Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş qeyri-dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli mədəniyyət sərvətlərinin satılması qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
mədəniyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
2. Müəyyən edilsin ki:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
həmin Qanunun 16-cı maddəsində, 32-ci maddəsinin birinci və üçüncü hissələrində, 36-cı maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 38-ci maddəsinin birinci və üçüncü hissələrində və 47-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 17-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin dördüncü hissəsində və 36-cı maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;
həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin üçüncü hissəsində, 35-ci maddəsinin ikinci, üçüncü və altıncı hissələrində, 36-cı maddəsinin üçüncü hissəsində, 37-ci maddəsinin birinci, ikinci və dördüncü hissələrində, 38-ci maddəsinin ikinci hissəsində və 39-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra
həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;ii[2]
həmin Qanunun 19-cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Mətbuat vəİnformasiya Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi həyata keçirirlər; iii[3]
həmin Qanunun 28-ci maddəsinin beşinci hissəsində və 29-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini tabeliklərində mədəniyyət müəssisələri olan Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, idarələri, konsernləri vəşirkətləri həyata keçirirlər;
həmin Qanunun 51-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər; iv[4]
həmin qanunun 17-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin dördüncü hissəsində, 39-cu maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 14-cü maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci cümləsində, 34-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 35-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, üçüncü və altıncı hissələrinin birinci cümlələrində, 36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və üçüncü hissəsinin ikinci cümləsində, 37-ci maddəsinin birinci və dördüncü hissələrində, ikinci hissəsinin birinci cümləsində, 38-ci maddəsinin ikinci hissəsində və 48-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.v[5]
36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər.vi[6]
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Prezidentinə aşağıdakıların icrası barədə məlumat versin:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş milli mədəniyyət sərvətlərinin mühafizəsinin və onlardan istifadənin, habelə milli mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasından kənara çıxarılmasının qaydalarını bir ay müddətində təsdiq etsin;
həmin Qanunun 34-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını bir ay müddətində təsdiq etsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə tapşırılsın ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu və bu Fərman ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsinlər. vii[7]
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 16 aprel 1998-ci il
№ 698
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİNSİYAHISI
- 11 oktyabr 2001‐ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 10, maddə 640)
- 7 yanvar 2002‐ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 1, maddə 14)
- 18 iyul 2005‐ci il tarixli 260 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il, № 7, maddə 596)
- 27 sentyabr 2006‐cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 9, maddə 743)
- 29 noyabr 2006‐cı il tarixli 481 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 11, maddə 943)
6. 31 yanvar 2008‐ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 1, maddə 8)
7. 6 avqust 2008‐ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008‐ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, maddə 719)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏƏLAVƏLƏRİN SİYAHISI
i[1] 7 yanvar 2002‐ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 1, maddə 14) ilə 2‐ci bəndin beşinci abzasından “və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi” sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
həmin Qanunun 14‐cü maddəsinin ikinci hissəsində, 34‐cü maddəsinin üçüncü hissəsində, 35ci maddəsinin ikinci, üçüncü və altıncı hissələrində, 36‐cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və üçüncü hissəsində, 37‐ci maddəsinin birinci, ikinci və dördüncü hissələrində, 38ci maddəsinin ikinci hissəsində və 39‐cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi həyata keçirirlər;
6 avqust 2008‐ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008‐ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, maddə 719) ilə 2‐ci bəndinin beşinci abzasda “36‐cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və” sözləri “36‐cı maddəsinin” sözləri ilə əvəz edilmişdir.
ii[2] 11 oktyabr 2001‐ci il tarixli 587 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001‐ci il, № 10, maddə 640) ilə 2‐ci bəndin altıncı abzasında ʺDövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsiʺ sözləri ʺİqtisadi İnkişaf Nazirliyiʺ sözləri ilə əvəz edilmişdir.
iii[3] 7 yanvar 2002‐ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 1, maddə 14) ilə 2‐ci bəndin yeddinci abzasından ʺAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsiʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
həmin Qanunun 19‐cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Mədəniyyət Nazirliyi, Mətbuat vəİnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi həyata keçirirlər;
18 iyul 2005‐ci il tarixli 260 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il, № 7, maddə 596) ilə 2‐ci bəndin yeddinci abzasında “Dövlət Televiziya və Radio Verilişləri Şirkəti” sözləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.
iv[4] 31 yanvar 2008‐ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 1, maddə 8) ilə 2‐ci
bəndin doqquzuncu abzasında ʺMətbuat və İnformasiya Nazirliyiʺ sözləri ʺAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında ʺİçərişəhərʺ Dövlət Tarix‐Memarlıq Qoruğu İdarəsiʺ
sözləri ilə əvəz edilmişdir.
v[5] 27 sentyabr 2006‐cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 9, maddə 743) ilə 2‐ci bəndinin dördüncü, beşinci, yeddinci və doqquzuncu abzaslarında «Mədəniyyət» sözü «Mədəniyyətvə Turizm» sözləri ilə əvəz edilmişdir.
31 yanvar 2008‐ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 1, maddə 8) ilə 2‐ci bəndin onuncu abzas yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
həmin Qanunun 36‐cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix‐Memarlıq Qoruğu İdarəsi öz səlahiyyətləri daxilində həyata keçirir.
29 noyabr 2006‐cı il tarixli 481 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 11, maddə 943) ilə doqquzuncu abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir, bəndə yeni məzmunda onuncu abzas əlavə edilmişdir.
vi[6] 6 avqust 2008‐ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008‐ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008‐ci il, № 8, maddə 719) ilə 2‐ci bəndinə on birinci abzas əlavə edilmişdir.
vii[7] 7 yanvar 2002‐ci il tarixli 631 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 1, maddə 14) ilə 4‐cü bənddən ʺvə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinəʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
4. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə tapşırılsın ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu və bu Fərman ilə onların səlahiyyətlərinə aid edilənməsələlərin həlli üçün lazımi tədbirləri həyata keçirsinlər.
27 sentyabr 2006‐cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 9, maddə 743) ilə 4‐cü bəndində «Mədəniyyət» sözü «Mədəniyyətvə Turizm» sözləri ilə əvəz edilmişdir.