhkəməyə təqdim edilmiş qəyyumluq və himayəçilik orqanının rəyinə aşağıdakılar əlavə olunmalıdır:
348.2.1. övladlığa götürülən uşağın yaşayış yeri (olduğu yer) üzrə və ya övladlığa götürənlərin (götürənin) yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanının tərtib etdiyi övladlığa götürənlərin (götürənin) həyat şəraitinin müayinə aktı;
348.2.2. övladlığa götürülən uşağın səhhətinin vəziyyəti, fiziki və əqli inkişafı haqqında tibbi rəy;
348.2.3. övladlığa götürülən uşağın doğum haqqında şəhadətnaməsi;
348.2.4. on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin (götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb olunmayan hallar istisna olmaqla);
348.2.5. uşağın övladlığa götürülməsinə onun valideynlərinin razılığı olmadan yol verən qanunda göstərilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı;173
348.2.6. uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin himayəsindən məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa götürülməsinə razılığı;
348.2.7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, tərəfindən övladlığa götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasına, habelə vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri‐mümkünlüyünü təsdiq edən sənəd.174
348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər. 348.4. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin
qərardadı ilə iş üzrə icraat təzələnir və işməhkəmə iclasında baxılmağa təyin edilir. 348.5. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə müvafiq icra hakimiyyəti orqanından razılığa əsas olmuş qəyyumluq və himayəçilik orqanı tərəfindən verilmiş vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsinin qeyri‐mümkünlüyünü təsdiq edən sənədləri və övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəyi, həmçinin övladlığa götürülənin ümumi uçotda olmasını və övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının təqdim etdiyi müvafiq sənədləri tələb edir.175
M a d d ə 3 4 9 . Ərizəyə baxılması İşə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və
himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.176
M a d d ə 3 5 0 . Ərizə üzrəməhkəmənin qərarı 350.1. Məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa
götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir.177
350.2. Məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt qeydində valideynlər (valideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında xahişlərini təmin edə bilər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman övladlığa götürmədən sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın saxlanması, tərbiyəsi və təhsili şəraiti barədə məlumatların mütəmadi olaraq övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına təqdim edilməsi öhdəliyinin götürülməsi uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində göstərilməlidir.178
350.3. Xahiş təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyəmindiyi gündən müəyyən olunur.
350.4. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına uşağın övladlığa götürülməsinin dövlət qeydiyyatı üçün qətnamənin çıxarıldığı yer üzrəvətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana, övladlığa götürülən uşaqların uçotu üçün uşağın yaşadığı (olduğu) yer üzrəmüvafiq icra hakimiyyəti orqanına göndərilir.179
M a d d ə 3 5 1 . Övladlığa götürülmənin ləğv edilməsi Uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia
icraatı qaydasında həyata keçirilir.
Fəsil 40180
ŞƏXSIN NARKOLOJI‐TIBB MÜƏSSISƏSINƏMƏCBURI YERLƏŞDIRILMƏSI BARƏDƏ IŞLƏR ÜZRƏ ICRAAT
Maddə 352. Ərizənin verilməsi
352.1. Öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin yaşadığı yer üzrə və ya narkoloji‐tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə təqdim olunur.
352.2. Ərizədə şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji‐tibb müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir.
Maddə 353. Ərizə üzrəməhkəmənin qətnaməsi
353.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin edilməsi barədə qətnamə qəbul edir.
353.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır.
Maddə 354. Narkoloji‐tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi
Narkoloji‐tibb müəssisəsində məcburi müalicədə olan şəxsin qanunla nəzərdə tutulmuş hallarda narkoloji‐tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin müəssisənin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrəməhkəmənin qərarı əsasında həyata keçirilir.
Maddə 355. Şəxsin narkoloji‐tibb müəssisəsində məcburi müalicə müddətinin uzadılması
Şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi yerləşdirilməsi müddətinin uzadılması narkoloji‐tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla müəssisənin yerləşdiyi yer üzrəməhkəmənin qərarı əsasında həyata keçirilir.
ÜÇÜNCÜ BÖLMƏ MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI
F ə s i l 4 1 APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT
M a d d ə 3 5 7 . Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul
olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50‐ci və 306‐cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
357.3. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdir və öz hüquqi mahiyyətinə, hüquqi nəticələrinə görə apellyasiya şikayətinə bərabər tutulur.
Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr181
358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:
358.0.1. rayon (şəhər) məhkəmələrinin qətnamələrindən ‐ yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına;
358.0.2. yerli iqtisad məhkəmələrinin qətnamələrindən ‐ yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarına və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasına;
358.0.3. Naxçıvan Muxtar Respublikası rayon (şəhər) məhkəmələrinin qətnamələrindən ‐ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasına.
182M a d d ə 3 5 9 . Apellyasiya şikayətinin (apellyasiyanın) mümkünlüyü Apellyasiya şikayəti (apellyasiya) birinci instansiya məhkəməsinin qanuni qüvvəyə
minməmiş bütün qətnamələrindən, iddia məbləği şərti maliyyə vahidinin 100 mislindən çox olmayan və qanunda xüsusi olaraq göstərilmiş mübahisələr üzrə qəbul edilmiş qətnamələr istisna olmaqla, verilə bilər.
M a d d ə 3 6 0 . Apellyasiya şikayətinin verilməmüddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində
verilə bilər. 183
M a d d ə 3 6 1 . Apellyasiya şikayətinin məzmunu 361.1. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer
və işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi,
qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və qanunlara, digər normativ aktlara və işin
materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 184
361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya
nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.
361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim
edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri‐mümkün olduğunu əsaslandırsın.
361.5. Dərhal icra edilməli olan qətnamələrdən verilən şikayətə qətnamənin icra olunduğunu təsdiq edən sənədlər əlavə olunur. 185
M a d d ə 3 6 2 . Apellyasiya şikayətinin verilməsi Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına
görə işə birinci instansiyada baxmışməhkəməyə təqdim edilir.
M a d d ə 3 6 3 . Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda
qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan
şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;
363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə‐hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;
363.1.3. apellyasiya şikayəti müəyyən edilmişmüddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən
şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa.
363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2‐ci maddələrində göstərilmiş hallar aradan
qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti iləmüraciət edə bilər.
M a d d ə 3 6 4 . Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsinin hərəkətləri
Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361‐ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361‐ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 186
M a d d ə 3 6 5 . Ümumi şərtlər Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.
M a d d ə 3 6 6 . Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün
müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.187
366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
366.3. Apellyasiyanın mümkünlüyü üzrəməhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri‐mümkün hesab edilməsi barədə qərardaddan kassasiya
instansiyasına şikayət verilə bilər.
M a d d ə 3 6 7 . Apellyasiya şikayətinin rəsmi qaydada verilməsi, apellyasiya şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi 188
367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir. 189
367.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.190
367.3. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.
367.4. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər.
M a d d ə 3 6 8 . İşin baxılmağa təyin olunması. İşə apellyasiya instansiyası məhkəməsində baxılmanın müddətləri191
368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir. 368.2. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin
etmək üçün zəruri hazırlıq işləri görür. 368.3. Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası
məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. 192
M a d d ə 3 6 9 . Apellyasiya şikayətindən imtina edilməsi 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya
məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə
qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191‐ci maddəsində nəzərdə tutulan əsaslar olduqda
şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu
qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
M a d d ə 3 7 0 . İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və
tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib‐edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib‐edilməməsinin nəticələri bu Məcəllənin 191‐ci maddəsinin qaydaları iləmüəyyən olunur.
Maddə 371. Apellyasiya instansiyasıməhkəməsində yeni sübutların qəbul edilməsi Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə
iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görəmümkün olmadığını əsaslandırsın. 193
M a d d ə 3 7 2 . Apellyasiya instansiyasıməhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və
əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların
birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
372.5. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə, üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun.
372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
M a d d ə 3 7 3 . İşə baxılması Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin şikayəti ilə və hansı məhkəmənin
qətnaməsinə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən və nümayəndələrdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.
M a d d ə 3 7 4 . Məhkəmə tərkibinin elan olunması və etiraz hüququnun izah edilməsi Sədrlik edən məhkəmə tərkibini elan edir və işdə iştirak edən şəxslərə etiraz etmə
hüququnu izah edir. Etiraz üçün əsaslar, edilmiş etirazın həlli qaydası və etirazların təmin edilməsinin nəticələri bu Məcəllənin 19‐23‐cü maddələri və bu fəsilləmüəyyən olunur.
M a d d ə 3 7 5 . İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir.
M a d d ə 3 7 6 . İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməlirinin nəticələri 376.1. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak
edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.
376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
376.3. İşə qiyabi baxılması və həllinin bu Məcəllə ilə müəyyən olunmuş qaydaları apellyasiya icraatına da şamil edilir.
M a d d ə 3 7 7 . İşdə iştirak edən şəxslərin müraciətlərinin məhkəmə tərəfindən həll edilməsi İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı
olan bütün məsələlər barəsindəmüraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.
M a d d ə 3 7 8 . İşin məruzə edilməsi İşə apellyasiya instansiyası məhkəməsində baxılması sədrlik edənin və ya hakimlərdən
birinin məruzəsi ilə başlanır. Məruzəçi işin hallarını, birinci instansiya məhkəməsi qətnaməsinin məzmununu, apellyasiya şikayətinin dəlillərini və ona dair daxil olmuş etirazları, məhkəməyə təqdim olunmuş yeni sübutların məzmununu izah edir, habelə məhkəmə qətnaməsinin yoxlanılması üçün zəruri olan digər materiallar haqqında məlumat verir.
M a d d ə 3 7 9 . İşdə iştirak edən şəxslərin izahatları Məruzədən sonra məhkəmə, məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin və
nümayəndələrin izahatlarını dinləyir. Birinci apellyasiya şikayətini vermiş şəxs və onun nümayəndəsi çıxış edir. Qətnamədən hər iki tərəf şikayət verdikdə, birinci iddiaçı çıxış edir.
M a d d ə 3 8 0 . Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan
edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri‐mümkün olduğunu hesab edərsə, araşdırır.
380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər.
M a d d ə 3 8 1 . Məhkəmə çıxışları Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar araşdırıldığı halda məhkəmə
çıxışlarına yol verilə bilər. Bu zaman birinci apellyasiya şikayətini vermiş şəxs çıxış edir.
M a d d ə 3 8 2 . Qətnamənin çıxarılması və elan edilməsi Məhkəmə çıxışlarından sonra məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedir.
Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.
M a d d ə 3 8 3 . Məhkəmə iclasının protokolu Apellyasiya icraatında bu Məcəllənin 22‐ci fəsli ilə müəyyən edilmiş qaydada protokol
yazılır.
M a d d ə 3 8 4 . Apellyasiya instansiyasıməhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyasıməhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya
məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
384.0.3. qətnaməni dəyişdirə bilər; 384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və
yaxud ərizəni baxılmamış saxlaya bilər.
M a d d ə 3 8 5 . Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar
385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;
385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi‐nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
M a d d ə 3 8 6 . Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki,
birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
M a d d ə 3 8 7 . Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi aşağıdakı hallarda ləğv edilməlidir:
387.2.1. işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa; 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi
qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa;
387.2.3. işə baxılan zaman icraatın aparıldığı dil haqqında qaydalar pozulmuşdursa; 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə
nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə; 387.2.5. qətnamə onda göstərilən hakim tərəfindən imzalanmamışdırsa; 387.2.6. qətnamə işə baxan hakim tərəfindən qəbul edilməmişdirsə; 387.2.7. işdəməhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa. 387.3. Bu Məcəllənin 387.2.1—387.2.7‐ci maddələrində göstərilmiş halların mövcudluğu
birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.
M a d d ə 3 8 8 . Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması
Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
M a d d ə 3 8 9 . Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması
Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri‐mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
M a d d ə 3 9 0 . Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması
Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
M a d d ə 3 9 1 . İcraata xitam verməklə və ya ərizəni baxılmamış saxlamaqla qətnamənin ləğv edilməsi 194
Bu Məcəllənin 19‐cu və 20‐ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.
M a d d ə 3 9 2 . Apellyasiya instansiyasıməhkəməsi qətnaməsinin məzmunu 392.1. Apellyasiya instansiyasıməhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.1 qətnamənin çıxarılma vaxtı və yeri; 392.1.2. qətnaməni çıxarmışməhkəmənin adı və tərkibi; 392.1.3. apellyasiya şikayətini vermiş şəxs; 392.1.4. şikayət verilən qətnamənin, apellyasiya şikayətinin, təqdim edilmiş sübutların, işə
apellyasiya instansiyasında baxılarkən iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu; 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu
qanunlar; 392.1.6. apellyasiya şikayətinə baxılması üzrəməhkəmənin nəticələri. 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi
dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.195
Maddə 392‐1. Apellyasiya instansiyasıməhkəməsinin əlavə qətnaməsi 196 Apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi bu Məcəllənin 229‐cu maddəsi ilə
müəyyən edilmiş hallarda və qaydada çıxarılır.
M a d d ə 3 9 3 . Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsi
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyəminir.197
Maddə 394. Apellyasiya instansiyasıməhkəməsinin xüsusi qərardadı 198
394.1. İşə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4‐cü və 265.5‐ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. 199
394.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün apellyasiya instansiyasıməhkəməsinin sədri tərəfindən Məhkəmə‐Hüquq Şurasına göndərilir.
F ə s i l 4 2 BİRİNCİ İNSTANSİYAMƏHKƏMƏLƏRİNİN QƏRARDADLARINDAN ŞİKAYƏT
VERİLMƏSİ
M a d d ə 3 9 5 . Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək hüququ
395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:
395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinəmane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə
iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər.
M a d d ə 3 9 6 . Şikayətin verilməmüddəti 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra
10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.200
396.2. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan edildiyi vaxtdan hesablanır.
M a d d ə 3 9 7 . Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası
397.1. Bu Məcəllənin 269.3‐cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir.
397.2. Apellyasiya instansiyasıməhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır.
M a d d ə 3 9 8 . Apellyasiya instansiyasıməhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə
aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya
məhkəməsinə göndərmək; 398.0.3.qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll
etmək. 201
M a d d ə 3 9 9 . Apellyasiya instansiyasıməhkəməsinin göstərişlərinin məcburiliyi
Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir.202
M a d d ə 4 0 0 . Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi
Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı onun çıxarıldığı andan qanuni qüvvəyəminir.
M a d d ə 4 0 1 . İşin qaytarılması Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və ya
qərardadını dəyişdirmədən saxlamaq və yaxud qərardadı ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək barədə məhkəmə aktı qəbul etdikdən sonra, bunlardan şikayət olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilir.
F ə s i l 4 3 KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT
Maddə 402. Kassasiya şikayəti vermə hüququ203
Apellyasiya məhkəmələrinin mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər və iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər.
M a d d ə 4 0 3 . Kassasiya şikayəti iləmüraciət etmək hüququ 403.1. Apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrindən və
qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.
403.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamə və qərardadından təqdimat verə bilər.204
403.3. Bu Məcəllənin 50‐ci və 306‐cı maddələrində nəzərdə tutulmuş hallarda prokuror məhkəmə araşdırmalarında iddiaçı və ya ərizəçi olduqda, protest vermək hüququna malikdir.
403.4. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən kassasiya instansiyası məhkəməsinə verilən şikayətdir və hüquqi mahiyyətinə, nəticələrinə görə kassasiya şikayətinə bərabər tutulur.
M a d d ə 4 0 4 . Kassasiya qaydasında işə baxan məhkəmə 404.1. Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından
kassasiya qaydasında aşağıdakıməhkəmələrə şikayət vermək olar: 404.1.1. apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və
qərardadlarından ‐ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına;205
404.1.2. apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından ‐ Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrəməhkəmə kollegiyasına. 206
404.2. Aidiyyətə dair mübahisələr üzrə kassasiya şikayətlərinə mülki işlər və iqtisadi mübahisələr üzrə kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər.
M a d d ə 4 0 5 . Kassasiya şikayəti verməmüddəti Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı
müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay
müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün
müddətində.207
M a d d ə 4 0 6 . Kassasiya şikayəti vermə qaydası 406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə
verilir. 406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda
bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407‐409‐cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir.
M a d d ə 4 0 7 . Kassasiya şikayətinin məzmunu 208
407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer
və işdə prosessual vəziyyəti , şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi
tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının
düzgün tətbiq edilməməsinin nədən ibarət olması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi
nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 209
407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
M a d d ə 4 0 8 . Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 407.1‐ci maddəsinin tələblərinə cavab vermirsə,
kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa;210
408.1.2. şikayət qətnamə və qərardadı qəbul etmişməhkəmə vasitəsi ilə göndərilməmişsə; 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə
dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 211
408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə təmin olunmamışsa və buraxılmışmüddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə;
408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
408.1.6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa;
408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5‐ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2‐ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6‐cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır.
408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 408.4. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına
dair qərardaddan kassasiya instansiyasıməhkəməsinə şikayət verilə bilər. 408.5. Bu Məcəllənin 408.1.1—408.1.6‐cı maddələrində göstərilən nöqsanlar aradan
qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.
M a d d ə 4 0 9 . İşin kassasiya instansiyasıməhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407‐ci maddəsinin
tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407‐ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyasıməhkəməsinə göndərilir. 212
M a d d ə 4 1 0 . Kassasiya şikayətindən imtina edilməsi 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə
haqlıdır. 410.2. Məhkəmə bu Məcəllənin 191‐ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən
imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.
410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.
M a d d ə 4 1 1 . Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin
hakimi qərardad çıxardır.
M a d d ə 4 1 2 . Kassasiya şikayətinin rəsmi qaydada verilməsi 412.1. Kassasiya şikayəti və buna əlavə olunmuş sənədlər əks tərəfə rəsmi qaydada verilir. 412.2. İşdə iştirak edən şəxslər kassasiya şikayətinin surəti onlara rəsmi qaydada
verildikdən sonra 20 gündən gec olmayaraq kassasiya şikayətinə dair etirazlarını və yaxud izahatlarınıməhkəməyə göndərməyə haqlıdırlar.213
M a d d ə 4 1 3 . Qətnamənin və ya qərardadın icrasının dayandırılması 413.0. Kassasiya məhkəməsi işdə iştirak edən şəxslərin vəsatəti ilə apellyasiya instansiyası
məhkəməsinin qəbul etdiyi qətnamənin və ya qərardadın və birinci instansiya məhkəməsinin onlarla bağlı olan qətnaməsinin, qərardadının icrasını kassasiya icraatı başa çatana kimi aşağıdakı hallarda dayandıra bilər:
413.0.1. işdə iştirak edən şəxslər çoxuşaqlı ailəyəmalikdirlərsə; 413.0.2. işdə iştirak edən şəxslər əmək qabiliyyətinin, ailəni dolandıranın itirilməsi, xəstəlik,
əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu nəticəsində ağır maddi vəziyyətə düşmüşlərsə;
413.0.3. işdə iştirak edən şəxslər yaşayış sahəsini itirmişlərsə və digər yerdə yaşamağa imkanları yoxdursa. 214
M a d d ə 4 1 4 . Kassasiya şikayətinə baxılmasımüddəti Qanunda başqa müddət müəyyən edilməyibsə, Azərbaycan Respublikası Ali
Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına, yaxud iqtisadi mübahisələrə dair məhkəmə kollegiyasına işlə birlikdə daxil olmuş kassasiya şikayətinə onun daxil olduğu gündən 2 ay müddətində baxılır.215
M a d d ə 4 1 5 . İşdə iştirak edən şəxslərin xəbərdar edilməsi 415.1. Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki,
işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun. 415.2 İşdə iştirak edən şəxslər və onların nümayəndələri işə baxılma vaxtı və yeri barədə
xəbərdar edilirlər. 415.3. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən
şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. 216
Maddə 415‐1. Kassasiya instansiyasında işə baxılması 217
415‐1.1. Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin kassasiya şikayəti ilə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və vəkillərin səlahiyyətlərini yoxlayır.
415‐1.2. Məhkəmə tərkibi elan edilir. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələri izah olunur.
415‐1.3. İşə baxılması sədrlik edənin məruzəsi ilə başlayır. Əvvəl kassasiya şikayəti verən şəxs və onun vəkili, daha sonra isə digər tərəf dinlənilir.
415‐1.4. Sonra məhkəmə müşavirə otağına gedir. Müşavirə otağında qərar səs çoxluğu ilə qəbul edilir. Azlıqda olan hakim xüsusi rəyini yazıb işə əlavə edə bilər. Qəbul edilən qərar sədrlik edən və ya hakimlərdən biri tərəfindən elan edilir.
M a d d ə 4 1 6 . Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
M a d d ə 4 1 7 . Kassasiya instansiyasıməhkəməsinin səlahiyyətləri 218
417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik
edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə
bilər; 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud
qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;
417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;219
417.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1‐259.0.3‐cü və 259.0.8.—259.0.10‐cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1‐261.0.7‐ci maddələrinəmüvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə edə bilər. 220
417.2. Bu Məcəllənin 417.1.4‐cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.221
M a d d ə 4 1 8 . Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları
418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
418.2. Bu Məcəllənin 386‐cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:
418.4.1. işəməhkəmə tərəfindən qeyri‐qanuni tərkibdə baxılmışsa; 418.4.2. qətnamə və ya qərardad hər hakim tərəfindən imzalanmamışsa və ya qətnamədə
göstərilməyən hakimlər tərəfindən imzalanmışsa; 418.4.3. qətnamə və ya qərardad işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər
tərəfindən çıxarılmışsa;222
418.4.4. işdə məhkəmə iclasının protokolu yoxdursa və ya protokol bu Məcəllənin 272.8‐ci maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa;
418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;
418.4.6. məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə;
418.4.7. məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa;
418.4.8. işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa. 418.5. Bu Məcəllənin 418.4.1.—418.4.3‐cü və 418.4.6‐cı maddələrində nəzərdə tutulmuş
halların mövcudluğu apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
M a d d ə 4 1 9 . Kassasiya instansiyasıməhkəməsinin qərarı 419.1. Kassasiya şikayətinə baxılması nəticəsində bütün hakimlər tərəfindən imzalanmış
qərar qəbul edilir. 419.2. Qərarda aşağıdakılar göstərilməlidir; 419.2.1. qərarı çıxaran məhkəmənin və işin adı, çıxarılma tarixi, məhkəmənin tərkibi, iclasda
iştirak etmiş şəxslərin səlahiyyətləri göstərilməklə soyadları; 419.2.2. kassasiya şikayəti vermiş şəxsin və işdə iştirak edən şəxslərin adları; 419.2.3. işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin adı, işin
nömrəsi, qətnamənin, qərardadın çıxarıldığı tarix və onları çıxartmış hakimlərin soyadları; 419.2.4. çıxarılmış qətnamənin və qərardadın qısa məzmunu; 419.2.5. çıxarılmış qətnamənin, qərardadın qanuniliyini yoxlamaq barədə irəli sürülmüş
əsaslar; 419.2.6. kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən dəlillər; 419.2.7. məhkəmə iclasında iştirak edən şəxslərin izahatları; 419.2.8. işdə iştirak edən şəxslərin istinad etdikləri qanun və normativ hüquqi aktların
məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar;
419.2.9. apellyasiya instansiyası məhkəməsinin aktları ləğv edildikdə apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması, yaxud düzgün tətbiq etməməsi barədə kassasiya instansiyasıməhkəməsinin dəlilləri;
419.2.10. kassasiya şikayətinə baxılmasının nəticələri; 419.2.11. iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər. 419.3. Qərar qəbul edildiyi gündən 1 ay müddətində, işdə iştirak edən şəxslərə sifarişli
məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir. 419.4. Qərar qəbul edildiyi andan qüvvəyəminir.
M a d d ə 4 2 0 . Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin
işə yenidən baxan məhkəmə üçün məcburidir.
M a d d ə 4 2 1 . İşin qaytarılması İşə kassasiya instansiyası məhkəməsi tərəfindən baxıldıqdan sonra həmin iş kassasiya
instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılır.
Maddə 421‐1.Məhkəmə iclasının protokolu 223
Kassasiya icraatında bu Məcəllənin 22‐ci fəsli iləmüəyyən edilmiş qaydada protokol yazılır.
Maddə 421‐2. Kassasiya instansiyasıməhkəməsinin xüsusi qərardadı
421‐2.1. İşə kassasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4‐cü və 265.5‐ci maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.224
421‐2.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə‐Hüquq Şurasına göndərilir.
F ə s i l 4 4 ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT
M a d d ə 4 2 2 . Kassasiya qərarlarına yenidən baxılması Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının və
iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər.
M a d d ə 4 2 3 . Təqdimat, şikayət və protest vermək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının və
iqtisadi mübahisələr üzrə məhkəmə kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən təqdimat vermək hüququna malikdir. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Bu Məcəllənin 50‐ci və 306‐cı maddələrində nəzərdə tutulmuş hallarda müvafiq prokuror məhkəmə araşdırmasında iddiaçı və ya ərizəçi olmuşsa, Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir.
M a d d ə 4 2 4 . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının əsasları
424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır. 424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
424.2.1. kassasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə;
424.2.2. kassasiya instansiyası məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişsə;
424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası yoxdursa; 225
424.2.4. kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsi onun təsviri və ya əsaslandırıcı hissəsinəmüvafiq olmazsa.
M a d d ə 4 2 5 . Təqdimatın, protestin və şikayətin məzmunu Təqdimat, protest və şikayət bu Məcəllənin 407‐ci maddəsində nəzərdə tutulmuş tələblərə
uyğun olmalıdır. 226
M a d ə 4 2 6 . Təqdimatın, protestin və ya şikayətin göndərilməsi 426.1. Əsaslar olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimatı,
protesti və ya şikayəti iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərir.
426.2. Təqdimat, protest və yaxud şikayət Azərbaycan Respublikası Ali Məhkəməsi kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər.
426.3. Təqdimat, protest və yaxud şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. 227
M a d d ə 4 2 7 . Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi 427.1. Təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. 427.2. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi Azərbaycan Respublikası Ali
Məhkəməsinin Plenumunda icraata xitam verilməsinə səbəb olur.
M a d d ə 4 2 8 . İşə baxılması 428.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əvvəllər işə baxılmasında
iştirak etməmiş hakimin işin halları və təqdimatın, protestin və ya şikayətin dəlilləri barədə məruzəsini dinləyir.
428.2. Plenumun iclasına izahat vermək üçün protest və ya şikayəti vermiş şəxslər, habelə işdə iştirak edən digər tərəflər çağırıla bilərlər. Bu halda onlara plenum iclasının vaxtı və yeri barədə bildiriş göndərilir. Onların gəlməməsi işə baxılmasına mane olmur.
428.3. İşə baxılarkən bütün məsələlər səs çoxluğu ilə həll edilir. Təqdimatın, protestin və ya şikayətin təmin edilməsi leyhinə və əleyhinə verilmiş səslərin sayı bərabər olduqda təqdimat, protest və ya şikayət rədd edilmiş sayılır.
M a d d ə 4 2 9 . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri 429.0. Əlavə kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəmə
Plenumunun hüququ vardır: 429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və
ya şikayəti isə təmin etmədən saxlamaq;
429.0.2. kassasiya instansiyasıməhkəməsinin qərarına dəyişiklik etmək; 429.0.3. kassasiya instansiyası məhkəməsinin qərarını tam və ya qismən və onunla bağlı
apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını tam və ya qismən ləğv etmək, işi apellyasiya instansiyasıməhkəməsinə yenidən baxılmağa göndərmək;
429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə yaxud qismən ləğv etmək, bu Məcəllənin 259.0.1, 259.0.2 və 259.0.8—259.0.10‐cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 261.0.7‐ci maddələrinəmüvafiq olaraq iş üzrə icraata xitam vermək;
429.0.5. kassasiya instansiyasıməhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq.
429.0.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılmasının yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası məhkəməsinə həvalə etmək. 228
M a d d ə 4 3 0 . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı 430.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə
qərar çıxarır. 430.2. Qərarda aşağıdakılar göstərilməlidir: 430.2.1. qərarı çıxarmışməhkəmənin adı; 430.2.2. qərarın çıxarılma vaxtı və yeri; 430.2.3. haqqında qərar çıxarılan iş; 430.2.4. şikayət verən şəxs; 430.2.5. təqdimat və ya protest verən şəxs; 430.2.6. aşağıməhkəmələrin şikayət edilən aktlarına istinad; 430.2.7. çıxarılan qərarın əsaslandığı qanun; 430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar. 430.3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən
imzalanır və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.229
230M a d d ə 4 3 1 . ( ç ı x a r ı l ı b )
F ə s i l 4 4 ‐ 1
HÜQUQ VƏ AZADLIQLARIN POZULMASI İLƏ BAĞLI YENİ HALLAR ÜZRƏ İCRAAT 231
M a d d ə 4 3 1 ‐ 1 . İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması 232
431‐1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
431‐1.2. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
431‐1.2.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu
pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
431‐1.7.7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinin işə baxarkən ʺinsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqındaʺ Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi.
M a d d ə 4 3 1 . 2 . Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxan məhkəmə 233
Qanuni qüvvəyəminmişməhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Plenum Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır.
M a d d ə 4 3 1 ‐ 3 . Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması qaydası 234
431‐3.1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 aydan gec olmayan müddətdə plenum məhkəmə iclasında hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrəməhkəmə aktlarına baxır.
431‐3.2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və ya İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri işin plenumun məhkəmə iclasına hazırlanmasını və məruzə edilməsini hakimlərin birinə tapşırır.
431‐3.3. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi işə baxılmasına mane olmur.
431‐3.4. İşə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iş qaydasına müvafiq olaraq baxılır.
M a d d ə 4 3 1 ‐ 4 . İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxmaq haqqında qərar 235
431‐4.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır. Qərar bu məcəllənin 430.2‐ci və 430.3‐cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır.
431‐4.2. Hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431‐4.2.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi barədə qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431‐4.2.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431‐4.2.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyasıməhkəməsinin qərarının qüvvədə saxlanılması barədə;
431‐4.3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir:
431‐4.3.1. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının tam və ya qismən ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilməsi barədə (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər);
431‐4.3.2. əlavə kassasiya qaydasında çıxarılmış qərarın və (və ya) kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının qüvvədə saxlanılması barədə;
431‐4.3.3. əlavə kassasiya qaydasında çıxarılmış qərarın ləğv edilməsi və kassasiya instansiyasıməhkəməsinin qərarının qüvvədə saxlanılması barədə.
431‐4.3.4. əlavə kassasiya qaydasında çıxarılmış qərara və ya kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə.
F ə s i l 4 5
QANUNİ QÜVVƏYƏMİNMİŞMƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR ÜZRƏ YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT
M a d d ə 4 3 2 . İşə yenidən baxılması 432.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla
bilər. 432.2. Yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar
aşağıdakılardır: 432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici
materiallar aşkar edildikdə; 432.2.2. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz,
yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə‐bilə yalan ifadələr verməsi, ekspertin bilə‐bilə yalan rəy verməsi, tərcüməçinin bilə‐bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;
432.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri;
432.2.4. həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.
M a d d ə 4 3 3 . Məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxan məhkəmə
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu baxır.
M a d d ə 4 3 4 . Ərizə vermənin qaydası vəmüddəti 434.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən
baxılması haqqında ərizə işdə iştirak edən şəxslər tərəfindən, işə yenidən baxmaq üçün əsas olmuş bu Məcəllənin 432‐ci maddəsində göstərilən halların aşkar olunduğu gündən 1 aydan gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər.
434.2. Ərizəçi işdə iştirak edən digər şəxslərə öz ərizəsinin və ona əlavə olunmuş sənədlərin surətlərini göndərməyə borcludur.
434.3. Ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur.
434.4. Müəyyən olunmuşmüddət keçdikdən sonra ərizə verildikdə və buraxılmışmüddətin bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və ona əlavə olunmuş sənədlərin surətlərinin göndərilməsini təsdiq edən sənədlər təqdim olunmadıqda, o, ərizəçiyə qaytarılır.
M a d d ə 4 3 5 . Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizənin məzmunu
435.1. Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizədə aşağıdakılar göstərilməlidir:
435.1.1. mübahisə edilən aktın dəqiq göstərilməsi; 435.1.2. ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi; 435.1.3. ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və
bunun üçün sübut vasitələrinin göstərilməsi; 435.1.4. qəbul edilmiş aktın ləğv edilməsi barədəmotivlər. 435.2. Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432‐ci
maddəsində göstərilən sənədlər əlavə olunur.
M a d d ə 4 3 6 . Ərizə vermək üçün müddətin hesablanması 436.1. Ərizə vermək üçün müddət aşağıdakı qaydada hesablanır: 436.1.1. bu Məcəllənin 432.2.1‐ci maddəsi ilə nəzərdə tutulan hallarda iş üçün mühüm
əhəmiyyəti olan hallar açıldığı gündən; 436.1.2. bu Məcəllənin 432.2.2 və 432.2.3‐cü maddələri ilə nəzərdə tutulan hallarda cinayət
işi üzrə hökmün qanuni qüvvəyəmindiyi gündən; 436.1.3. bu Məcəllənin 432.2.4‐cü maddəsi ilə nəzərdə tutulan hallarda—məhkəmə
hökmünün, qətnaməsinin, qərardadının, qərarının qanuni qüvvəyə mindiyi gündən və ya dövlət orqanı, yaxud digər orqan tərəfindən öz məzmununa görə yenidən baxılan qətnamə, qərardad və ya qərarın əsaslandığı hökmə, qətnaməyə, qərardada və ya qərara zidd olan qərarın çıxarıldığı gündən.
436.2. Bu Məcəllənin 432‐ci maddəsində nəzərdə tutulan hallar aşkar edildiyi gündən 3 il keçdikdən sonra bu barədə ərizəyə baxılmır.
M a d d ə 4 3 7 . Ərizəyə baxılması
437.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçi və işdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi ərizəyə baxılmasına mane olmur.
437.2. Ərizəyə və işə bu Məcəllənin 44‐cü fəslindəmüəyyən olunmuş qaydada baxılır.
M a d d ə 4 3 8 . İşə yenidən baxmaq haqqında qərardad 438.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu yeni açılmış hallar üzrə
qətnaməyə, qərardada və ya qərara baxdıqda ya ərizəni təmin edib məhkəmə aktlarını ləğv edir, ya da yenidən baxmağı rədd edir.
438.2. Məhkəmə aktları ləğv edildikdə, iş bu Məcəllənin 3 və 4‐cü fəsillərinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə göndərilir və bu Məcəllə ilə müəyyən olunmuş qaydalar üzrə məhkəmə tərəfindən yenidən baxılır.
DÖRDÜNCÜ BÖLMƏ XARİCİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT
F ə s i l 4 6
MƏHKƏMƏLƏRİN BEYNƏLXALQ SƏLAHİYYƏTLƏRİ
M a d d ə 4 3 9 . Xarici şəxslərin prosessual hüquqları 439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq
təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquq və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
439.2. Xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar.
M a d d ə 4 4 0 . Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 440.1. Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə
beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir.
440.3. Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər.
M a d d ə 4 4 1 . Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti
441.1. Əcnəbilərin prosessual hüquq və fəaliyyət qabiliyyəti vətəndaşı olduqları dövlətin qanunları iləmüəyyən edilir.
441.2 Əcnəbinin bir neçə vətəndaşlığı olduqda onun prosessual hüquq və fəaliyyət qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları iləmüəyyən edilir.
441.3. Vətəndaşlığı olmayan şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti həmin şəxsin daimi yaşadığı yeri olan dövlətin, belə dövlət olmadıqda isə onun adətən olduğu dövlətin qanunları iləmüəyyən edilir.
441.4. Qaçqınların prosessual hüquq və fəaliyyət qabiliyyəti onların sığınacaq tapdıqları dövlətin qanunları iləmüəyyən edilir.
M a d d ə 4 4 2 . Xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların prosessual hüquq və fəaliyyət qabiliyyəti
442.1. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər.
442.2. Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişləmüəyyən edilir.
M a d d ə 4 4 3 . Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyəti
443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır:
443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;
443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda;
443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan
Respublikasının ərazisində yaşayış yerinəmalik olduqda; 443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın
ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda;
443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə;
443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmişmüqavilədən irəli gəldikdə;
443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə;
443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər‐arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda;
443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinəmalik olduqda;
443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri.
M a d d ə 4 4 4 . Müstəsna səlahiyyət 444.0. Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar
daxildir: 444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya
girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə;
444.0.2. hüquqi şəxsin həqiqiliyinin və ya qeyri‐həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa;
444.0.3. patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər, əgər bu hüquqların qeydə alınması və ya onların qeydə alınması üçün ərizələrin verilməsi Azərbaycan Respublikasında olmuşdursa;
444.0.4. məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul edilmiş qətnamə Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə;
444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər; 444.0.6. əgər ər‐arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa,
Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər.
M a d d ə 4 4 5 . Xüsusi icraat işləri 445.0. Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda
baxırlar: 445.0.1. barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında məsələ
qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olmuşsa və yaxud Azərbaycan Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinəmalik olmuşsa;
445.0.2. barəsində məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerəmalik olduqda;
445.0.3. barəsində sahibsiz hesab etmə haqqında ərizə verilən əşya Azərbaycan Respublikasının ərazisində olduqda;
445.0.4. barəsində itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında ərizə verilmiş qiymətli kağız Azərbaycan Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə;
445.0.5. barəsində yanlışlıqların müəyyən edilməsi haqqında ərizə verilən vətəndaşlıq vəziyyəti aktlarının qeydləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirildikdə;
445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə.
M a d d ə 4 4 6 . Nikah münasibətlərindən əmələ gələn işlər 446.0. Nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan
Respublikasının məhkəmələri aşağıdakı hallarda beynəlxalq səlahiyyətəmalikdirlər:
446.0.1. əgər ər‐arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa;
446.0.2. əgər iddia verilmiş ər və yaxud arvadın Azərbaycan Respublikasında adətən olduğu yeri vardırsa;
446.0.3. Azərbaycan Respublikasına gəldiyi vaxtdan ər‐arvaddan biri vətəndaşlığı olmayan şəxsdirsə.
M a d d ə 4 4 7 . Valideynlərlə uşaqlar arasında işlər Şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində
Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun.
M a d d ə 4 4 8 . Övladlığa götürmə Məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o zaman müstəsna
səlahiyyətə malik olurlar ki, övladlığa götürən ər‐arvaddan biri və ya uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onların Azərbaycan Respublikasında adətən olduğu yer olsun.
M a d d ə 4 4 9 . Qəyyumluq, himayəçilik 449.1. Qəyyumluq və ya himayəçiliklə əlaqədar tapşırıqları icra etdikdə Azərbaycan
Respublikasının məhkəmələri o hallarda beynəlxalq səlahiyyətə malik olurlar ki, himayəçiliyə, qəyyumluğa verilən və yaxud uşaq Azərbaycan Respublikasının vətəndaşı olsun, yaxud da onların Azərbaycan Respublikasında adətən yaşayış yerləri olsun.
449.2. Əgər himayəçiliyə, qəyyumluğa verilənin və yaxud uşağın Azərbaycan Respublikası məhkəmələrinin himayəçiliyinə ehtiyacları varsa, Azərbaycan Respublikası məhkəmələri bu barədə beynəlxalq səlahiyyətəmalikdirlər.
M a d d ə 4 5 0 . Müqavilə aidiyyəti 450.1. Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli
olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.
450.2. Tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1‐ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.
M a d d ə 4 5 1 . İşə baxılması yerinin dəyişməzliyi Azərbaycan Respublikası məhkəməsi tərəfindən səlahiyyət qaydalarına əməl edilməklə
icraata qəbul edilmiş iş, sonradan tərəflərin vətəndaşlığının, yaşayış yerinin və ya adətən yerləşdiyi yerin dəyişməsi ilə əlaqədar və ya digər hallarda başqa dövlətin məhkəməsinə aid olsa da, mahiyyəti üzrə həll edilir.
M a d d ə 4 5 2 . Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə xarici məhkəmələr tərəfindən baxılmasının prosessual nəticələri
452.1. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisələrə dair xarici dövlətin məhkəmələri tərəfindən qətnamə çıxarılıbsa, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya iş üzrə icraata xitam verir.
452.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsində əvvəllər qaldırılmış iş olarsa və qərar Azərbaycan Respublikası ərazisində tanınmalı və ya icra edilməlidirsə, Azərbaycan Respublikasının məhkəməsi baxılmaq üçün ərizəni qəbul etməkdən imtina edir və ya ərizəni baxılmamış saxlayır.
452.3. Əgər xarici dövlətin məhkəmələri tərəfindən qəbul edilən və ya qəbul ediləcək qətnamə Azərbaycan Respublikasının ərazisində tanınmalı və ya icra olunmalı deyildirsə və yaxud iş Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətlərinə aiddirsə, bu Məcəllənin 452.1 və 452.2‐ci maddələrinin nəticələri yaranmır.
M a d d ə 4 5 3 . Diplomatik missiyanın üzvləri Azərbaycan Respublikasında yaradılan diplomatik missiyaların üzvləri, onların ailə üzvləri
və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961‐ci il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid edilir.
M a d d ə 4 5 4 . Konsulluq nümayəndəliklərinin üzvləri Azərbaycan Respublikasında yaradılmış konsulluq nümayəndəliklərinin üzvləri,
konsulluğun seçilmiş qulluqçuları da daxil olmaqla konsulluq münasibətləri barəsində 24 aprel 1963‐cü il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin onların dövlətlərinin həmin məsuliyyət barədəki müqavilənin iştirakçıları olmadığı hallara da aid edilir.
M a d d ə 4 5 5 . Digər toxunulmazlıq Azərbaycan Respublikasının mülki məhkəmə məsuliyyəti xidməti dəvət üzrə Azərbaycan
Respublikasında olan digər dövlətlərin nümayəndələrinə və onların müşayiətçilərinə şamil edilmir.
M a d d ə 4 5 6 . Məhkəmə tapşırıqları 456.1. Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikasının qanunları ilə
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrilə müəyyən edilmiş qaydada xarici məhkəmələrin ayrı‐ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqlarını icra edirlər (bildirişlərin və başqa sənədlərin verilməsi, tərəflərdən izahatlar, şahidlərdən ifadələr, ekspertlərdən rəy alınması, yerindəmüayinə aparılması və s.).
456.2. Aşağıdakı hallarda tapşırıqlar icra edilməməlidir: 456.2.1. əgər tapşırığın yerinə yetirilməsi Azərbaycan Respublikasının suverenliyinə və
onun qanunvericiliyinin ümumi prinsiplərinə ziddirsə; 456.2.2. əgər tapşırığın yerinə yetirilməsi məhkəmənin səlahiyyətinə aid deyildirsə. 456.3. Xarici məhkəmələrin ayrı‐ayrı prosessual tapşırıqlarının yerinə yetirilməsi,
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edilməyibsə, bu Məcəllədəmüəyyən edilmiş qaydalarla icra edilir.
456.4. Azərbaycan Respublikasının məhkəmələri xarici ölkələrin məhkəmələrinə ayrı‐ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə tapşırıqla müraciət edə bilər.
456.5. Əgər, lazım olan hərəkətləri Azərbaycan Respublikasının diplomatik və ya konsul nümayəndələri edə bilərlərsə, bu barədə onlara müraciət edilə bilər.
456.6. Azərbaycan Respublikası məhkəmələri ilə xarici məhkəmələr arasındakı münasibətlər Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri iləmüəyyən edilir.
M a d d ə 4 5 7 . Xarici dövlətlərin orqanları tərəfindən verilmiş sənədlərin tanınması Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya
hüquqi şəxsləri, yaxud əcnəbilər barəsində verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikasıməhkəmələri tərəfindən qəbul edilir.
M a d d ə 4 5 8 . Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi 458.1. Xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.
458.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmamışdırsa, xarici məhkəmələrin qətnamələrinin tanınması şərtləri və qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
458.3. Xarici məhkəmələrin qətnamələri, qətnamənin qanuni qüvvəyə mindiyi andan 3 il müddətindəməcburi qaydada icraya yönəldilə bilər.
M a d d ə 4 5 9 . Xarici məhkəmələrin icrası tələb olunmayan qətnamələrin tanınması 459.0. Xarici məhkəmələrin öz xarakterinə görə icrası tələb olunmayan aşağıdakı
qətnamələri Azərbaycan Respublikasında tanınır: 459.0.1. məhkəmənin qətnamə çıxardığı dövlətin vətəndaşlarının şəxsi statusuna toxunan
qətnamələr; 459.0.2. nikah ləğv edilən və ya etibarsız hesab edilən vaxt ər‐arvaddan biri Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaşadığı hallarda Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər arasındakı nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr;
459.0.3. nikah ləğv edildiyi və ya etibarsız hesab edildiyi vaxt ər‐arvadın hər ikisi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadıqları hallarda Azərbaycan Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə qətnamələr.
M a d d ə 4 6 0 . Başqa dövlətlərə çatdırılma 460.1. Başqa dövlətlərə korrespondensiyanın çatdırılması hüquqi yardım göstərilməsi
barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığımüqavilələrə əsasən həyata keçirilir. 460.2. Çatdırılma hüquqi yardım göstərilməsini xahiş edən orqan tərəfindən təsdiq olunur. 460.3. Əgər korrespondensiyaların çatdırılması hüquqi yardım göstərilməsi barədə
müqavilə olmayan başqa dövlətdə həyata keçirilməlidirsə, məlumat onun çatdırılmasını təsdiq edən bildirişin verilməsi şərti ilə sifarişli məktubla göndərilir. Bu halda çatdırılmanın təsdiqi
üçün məktubu çatdırmış poçt bölməsinin beynəlxalq hüquqa müvafiq olan təsdiq barədə arayışını təqdim etmək kifayətdir.
M a d d ə 4 6 1 . Nümayəndə təyin etmə hüququ 461.1. Tərəfin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayış yeri, olduğu
yeri, yaxud ofisi vardırsa və onun Azərbaycan Respublikasında yaşayan nümayəndəsi yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər.
461.2. Məhkəmə bu Məcəllənin 461.1‐ci maddəsində göstərilən tərəfə təyin olunmuş vaxtda məhkəmə baxışında onun və ya səlahiyyətli nümayəndəsinin iştirakı barədə hüquqlarını sifarişli məktubla izah edir.
461.3. Əgər tərəf bu vaxt ərzində səlahiyyətli nümayəndə təyin etməmişsə, onda sifarişli məktubun poçta verildiyi gündən 1 ay müddətində onun çatdırılması barədə bildiriş təqdim edilməsə dəməktub çatdırılmış hesab olunur.
461.4. Bu Məcəllənin 461.1‐ 461.3‐cü maddələri üzrə əmələ gələ bilən şərait və nəticələr barədə tərəflərəməlumat verilməlidir.236
F ə s i l 4 7
AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİMƏHKƏMƏLƏRİN VƏ ARBİTRAJLARIN QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI. ÜMUMİ QAYDALAR
M a d d ə 4 6 2 . Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və tanınması
Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər.
M a d d ə 4 6 3 . Əsas qaydalar Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri dedikdə, mülki işlər və
iqtisadi mübahisələr üzrə qətnamələr, cinayət işləri üzrə hökmlərin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə hissələri, arbitraj məhkəmələrinin qətnamələri, habelə xarici dövlətlərin digər aktları başa düşülür.
M a d d ə 4 6 4 . Xarici dövlətlərin məhkəmə və arbitraj qətnamələrinin icrası və tanınması barədə ərizələrə baxan məhkəmə
Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır.
M a d d ə 4 6 5 . Xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələrini məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi
465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina edilməsinə yol verilir:
465.1.1. işə baxılması Azərbaycan Respublikası məhkəməsinin müstəsna səlahiyyətinə aiddirsə;
465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa;
465.1.3. eyni tərəflər arasında, eyni predmetə dair və eyni əsaslar üzrə Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və ya digər dövlətin məhkəməsində iş qaldırılmazdan əvvəl Azərbaycan Respublikası məhkəmələrinin icraatında eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa;
465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni qüvvəyəminməmişsə;
465.1.5. qətnamənin icrası Azərbaycan Respublikası qanunvericiliyinin əsas prinsipləri və suverenliyi ilə ziddiyyət təşkil edirsə;
465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni
predmet barədə və eyni əsaslarla olan mübahisə barədə iş başlanmışdırsa, məhkəmə qətnamənin məcburi icrası və tanınması barədə ərizəyə baxılmasını dayandırır. Qətnamənin məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyəmahiyyəti üzrə baxılır.
F ə s i l 4 8
XARİCİ DÖVLƏTİNMƏHKƏMƏ QƏTNAMƏLƏRİNİNMƏCBURİ İCRASI
M a d d ə 4 6 6 . Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizə 466.0. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə aşağıdakılar
əlavə edilir: 466.0.1. xarici dövlətin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini təsdiq edən,
üzərində qeydiyyat aparılmış surəti, zərərinə qətnamə çıxarılmış və məhkəmə prosesində iştirak etməyən tərəfin işə baxılması barədə vaxtında və lazımi qaydada xəbərdar edilməsini təsdiq edən sənəd;
466.0.2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri.
M a d d ə 4 6 7 . Ərizəyə baxılması 467.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınması və məcburi icrası barədə ərizəyə
işdə iştirak edən şəxslərə ərizəyə baxılmasının vaxtı və yeri barədə xəbər verilməklə açıq məhkəmə iclasında baxılır.
467.2. Bildiriş vərəqəsinin ona verilməsi barədə məhkəmədə məlumat olarsa, işdə iştirak edən şəxsin üzürlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur. Əgər işdə iştirak edən şəxs ərizəyə baxılmasının başqa vaxta keçirilməsi barədə xahişlə məhkəməyə müraciət edərsə və həmin xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, məhkəmə işə baxılmasını başqa vaxta keçirir və borclunu yeni məhkəmə baxışının vaxtı barədə xəbərdar edir.
467.3. Ərizəyə baxılarkən məhkəmə xarici dövlətin məhkəmə qətnaməsini tanımaqdan və icra etməkdən imtina etdikdə bu Məcəllənin 465‐ci maddəsi ilə nəzərdə tutulan əsasların olub‐ olmamasını yoxlayır.
467.4. Məhkəmə ərizə üzrə xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası və ya bundan imtina edilməsi barədə qərardad çıxarır.
M a d d ə 4 6 8 . Qətnamənin icrası
468.1. Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə icra vərəqəsi verilir.
468.2. Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi qaydada icra edilməsi barədə hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qətnamənin icrasını həyata keçirən orqanlar tərəfindən edilir.
F ə s i l 4 9
XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI
M a d d ə 4 6 9 . Ümumi qaydalar Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs
tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır.
M a d d ə 4 7 0 . Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi 470.1. Əgər xarici dövlətin məhkəmə qətnaməsi ilə nikah pozulmuşsa, etibarlı və yaxud
etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınması tələb olunur. Bu halda tanınma xarici dövlətin qarşılıqlı təminatından asılı deyildir.
470.2. Əgər ər‐arvadın hər ikisi qətnamə qəbul edilən zaman nikahı pozan orqanın aid olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur.
M a d d ə 4 7 1 . Tanınmaya qarşı etiraz İşdə iştirak edən şəxs, xarici dövlətin məhkəmə qətnaməsinin daxil olmasını bildiyi 1 ay
müddətində bu qətnamənin tanınmasına etiraz barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinəmüraciət edə bilər.
M a d d ə 4 7 2 . Etiraza baxılma 472.1. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin
etirazına işdə iştirak edən şəxslərə bu Məcəllədə göstərilən qaydada bildirməklə açıq məhkəmə iclasında baxılır.
472.2. Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi məhkəməyəməlum olduqda, işdə iştirak edən şəxsin üzürsüz səbəbdən məhkəməyə gəlməməsi etiraza baxılmasına mane olmur.237
472.3. Əgər şəxs etiraza baxılması vaxtının başqa vaxta keçirilməsinə dair məhkəməyə müraciət edərsə və bu xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, onda məhkəmə baxışı başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxslərə bildirir.
472.4. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı etiraza baxılanda məhkəmə qərardad çıxarır.
M a d d ə 4 7 3 . Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsi 473.1. Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının
rədd edilməsinə bu Məcəllənin 465‐ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda yol verilir.
473.2. Qərardadın surəti onun çıxarıldığı gündən 3 gün müddətində xarici dövlətin məhkəmə qətnaməsinin çıxarılması barədə ərizə vermiş şəxsə və ya onun nümayəndəsinə və qətnamənin tanınmasına qarşı etiraz etmiş şəxsə göndərilir.
F ə s i l 5 0
XARİCİ DÖVLƏTİN ARBİTRAJ MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI
M a d d ə 4 7 4 . Ümumi qaydalar Bu bölmənin maddələri həmçinin, xarici dövlətlərin arbitraj məhkəmələrinin
qətnamələrinin icra edilməsi və ya tanınması barədə qətnamələrə də tətbiq edilir.
M a d d ə 4 7 5 . Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icra edilməsi və ya tanınması barədə ərizə
Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin icrasını və tanınmasını bildirən hüquqi və fiziki şəxs, arbitraj qətnaməsinin əslini və ya onun təsdiq edilmiş surətini, habelə arbitraj sazişinin əslini və ya onun surətini təqdim etməyə borcludurlar. Əgər arbitraj məhkəməsinin qətnaməsi və ya saziş xarici dildədirsə, tərəflər bu sənədlərin təsdiq edilmiş, Azərbaycan dilinə tərcüməsini təqdim etməlidirlər.
M a d d ə 4 7 6 . Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra etməkdən və ya tanımaqdan imtina
476.0. Xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin məcburi icra edilməsi və tanınmasından şəxsə aşağıdakı hallarda imtina edilə bilər:
476.0.1. işdə iştirak edən şəxsin əleyhinə yönəldilən arbitraj məhkəməsi qətnaməsinin məcburi icrası və ya tanınması haqqında ərizəsinə baxan məhkəməyə o, aşağıdakı sübutları təqdim edərsə:
476.0.1.1. arbitraj sazişində iştirak edən tərəflərdən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuş, yaxud bu sazişə əsasən tərəflərin tabe olduğu qanuna görə, sazişdə belə müddəa olmadıqda isə qətnamə çıxarılan ölkənin qanununa görə etibarsız hesab edilmişdir;
476.0.1.2. əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir;
470.0.1.3. qətnamə arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə uyğun gəlməyən mübahisə üzrə çıxarıldıqda, yaxud arbitraj sazişinin hədlərindən kənara çıxan məsələlər üzrə bəndlərəmalik olduqda; lakin əgər arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə bəndlər bu Saziş ilə əhatə olunmayan məsələlərdən ayrıla bilərsə, onda arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə bəndləri olan qətnamənin hissəsi tanına və icraya yönəldilə bilər;
476.0.1.4. münsiflər məhkəməsinin tərkibi və ya arbitraj qaydaları tərəflərin razılığına və ya bunların olmaması arbitrajın olduğu ölkənin qanununa uyğun gəlmirsə;
476.0.1.5. qətnamə tərəflər üçün hələ məcburi deyildirsə və ya ləğv edilmişsə, yaxud qanunları əsasında çıxarıldığı ölkənin məhkəməsi tərəfindən ləğv edilmişsə və ya icrası dayandırılmışsa;
476.0.2. əgər arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması barədə ərizəyə baxan məhkəmə müəyyən etsə ki, mübahisənin obyekti Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitraj baxışının predmeti ola bilməz, yaxud arbitraj məhkəməsinin qətnaməsinin icraya yönəldilməsi və tanınması Azərbaycan Respublikasının suverenliyinə və ya qanunvericiliyin əsas prinsiplərinə ziddir.
M a d d ə 4 7 7 . Münsiflər məhkəməsinin qətnaməsi Xarici münsiflər məhkəməsi qətnaməsinin icra edilməsi və tanınması üçün bu Məcəllənin
maddələri müvafiq olaraq tətbiq edilə bilər. Bundan əlavə, BMT‐nin 1958‐ci il 10 iyun tarixli xarici münsiflər məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi barədə Nyu‐York Konvensiyası tətbiq edilir.
AZƏRBAYCAN RESPUBLIKASININMÜLKI PROSESSUAL MƏCƏLLƏSINƏ ƏLAVƏ İTİRİLMİŞMƏHKƏMƏ İCRAATININ VƏ YA İCRA ÜZRƏ
İCRAATIN BƏRPA EDİLMƏSİ
1. Başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir.
2. İtirilmişməhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır.
3. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görəməhkəməyə verilir.
4. Ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam olunması barədə qərardad qəbul edilib‐ edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsindəməlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansıməqsədlə bərpa edilməsi göstərilməlidir. Ərizəyə müəyyən edilmiş qaydada təsdiq edilməmiş olsa da, saxlanılmış və işlə əlaqədar
olan sənədlər və ya onların surətləri əlavə edilir. 5. İtirilmiş icraatın bərpa edilməsi barədə ərizəçidən dövlət rüsumu alınmır. 6. İtirilmiş icraatın bərpası barədə ərizədə ərizəçi tərəfindən müraciətin məqsədi
göstərilmədikdə məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh etmək üçün vaxt verir. İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar
olmadıqda məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır.
7. Məhkəmə icraatı işə mahiyyət üzrə baxılana kimi itirildikdə, bu əlavə ilə müəyyən edilmiş qaydada bərpa edilmir. Belə halda iddiaçı yeni iddia qaldırmağa haqlıdır. Məhkəmə
icraatının itirilməsi ilə əlaqədar yeni iddia ilə iş başlanması qərardadında həmin hal mütləq göstərilməlidir.
8. İşə baxarkən məhkəmə icraatın saxlanan hissəsindən, icraat itənə qədər işdən vətəndaşlara və təşkilatlara verilmiş sənədlərdən, həmin sənədlərin surətlərindən, işə aidiyyəti olan arayış və kağızlardan istifadə edir.
Məhkəmə prosessual hərəkətlərin edilməsində iştirak etmiş şəxsləri, zəruri hallarda, itirilmiş işin baxılmasında məhkəmə heyətinin tərkibinə daxil olmuş şəxsləri, habelə məhkəmə qətnaməsini icra edən şəxsi şahid kimi dindirə bilər.
9. İş üzrə çıxarılmış qətnamə və ya icraatın xitam edilməsinə dair qərardad dərhal icra edilməlidir. 238
10. İtirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə icraata xitam verilməsinə dair qərardadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində, həmçinin
məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədəməhkəmənin gəldiyi nəticələr göstərilməlidir.
11. İtirilmiş icraat üzrəməhkəmə aktını tam bərpa etmək üçün toplanmışmateriallar kifayət etmədikdə məhkəmə bu icraata xitam verir və işdə iştirak edən şəxslərə ümumi qaydada iddia qaldırmaq hüququnu izah edir.
12. İtirilmiş icraat üzrə məhkəmə aktının bərpası haqqında ərizəyə baxılması onun saxlanılmasımüddəti iləməhdudlaşmır.
Lakin itirilmiş icraatın bərpa edilməsi üçün ərizə məhkəmə aktının icra edilməsi məqsədi ilə, icra vərəqəsinin məcburi icraya təqdim edilməsi müddəti keçdikdə və bu müddət məhkəmə tərəfindən bərpa edilmədikdə verilərsə, məhkəmə ərizə üzrə icraata xitam verir.
13. Qətnamə icraya yönəlmişsə, itirilmiş icra icraatı bərpa edilməlidir. Məhkəmə qətnaməsinin icrası haqqında akt məhkəmə icraçısının icra zamanı aktda əks
olunan və həyata keçirdiyi hərəkətlərin mahiyyəti göstərilməklə, məhkəmə qətnaməsi ilə bərpa olunur.
14. Qətnamənin icrasına qədər icra icraatının itirilməsi zamanı icra vərəqəsinin surətini (dublikatı) vermək mümkün olduğu halda, məhkəmə əsaslandırılmış qərardadla itirilmiş icra icraatının bərpa edilməsi haqqında işin başlanılmasını rədd edir.
15. İtirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir.
16. İtirilmiş icraatın bərpası haqqında məhkəmə xərcləri qəsdən yalan ərizə vermiş şəxslərdən tutulur.
İSTİFADƏOLUNMUŞMƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
28 dekabr 1999‐cu il tarixli, 780‐IQ nömrəli “Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin Təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000‐ci il,№ 1, maddə 17) ilə təsdiq edilmişdir.
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar
1. 19 aprel 2002‐ci il tarixli №305‐II QD nömrəli “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il,№ 5, maddə 236)
2. 24 dekabr 2002‐ci il tarixli №409 – IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il,№ 1, maddə 23)
3. 24 dekabr 2002‐ci il tarixli № 410 – IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il,№ 1, maddə 24)
4. 20 iyun 2003‐cü il tarixli № 490‐IIQ nömrəli Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəalarının pozulmasına görə məsuliyyət haqqında Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il,№ 6, maddə 279)
5. 30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 7, maddə 505)
6. 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598)
7. 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il,№ 10, maddə 761)
8. 4 mart 2005‐ci il 855‐IIQD nömrəli “Poçt rabitəsi haqqındaʺ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci il,№ 4, maddə 277)
9. 4 mart 2005‐ci il 856‐IIQD nömrəli “Fövqəladə vəziyyət haqqındaʺ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci il,№ 4, maddə 278)
10. 23 dekabr 2005‐ci il tarixli 32‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il,№ 2, maddə 64)
11. 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il,№ 12, maddə 1006)
12. 26 dekabr 2006‐cı il tarixli 219‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 1, maddə 3)
13. 29 dekabr 2006‐cı il tarixli 220‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 1, maddə 4)
14. 19 dekabr 2006‐cı il tarixli 200‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 2, maddə 68)
15. 17 aprel 2007‐ci il tarixli 313‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 6, maddə 560)
16. 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 5, maddə 439)
17. 16 iyun 2007-ci il tarixli 385-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,№ 7, maddə 712)
18. 16 iyun 2007‐ci il tarixli 389‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 8, maddə 756)
19. 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 6, maddə 462)
20. 13 iyun 2008‐ci il tarixli 648‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№7, maddə 602)
21. 28 oktyabr 2008‐ci il tarixli 707‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008‐ci il,№ 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 12, maddə 1046)
22. 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 06, maddə 402)
23. 01 fevral 2010‐cu il tarixli 950‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010-cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 2, maddə 75)
24. 5 mart 2010‐cu il tarixli 972‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010‐cu il,№ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 04, maddə 276)
MƏCƏLLƏYƏ EDİLMİŞDƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 28 dekabr 1999‐cu il tarixli, 780‐IQ nömrəli “Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin Təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağli hüquqi tənzimləmə məsələləri haqqinda” Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2000‐ci il,№ 1, maddə 17) ilə təsdiq edilmişdir.
2 5 mart 2010‐cu il tarixli 972‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010‐cu il,№ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il,№ 04, maddə 276) ilə 8.3‐cü maddə əlavə edilmişdir.
3 23 dekabr 2005‐ci il tarixli 32‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il,№ 2, maddə 64) ilə 10.2‐ci maddəsinə ikinci cümlə əlavə edilmişdir.
4 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 10.9‐cu maddə çıxarılmışdır.
5 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 13.6‐cımaddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
13.6. Qüvvədə olan normativ hüquqi aktlarla hüquqlar və azadlıqlar pozulduqda, bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsi sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinəmüraciət edir.
6 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə Məcəlləyə 13.7‐cı maddə əlavə edilmişdir.
7 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə yeni məzmunda 14.5‐ci maddə əlavə edilmişdir.
8 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 19‐cu maddəyə yeni məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir.
9 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 19.2.2‐ci maddədə “birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə” sözləri “qohumudursa və ya qohumu olmuşsa” sözləri ilə əvəz edilmişdir.
10 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 19.3‐cü maddədə “qohumluq əlaqəsində” sözləri “qohum” sözü ilə əvəz edilmişdir.
11 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 21.5‐ci maddədə “şərti maliyyə vahidi məbləğinin 100 mislinədək miqdarda” sözləri “yüz on manatadək” sözləri ilə əvəz edilmişdir.
12 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 21.3‐cü maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir və 21.6‐cımaddə əlavə edilmişdir.
13 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 22.5‐ci maddədə “məhkəməsinin bütün tərkibinə və ya” sözləri “məhkəməsində işə baxan” sözləri ilə əvəz edilmişdir.
14 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 7, maddə 712) ilə 23.2‐ci maddədə ʺapellyasiyaʺ sözündən sonra ʺinstansiyasıʺ sözü əlavə edilmişdir.
15 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 7, maddə 712) ilə 23.4‐cü maddə çıxarılmışdır.
16 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 3‐cü fəslin adında “Aidiyyət” sözü “Məhkəmə aidiyyəti” sözləri ilə əvəz edilmişdir.
17 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 26.1‐ci maddədə “şəxslərlə” sözü “şəxslər” sözü ilə əvəz edilmişdir.
18 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 7, maddə 712) ilə 27‐ci maddə çıxarılmışdır.
19 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 32.1‐ci maddədə “iddia qaldıra” sözləri “ərizə verə” sözləri ilə əvəz edilmişdir.
20 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 32.4‐cü maddədə “hakim” sözündən sonra “işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə” sözləri əlavə edilmişdir.
21 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 32.5‐ci maddədə “15” rəqəmi “10” rəqəmi ilə əvəz edilmişdir.
22 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) iləMəcəlləyə yeni məzmunda 32.6‐cı və 32.7‐ci maddələr əlavə edilmişdir.
23 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 4‐cü fəslin və 33‐cü maddənin adında “Məhkəmə” sözü “Ərazi” sözü ilə əvəz edilmişdir.
24 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 34‐cü maddəsinin birinci cümlədən ʺ, beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə iqtisad məhkəməsiʺ sözləri çıxarılmışdır.
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 34‐cü maddənin adı yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Mülki işlərin rayon (şəhər) məhkəmələrinə aidiyyəti
25 20 iyun 2003‐cü il tarixli 490‐IIQ nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəalarının pozulmasına görə məsuliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il,№ 6, maddə 279) ilə 34‐cü maddəyə ikinci cümlə əlavə edilmişdir.
16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 34‐cü maddəsinin ikinci cümlədə ʺAzərbaycan Respublikasının Apellyasiya Məhkəməsiʺ sözləri ʺapellyasiya instansiyası məhkəmələriʺ sözləri ilə əvəz edilmişdir.
28 oktyabr 2008‐ci il tarixli 707‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 dekabr 2008‐ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 12, maddə 1046) ilə 34‐cü maddənin ikinci cümləsində ʺrayon (şəhər) məhkəmələri və yaʺ sözləri çıxarılmışdır.
26 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 36.4‐cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: 36.4. Psixi pozuntu ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan
hesab edilmiş şəxslərə, habelə cinayət törətməyə görə 3 ildən artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum olunmuş şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
27 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004‐cü il, № 10, maddə 761) ilə 36.8‐ci maddədə “hüquqpozmalar” sözü “xətalar” sözü ilə əvəz edilmişdir.
28 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 36.13‐cü maddədə “bu maddəyə” sözləri “bu Məcəllənin 36.1‐36.12‐ci maddələrinə” sözləri ilə əvəz edilmişdir.
29 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 38‐ci maddənin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Müflisləşmə (iflas) haqqında işlərə borclunun yaşadığı yerdə baxılır.
30 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 40.4‐cü maddədə “bu maddənin” sözləri “bu Məcəllənin 40.1‐40.3‐cü maddələrinin” sözləri ilə əvəz edilmişdir.
31 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 43.1‐ci maddəyə yeni redaksiyada ikinci cümlə əlavə edilmişdir.
32 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 43.2‐ci maddə yeni redaksiyada verilmişdirş
əvvəlki redaksiyada deyilirdi: 43.2. Birinci instansiya üzrə iki məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet və
əsaslar üzrə eyni mübahisəyə dair işlər olduqda da bu maddənin qaydaları tətbiq olunur.
33 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 44.2.4‐cü maddə yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi:
44.2.4. əgər məhkəməyə iddia verilmişdirsə;
34 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə yeni məzmunda 44.2.5‐ci maddə əlavə edilmişdir və 44.2.5‐ci maddəmüvafiq olaraq 44.2.6‐cımaddə hesab edilmişdir.
35 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 45.2‐ci maddədə “5” rəqəmi “10” rəqəmi ilə əvəz edilmişdir.
36 4 mart 2005‐ci il 856‐IIQD nömrəli “Fövqəladə vəziyyət haqqındaʺ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci il, № 4, maddə 278) iləMəcəlləyə 45.6‐cımaddə əlavə edilmişdir.
37 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 52.4‐cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir.
38 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 54.1‐ci maddədən “, işi xitam etmədən” sözləri çıxarılmışdır.
39 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 54.2‐ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: 54.2. İddiaçı özünün başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, həmin şəxs mübahisə predmeti
barədəmüstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə daxil ola bilər.
40 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 54.3‐cü maddə çıxarılmışdır.
41 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 56‐cımaddə çıxarılmışdır.
42 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 57.2‐ci maddədən “və ya barışıq sazişi bağlamaq” sözləri çıxarılmışdır.
43 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 5, maddə 439) ilə 63.4‐cü maddədən “və ya rəy verməkdən imtina etməyə görə” sözləri çıxarılmışdır.
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 63.4‐cü maddədə “qəsdən” sözü “bilə‐bilə” sözləri ilə əvəz edilmişdirş
44 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 65.6‐cımaddədə “səhv” sözü “yanlış” sözü ilə əvəz edilmişdir.
45 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 67‐ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Kassasiya və əlavə kassasiya şikayətləri, yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında
ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilə və yalnız vəkilin iştirakı ilə baxıla bilər.
KM2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 71.4‐cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 60‐cı maddəsinin I hissəsinə və 61‐ci maddəsinin I hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. ( «Azərbaycan» qəzeti, 27 mart № 67 2003‐cü il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 2/2003)
46 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 74.2‐ci maddədə “təmin” sözü “etiraf” sözü ilə əvəz edilmişdir.
47 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 78.4‐cü maddədə “qanunvericiliklə müəyyən olunmuş şərti maliyyə vahidi məbləğinin 200 mislinədək miqdarda” sözləri “iki yüz iyirmi manatadək” sözləri ilə əvəz edilmişdir.
48 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 82.2‐ci maddə çıxarılmışdır.
49 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 82.3‐cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar
həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir.
50 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 98.3‐cü maddədən “və ya işçisi ekspertiza keçirən ekspert idarəsi rəhbərinin” sözləri çıxarılmışdır.
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 98.3‐cü maddədə “qəsdən” sözü “bilə‐bilə yalan” sözləri ilə əvəz edilmişdir.
51 13 iyun 2008‐ci il tarixli 648‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, №7, maddə 602) ilə 105.2‐ci maddədə “əlillik” sözündən sonra “, sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.
52 30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 7, maddə 505) ilə 108.2‐ci maddəmaddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir.
53 30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 7, maddə 505) ilə 109.2‐ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
109.2. Qətnaməyə yenidən baxılması qaydasında verilən şikayətə görə dövlət rüsumu bir dəfə ödənilir.
54 30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 7, maddə 505) ilə 110‐cu maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 1 1 0 . Məhkəmə xərclərini ödəməkdən azad olunma 110.1. Məhkəmədə baxılan işlər üzrə dövlət rüsumundan azad olunurlar: 110.1.1. müəlliflik mübahisələri üzrə—müəlliflər; müəlliflik hüququ, ixtiralar, faydalı modellər,
sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə— iddiaçılar;
110.1.2. aliment alınması barədə iddialar üzrə—iddiaçılar; 110.1.3. şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsi və ya ailəni dolandıranın ölümü nəticəsində
dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə—iddiaçılar;
110.1.4. zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət məbləğinin ziyan vurandan tutulması barədə reqres iddialar üzrə sosial sığorta vəmüdafiə orqanları;
110.1.5. aliment verməkdən, şikəstlik və ya sair xəsarət yetirməkdən və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən zərəri ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə—polis orqanları;
110.1.6. cinayət nəticəsində vurulmuşmaddi zərərin ödənilməsi barədə iddialar üzrə—iddiaçılar; 110.1.7. cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi barədə iddialar üzrə—iddiaçı
prokuror; 110.1.8. hüquqlarının pozulması ilə əlaqədar iddialar üzrə—istehlakçılar; 110.1.9. sosial müdafiə vəsaitlərinin tələbi barədə iddialar üzrə—iddiaçılar. 110.1.10. borcludan tutulmalı olan, lakin hüquqi şəxsin, yaxud sahibkar olan fiziki şəxsin təqsiri
üzündən tutulmayan, yaxud borcludan tutulan, lakin onların təqsiri üzündən borc tutan şəxsə keçirilməyən məbləğin alınması barədə iddialar üzrə—iddiaçılar;
110.1.11. qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə—tərəflər;
110.1.12. öz hüquqlarının müdafiəsi barədə ərizələrdən—yetkinlik yaşına çatmayanlar; 110.1.13. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət
mənafeyinin müdafiəsi üçün verilən ərizələrdən—dövlət orqanları; 110.1.14. məhkəmə qərardadlarından verilən şikayətlərdən—işdə iştirak edən şəxslər; 110.1.15. qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci
instansiya məhkəmələrinə verilən ərizələrdən—tərəflər; 110.1.16. yeni açılmış hallara görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması
barədə ərizələrdən—tərəflər. 110.2. Qanunla dövlət rüsumu ödəməkdən azad olunmanın başqa halları da nəzərdə tutula bilər. 110.3. Məhkəmə aktlarının surəti işdə iştirak edən şəxslərə dövlət rüsumu alınmadan verilir.
Məhkəmə aktları təkrarən verildikdə dövlət rüsumu alınır.
55 30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 7, maddə 505) ilə 111‐ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 1 1 1 . Məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsi, hissə‐hissə ödənilməsi və onların məbləğinin azaldılması
Tərəflərin əmlak vəziyyətindən asılı olaraq məhkəmə tərəflərdən birinə və ya hər ikisinə məhkəmə xərclərini ödəməyəmöhlət verə, hissə‐hissə ödətdirə və ya həmin xərclərin məbləğini azalda bilər.
56 01 fevral 2010‐cu il tarixli 950‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010‐cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il,№ 2, maddə 75) ilə 117.2‐ci maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 117.1‐ ci maddəsində” sözləri ilə əvəz edilmişdir.
57 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 119.5‐ci maddədə “bu maddədə” sözləri “bu Məcəllənin 119.1‐119.4‐cü maddələrində” sözləri ilə əvəz edilmişdir.
58 24 dekabr 2002‐ci il tarixli 410–IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 24) ilə məcəllənin 121.2‐ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
121.2. Müəyyən edilmiş qaydada xeyrinə qətnamə çıxarılan tərəfə hüquq məsləhətxanası hüquqi xidməti pulsuz göstərmişsə, həmin məbləğ digər tərəfdən alınıb hüquq məsləhətxanasına verilir.
59 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 11‐ci fəslin adı yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: MƏHKƏMƏ RƏSMİ SƏNƏDLƏRİNİN GÖNDƏRİLMƏSİ, BİLDİRİŞLƏR VƏ ÇAĞIRIŞLAR
60 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 134.1‐ci maddədə “sənədləri” sözü “məhkəmə sənədlərini” sözləri ilə əvəz edilmişdir.
61 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 134.1.4‐cü maddədə “çağırışını” sözü “bildirişini” sözü ilə əvəz edilmişdir.
62 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 134.2‐ci maddədə “sənədləri də” sözləri “məhkəmə sənədlərini də rəsmi qaydada” sözləri ilə əvəz edilmişdir.
63 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 135‐140‐ci maddələr yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: M a d d ə 1 3 5 . Sənədin rəsmən verilməsi 135.1. Sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. 135.2. Sənədin rəsmən verilməsi onun veriləcəyi şəxsin rast gəlindiyi hər bir yerdə həyata keçirilə
bilər. 135.3. Gecə vaxtı, eləcə də bazar və iş günü hesab edilməyən bayram günlərində sənədin rəsmən
verilməsinə yalnız məhkəmənin razılığı ilə yol verilir. M a d d ə 1 3 6 . Məhkəmə aktlarının və sənədlərinin təqdim edilmə qaydası 136.1. Bu Məcəllənin 134‐cü maddəsində sadalanan məhkəmə aktları və sənədləri poçt vasitəsi ilə,
bildirişli sifarişməktubu ilə göndərilir. Zəruri olduqda, məhkəmə rəsmi təqdimetməni məhkəmə işçisinə, iqtisadi mübahisələr üzrəmüvafiq olaraq iddiaçı və ya cavabdehə tapşıra bilər.
136.2. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə aktlarının və sənədlərinin çatdırılması tapşırılmış şəxslər, bunu məhkəmə aktlarını və sənədlərini aldıqları gündən sonra gələn gündən gec olmayaraq yerinə yetirməlidir.
136.3. Məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud onların çatdırılması tapşırılmış şəxslər məhkəmə aktlarının və sənədlərinin təqdim edilməsi barədə məhkəməyə, sənədlərin lazımi ünvana çatdırılmalı olduğu günün sonrakı günündən gec olmayaraq xəbər verməlidirlər.
M a d d ə 1 3 7 . Məhkəmə aktlarının və sənədlərinin verilməsi 137.1. Məhkəmə aktları və sənədləri məhkəməyə qaytarılmalı olan müvafiq qaydada forması
təsdiq edilmiş bildiriş vərəqəsinə imza etdirilməklə, ünvanlanan vətəndaşa şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə aktları və sənədləri müvafiq vəzifəli şəxsə bildiriş vərəqəsinə imza edilməklə verilir.
137.2. Məhkəmə aktları və sənədlərini çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan həddi‐büluğa çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrəmüdiriyyətə verilir.
137.3. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs, bildiriş vərəqəsində öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini, yaxud tutduğu vəzifəni göstərməli və imkan olan ilk anda məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
M a d d ə 1 3 8 . Bildiriş vərəqəsinin məzmunu 138.0. Bildiriş vərəqəsində aşağıdakılar göstərilməlidir: 138.0.1. məhkəmənin adı və dəqiq ünvanı; 138.0.2. məhkəmə sənədlərinin və qərarlarının verilməli olduğu şəxsin soyadı, adı, atasının adı; 138.0.3. təqdim olunan sənədin adı; 138.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 138.0.5. təqdim edilməmənin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan
və ilaxır); 138.0.6. sənədin verildiyi şəxs; 138.0.7. təqdim etmənin tapşırıldığı şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. M a d d ə 1 3 9 . Məhkəmə sənədlərini qəbul etməkdən imtina Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina
edirsə, məhkəmə sənədləri təqdim olunan yerdə qalmalıdır. Bu halda təqdim etmə həyata keçirilmiş hesab olunur.
M a d d ə 1 4 0 . Məhkəmə çağırışları və bildirişləri 140.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar
etməlidir. 140.2. Məhkəmə bildirişləri və çağırışları poçt vasitəsi ilə verilir. 140.3. İşdə iştirak edən şəxslər, məhkəmə iclasının vaxtı və yeri haqqında, yaxud ayrı‐ayrı
prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəməyə çağırış vərəqələri ilə xəbərdar edilirlər. 140.4. Şahidlərin, ekspertlərin, mütəxəssislərin və tərcüməçilərin məhkəməyə çağırışı da məhkəmə
çağırış vərəqələri ilə həyata keçirilir. 140.5. İşdə iştirak edən şəxslərə məhkəməyə çağırış vərəqəsi məhkəmə iclasının tarixinə qədər 10
gündən güc olmayaraq verilir ki, işin istənilən vəziyyətində öz müdafiəsini hazırlamaq və vaxtında məhkəmə qarşısında dayanmaq üçün onların ixtiyarında kifayət qədər müddət olsun.
140.6. Çağırış vərəqələri işdə iştirak edən şəxsin göstərdiyi ünvana göndərilir. Şəxs faktiki olaraq məhkəməyə bildirilən ünvanda yaşamırsa, çağırış vərəqəsi onun iş yerinə göndərilə bilər. Təşkilata ünvanlanmış çağırış vərəqəsi onun olduğu yerə göndərilir.
140.7. Zərurət olduqda və qanunla nəzərdə tutulmuş hallarda işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər sifarişli məktubla, yaxud xəbərdarlığın alınması barədə teleqramla, çağırış və bildirişlərin qeyd edilməsini təmin edən digər rabitə vasitələrindən istifadə etməklə, eləcə də məhkəmənin tapşırığı ilə məhkəmə işçisi tərəfindən xəbərdar edilə, yaxud çağırıla bilərlər.
64 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 141‐145‐ci maddələr çıxarılmışdır.
65 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 146‐cımaddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Belə bir məlumat olmadıqda, çağırış vərəqələri və bildirişlər məhkəməyə məlum olan axırıncı
ünvana göndərilir və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, çağırış vərəqəsi və bildiriş çatdırılmış hesab edilir.
66 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№
06, maddə 402) ilə 147‐ci maddədə “çağırış vərəqəsini” sözləri “məhkəmə bildirişini” sözləri ilə, “çağırış vərəqəsi” sözləri “məhkəmə bildirişi” sözləri ilə əvəz edilmişdir.
67 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 149.2.3‐cü maddədən “qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, ” sözləri çıxarılmışdır.
68 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 153.4‐cü maddədə “verilməli və ya göndərilməlidir” sözləri “rəsmi qaydada verilməlidir” sözləri ilə əvəz edilmişdir.
69 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 154.2.3‐cü maddədən “qanuna və digər normativ hüquqi aktlara, həmçinin” sözləri çıxarılmışdır.
70 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 155.1‐ci maddənin birinci cümləsində “ iş üzrə qətnamə çıxarılana qədər cavabdeh” sözləri “Cavabdeh” sözü ilə əvəz edilmişdir.
71 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 6, maddə 462) ilə 158.5.2‐ci maddədə “müəyyən edilmiş şərti maliyyə vahidi məbləğinin 200 misli miqdarında” sözləri “iki yüz iyirmi manat” sözləri ilə əvəz edilmişdir.
72 01 fevral 2010‐cu il tarixli 950‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010‐cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 2, maddə 75) ilə 160.1‐ci maddədən “məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada” sözləri çıxarılmişdir.
73 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 168.1‐ci maddənin birinci cümləsində “iddia ərizəsinin surətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərir və ya təqdim edir” sözləri “iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir” sözləri ilə əvəz edilmişdir.
74 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 168.2‐ci maddənin birinci cümləsində “cavabdehə” sözündən, ikinci cümləsində isə “sənədlərin” sözündən sonra “rəsmi qaydada” sözləri əlavə edilmişdir.
75 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 169.4‐cü maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 169.1‐169.3‐cü maddələrində” sözləri ilə əvəz edilmişdir.
76 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 170.3‐cü maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 170.1‐ci və 170.2‐ci maddələrində” sözləri ilə əvəz edilmişdir.
77 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№
06, maddə 402) ilə 172.1‐ci maddədə “qətnamə” sözü “həmin işin həllinə dair qətnamə və ya qərardad” sözləri ilə əvəz edilmişdir.
78 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 172.3‐cü maddədə “qətnamə” sözü “onların həllinə dair qətnamə və ya qərardad” sözləri ilə əvəz edilmişdir.
79 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 176.5‐ci maddənin birinci cümləsində “və ya maqnitofon yazısından” sözləri “, həmçinin məhkəmənin icazəsi ilə kompyuterdən istifadə etməklə” sözləri ilə əvəz edilmişdir və ikinci cümlə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Kino və fotoçəkilişə, video yazıya, canlı yayımla radio və teletranslyasiyaya işdə iştirak edən
şəxslərin razılığı nəzərə alınmaqla məhkəmənin icazəsi ilə yol verilir.
80 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 177.3‐cü maddədə “şərti maliyyə vahidi məbləğinin 50 mislinədək miqdarda” sözləri “əlli beş manatadək” sözləri ilə əvəz edilmişdir.
81 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 179.1‐ci maddədə “çağırış vərəqələrinin” sözləri “məhkəmə bildirişlərinin” sözləri ilə əvəz edilmişdir.
82 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 180.3‐cü maddədə “şərti maliyyə vahidinin yüz mislinədək məbləğdə” sözləri “yüz on manatadək” sözləri ilə əvəz edilmişdir.
83 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 185.2‐ci maddədə “çağırış vərəqəsi” sözləri “məhkəmə bildirişi” sözləri ilə əvəz edilmişdir.
84 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 185.7‐ci maddə çıxarılmışdır.
85 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 186.2‐ci maddədə “şərti maliyyə vahidinin yüz mislinədək” sözləri “yüz on manatadək” sözləri ilə əvəz edilmişdir.
86 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 187‐ci maddənin birinci cümləsindən “rəy verməkdən imtinaya və” sözləri çıxarılmışdır.
87 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 191.1‐ci maddənin ikinci cümləsində “ərizələrdə” sözündən sonra “də” bağlayıcısı əlavə edilmişdir və “olunmalıdır” sözü “oluna bilər” sözləri ilə əvəz edilmişdir.
88 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 216‐cı maddənin adında “çıxarılması” sözündən sonra “və elan edilməsi” sözləri əlavə edilmişdir və yeni məzmunda 216.4‐cü
maddə əlavə edilmişdir.
89 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 217.2‐ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: 217.2. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq
normalarına uyğun çıxarılmalıdır.
90 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 220.6‐cımaddədən “və qətnaməni dərhal icraya yönəltdiyi” sözləri çıxarılmışdır.
91 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 227.1‐ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: 227.1. Məhkəmə qətnaməsi həmin işə baxılması qurtardıqdan sonra tərtib edilməlidir.
92 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 227.2‐ci maddədə ikinci cümlə üçüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
93 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 227.3‐cü maddədə “göndərilməli və ya təqdim edilməlidir” sözləri “rəsmi qaydada verilməlidir” sözləri ilə əvəz edilmişdir.
94 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 229.3‐cü maddədə “etmək və ya əlavə qətnamənin çıxarılması barədə məhkəmə qərardadından” sözləri “barədə qərardaddan və ya əlavə qətnamədən” sözləri ilə əvəz edilmişdir.
95 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 230.1‐ci maddədə ʺapellyasiyaʺ sözündən sonra ʺinstansiyasıʺ sözü əlavə edilmişdir.
96 24 dekabr 2002‐ci il tarixli 409–IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 23) ilə 230.3‐cü maddədən “və məcburi qaydada icra ediləcəyi müddət keçməmişdirsə” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
230.3. Qətnamə icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişdirsə onun izah edilməsinə yol verilir.
97 24 dekabr 2002‐ci il tarixli 409–IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il,№ 1, maddə 23) ilə 231‐ci maddənin adında “dəyişdirilməsi” sözündən sonra “icra üzrə icraatın dayandırılması” sözləri əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 2 3 1 . Qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə‐hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi
98 24 dekabr 2002‐ci il tarixli 409–IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 23) ilə məcəlləyə yeni 231.3‐cü maddə əlavə edilmişdir;
99 24 dekabr 2002‐ci il tarixli 409 – IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 1, maddə 23) ilə məcəlləyə yeni 231.3‐cü maddənin əlavə edilməsiylə əlaqədar olaraq köhnə 231.3‐cü maddə 231.4‐cü maddə hesab edilmiş və həmin maddədə “dəyişdirilməsi” sözündən sonra “icra üzrə icraatin dayandırılması” sözləri əlavə edilmişdir;
100 26 dekabr 2006‐cı il tarixli 219‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 1, maddə 3) ilə Məcəlləyə aşağıdakı məzmunda 231.5‐ci maddə əlavə edilmişdir.
101 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 233.2‐ci maddə çıxarılmışdır.
102 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 234‐cü maddədə “Dərhal icra edilmə halları istisna olmaqla, qətnamə” sözləri “Qətnamə” sözü ilə əvəz edilmişdir.
103 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 235‐ci maddə çıxarılmışdır.
104 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 236‐cımaddədə “dərhal icraya yönəlməyən” sözləri çıxarılmışdır.
105 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 237‐ci maddə çıxarılmışdır.
106 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 239‐cu maddədə “çağırış vərəqəsi” sözləri “məhkəmə bildirişi” sözləri ilə əvəz edilmişdir.
107 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 241.5‐ci maddədə “iddianın” sözündən sonra “və ya onun hissəsinin” sözləri əlavə edilmişdir.
108 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 243‐cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: M a d d ə 2 4 3 . Qiyabi qətnamənin surətinin göndərilməsi Məhkəmə iclasına gəlməyən tərəfə qiyabi qətnamə çıxarıldığı vaxtdan sonra 10 gündən gec
olmayan müddətdə göndərilir və ya təqdim olunur.
109 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 244‐cü maddədə “qətnaməni aldıqdan” sözləri “qətnamənin ona rəsmi qaydada verilməsindən” sözləri ilə əvəz edilmişdir.
110 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 251‐ci maddənin adı yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: İşə baxılmasının təzələnməsi. İkinci qiyabi məhkəmə qətnaməsi
111 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 253.2.1‐ci maddədə “maddəsində” sözü “və 251‐ci maddələrində” sözləri ilə əvəz edilmişdir.
112 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 253.2.3‐cü maddə çıxarılmışdır.
KM1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4‐cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. ( «Azərbaycan» qəzeti, 28 mart№ 72 2004‐cü il, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 1/2004)
113 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598) ilə Məcəlləyə 254.1.6‐cı maddə əlavə edilmişdir.
114 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 255.0.5‐ci maddənin sonundakı nöqtə nöqtəli vergüllə əvəz edilmişdir və 255.0.6‐cımaddə əlavə edilmişdir.
115 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) iləMəcəlləyə yeni məzmunda 255.0.7‐ci maddə əlavə edilmişdir.
116 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 5, maddə 439) ilə 256.0.2‐ci maddədə “təqdim edilənədək” sözlərindən sonra “, məhkəmə tapşırıgına cavab alınanadək” sözləri əlavə edilmişdir.
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 256.0.2‐ci maddədə “axtarışınadək” sözləri “axtarışının nəticələri məlum olanadək” sözləri ilə əvəz edilmişdir.
117 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598) ilə Məcəlləyə 256.0.5‐cı maddə əlavə edilmişdir.
KM 15 fevral 2008‐ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı (“Azərbaycan” qəzeti 15 fevral 2008‐ci il, № 83, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı№1/2008) ilə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5 və 265.6‐cı maddələrinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127‐ci maddəsinin II hissəsində təsbit edilmiş hakimlərin işlərə qərəzsiz baxması prinsipinə xələl gətirdiyi və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3‐cü maddəsinin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7‐ci maddəsinin tələbinə uyğun olaraq, daha sonra qüvvəyə minmiş «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3‐cü maddəsi tətbiq olunmalıdır.
2. «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 82.3‐cü maddəsinin tətbiqi zamanı: 1) «müvafiq orqan» kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306‐ cı maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqan; 2) «məhkamə icraçıları qurumunun rəhbəri tərəfindən təsdiq olunan təqdimat» Azərbaycan Respublikası Cinayət‐ Prosessual Məcəlləsinin 205.1‐ci maddəsinin müddəalarına əsasən törədilmiş və ya hazırlanan cinayətlər haqqında vəzifəli şəxslərin müraciətinin bir növü kimi qəbul olunmalıdır.
118 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 265.1, 265.2, 265.3, 265.6‐cımaddələr çıxarılmışdır.
119 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə maddənin adında “göndərilməsi” sözü “rəsmi qaydada verilməsi” sözləri ilə əvəz edilmişdir.
120 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 266.1‐ci maddədə “göndərilir və ya şəxsən təqdim olunur” sözləri “rəsmi qaydada verilir” sözləri ilə əvəz edilmişdir.
121 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 266.2‐ci maddədə “göndərilərkən, həmin qərardadların təqdim edilməsi” sözləri “rəsmi qaydada verilərkən, bu” sözləri ilə əvəz edilmişdir.
122 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 268.1‐ci maddədə “təqdim edildikdən və ya tərəf onu aldıqdan” sözləri “rəsmi qaydada verildikdən” sözləri ilə əvəz edilmişdir.
123 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 272.2‐ci maddədə “hərəkətlərə” sözündən sonra “də” bağlayıcısı əlavə edilmişdir.
124 19 dekabr 2006‐cı il tarixli 200‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 2, maddə 68) ilə 276.2.8‐ci maddə əlavə edilmişdir.
125 30 aprel 2004‐cü il tarixli 643‐IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Rspublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 7, maddə 505) ilə 277.2‐ci maddə maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün barəsində mübahisə edilən məbləğin 15 faizi miqdarında dövlət rüsumu ödənilir.
2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 277.2‐ci maddədə “şərti maliyyə vahidinin 9,0 misli” sözləri “on manat” sözləri ilə əvəz edilmişdir.
126 20 iyun 2003‐cü il tarixli 490‐IIQ nömrəli “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəalarının pozulmasına görə məsuliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, № 6, maddə 279) ilə 285.01‐ci maddədə “seçki” sözündən sonra “(referendumda iştirak)” sözləri əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə;
127 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598 ) ilə 285.0.5‐ci maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmişdir.
128 20 iyun 2003‐cü il tarixli 490‐IIQ nömrəli “Azərbaycan Respublikasinin Seçki Məcəlləsinin müddəalarinin pozulmasina görə məsuliyyət haqqinda” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasinin qanunvericilik toplusu, 2003‐cü il, № 6, maddə 279) ilə 25‐ci fəsil yeni redaksiyada verilmishdir. Əvvəlki redaksiyada deyilirdi:
SEÇKİ HÜQUQLARININMÜDAFİƏSİ HAQQINDA ƏRİZƏLƏRƏ DAİR İCRAAT M a d d ə 2 9 0 . Ərizənin verilməsi Seçmək və seçilmək, seçkilərdə, referendumlarda iştirak etmək hüququnun dövlət hakimiyyəti
orqanı, seçki komissiyası və vəzifəli şəxslər tərəfindən pozulduğunu hesab edən şəxsin ictimai birliyin bu Məcəllənin 4‐cü fəslində və başqa qanunlara müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə ərizə iləmüraciət etmək hüququ vardır.
M a d d ə 2 9 1 . Ərizəyə baxılması 291.1. Seçkilərin gedişi ərəfəsində daxil olmuş ərizəyə, onun verdiyi gündən 3 gün ərzində, lakin
seçkilərin vaxtından gec olmayaraq, seçkilər günü daxil olmuş ərizəyə isə dərhal baxılmalıdır. 291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya dövlət
hakimiyyəti orqanı nümayəndəsinin iştirakı ilə baxılır.Məhkəmə iclasının vaxtı və yeri haggında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslər məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinəmane olmur.
M a d d ə 2 9 2 . Məhkəmənin qətnaməsi və onun icrası 292.1. Seçki hüququnun pozulduğunu müəyyən etmiş məhkəmə qətnaməsi seçici siyahısında
düzəliş aparılması üçün, namizədin qeydə alınması üçün, yaxud ictimai birliyin seçkilərdə və ya referendumlarda iştirak edən təşkilatlar sırasına əlavə edilməsi üçün əsasdır.
292.2. Məhkəmənin qətnaməsi dərhal icra edilməlidir. 292.3. Qətnamə müvafiq dövlət hakimiyyəti orqanına və ya seçki komissiyasının sədrinə
göndərilir. 292.4. Məhkəmənin qətnaməsinin icra edilməsinə təqsirkar olan vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi iləmüəyyən edilmişməsuliyyəti daşıyırlar. 292.5. Seçki hüququnun müdafiəsi ilə bağlı digər məsələlər həmin seçki hüququ haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilə bilər.
16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 7, maddə 712) ilə 290‐cı maddədə ʺAzərbaycan Respublikasının Apellyasiya Məhkəməsinəʺ sözləri ʺapellyasiya instansiyası məhkəmələrinəʺ sözləri ilə əvəz edilmişdir.
129 Bax: 22‐ci istinad 130 28 oktyabr 2008‐ci il tarixli 707‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 14 dekabr 2008‐ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№ 12, maddə 1046) ilə 290‐cımaddənin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Seçicinin seçici siyahısına daxil edilməsi ilə əlaqədar mübahisələrə dair ərizələr rayon (şəhər)
məhkəmələrinə, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair digər məsələlərə dair ərizələr isə apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.
131 Bax: 22‐ci istinad 132 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 291.3‐cü maddə çıxarılmışdır.
133 Bax: 22‐ci istinad
134 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 10, maddə 761) ilə 26‐cı fəslin adında “hüquqpozmalar” sözü “xətalar” sözü ilə əvəz edilmişdir.
135 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 10, maddə 761) ilə 293.1‐ci maddədə “hüquqpozmalar” sözü “xətalar” sözü ilə əvəz edilmişdir.
136 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 10, maddə 761) ilə 293.2‐ci maddədə “hüquqpozmadan” sözü “xətadan” sözü ilə əvəz edilmişdir.
137 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 10, maddə 761) ilə 294.1‐ci maddədə “hüquqpozmalar” sözü “xətalar” sözü ilə əvəz edilmişdir.
138 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 10, maddə 761) ilə 294.2‐ci maddədə “hüquq pozuntusu” sözləri “xəta” sözü ilə, “pozuntunun” sözü “xətanın” sözü ilə əvəz edilmişdir.
139 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu,
2004‐cü il, № 10, maddə 761) ilə 295.1‐ci maddədə “hüquqpozma” sözü “xəta” sözü ilə, “İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsində” sözləri “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” sözləri ilə, “hüquqpozmalar” sözü “xətalar” sözü ilə əvəz edilmişdir.
140 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il, № 10, maddə 761) ilə 295.2‐ci maddədə “hüquqpozmanın xarakterini, hüquqpozmanın” sözləri “xətanın xarakterini, inzibati xəta törədən şəxsin” sözləri ilə əvəz edilmişdir.
141 7 sentyabr 2004‐cü il 731‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐cü il,№ 10, maddə 761) ilə 295.5‐ci maddədə “hüquqpozma” sözü “xəta” sözü ilə əvəz edilmişdir.
142 24 dekabr 2002‐ci il tarixli 409–IIQD nömrəli “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2003‐cü il, №1, maddə 23) ilə 298‐ci maddədə “olan gündən” sözlərindən sonra “qanunda başqa müddət müəyyən edilməyibsə,” sözləri əlavə edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
143 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 300.4‐cü maddənin birinci cümləsində “alındığı” sözü “rəsmi qaydada verildiyi” sözləri ilə əvəz edilmişdir.
144 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 29‐cu fəslin adında ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmişdir.
145 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598) ilə 302.1‐ci maddədə ʺyerli özünüidarə orqanının, sair orqan və təşkilatlarınʺ sözləri ʺsair dövlət orqanlarınınʺ sözləri ilə, ʺqəbul və dərc etdiyi normativ aktlaʺ sözləri ʺqüvvəyə minmiş normativ xarakterli aktı iləʺ sözləri ilə əvəz edilmişdir.
146 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598) ilə 302.4‐cü maddələrdə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmiş, ʺyerli özünüidarə orqanının, sair orqan və təşkilatlarınʺ sözləri ʺsair dövlət orqanlarınınʺ sözləri ilə əvəz edilmişdir.
147 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 302.5‐ci maddədən ʺnormativ
aktın hansı kütləvi informasiya orqanında və nə vaxt dərc edildiyi göstərilməklə,ʺ sözləri çıxarılmışdır.
148 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 302.6‐ci maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmişdir.
149 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 302.7‐ci maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmiş, ʺyerli özünüidarə orqanının, sair orqan və təşkilatınʺ sözləri ʺsair dövlət orqanınınʺ sözləri ilə əvəz edilmişdir.
150 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 303.1‐ci maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmiş, ʺyerli özünüidarə orqanı, sair orqan və təşkilatʺ sözləri ʺsair dövlət orqanıʺ sözləri ilə əvəz edilmişdir.
151 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 303.2‐ci maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmiş, ʺyerli özünüidarə orqanının, sair orqan və təşkilatınʺ sözləri ʺsair dövlət orqanınınʺ sözləri ilə əvəz edilmişdir.
152 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 303.3‐cü maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmişdir.
153 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 303.4‐cü ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmiş, ʺyerli özünüidarə orqanının, sair orqan və təşkilatınʺ sözləri ʺsair dövlət orqanınınʺ sözləri ilə əvəz edilmişdir.
154 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 304.2‐ci maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmişdir.
155 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 304.3‐cü maddədə ʺnormativʺ sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmiş, ʺbu qətnaməsiʺ sözləri ʺqanuni qüvvəyə minmiş qətnaməsiʺ sözləri ilə əvəz edilsin
156 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il,№ 8, maddə 598) ilə 304.4‐cü maddədə ʺnormativʺ
sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmiş, ʺyerli özünüidarə orqanı, sair orqan və təşkilatʺ sözləri ʺsair dövlət orqanıʺ sözləri ilə əvəz edilmişdir.
157 17 aprel 2007‐ci il tarixli 313‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007‐ci il,№ 6, maddə 560) ilə Məcəlləyə 305.1.10‐cu maddə əlavə edilmişdir.
158 17 aprel 2007‐ci il tarixli 313‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007‐ci il,№ 6, maddə 560) ilə 317.1‐ci maddədə “və narkotik vasitələrdən” sözləri “, narkotik vasitələrdən və ya psixotrop maddələrdən” sözləri ilə əvəz edilmişdir.
159 17 aprel 2007‐ci il tarixli 313‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007‐ci il, № 6, maddə 560) ilə 318.1‐ci maddədə “və ya narkotik vasitələrdən” sözləri “, narkotik vasitələrdən və ya psixotrop maddələrdən” sözləri ilə əvəz edilmişdir.
160 2 iyun 2008‐ci il tarixli 618‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 6, maddə 462) ilə 320.3‐cü maddədə “şərti maliyyə vahidinin 100 mislinədək məbləğdə” sözləri “yüz on manatadək” sözləri ilə əvəz edilmişdir.
161 4 mart 2005‐ci il 855‐IIQD nömrəli “Poçt rabitəsi haqqındaʺ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci il,№ 4, maddə 277) ilə Məcəlləyə yeni 323.2‐ci maddə əlavə edilmiş və əvvəlki 323.2‐ci və 323.3‐cü maddələr müvafiq olaraq 323.3‐cü və 323.4‐cü maddələr hesab edilmişdir.
162 4 mart 2005‐ci il 855‐IIQD nömrəli “Poçt rabitəsi haqqındaʺ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci il, № 4, maddə 277) ilə 325‐ci maddənin mətni 325.1‐ci maddə hesab edilmiş vəMəcəlləyə yeni 325.2‐ci maddə əlavə edilmişdir.
163 4 mart 2005‐ci il 855‐IIQD nömrəli “Poçt rabitəsi haqqındaʺ Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005‐ci il,№ 4, maddə 277) ilə Məcəlləyə yeni 326.2‐ci maddə əlavə edilmiş və əvvəlki 326.2‐ci maddə 326.3‐cü maddə hesab edilmişdir.
164 01 fevral 2010‐cu il tarixli 950‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010‐cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il,№ 2, maddə 75) ilə 331.3‐cü maddədə “Bu maddədə” sözləri “Bu Məcəllənin 331.1‐ ci və 331.2‐ci maddələrində” sözləri ilə əvəz edilmişdir.
165 19 aprel 2002‐ci il tarixli 305‐II QD nömrəli “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002‐ci il, № 5, maddə 236) ilə Məcəlləyə 338‐1‐ci maddə əlavə edilmişdir.
166 29 dekabr 2006‐cı il tarixli 220‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 1, maddə 4) ilə 340‐cı maddədə ʺvətəndaşlıq
vəziyyəti aktları qeydiyyatının hansı orqanının ʺ sözləri ʺvətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanınʺ sözləri ilə əvəz edilmişdir.
167 13 iyun 2008‐ci il tarixli 648‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il,№7, maddə 602) ilə 342.2‐ci maddədə “ və əlillər evinin” sözləri “əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar evinin, xüsusi təhsil müəssisəsinin,” sözləri əlavə edilmişdir.
168 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il,№ 12, maddə 1006) ilə 345‐ci maddəyə ikinci hissə əlavə edilmişdir.
169 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 347.2‐ci maddədə “xarici vətəndaşlar” sözləri “əcnəbilər” sözü ilə əvəz edilmişdir, “göstərilən sənədlər” sözlərindən sonra “, müvafiq icra hakimiyyəti orqanının razılığı” sözləri əlavə edilmişdir.
170 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 347.3‐cü maddədə “Xarici vətəndaş” sözləri “Əcnəbi və vətəndaşlığı olmayan şəxs” sözləri ilə, “vətəndaşı olduğu” sözləri “vətəndaşı olduğu (daimi yaşadığı)” sözləri ilə əvəz edilmişdir.
171 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 347.4‐cü maddədə “Xarici vətəndaşlar olan övladlığa götürənlərin” sözləri “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, övladlığa götürən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin” sözləri ilə əvəz edilmişdir.
172 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 348.1‐ci maddədə “İşi məhkəmədə baxılmağa hazırlayarkən” sözləri “Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi halı istisna olmaqla, işi məhkəmədə baxılmağa hazırlayarkən” sözləri ilə əvəz edilmişdir.
173 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 348.2.5‐ci maddədə “götürülməsinə razılığı” sözləri “götürülməsinə notariat qaydasında təsdiq edilmiş razılığı” sözləri ilə əvəz edilmişdir.
174 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il,№ 12, maddə 1006) ilə 348.2.7‐ci maddədən “, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər” sözləri çıxarılmışdır.
175 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 348.5‐ci maddə əlavə edilmişdir.
176 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 349‐cu maddədə “mütləq” sözü “, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
tərəfindən övladlığa götürüldükdə müvafiq icra hakimiyyəti orqanı nümayəndəsinin mütləq” sözləri ilə əvəz edilmişdir.
177 29 dekabr 2006‐cı il tarixli 220‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 1, maddə 4) ilə 350.1‐ci maddədə ʺvətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında ʺ sözləri ʺvətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ʺ sözləri ilə əvəz edilmişdir.
178 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il,№ 12, maddə 1006) ilə 350.2‐ci maddəyə ikinci hissə əlavə edilmişdir.
179 20 oktyabr 2006‐cı il 168‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2006‐cı il, № 12, maddə 1006) ilə 350.4‐cü maddədə “sonra” sözü “sonra 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə, “üçün 3 gün müddətində” sözləri “üçün” sözü ilə, “orqanına göndərilir” sözləri “orqanına, övladlığa götürülən uşaqların uçotu üçün uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilir” sözləri ilə əvəz edilmişdir.
29 dekabr 2006‐cı il tarixli 220‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 1, maddə 4) ilə 350.4‐cü maddədə ʺvətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına ʺ sözləri ʺvətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana ʺ sözləri ilə əvəz edilmişdir.
180 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598) ilə Məcəllədən 40‐cı fəsil çıxarılmışdır. Fəslin əvvəlki redaksiyasında deyilirdi:
F ə s i l 4 0 NORMATİV HÜQUQİ AKTIN KONSTİTUSİYAYA UYĞUNLUĞUNUN YOXLANILMASI
HAQQINDA VƏSATƏT ÜZRƏ İCRAAT M a d d ə 3 5 2 . Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması
haqqında vəsatət qaldırmaq hüququ 352.1. Ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə işdə iştirak edən fiziki və ya hüquqi şəxs
Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin III hissəsinin 1—6 və 8‐ci bəndlərində göstərilmiş normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi qarşısında vəsatət qaldıra bilər.
352.2. Normativ hüquqi aktların Konstitusiyaya uyğunluğu barədə vəsatət aşağıdakı hallarda qaldırıla bilər:
352.2.1. məhkəmə baxışı zamanı işdə iştirak edən şəxs həmin iş üzrə tətbiq edilmiş və ya tətbiq edilə biləcək normativ hüquqi aktın onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu hesab etdikdə;
352.2.2. ümumi və ixtisaslaşdırılmış məhkəmələrdə iş üzrə icraat zamanı məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək imkanları tükəndikdə, işdə iştirak edən şəxs isə həmin iş üzrə tətbiq edilmiş normativ hüquqi aktın onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş əsas hüquq və azadlıqlarını pozduğunu hesab etdikdə.
352.3. Bu Məcəllənin 352.2.1‐ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılarkən qaldırıla bilər.
352.4. Bu Məcəllənin 352.2.2‐ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yalnız işə kassasiya qaydasında Azərbaycan Respublikası
Ali Məhkəməsinin müvafiq kollegiyasında baxıldıqdan sonra bilavasitə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qarşısında qaldırıla bilər.
M a d d ə 3 5 3 . Normativ hüquqi aktın yoxlanılması haqqında vəsatətə dair tələblər 353.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət yazılı
formada verilir. 353.2. Vəsatətdə aşağıdakılar göstərilməlidir: 353.2.1. vəsatətin verildiyi məhkəmənin adı; 353.2.2. vəsatət verən şəxsin poçt və ya hüquqi ünvanı; 353.2.3. mübahisə edilən aktı qəbul etmiş orqan və ya vəzifəli şəxs; 353.2.4. işin faktiki hallarının izahı; 353.2.5. vəsatətin məqsədi və hüquqi əsaslandırılması; 353.2.6. sorğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna ünvanlanmış xahiş. 353.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə
aşağıdakılar əlavə olunmalıdır: 353.3.1. mübahisə edilən normativ hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmişmətni; 353.3.2. ərizəçinin fikrincə onun Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş
əsas hüquq və azadlıqlarını pozan məhkəmə aktları (əgər qəbul edilibsə); 353.3.3. işin hallarının araşdırılması üçün zəruri olan iddia ərizəsinin surəti və digər sənədlər. 353.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət ərizəçi
və ya buna səlahiyyəti olduqda onun nümayəndəsi tərəfindən imzalanır. Vəsatəti hüquqi şəxs qaldırdıqda, onun rəhbəri tərəfindən imzalanır.
M a d d ə 3 5 4 . Birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətə dair hərəkətləri
354.1. Bu Məcəllənin 352.2.1‐ci maddəsində göstərilən halda normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət almış birinci, apellyasiya və ya kassasiya instansiya məhkəməsi (hakimi):
354.1.1. vəsatətin bu Məcəllənin 353‐cü maddəsinin tələblərinə uyğunluğunu yoxlayır; 354.1.2. mübahisə edilən normativ hüquqi aktın həqiqətən bu işin icraatı zamanı tətbiq edildiyini
və ya tətbiq edilə biləcəyini araşdırır; 354.1.3. işdə iştirak edən şəxsin vəsatətə dair tələblərə riayət etmədiyi və ya mübahisə edilən
normativ hüquqi aktın bu işdə tətbiq edilmədiyi və ya tətbiq edilə bilməyəcəyi müəyyən olunduqda, vəsatətin rədd edilməsi haqqında qərardad çıxarır və işə yekuna qədər baxmağı davam etdirir;
354.1.4. işdə iştirak edən şəxsin vəsatətə dair tələblərə riayət etdiyi və mübahisə edilən normativ hüquqi aktın bu iş üzrə tətbiq edildiyi və ya tətbiq edilə biləcəyi müəyyən edildikdə, vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və iş üzrə icraatın dayandırılması haqqında qərardad çıxarır.
354.2. Məhkəmənin (hakimin) qərardadı bu Məcəllənin 21‐ci fəslində göstərilən tələblərə uyğun olmalıdır. Məhkəmənin (hakimin) qərardadının surətləri işdə iştirak edən şəxslərə verilir.
354.3. Məhkəmənin (hakimin) normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi və ya belə vəsatətin rədd edilməsi haqqında qərardadından şikayət verilə bilməz.
354.4. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətdə göstərilən dəlillər işin yekunlaşdığı məhkəmə aktından yuxarı məhkəməyə ünvanlanmış şikayətdə şərh edilə bilər.
354.5. Vəsatət Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən rədd edildikdə, iş üzrə icraat təzələnir.
354.6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sorğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərdikdə, iş üzrə icraat sorğuya dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra təzələnir.
M a d d ə 3 5 5 . Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hərəkətləri
355.1. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında bilavasitə ərizəçidən və ya birinci, apellyasiya və kassasiya instansiyasıməhkəməsinin qərardadı üzrə vəsatət almış Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə:
355.1.1. vəsatətin bu Məcəllənin 353‐cü maddəsində göstərilən tələblərə uyğunluğunu yoxlamağı; 355.1.2. əslində də mübahisə edilən normativ hüquqi aktın həmin iş üzrə icraat zamanı tətbiq
edildiyini və ya tətbiq edilə biləcəyini araşdırmağı; 355.1.3. rəy hazırlamağı və həmin vəsatət üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun iclasında çıxış etməyi tapşırır. 355.2.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu: 355.2.1. normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin bu
Məcəllənin 353‐cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu; 355.2.2. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərmək üçün əsasın
olub‐olmamasınımüəyyənləşdirir. 355.3. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatət üzrə
qərarı vəsatət Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduğu gündən sonra 1 aydan gec olmayaraq, bu Məcəllənin 44‐cü fəslində müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qəbul edir.
355.4. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu iləmüəyyən edilmiş qaydada verilir.
355.5. Normativ hüquqi aktın Konstitusiyaya uyğunluğunun yoxlanılması haqqında vəsatətin baxılmasının nəticələri barədə ərizəçiyə və ya vəsatətin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi barədə qərardad çıxarmış məhkəməyə (hakimə) dərhal yazılı surətdə xəbər verilir.
355.6. Normativ hüquqi akt hər hansı şəxsin hüquqlarını pozduqda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz təşəbbüsü ilə sorğunu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərir.
M a d d ə 3 5 6 . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin normativ hüquqi aktın əsas hüquq və azadlıqları pozduğunu hesab etməsinin nəticələri
Qüvvədə olan normativ hüquqi aktla hər hansı şəxsin əsas hüquq və azadlıqların pozulduğunun hesab edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı bu Məcəllənin 44‐ cü fəslində nəzərdə tutulmuş qaydada həmin normativ hüquqi akt əsasında çıxarılmış məhkəmə aktının və ya onun bir hissəsinin ləğv edilməsi üçün əsasdır.
17 aprel 2007‐ci il tarixli 313‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 6, maddə 560) ilə Məcəlləyə 40‐cı fəsil əlavə edilmişdir.
181 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 358‐ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi: M a d d ə 3 5 8 . Apellyasiya qaydasında işə baxan məhkəmələr
358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət verilə bilər:
358.0.1. rayon məhkəmələrinin qətnamələrindən—Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə;
358.0.2. yerli iqtisad məhkəmələrinin və beynəlxalq müqavilələrdən irəli gələn iqtisadi mübahisələr üzrəməhkəmələrin qətnamələrindən—Azərbaycan Respublikasının Apellyasiya İqtisad Məhkəməsinə;
358.0.3. Naxçıvan Muxtar Respublikası rayon məhkəmələrinin qətnamələrindən—Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasına.
182 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 359‐cu maddə çıxarılmışdır.
183 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 360‐cı maddədə “təqdim olunan (alınan)” sözləri “rəsmi qaydada verildiyi” sözləri ilə əvəz edilmişdir.
184 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 361.1.4‐cü maddədən “və qanunlara, digər normativ aktlara” sözləri çıxarılmışdır.
185 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 361.5‐ci maddə çıxarılmışdır.
186 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 364‐cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Birinci instansiya məhkəməsi tərəflərin bu Məcəllənin 361‐ci maddəsinin tələblərinə riayət etdiyini
yoxladıqdan sonra şikayəti işlə və ya onlara aid olan materiallarla birlikdə qəbul etdiyi vaxtdan hesablanmaqla 7 gün müddətində apellyasiya instansiyasıməhkəməsinə göndərir.
187 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 366.1‐ci maddədə “məhkəməsi” sözündən sonra “iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində” sözləri əlavə edilmişdir.
188 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) iləmaddənin adı yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Apellyasiyanın rəsmi təqdim edilməsi, apellyasiyaya etiraz və apellyasiyaya dair izahatların
verilməsi 189 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 367.1‐ci maddədə “apellyasiyanı” sözü “apellyasiya şikayətini” sözləri ilə, “rəsmən təqdim edir (göndərir)” sözləri “rəsmi qaydada verir” sözləri ilə əvəz edilmişdir.
190 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 367.2‐ci maddədə “surətini aldıqda,” sözləri “surəti onlara rəsmi qaydada verildikdən sonra” sözləri ilə əvəz edilmişdir.
191 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 368‐ci maddənin adında ʺapellyasiyaʺ sözündən sonra ʺinstansiyasıʺ sözü əlavə edilmişdir.
192 26 dekabr 2006‐cı il tarixli 219‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 1, maddə 3) 368.3‐cü maddədə ʺApellyasiyaʺ sözü ʺQanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiyaʺ sözləri ilə əvəz edilmişdir.
17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 368.3‐cü maddədə “2 ay müddətində baxılmalıdır” sözləri “3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir” sözləri ilə əvəz edilmişdir.
16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 368.3‐cü maddədə ʺapellyasiyaʺ sözündən sonra ʺinstansiyasıʺ sözü əlavə edilmişdir.
193 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 371‐ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: M a d d ə 3 7 1 . Yeni sübutların təqdim edilməsi 371.1. İşdə iştirak edən şəxslər apellyasiya instansiyası məhkəməsinə yeni sübutlar təqdim edə
bilərlər. 371.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin birinci instansiya məhkəməsinə təqdim edə
bilmədiyi yeni sübutları gecikmiş və ya apellyasiya prosesini ləngitməyə yönəlmiş və yaxud kobud səhlənkarlığa görə təqdim edilməmiş hesab etdikdə, onları rədd edə bilər.
194 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 391‐ci maddə yeni redaksiyada verilmişdirş
əvvəlki redaksiyada deyilirdi: Məhkəmənin qətnaməsi bu Məcəllənin 19‐20‐ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya
qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir.
195 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 392.2‐ci maddədə ʺapellyasiyaʺ sözündən sonra ʺinstansiyasıʺ sözü əlavə edilmişdir.
196 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) iləMəcəlləyə yeni məzmunda 392‐1‐ci maddə əlavə edilmişdir.
197 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 393‐cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: Apellyasiya instansiyasıməhkəməsinin qətnaməsi qəbul edildiyi andan qanuni qüvvəyəminir.
198 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 394‐cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: M a d d ə 3 9 4 . Apellyasiya instansiyasıməhkəməsinin xüsusi qərardadı İşə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265‐ci maddəsində nəzərdə tutulmuş
hallarda xüsusi qərardad çıxara bilər.
199 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 394.1‐ci maddədə “265‐ci” sözü “265.4‐cü və 265.5‐ci” sözləri ilə əvəz edilmişdir.
200 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 396.1‐ci maddədə “təqdim edilən gündən” sözləri “qaydada verildikdən sonra” sözləri ilə əvəz edilmişdir.
201 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 398.0.2‐ci maddənin sonundakı nöqtə nöqtəli vergüllə əvəz edilmişdir və yeni məzmunda 398.0.3‐cü maddə əlavə edilmişdir.
202 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 7, maddə 712) ilə 399‐cu maddədə ʺapellyasiyaʺ sözündən sonra ʺinstansiyasıʺ sözü əlavə edilmişdir.
203 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 402‐ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi: M a d d ə 4 0 2 . Kassasiya şikayəti vermə hüququ Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasının, Azərbaycan
Respublikası İqtisad Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qətnamə və qərardadlarından kassasiya şikayəti verilə bilər.
204 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 403.1‐ci və 403.2‐ci maddələrdən “qanuni qüvvəyəminmiş” sözləri çıxarılmışdır.
205 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 404.1.1‐ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi: 404.1.1. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin vəNaxçıvan Muxtar Respublikası Ali
Məhkəməsinin mülki işlər üzrə apellyasiya kollegiyasının qətnamələrindən və qərardadlarından — Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrəməhkəmə kollegiyasına;
206 16 iyun 2007‐ci il tarixli 385‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 404.1.2‐ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi: 404.1.2. Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnamələrindən və qərardadlarından —
Azərbaycan Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına.
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 404.1.2‐ci maddədə “qərarlarından” sözü “qərardadlarından” sözü ilə əvəz edilmişdir.
207 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 405‐ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi: 405.1. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən
sonra 3 ay, qərardad qəbul edildikdən sonra 10 gün müddətində verilə bilər. 405.2. Bu müddət apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə və qərardad tərəfə
verildiyi vaxtdan hesablanır.
208 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 407.1.2‐ci maddədə “vəziyyəti” sözündən sonra “, şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan” sözləri əlavə edilmişdir, 407.4‐cü maddədə “Şikayətə” sözündən sonra “vəkilin orderi və” sözləri əlavə edilmişdir.
209 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 5, maddə 439) ilə 407.3‐cü maddə yeni redaksiyada verilmişdir
əvvəlki redaksiyada deyilirdi: 407.3. Şikayət onu verən şəxs tərəfindən, yaxud onun qanuni nümayəndəsi və ya nümayəndəsi
tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 407.3‐cü maddənin birinci cümləsində mötərizədə “qanuni nümayəndəsi” sözlərindən sonra “və ya nümayəndəsi” sözləri, ikinci cümləsində “Qanuni nümayəndə” sözlərindən sonra “və ya nümayəndə” sözləri əlavə edilmişdir.
210 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 408.1.1‐ci maddədə “kassasiya şikayəti” sözlərindən əvvəl “kassasiya şikayəti bu Məcəllənin 407.1‐ci maddəsinin tələblərinə cavab vermirsə,” sözləri əlavə edilmişdir.
211 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 408.1.3‐cü maddədə “şikayətinə” sözündən sonra “vəkilin orderi və” sözləri əlavə edilmişdir, 408.1.4‐cü maddədə “verilməmişsə” sözü “ təmin olunmamışsa” sözləri ilə əvəz edilmişdir.
212 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 409‐cu maddə yeni redaksiyada verilmişdirş
əvvəlki redaksiyada deyilirdi: Kassasiya şikayəti verildikdən və onun bu Məcəllənin 407‐ci maddəsinə uyğunluğu
yoxlanıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini işlə və işə aid olan bütün materiallarla birlikdə Ali Məhkəməyə göndərir.
213 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 412‐ci maddədə, maddənin adında “təqdim edilməsi” sözləri “verilməsi” sözü ilə əvəz edilmişdir, 412.1‐ci maddədə “təqdim olunur” sözləri “verilir” sözü ilə əvəz edilmişdir və 412.2‐ci maddədə “surətini aldıqdan” sözləri “surəti onlara rəsmi qaydada verildikdən” sözləri ilə əvəz edilmişdir.
214 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 413‐cü maddə çıxarılmışdır.
215 26 dekabr 2006‐cı il tarixli 219‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 1, maddə 3) ilə 414‐cü maddənin əvvəlinə ʺQanunda başqa müddət müəyyən edilməyibsə, ʺ sözləri əlavə edilmişdir.
216 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə yeni məzmunda 415.3‐cü maddə əlavə edilmişdir.
217 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə yeni məzmunda 415‐1‐ci maddə əlavə edilmişdir.
218 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 5, maddə 439) ilə 417.0‐cı, 417.0.1‐ci, 417.0.2‐ci, 417.0.3‐cü, 417.0.4‐cü maddələr müvafiq olaraq 417.1‐ci, 417.1.1‐ci, 417.1.2‐ci, 417.1.3‐cü, 417.1.4‐cü maddələr hesab edilmişdir.
219 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 417.1.4‐cü maddə əlavə edilmişdir və 417.1.4‐cü maddə müvafiq olaraq 417.1.5‐ci maddə hesab edilmişdir, 417.1.5‐ci maddədə “259.0.1, 259.0.2” rəqəmləri “259.0.1‐259.0.3‐cü” rəqəmləri ilə, “261.0.1‐261.0.3, 261.0.6 və 261.0.7‐ci” rəqəmləri “261.0.1‐261.0.7‐ci” rəqəmləri ilə əvəz edilmişdir
220 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) iləMəcəlləyə yeni məzmunda 417.1.6‐cımaddə əlavə edilmişdir.
221 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 5, maddə 439) ilə 417.2‐ci maddə əlavə edilmişdir.
222 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 418.4.3‐cü maddədə “qərardad” sözü “qətnamə və ya qərardad” sözləri ilə əvəz edilmişdir.
223 17 aprel 2007‐ci il tarixli 319‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 5, maddə 439) ilə yeni məzmunda 421‐1 və 421‐ 2‐ci maddələr əlavə edilmişdir.
224 01 fevral 2010‐cu il tarixli 950‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 fevral 2010‐cu il, № 43, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010‐cu il, № 2, maddə 75) ilə 421‐2.1‐ci maddədə “265‐ci maddəsində” sözləri “265.4‐cü və 265.5‐ci maddələrində” sözləri ilə əvəz edilmişdir.
225 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 424.2.3‐cü maddə çıxarılmışdır.
226 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 425‐ci maddədə “361” rəqəmi “407” rəqəmi ilə əvəz edilmişdir.
227 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 426.3‐cü maddədə “göndərilir” sözü “rəsmi qaydada verilir” sözləri ilə əvəz edilmişdir.
228 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) iləMəcəlləyə yeni məzmunda 429.0.6‐cımaddə əlavə edilmişdir.
229 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 430.3‐cü maddədə “göndərilir” sözü “rəsmi qaydada verilir” sözləri ilə əvəz edilmişdir.
230 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598) ilə Məcəllədən 431‐ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 4 3 1 . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə tərəfindən tətbiq edilən normativ hüquqi aktın əsas hüquq və azadlıqları pozduğunu tanıdığı halda Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatına Ali Məhkəmənin plenumunda baxılması
Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun sorğusu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən normativ hüquqi aktlar ilə əsas hüquq və azadlıqların pozulduğu müəyyən edildikdə, plenum bu fəslin müddəalarına uyğun olaraq əlavə kassasiya qaydasında həmin aktlara əsasən çıxarılmış məhkəmə aktlarını Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında tam və ya qismən ləğv edir.
231 11 iyun 2004‐cü il tarixli 688‐IIQD nömrəli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598) ilə Məcəlləyə yeni 44‐1‐ci fəsil əlavə edilmişdir.
232 Bax: 54‐cü istinad
233 Bax: 54‐cü istinad
234 Bax: 54‐cü istinad
235 Bax: 54‐cü istinad 236 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 461.4‐cü maddədə “Bu maddə” sözləri “Bu Məcəllənin 461.1‐ 461.3‐cü maddələri” sözləri ilə əvəz edilmişdir.
237 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə 472.2‐ci maddədə “Çağırış vərəqəsinin ona təqdim edilməsi” sözləri “Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi” sözləri ilə əvəz olunmuşdur.
238 26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 24 iyun 2009‐cu il,№ 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il,№ 06, maddə 402) ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” Əlavəsindən 9‐cu bənd çıxarılmışdır.