1999‐cu il iyunun 4‐də Minsk şəhərində keçirilmiş MDB Hökumət Başçıları Şurasının iclası zamanı imzalanmış ʺİxtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Sazişʺin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
- 1999‐cu il iyunun 4‐də Minsk şəhərində keçirilmiş MDB Hökumət Başçıları Şurasının iclası zamanı imzalanmış ʺİxtiraların hüquqi mühafizə sahəsində dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında Sazişʺ təsdiq edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1‐ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1‐ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedur qaydalarının yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2003‐cü il № 1345
İxtiraların hüquqi mühafizəsi sahəsində dövlətlərarası sirlərin qorunmasının
qarşılıqlı təmin edilməsi haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlanacaq hökumətlərin simasında Bu Sazişin İştirakçı‐dövlətləri,
«Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında 22 yanvar 1993‐cü il tarixli Saziş»ə və «Sənaye mülkiyyətinin mühafizəsi tədbirləri və sənaye mülkiyyətinin mühafizəsi məsələləri üzrə Dövlətlərarası Şuranın yaradılması haqqında 12 mart 1993‐cü il tarixli Saziş»ə əsaslanaraq,
keçmiş SSR İttifaqında yaradılmış məxfi ixtiraların hüquqi mühafizəsinin vacibliyindən çıxış edərək,
Tərəflərin dövləttəhlükəsizliyinin təmin edilməsində onların qarşılıqlı maraqlarını nəzərə alaraq,
aşağıdakılar barəsində razılığagəldilər:
Madd ə 1
Sazişin məqsədləri üçün aşağıdakı terminlər bunları bildirir:
məxfi ixtiralar dedikdə,Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq dövlət sirri (dövlətlərarası sirlər) təşkil edənməlumatları daxil edən ixtiralar başa düşülür;
məxfi ixtiraların açıqlanması dedikdə,məxfi ixtiralara aid olan sənədlərdənməxfilik möhürünün götürülməsi proseduru başa düşülür;
məxfi ixtiranın mühafizə sənədi dedikdə,Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq məxfi ixtiranın hüquqi mühafizəsini təmin edənsənəd başa düşülür;
ərizəçilər dedikdə,Tərəflərin ərazisində yaşayan və ya yerləşən, məxfi ixtira üçün SSRİ müəllif şəhadətnaməsi va ya patentinin təqdim edilməsi haqqında ərizə verən müəlliflər, müəssisələr, idarələrvə təşkilatlar başa düşülür;
maraqlı Tərəf dedikdə, ərazisində ərizəçilərin olduğuTərəf başa düşülür;
səlahiyyətli orqan dedikdə, Bu Sazişi yerinə yetirmək üçün Tərəflərin təyin etdiyi dövlət orqanları başa düşülür.
Madd ə 2
Tərəflər «Dövlətlərarası sirlərin qorunmasının qarşılıqlı təmin edilməsi haqqında 22 yanvar 1993‐cü il tarixli Saziş»ə uyğun olaraq məxfi ixtiralar haqqında onlarda olan məlumata dair məxfilik qaydasını təmin edir.
Madd ə 3
Tərəflər, SSRİ müəllif şəhadətnamələrinin onlara verildiyi və yaxud onların verilməsi haqqında ərizələrin verildiyi məxfi ixtiraları açıqlayarkən Bu Sazişin ayrılmaz hissəsi olan (əlavə 1) SSRİ müəllif şəhadətnamələrinin onlara verildiyi və yaxud SSRİ müəllif şəhadətnamələrinin və ya patentlərinin verilməsi üçün ərizələrin verildiyi «Məxfi ixtiraların açıqlanması qaydaları»nı rəhbər tutmağı öz öhdələrinə götürürlər.
Məxfi ixtiraların açıqlanmasının zərurəti haqqında Tərəflərin təsəvvürünün müzakirəsi və onlara dair qeyd edilmiş Qaydalarda nəzərdə tutulmuş qərarların qəbul edilməsi üçün Tərəflər təşkilati‐texniki təminatı patent və əmtəə nişanları üzrə Rusiya agentliyinin (bundan sonra Rospatent) üzərinə düşən Müvəqqəti İşçi Qrupu (bundan sonra MİQ) yaradır.
Madd ə 4
Əgər milli qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, Tərəflər, haqqında iş icraatı SSRİ‐də başa çatmamış (əlavə 2) məxfi ixtiralara dair SSRİ müəllif şəhadətnaməsinin və ya patentinin verilməsi üçün ərizələrə əsasənməxfi ixtiraların mühafizə sənədlərinin verilməsinə dair, Bu Sazişin ayrılmaz hissəsi olan vəsatət vermək Qaydalarında nəzərdə tutulmuş qaydada, haqqında iş icraatı SSRİ‐də başa çatmamış və məxfi ixtiranın mühafizəsini təmin edənsənədin təsir müddəti bitməmiş məxfi ixtiralara dair SSRİ müəllif şəhadətnaməsinin və ya patentinin verilməsi üçün ərizələrə əsasənməxfi ixtiraların mühafizəsi sənədlərinin verilməsi haqqında ərizəçilərin vəsatət vermək hüququnu tanıyır.
Madd ə 5
Milli qanunvericilikdə müəyyən edilmiş qaydada ərizəçilərin verdikləri vəsatətə əsasən məxfi ixtiraya dair SSRİ müəlliflik şəhadətnaməsinin Tərəflərdənhər hansı birinin ərazisində təsiri dayandırıla bilər. Eyni zamanda, əgər milli qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, müəlliflik şəhadətnaməsinin qalan təsir müddəti üçün məxfi ixtiranın mühafizəsi haqqında sənəd verilir.
Madd ə 6
Bu Sazişin tətbiqi və təfsiri ilə bağlı olan mübahisəli məsələlər maraqlı Tərəflərin səlahiyyətli orqanları arasında məsləhətləşmə və danışıqlar yolu ilə həll edilir.
Madd ə 7
Tərəflərin ümumi razılığı ilə Bu Sazişə onun 10‐cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca protokollar şəklində olan dəyişikliklərvə düzəlişlər daxil edilə bilər.
Madd ə 8
Hər bir Tərəf, depozitora 6 ay qabaqcadan çıxması barədə yazılı bildiriş göndərməklə Bu Sazişdən çıxa bilər.
Madd ə 9
Bu Saziş qüvvəyə mindiyi tarixdən etibarən 5 il müddətində qüvvədədir. Bu müddət başa çatdıqdan sonra Tərəflər digərqərar qəbul etməzsə Bu Saziş avtomatik olaraq sonrakı 5 il müddətinə uzadılır.
Madd ə 10
Bu Saziş, onu imzalamış Tərəflərin zəruri dövlətdaxili prosedurları yerinə yetirməsi haqqında üçüncü bildirişin depozitora saxlanca verildiyi tarixdən qüvvəyə minir.
Zəruri prosedurları sonradan yerinə yetirənTərəflər üçün bu Saziş depozitora müvafiq sənədlərin verildiyi tarixdən qüvvəyə minir.
Madd ə 11
Bu Saziş, onun məqsədvə prinsiplərini qəbul edən MDB iştirakçı‐dövlətlərinin qoşulma haqqında sənədləri depozitora vermək yolu ilə qoşulması üçün açıqdır.
Minsk şəhərində 4 iyun 1999‐cu ildə bir əsil nüsxədə rus dilində tərtib edilmişdir. Əsil nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanca qoyulur. Sonuncu öz növbəsində Sazişin təsdiqlənmiş surətini Bu Sazişi imzalamış hər bir dövlətə göndərir.
Azərbaycan Respublikası Hökuməti adından A. ABBASOV
Ermənistan Respublikası Hökuməti adından A. DARBİNYAN
Belarus Respublikası Hökuməti adından S. LİNQ
Gürcüstan Hökuməti adından V. LORDKİPANİDZE
Qazaxıstan Respublikası Hökuməti adından N. BALQİMBAYEV
Qırğızıstan Respublikası Hökuməti adından B. SİLAYEV
Moldova Respublikası Hökuməti adından İ. STURZA
Rusiya Federasiyası Hökuməti adından S. STEPAŞİN
Tacikistan Respublikası Hökuməti adından Y. ƏZİMOV
Özbəkistan Respublikası Hökuməti adından B. HƏMİDOV
Ukrayna Hökuməti adından V. PUSTOVOYTENKO