“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009cu il 3 aprel tarixli 783‐IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etməkməqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3 “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 20‐ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasında əmtəə nişanlarının geniş tanınması Qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanunun 28‐ci maddəsinin beşinci hissəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müqavilələrin qeydiyyatı Qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanunun 28‐ci maddəsinin beşinci hissəsinin on üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş girov müqaviləsinin qeydiyyatı Qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanunun 26‐cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərinizi hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.7. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digərməsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 20‐ci maddəsinin ikinci hissəsində, 28‐ci maddəsinin beşinci hissəsinin dördüncü cümləsində və on üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 10‐cu maddəsinin ikinci hissəsinin dördüncü cümləsində, 14cü maddəsinin beşinci hissəsində, 20‐ci maddəsinin birinci hissəsində, 21‐ci maddəsinin beşinci hissəsinin birinci cümləsində, 28‐ci maddəsinin beşinci hissəsinin birinci cümləsində və on üçüncü hissəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 may 2009‐cu il. № 93