- Olimpiya simvolunun qorunması haqqında NAYROBİ MÜQAVİLƏSİ
- ƏLAVƏ
“Olimpiya simvolunun qorunması haqqında” Nayrobi müqaviləsinə qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası ʺOlimpiya simvolunun qorunması haqqındaʺ 1981‐ci il sentyabrın 26‐da qəbul edilmiş Nayrobi Müqaviləsinə qoşulsun.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010‐cu il № 1051‐IIIQ
Olimpiya simvolunun qorunması haqqında
NAYROBİ MÜQAVİLƏSİ
1981‐ci il sentyabrın 26‐da Nayrobidə qəbul edilmişdir
Fəsil I
ƏSAS MÜDDƏALAR
Maddə 1. Dövlətlərin öhdəliyi
Bu Müqavilənin iştirakçısı olan istənilən dövlət2‐ci və 3‐cü maddələrin müddəaları nəzərə alınmaqla və Beynəlxalq Olimpiya Komitəsinin razılığı olan hallar istisna olmaqla, Beynəlxalq Olimpiya Komitəsinin Nizamnaməsində müəyyən edildiyi kimi, Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan hər hansı nişanın qeydiyyatından imtina etməli və ya onun nişan kimi qeydiyyatını etibarsız saymalı və başqa işarələrin, ondan kommersiya məqsədləri üçün nişan və ya başqa işarə kimi istifadəsinə müvafiq yollarla qadağalar qoymalıdır. Simvol anlayışıvə onun qrafik təsviri Əlavədə verilmişdir.
Maddə 2. Öhdəlikdən istisnalar
- (1)
- 1‐ci maddədə nəzərdə tutulan öhdəlikləraşağıdakı hallarda bu Müqavilənin iştirakçısı olan dövlətlərə şamil edilmir:
- (i)
- Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan istənilən nişan, bu Müqavilənin hər hansı dövlətə aid qüvvəyə mindiyi tarixə qədərvə ya 1‐ci maddədən irəli gələn öhdəliyin həmin bu dövləttərəfindən yerinə yetirilməsinin 3‐cü maddəyə uyğun dayandırılmış hesab edildiyi istənilən dövrdə həmin dövlətdə qeydiyyata alınmışsa;
- (ii)
- Olimpiya simvolundan ibarət olan və ya tərkibində bu simvol olan istənilən nişanın və ya başqa işarənin hər hansı dövlətdə istənilən şəxs və ya müəssisə tərəfindən kommersiya məqsədləri üçün istifadəsinin davam etməsi; bir şərtlə ki, belə şəxs və ya müəssisə həmin dövlətdə həmin nişan və ya işarədən qanuni yolla istifadə etməyə, bu Müqavilənin həmin dövlətə aid qüvvəyə mindiyi tarixə qədərvə ya 1‐ci maddədən irəli gələn öhdəliyin həmin dövləttərəfindən yerinə yetirilməsinin 3‐cü maddəyə uyğun dayandırılmış hesab edildiyi istənilən dövrdə başlamış olsun.
- (2)
- (1) (i) yarımbəndinin müddəaları həmçinin o nişanlara tətbiq edilir ki, onlar dövlətin iştirakçısı olduğu müqavilə üzrə qeydiyyata alınıb və qeydiyyat həmin dövlətdə qüvvədədir.
- (1)
- (ii) yarımbəndində göstərilən şəxs və ya müəssisə tərəfindən razılıq verilməklə istifadə, göstərilən yarımbəndin məqsədləri üçün, həmin şəxs və ya müəssisə tərəfindən istifadə hesab edilir.
Olimpiya simvolundan Olimpiya hərəkatına və ya Olimpiya hərəkatı çərçivəsində keçiriləntədbirlərə dair informasiya verməkməqsədilə kütləvi informasiya vasitələrində istifadə olunduğu halda, bu Müqavilənin iştirakçısı olan dövlətlərdən heç biri bu simvoldan istifadəyə qadağa qoymağa borclu deyil.
Maddə 3. Öhdəliyin yerinə yetirilməsinin dayandırılması
Beynəlxalq Olimpiya Komitəsi ilə bu Müqavilənin iştirakçısı olan hər hansı dövlətin Milli Olimpiya Komitəsi arasında Beynəlxalq Olimpiya Komitəsinin həmin dövlətdə Olimpiya simvolundan istifadəyə razılıq verməsinin şərtlərinə və belə razılığa görə Beynəlxalq Olimpiya Komitəsinin əldə etdiyi hər hansı gəlirdə Milli Olimpiya Komitəsinin payına dair hər hansı saziş qüvvədə olmadığı müddətdə istənilən vaxt 1‐ci maddədə nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsi həmin dövləttərəfindən dayandırılmış hesab edilə bilər.
Fəsil II
DÖVLƏTLƏRİN İTTİFAQI
Maddə 4. 1‐ci fəsildən istisnalar
1‐ci fəslin müddəaları gömrük ittifaqına, azad ticarət zonasına, istənilən başqa iqtisadi ittifaqlara və ya istənilən başqa regional və ya subregional qruplaşmalara üzv olan, eyni zamanda bu Müqavilənin iştirakçısı olan dövlətlərin bu cür ittifaqları, zonaları və ya başqa qruplaşmaları təsis edən müvafiq sazişlərdən, xüsusən bu cür sazişlərin azad ticarəti və ya sərbəst xidmət mübadilələrini tənzimləyən müddəalarından irəli gələn öhdəliklərinə xələl gətirmir.
Fəsil III
YEKUN MÜDDƏALAR
Maddə 5. Müqavilədə iştirak
- (1)
- Ümumdünya Əqli MülkiyyətTəşkilatının (bundan sonra ‐ ʺTəşkilatʺ)və ya Sənaye Mülkiyyətinin Mühafizəsi üzrə Beynəlxalq İttifaqı (Paris İttifaqının) (bundan sonra ‐Paris İttifaqı) üzvü olan istənilən dövlətaşağıdakı yolla bu Müqavilənin iştirakçısı ola bilər:
- (i)
- imzalama və ardınca ratifikasiya, qəbul, yaxud təsdiq barədə sənədin saxlanılmaq üçün təqdim edilməsi və ya
(ii) qoşulma barədə sənədin saxlanılmaq üçün təqdim edilməsi.
Birləşmiş MillətlərTəşkilatının və ya Birləşmiş MillətlərTəşkilatı ilə əlaqəli olan hər hansı ixtisaslaşmış qurumun üzvü olan, lakin 1‐ci bənddə nəzərdə tutulmayan istənilən dövlət, qoşulma barədə sənədini saxlanılmaq üçün təqdim etməklə bu Müqavilənin iştirakçısı ola bilər.
Ratifikasiya, qəbul, təsdiq və qoşulma barədə sənədlər saxlanılmaq üçün Təşkilatın Baş direktoruna (bundan sonra ‐Baş direktor) təhvil verilir.
Maddə 6. Müqavilənin qüvvəyə minməsi
- (1)
- Bu Müqavilə özünün ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma barədə sənədlərini saxlanılmaq üçün təqdim edən ilk üç dövlət üçün, üçüncü dövlətin ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma barədə sənədlərini saxlanılmaq üçün verdiyi tarixdən bir ay sonra qüvvəyə minir.
- (2)
- Bu Müqavilə ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma barədə sənədini saxlanılmaq üçün təqdim edən istənilən digər dövlət üçün, həmin sənədin saxlanılmaq üçün verildiyi tarixdən bir ay sonra qüvvəyə minir.
Maddə 7. Müqavilənin denonsasiyası
- (1)
- İstənilən dövlət Baş direktorun adına bildiriş göndərməklə bu Müqaviləni denonsasiya edə bilər.
- (2)
- Denonsasiya Baş direktorun həmin bildirişi aldığı tarixdən bir il sonra qüvvəyə minir.
Maddə 8. İmzalanma və Müqavilənin dili
- (1)
- Bu Müqavilə fransız, ingilis, ispan və rus dillərində bir nüsxədə imzalanır və bütün mətnlər eyni qüvvəyə malikdir.
- (2)
- Bu Müqavilənin rəsmi mətnləri maraqlı ölkələrlə məsləhətləşmələrdən sonra Baş direktor tərəfindən alman, ərəb, italyan və portuqal dillərində,həmçinin Təşkilatın Konfransının və ya Paris İttifaqı Assambleyasının müəyyən etdiyi digər dillərdə hazırlanır.
- (3)
- Bu Müqavilə 31 dekabr 1982‐ci il tarixinədək Nayrobidə, bundan sonra isə 30 iyun 1983‐cü il tarixinədək Cenevrədə imzalanmaq üçün açıqdır.
Maddə 9. Müqavilənin saxlanılmağa verilməsi; surətlərinin göndərilməsi; Müqavilənin qeydiyyatı
- (1)
- Bu Müqavilənin əsl nüsxəsi, Nayrobidə imzalanmaq üçün bağlı olduqdan sonra, saxlanılmaq üçün Baş direktora təhvil verilir.
- (2)
- Baş direktor bu Müqavilənin iki nüsxəsini təsdiq edərək 5(1) və (2) maddəsində göstərilən bütün dövlətlərə və sorğu əsasında istənilən başqa dövlətə göndərir.
- (3)
- Baş direktor bu Müqaviləni Birləşmiş MillətlərTəşkilatının Katibliyində qeydiyyatdan keçirir.
Maddə 10. Bildiriş
Baş direktor 5(1) və (2) maddəsində göstərilən dövlətləri aşağıdakılar barədə məlumatlandırır:
(i) 8‐ci maddəyə uyğun imzalanmalar barədə;
(ii) 5(3) maddəsinə uyğun olaraq ratifikasiya, qəbul, təsdiq, yaxud qoşulma haqqında sənədlərin saxlanılmaq üçün təhvil verildiyi barədə;
(iii) 6(1) maddəsinə uyğun olaraq bu Müqavilənin qüvvəyə mindiyi tarix barədə;
(iv) 7‐ci maddəyə uyğun olaraq haqqında bildiriş alınmış istənilən denonsasiya barədə.
ƏLAVƏ
Olimpiya simvolu bir‐birinə keçmiş beş həlqədən ibarətdir mavi, san, qara, yaşıl və qırmızı rəngli həlqələr soldan sağa göstərilən ardıcıllıqla düzülür. O, Olimpiya həlqələrindən ibarət olub bir və ya müxtəlif rənglərdə təsvir edilir.