- I fәsil ÜMUMİ MÜDDӘALAR
- Maddә 1. Mәdәniyyәt sahәsindә dövlәt siyasәtinin әsas prinsiplәri vә vәzifәlәri
- Maddә 2. Azәrbaycan Respublikasının mәdәniyyәt sahәsindә qanunvericiliyi
- Maddә 3. Tarix vә mәdәniyyәt abidәlәrinin qorunması
- Maddә 4. Mәdәniyyәt sahәsindә yerli özünüidarә orqanlarının sәlahiyyәtlәri
- Maddә 5. Mәdәniyyәt haqqında qanunvericiliyin pozulmasına görә mәsuliyyәt
- II fәsil MӘDӘNİYYӘT SAHӘSİNDӘ VӘTӘNDAŞLARIN HÜQUQLARI, AZADLIQLARI VӘ VӘZİFӘLӘRİ
- III fәsil DÖVLӘTİN MӘDӘNİYYӘT SAHӘSİNDӘ VӘZİFӘLӘRİ
- Maddә 11. Milli mәdәniyyәtin qorunub saxlanması, onun inkişafına yardım göstәrilmәsi
- Maddә 12. Milli mәdәniyyәt sәrvәtlәrinin mühafizәsi
- Maddә 13. Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәrin hüquqlarının vәazadlıqlarının müdafiәsi
- Maddә 14. Mәdәniyyәt sәrvәtlәrindәn istifadәnin tәminatı
- Maddә 15. Mәdәniyyәt tәsisatlarının yaradılması vә inkişafına yardım
- Maddә 16. Әhalinin mәdәniyyәt xidmәtlәrilә minimum tәmin olunması
- Maddә 17. Mәdәniyyәt fәaliyyәtinә dövlәt müdaxilәsinin mәhdudlaşdırılması
- Maddә 18. Mәdәniyyәt sahәsindә inhisarın qarşısının alınması
- Maddә 19. Mәdәniyyәt statistikası
- IV fәsil MӘDӘNİYYӘT FӘALİYYӘTİ VӘ ONUN NÖVLӘRİ
- Maddә 20. Dövlәt mәdәniyyәt sistemi vә onun vәzifәlәri
- Maddә 21. Mәdәniyyәt fәaliyyәti vә onun növlәri
- Maddә 22. Muzey fәaliyyәti
- Maddә 23. Әdәbi, tәsviri vә tәtbiqi sәnәt, teatr, musiqi vә konsert fәaliyyәti
- Maddә 24. Kitabxana fәaliyyәti
- Maddә 25. Mәdәni-maarif fәaliyyәti
- Maddә 26. Kinematoqrafiya fәaliyyәti
- V fәsil MӘDӘNİYYӘT SAHӘSİNDӘ TӘŞKİLATİ VӘ MÜLKİYYӘT MÜNASİBӘTLӘRİ
- Maddә 27. Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәr
- Maddә 28. Mәdәniyyәt tәsisatlarının yaradılması, yenidәn tәşkili vә lәğvi
- Maddә 29. Mәdәniyyәt sahәsindә mülkiyyәt münasibәtlәri
- Maddә 30. Mәdәniyyәt tәsisatlarının әmlakı
- Maddә 31. Mәdәniyyәt sahәsindә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsi
- Maddә 32. Dövlәt mәdәniyyәt tәsisatlarının milli vә akademik statusu
- VI fәsil MӘDӘNİYYӘT SӘRVӘTLӘRİ VӘ MİLLİ MӘDӘNİYYӘT ӘMLAKI
- Maddә 33. Mәdәniyyәt sәrvәtlәri
- Maddә 34. Mәdәniyyәt sәrvәtlәrinin qeydә alınması
- Maddә 35. Mәdәniyyәt sәrvәtlәrinin mühafizә dәrәcәlәri
- Maddә 36. Mәdәniyyәt sәrvәtlәrindәn istifadә rejimi
- Maddә 37. Mәdәniyyәt sәrvәtlәrinin mühafizә siyahısı
- Maddә 38. Azәrbaycan Respublikasının milli mәdәniyyәt әmlakının Dövlәt Siyahısı
- Maddә 39. Mәdәniyyәt sәrvәtlәrinin ixrac rejimi
- VII fәsil MӘDӘNİYYӘT SAHӘSİNİN MALİYYӘLӘŞDİRİLMӘSİ
- VIII fәsil MӘDӘNİYYӘT İŞÇİLӘRİ VӘ ONLARIN SOSİAL MÜDAFİӘSİ
- IX fәsil MӘDӘNİYYӘT SAHӘSİNDӘ BEYNӘLXALQ ӘMӘKDAŞLIĞIN HÜQUQİ ӘSASLARI
Mәdәniyyәt haqqında
AZӘRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azәrbaycan Respublikasında mәdәniyyәt sahәsindә dövlәt siyasәtinin әsas prinsiplәrini,
vәtәndaşların hüquq vә azadlıqlarını, milli mәdәniyyәt sәrvәti obyektlәrinin qorunub saxlanmasının
vә inkişafının, mәdәniyyәt sisteminin demokratik әsaslarla tәşkili vә idarә olunmasının, mәdәniyyәt
sahәsindә fәaliyyәtin hüquqi әsaslarını vә beynәlxalqәlaqә formalarını müәyyәn edir.
Bu Qanun bütün xalqların mәdәni özünәmәxsusluğunun mәnbәyi olan şifahi xalq yaradıcılığının, adәtәnәnәlәrin qorunmasına vә inkişafına, daha çox insanın mәdәni irsdәn vә mәdәniyyәt sәrvәtlәrindәn
istifadәsini tәmin etmәk mәqsәdilә bu sәrvәtlәrin yaradılmasına, artırılmasına vә yayılmasına tәkan verir,
habelә yaradıcı işçilәrin sosial müdafiәsini tәmin edir.
I fәsil
ÜMUMİ MÜDDӘALAR
Maddә 1. Mәdәniyyәt sahәsindә dövlәt siyasәtinin әsas prinsiplәri vә vәzifәlәri
Azәrbaycan Respublikasının mәdәniyyәt sahәsindә dövlәt siyasәtinin әsas prinsiplәri aşağıdakılardır:
sosial vә maddi vәziyyәtindәn, milli, irqi, dini vә cinsi mәnsubiyyәtindәn asılı olmayaraq hәr kәsin
mәdәniyyәt sәrvәtlәrinin yaradılmasında, istifadәsindә vә yayılmasında hüquq bәrabәrliyi;
hәr kәsin istedadının, әqli imkanlarının üzә çıxarılmasının vә yaradıcılıq azadlığının tәmin edilmәsi;
milli mәdәniyyәtin bәşәr mәdәniyyәtinin tәrkib hissәsi kimi inkişaf etdirilmәsi.
Azәrbaycan Respublikasının mәdәniyyәt sahәsindә dövlәt siyasәtinin vәzifәlәri aşağıdakılardır:
mәdәni hәyat tәrzinin formalaşdırılması;
milli vә dünya mәdәniyyәti sәrvәtlәrinә qovuşmağa yönәldilәn tәhsil sisteminin inkişaf etdirilmәsi;
mәdәniyyәt sahәsindә inhisara yol verilmәmәsi;
dövlәt mәdәniyyәt sisteminin müxtәlif mәnbәlәrdәn maliyyәlәşdirilmәsinin uzlaşdırılması;
yaradıcılıq fәaliyyәtinin bütün sahәlәr üzrә yüksәlişi üçün şәrait yaranmasına kömәk etmәk
mәqsәdilә ictimai müzakirәlәrin müxtәlif formalarından, ekspertiza vәmüsabiqәlәrdәn
istifadә etmәklә mәdәniyyәtin inkişaf istiqamәtlәrinin hazırlanması;
mәdәniyyәt sәrvәtlәrinin qorunması vә artırılması;
Azәrbaycan Respublikasının mәdәniyyәt potensialının inkişafına, mühafizәsinә vә ondan hәrtәrәfli
istifadә olunmasına, mәdәniyyәt sahәsindә geniş miqyaslı beynәlxalqәmәkdaşlığa şәrait yaradılması;
dövlәt mәdәniyyәt sisteminin elmi vә mütәrәqqi metodlarla idarәçiliyinin tәmin edilmәsi;
tarix vә mәdәniyyәt abidәlәrinin qeydiyyata alınması, qorunması vә bәrpası üçün müvafiq tәdbirlәrin
görülmәsi;
mәdәniyyәtin inkişafına dair milli proqramların hazırlanması vә hәyata keçirilmәsi, beynәlxalq
proqramların hazırlanmasında iştirak edilmәsi;
görkәmli mәdәniyyәt xadimlәrinin xatirәsinin әbәdilәşdirilmәsi üçün tәdbirlәr görülmәsi;
mәdәniyyәtin inkişafı fondlarının yaradılmasının tәmin edilmәsi;
Azәrbaycan Respublikasında milli mәdәniyyәtin tәrәqqisi vә müasir dünya mәdәniyyәti ilә inteqrasiyasını,
milli әnәnәlәrin dirçәldilmәsi vә inkişafını, әhalinin mәnәvi tәlәbatının ödәnilmәsini tәmin edәn
mәdәniyyәt әsәrlәrinin yaradılması üçün hәvәslәndirici tәdbirlәrin görülmәsi;
mәdәniyyәt vә incәsәnәtin nailiyyәtlәrindәn istifadә edilmәsindә vәtәndaşların konstitusiya
hüquqlarının, әhalinin zәngin milli vә dünya mәdәniyyәti sәrvәtlәrindәn faydalanmasının tәmin edilmәsi;
mәdәniyyәt tәsisatlarının normal fәaliyyәtinin, onların maliyyәlәşdirilmәsinin vә maddi-texniki bazasının
möhkәmlәndirilmәsinin tәmin edilmәsi;
mәdәniyyәtin ixtisaslı kadrlara olan ehtiyacının tәmin edilmәsi.
Maddә 2. Azәrbaycan Respublikasının mәdәniyyәt sahәsindә qanunvericiliyi
Mәdәniyyәt sahәsindә qanunvericilik bu Qanundan vә Azәrbaycan Respublikasının digәr normativ hüquqi aktlarından ibarәtdir. Mәdәniyyәt sahәsini tәnzimlәyәn normativ hüquqi aktlarla Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı dövlәtlәrarası müqavilәlәr arasında ziddiyyәt yaranarsa, hәmin beynәlxalq müqavilәlәr tәtbiq edilir.
Maddә 3. Tarix vә mәdәniyyәt abidәlәrinin qorunması
Azәrbaycan Respublikasında bütün hüquqi vә fiziki şәxslәr tarix vә mәdәniyyәt abidәlәrini qorumağa borcludurlar.
Tarix vә mәdәniyyәt abidәlәrinin qorunmasının qaydaları Azәrbaycan Respublikasının müvafiq qanunu ilә müәyyәn edilir.
Maddә 4. Mәdәniyyәt sahәsindә yerli özünüidarә orqanlarının sәlahiyyәtlәri Yerli özünüidarә orqanları bu Qanundan irәli gәlәn bütün hüquqların vә azadlıqların sәrbәst hәyata keçirilmәsinә şәrait yaradırlar.
Maddә 5. Mәdәniyyәt haqqında qanunvericiliyin pozulmasına görә mәsuliyyәt Mәdәniyyәt haqqında qanunvericiliyin pozulmasına görә mәsuliyyәt Azәrbaycan Respublikasının mülki, cinayәt, inzibati vә digәr qanunvericiliyi ilә müәyyәn edilir. II fәsil
MӘDӘNİYYӘT SAHӘSİNDӘ VӘTӘNDAŞLARIN HÜQUQLARI, AZADLIQLARI VӘ VӘZİFӘLӘRİ
Maddә 6. Mәdәniyyәt hüququ
Azәrbaycan Respublikası Konstitusiyasının 40-cı maddәsinin I hissәsinә uyğun olaraq hәr kәsin mәdәni hәyatda iştirak etmәk, mәdәniyyәt tәsisatlarından vә mәdәni sәrvәtlәrdәn istifadә etmәk hüququ vardır. Mәdәni sәrvәtlәrdәn istifadә hüququ yalnız Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş hallarda vә qaydada mәhdudlaşdırıla bilәr. Azәrbaycan Respublikasının әrazisindәәcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәr Azәrbaycan Respublikasının vәtәndaşları ilә bәrabәr mәdәniyyәt hüququna malikdirlәr.
Maddә 7. Yaradıcılıq azadlığı
Azәrbaycan Respublikası Konstitusiyasının 51-ci maddәsinin I hissәsinә uyğun olaraq hәr kәsin yaradıcılıq azadlığı vardır. Hәr kәs öz maraqlarına vә qabiliyyәtinә uyğun istәnilәn yaradıcılıq fәaliyyәti ilә mәşğul olmaq hüququna malikdir. Bu hüquq hәm peşәkar, hәm dә hәvәskar әsasda hәyata keçirilә bilәr. Müәlliflik hüququ, әqli mülkiyyәt hüququ, yaradıcılıq fәaliyyәtinin nәticәlәrindәn sәrbәst istifadә etmә vә dövlәt tәrәfindәn dәstәklәnmә baxımından yaradıcılıq fәaliyyәti ilә mәşğul olan şәxslәr bәrabәr hüquqludurlar. Hәr kәsin özünün yaradıcılıq fәaliyyәtinin nәticәlәrinә mülkiyyәt hüququ vardır. Bu hüquq Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada hәyata keçirilir. Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada Azәrbaycan Respublikası vәtәndaşının özünün yaradıcılıq fәaliyyәtinin nәticәlәrini nümayişetdirmәk, satmaq, habelә bu mәqsәdlәr üçün xarici ölkәlәrә aparmaq hüququ vardır.
Maddә 8. Mәdәni özünәmәxsusluq hüququ
Hәr kәsin özünün milli mәdәni özünәmәxsusluğunu qoruyub saxlamaq, mәnәvi, estetik vә digәr dәyәrlәri
sәrbәst seçmәk hüququ vardır.
Dövlәt şәxsin mәdәni özünәmәxsusluq hüququna tәminat verir.
Maddә 9. Mәdәniyyәt sahәsindә ictimai birliklәr vә müәssisәlәr yaratmaq hüququ
Azәrbaycan Respublikası vәtәndaşlarının Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәdәniyyәt sahәsindә ictimai birliklәr, müәssisәlәr yaratmaq, habelә bu sahәdә sahibkarlıq fәaliyyәti ilә mәşğul olmaq hüququ vardır.
Maddә 10. Mәdәniyyәt sahәsindә vәzifәlәr
Azәrbaycan Respublikası Konstitusiyasının 40-cı maddәsinin II hissәsinә uyğun olaraq hәr kәs tarixi,
mәdәni vә mәnәvi irsә hörmәtlә yanaşmalı, ona qayğı göstәrmәli, tarix vәmәdәniyyәt abidәlәrini
qorumalıdır.
Hәr kәs:
mәdәniyyәt sahәsindә Azәrbaycan Respublikası qanunvericiliyinin tәlәblәrinәәmәl etmәli;
xalqın mәdәni әnәnәlәrinә hörmәt etmәli;
Azәrbaycan xalqının, o cümlәdәn Azәrbaycan Respublikasının әrazisindә yaşayan bütün etnik qrupların
mәdәniyyәtinә, dilinә, adәt vәәnәnәlәrinә hörmәt bәslәmәli;
uşaqların vә yeniyetmәlәrin estetik tәrbiyәsinә, mәdәni inkişafına qayğı göstәrmәli;
Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş digәr vәzifәlәri yerinә yetirmәlidir.
Heç kәs vә ya heçbir tәsisat bütövlükdә mәdәniyyәt fәaliyyәtini vә ya mәdәniyyәt fәaliyyәti
növünü inhisarda saxlamamalı vә vәtәndaşların sәrbәst mәdәniyyәt fәaliyyәtinәmane olmamalıdır.
Azәrbaycan Respublikasının әrazisindәәcnәbilәr vә vәtәndaşlığı olmayan şәxslәr mәdәniyyәt sahәsindә Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmişvәzifәlәri yerinә yetirmәlidirlәr.
III fәsil
DÖVLӘTİN MӘDӘNİYYӘT SAHӘSİNDӘ VӘZİFӘLӘRİ
Maddә 11. Milli mәdәniyyәtin qorunub saxlanması, onun inkişafına yardım göstәrilmәsi
Dövlәt milli mәdәniyyәtin (Azәrbaycan xalqının, o cümlәdәn Azәrbaycan Respublikasının әrazisindә tarixәn yaşayan vә ya mәskunlaşmış bütün etnik qrupların özünәmәxsus mәdәniyyәtinin) qorunub saxlanmasına, onun inkişafına tәminat verir. Milli mәdәniyyәt sahәsindә hәyata keçirilәn fәaliyyәt dövlәtin himayәsindәdir.
Maddә 12. Milli mәdәniyyәt sәrvәtlәrinin mühafizәsi
Dövlәt milli mәdәniyyәt sәrvәtlәrinin mühafizәsini tәmin edir.
Dövlәt Azәrbaycan Respublikasından çıxarılmış milli mәdәniyyәt sәrvәtlәrinin geri qaytarılmasını tәşkil
edir.
Respublika әrazisinә qaytarılan milli mәdәniyyәt sәrvәtlәrinә görә gömrük rüsumu vә digәr rüsumlar
alınmır.
Milli mәdәniyyәt sәrvәtlәrinin mühafizәsinin vә onlardan istifadәnin, habelә milli mәdәniyyәt sәrvәtlәrinin
Azәrbaycan Respublikasından kәnara çıxarılmasının qaydalarınımüvafiq icra hakimiyyәti orqanı müәyyәn
edir.
Maddә 13. Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәrin hüquqlarının vә azadlıqlarının müdafiәsi
Dövlәt mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәrin hüquqlarına vә azadlıqlarına tәminat verir. Müvafiq dövlәt orqanları mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәrin hüquqlarının
vә azadlıqlarının pozulmasına yönәldilmiş hәrәkәtlәrin qarşısınıalmalıdırlar. | |
---|---|
Maddә 14. Mәdәniyyәt sәrvәtlәrindәn istifadәnin tәminatı | |
Dövlәt maddi vә mәnәvi mәdәniyyәt sәrvәtlәrindәn hәr kәsin bәrabәr istifadә etmәsinә tәminat verir. Dövlәt mülkiyyәtindә olan mәdәniyyәt sәrvәtlәrindәn istifadә rejimini müvafiq icra orqanları müәyyәn edirlәr. | hüquqlarla hakimiyyәti |
Maddә 15. Mәdәniyyәt tәsisatlarının yaradılması vә inkişafına yardım |
Dövlәt mәdәniyyәt sәrvәtlәrinin yaradılması, çoxaldılması vә yayılması, mәdәniyyәt fәaliyyәti sahәsindә vasitәçilik fәaliyyәti ilә mәşğul olan tәşkilatların, müәssisәlәrin vәidarәlәrin yaradılmasına vә inkişafına yardım göstәrir.
Maddә 16. Әhalinin mәdәniyyәt xidmәtlәrilә minimum tәmin olunması
Müvafiq icra hakimiyyәti orqanı әhalinin mәdәniyyәt xidmәtlәrilә minimum tәmin olunması üçün dövlәt mәdәniyyәt tәsisatları (kitabxana, muzey, klub, kinoteatr, teatr, sәrgi vә konsert salonları, musiqi vә incәsәnәt mәktәblәri) normalarını müәyyәn edir.
Maddә 17. Mәdәniyyәt fәaliyyәtinә dövlәt müdaxilәsinin mәhdudlaşdırılması
Dövlәtin mәdәniyyәt fәaliyyәtinә müdaxilәsi zorakılığa, irqi, milli vә dini müstәsnalığa çağırışların, ümumbәşәri mәnәvi dәyәrlәrә zidd fәaliyyәtin, pornoqrafiyanın, narkomaniyanın tәbliğinin qadağan olunması, onların qarşısının alınması ilә mәhdudlaşır. Bu maddәnin birinci hissәsindә göstәrilәn hәr hansı mәdәniyyәt fәaliyyәti müvafiq icra hakimiyyәti orqanının müraciәtinәәsasәn yalnız mәhkәmә tәrәfindәn Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada qadağan edilә bilәr. Mәdәniyyәt fәaliyyәtinә müdaxilәnin digәr formalarına yol verilmir.
Maddә 18. Mәdәniyyәt sahәsindә inhisarın qarşısının alınması
Mәdәniyyәt sahәsindә inhisarın qarşısının alınması Azәrbaycan Respublikası qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn hәyata keçirilir.
Maddә 19. Mәdәniyyәt statistikası
Müvafiq icra hakimiyyәti orqanları mәdәniyyәt sahәsindә rәsmi statistika aparırlar vә statistik mәlumatların düzgünlüyünә, vaxtında toplanmasına cavabdehdirlәr. Azәrbaycan Respublikasında mәdәniyyәt sahәsindә statistik mәlumatlar açıqdır.
IV fәsil
MӘDӘNİYYӘT FӘALİYYӘTİ VӘ ONUN NÖVLӘRİ
Maddә 20. Dövlәt mәdәniyyәt sistemi vә onun vәzifәlәri
Azәrbaycan Respublikasının dövlәt mәdәniyyәt sistemi dövlәtә mәxsus mәdәniyyәt sәrvәtlәrindәn, bu
sәrvәtlәrin vә milli mәdәniyyәtin inkişafı, mühafizәsi, tәbliği vәartırılması ilә mәşğul olan mәdәniyyәt
müәssisәlәri şәbәkәsindәn, mәdәniyyәti idarә edәn orqanlardan, milli-mәdәni әmlakın bәrpası,
mәdәniyyәt müәssisәlәrinin maddi-texniki bazasının möhkәmlәndirilmәsi ilә mәşğul olan digәr dövlәt
mәdәniyyәt tәsisatlarından ibarәtdir.
Dövlәt mәdәniyyәt sisteminә dövlәtin mülkiyyәtindә olan aşağıdakı tәsisatlar daxildir:
- Teatr-konsert müәssisәlәri:
opera, balet, dram, musiqili komediya, musiqili dram, gәnc tamaşaçılar, kukla, mahnı, muğam, vә digәr
teatrlar;
filarmoniyalar, konsert salonları vә sarayları, musiqi zalları, sirklәr, folklor qrupları, peşәkar orkestrlәr
vә musiqi kollektivlәri;
teatr-studiyalar, teatr-emalatxanalar, eksperimental vә tәdris teatrları, teatr, musiqi vә tәsviri sәnәt
mәrkәzlәri; - Kitabxana müәssisәlәri:
milli kitabxana;
kütlәvi, gәnclәr, uşaq, korlar, şәhәr, rayon, kәnd, qәsәbә kitabxanaları vә onların filialları,
mәrkәzlәşdirilmiş kitabxana sistemlәri;
sahә kitabxanaları, elmi kitabxanalar; - Muzey müәssisәlәri:
bәdii vә incәsәnәt, tarix vә tarix-diyarşünaslıq muzeylәri;
әdәbiyyat, teatr vә musiqi profilli, memorial, xatirә muzeylәri;
muzey qoruqlar; - Rәsm qalereyaları vә sәrgi salonları;
- Zooparklar, akvariumlar, planetarilәr, nәbatat bağları;
- Mәdәniyyәt vә tarix profilli arxivlәr;
- Klub vә asudә vaxtın tәşkili müәssisәlәri:
şәhәr, rayon, qәsәbә, kәnd mәdәniyyәt sarayları vә evlәri, klublar, klub tipli müәssisәlәr;
mәdәniyyәt vә istirahәt parkları, asudә vaxt mәrkәzlәri;
- Tәhsil vә tәdris müәssisәlәri:
mәdәniyyәt profilli ali vә orta ixtisas tәhsil müәssisәlәri, ixtisasartırma kursları, uşaq musiqi, incәsәnәt,
rәssamlıq, muğam vә xoreoqrafiya mәktәblәri; - Elmi, metodiki mәrkәzlәr vә kabinetlәr:
mәdәniyyәt üzrә elmi-tәdqiqat institutları vә mәrkәzlәri;
mәdәniyyәt, muzey işi üzrә elmi-metodik mәrkәzlәr, musiqi tәhsili üzrә metodiki kabinet, muzey
sәrvәtlәrinin vә xatirә әşyalarının elmi bәrpa mәrkәzi; - Mәdәniyyәt vә incәsәnәtin tәbliği vә yayımı müәssisәlәri:
mәdәniyyәt vә incәsәnәt profilli nәşriyyatlar, qәzet, jurnal vә bülleten redaksiyaları, informasiya
mәrkәzlәri, informasiya-reklam müәssisәsi, bәdii-istehsalat müәssisәlәri, kinoteatrlar, kinostudiyalar,
televiziya, radio vә sairә.
Dövlәt mәdәniyyәt sisteminin başlıca vәzifәsi milli mәdәniyyәt sәrvәtlәrinin, dünya mәdәniyyәti
nümunәlәrinin etibarlı şәkildә toplanıb qorunaraq gәlәcәk nәsillәrәçatdırılmasından, onların әhali arasında
geniş tәbliğindәn, Azәrbaycan xalqının adәt vәәnәnәlәrinә bağlı, milli, mәnәvi vә mәdәni, bәşәri
dәyәrlәrә yiyәlәnәn, müstәqil vә yaradıcıdüşünәn vәtәndaşlar yetişdirilmәsinә fәal yardım etmәkdәn
ibarәtdir.
Maddә 21. Mәdәniyyәt fәaliyyәti vә onun növlәri
Mәdәniyyәt sәrvәtlәrinin yaradılması, toplanması, tәdqiqi, tәbliği, yayılması, nümayişi vә qorunması mәdәniyyәt fәaliyyәti hesab olunur.
Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada bütün hüquqi vә fiziki şәxslәr
mәdәniyyәt fәaliyyәti ilә mәşğul olmaq hüququna malikdirlәr.
Mәdәniyyәt fәaliyyәti muzey, әdәbiyyat, tәsviri vә tәtbiqi sәnәt, kinematoqrafiya, teatr, musiqi, kitabxana,
mәdәni-maarif, kitab nәşri, arxiv, memarlıq, dizayn, televiziya, radio vә sair fәaliyyәt növlәrindәn
ibarәtdir. Mәdәniyyәt fәaliyyәtinin ayrı-ayrı növlәri sahәsindә münasibәtlәr müvafiq qanunvericilik
aktları ilә tәnzimlәnir.
Maddә 22. Muzey fәaliyyәti
Elmi, mәdәni, mәnәvi vә estetik tәlәbatın ödәnilmәsi mәqsәdilә insan, onun fәaliyyәti vә yaşayış mühiti haqqında mәdәniyyәt sәrvәtlәrinin vә maddi nümunәlәrin әldәedilmәsi, qorunması, uçotu, tәdqiqi, tәbliği vә nümayişi muzey fәaliyyәti hesab olunur. Muzeylәrin, yaradılma mәqsәdlәrinә vә muzeylәrdәki mәdәniyyәt sәrvәtlәrinin nüfuzuna xәlәl gәtirәn kommersiya fәaliyyәti ilә mәşğul olmaları, digәr muzeylәrin kolleksiya toplamaq hüquqlarını pozmaları qadağandır.
Maddә 23. Әdәbi, tәsviri vә tәtbiqi sәnәt, teatr, musiqi vә konsert fәaliyyәti
Әdәbi, tәsviri vә tәtbiqi sәnәt, teatr, musiqi vә konsert fәaliyyәti vәtәndaşların mәdәniyyәt sәrvәtlәrindәn istifadә hüququnu tәmin etmәk, onların bәdii-estetik tәlәbatınıödәmәk, sәhnә, musiqi vә ifaçılıq sәnәti sahәsindә yaradılan bәdii әsәrlәrdәn tam vә sәrbәst surәtdә faydalanmaq mәqsәdilә hәyata keçirilir. Әdәbi, teatr, tәsviri vә tәtbiqi sәnәt, musiqi vә konsert fәaliyyәti sahәsindә yeni bәdii dәyәrli әsәrlәrin yaradılması vә meydana çıxmasını tәmin etmәk mәqsәdilә dövlәt yaradıcılıq sifarişlәri tәtbiq olunur.
Maddә 24. Kitabxana fәaliyyәti
Kitabxana fәaliyyәti vәtәndaşların sәrbәst surәtdә informasiya almaq hüququnu tәmin etmәk, onların kitablara, dövri nәşrlәrә vә kitabxana fondunu tәşkil edәn başqa sәnәdlәrә olan tәlәbatını ödәmәk mәqsәdilә hәyata keçirilir. Nәşriyyat mәhsulunu vә digәr çap mәhsullarını hazırlayan müәssisә sifarişçinin hesabına buraxılmış kitabların vә mәtbu nәşrlәrin pulsuz mәcburi nüsxәlәrini qanunvericiliklә müәyyәn edilmiş kitabxanalara vә tәşkilatlara göndәrir. [1]
Maddә 25. Mәdәni-maarif fәaliyyәti
Mәdәni-maarif fәaliyyәti özfәaliyyәt әsasında sәrbәst yaradıcılıq fәaliyyәtinin hәyata keçirilmәsinin tәmin
olunmasıdır. Mәdәni-maarif tәsisatı ayrı-ayrı növlәrdәn olan mәdәniyyәt xidmәtlәri göstәrә bilәr, öz
tәrkibindә digәr mәdәniyyәt tәsisatı (kitabxana, teatr, incәsәnәt mәktәblәri vә s.) yarada bilәr.
Maddә 26. Kinematoqrafiya fәaliyyәti
Kinematoqrafiya fәaliyyәti kinofilmlәrin yaradılmasına, yayılmasına vә qorunmasına yönәldilәn yaradıcılıq,
istehsalat, elmi, texniki vә tәhsil kompleksini әhatә edir. V fәsil
MӘDӘNİYYӘT SAHӘSİNDӘ TӘŞKİLATİ VӘ MÜLKİYYӘT MÜNASİBӘTLӘRİ
Maddә 27. Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәr
Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan fiziki şәxslәr, mәdәniyyәt tәsisatları mәdәniyyәt
vә yaradıcılıq fәaliyyәtinin subyektlәridirlәr.
Mәdәniyyәt tәsisatları -әsas vәzifәsi mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti olan tәşkilatlar, idarәlәr
vә müәssisәlәrdir.
Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәtinin subyektlәri qanunla müәyyәn olunmuş vergilәri
vә mәcburi ödәmәlәri vermәyә borcludurlar.
Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәtinin subyektlәri özlәrinin yaradıcılıq vә iqtisadi
fәaliyyәtlәrindә sәrbәstdirlәr.
Maddә 28. Mәdәniyyәt tәsisatlarının yaradılması, yenidәn tәşkili vә lәğvi
Mәdәniyyәt tәsisatları müvafiq icra hakimiyyәti vә yerli özünüidarә orqanları, istәnilәn hüquqi
vә fiziki şәxslәr tәrәfindәn yaradıla bilәr.
Mәdәniyyәt tәsisatlarının yaradılması, yenidәn tәşkili vә lәğvi Azәrbaycan Respublikasının
qanunvericiliyindә müәyyәn edilmiş qaydada hәyata keçirilir.
Mәdәniyyәt tәsisatının mülkiyyәtçisi (tәsisçisi) ilә mәdәniyyәt tәsisatı arasında münasibәtlәr Azәrbaycan
Respublikasının | qüvvәdә olan | qanunvericiliyi | ilә vә onların öz | aralarında | ||
---|---|---|---|---|---|---|
bağladıqları müqavilә ilә nizamlanır. | ||||||
Mәdәniyyәt | tәsisatının | mülkiyyәtçisi | (tәsisçisi) | ilә mәdәniyyәt | tәsisatı arasında |
bağlanmış müqavilәdә tәrәflәrin öhdәliklәri, әmlakdan istifadәnin şәrtlәri vә qaydaları, mәdәniyyәt tәsisatının maliyyәlәşdirilmәsi qaydası, tәrәflәrin maddi mәsuliyyәti, müqavilәnin lәğv edilmәsinin әsasları vә şәrtlәri, sosial vәәmәk mәsәlәlәrinin hәlli qaydalarımüәyyәn edilә bilәr. Dövlәt mәdәniyyәt müәssisәlәrinin yaradılması, yenidәn tәşkili, lәğv olunması vә profilinin dәyişdirilmәsi müvafiq icra hakimiyyәti orqanının qәrarı ilә hәyata keçirilir.
Maddә 29. Mәdәniyyәt sahәsindә mülkiyyәt münasibәtlәri
Mәdәniyyәt sәrvәtlәri, habelә mәdәniyyәt tәyinatlı daşınar vә daşınmaz әmlak, mәdәniyyәt
tәsisatları dövlәt, bәlәdiyyә vә xüsusi mülkiyyәtdә, habelә mülkiyyәtin qarışıq formalarında ola bilәr.
Mәdәniyyәt sahәsindә mülkiyyәtçinin hüquqları vә vәzifәlәri Azәrbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilә müәyyәn edilir.
Mәdәniyyәt sahәsindә dövlәt mülkiyyәti müvafiq icra hakimiyyәti orqanları tәrәfindәn idarә olunur.
Mәdәniyyәt sahәsindә dövlәt mülkiyyәti yalnız qanunvericilikdәmüәyyәn edilmiş qaydada digәr
tәşkilatların istifadәsinә vә ya idarәçiliyinә verilә bilәr. Bu halda mәdәniyyәt mülkiyyәtindәn tәyinatına
uyğun istifadә edilmәlidir.
Maddә 30. Mәdәniyyәt tәsisatlarının әmlakı
Mәdәniyyәt tәsisatının mülkiyyәtindә vә ya idarәçiliyindә öz vәzifәlәrini yerinә yetirmәk üçün zәruri olan
istәnilәn әmlak ola bilәr.
İdarәçiliyindә olan әmlakın sәmәrәli istifadәsinә vә qorunub saxlanmasına görә mәdәniyyәt
tәsisatı mülkiyyәtçi (tәsisçi) qarşısında mәsuliyyәt daşıyır.
Mәdәniyyәt tәsisatının idarәçiliyindә olan әmlakın geri alınmasına Azәrbaycan Respublikasının
qanunvericiliyindә vә ya mülkiyyәtçi (tәsisçi) ilә bağlanmış müqavilәdәnәzәrdә tutulan hallarda yol verilir.
Maddә 31. Mәdәniyyәt sahәsindә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsi
Mәdәniyyәt sahәsindә dövlәt mülkiyyәtinin özәllәşdirilmәsi Azәrbaycan Respublikasının müvafiq qanunvericiliyi ilә müәyyәn olunmuş qaydada hәyata keçirilir. Qanunvericiliklә müәyyәn olunmuş qaydada milli status alan mәdәniyyәt tәsisatları, tarix vә mәdәniyyәt abidәlәri, dövlәt muzeylәrindә, arxivlәrindә, kitabxanalarında saxlanılan sәrvәtlәr vә onların yerlәşdiyi binalar vә sahәlәr özәllәşdirilmir.
Maddә 32. Dövlәt mәdәniyyәt tәsisatlarının milli vә akademik statusu
Dövlәt mәdәniyyәt tәsisatlarına milli obyekt statusu onların işinin hәcminә, ölkәnin mәdәniyyәt
tarixindә vә mәdәni hәyatındakı roluna, yaradıcılıq fәaliyyәtininәhәmiyyәtinә, fondlarının zәnginliyinә,
nadirliyinә, milli dәyәrlәrin qorunması vә tәbliği sahәsindә nailiyyәtlәrinә görә müvafiq icra hakimiyyәti
orqanı tәrәfindәn verilir.
Milli statusa malik mәdәniyyәt tәsisatlarının fondları vәәmlakı milli sәrvәt hesab olunur
vә xüsusi әhәmiyyәtli obyektlәr kimi dövlәt tәrәfindәn qorunur.
Milli mәdәniyyәtin inkişafında xüsusi xidmәtlәri olan dövlәt mәdәniyyәt tәsisatlarına müvafiq icra
hakimiyyәtinin qәrarı ilә fәrqlәndirici akademik statusu verilә bilәr.
VI fәsil
MӘDӘNİYYӘT SӘRVӘTLӘRİ VӘ MİLLİ MӘDӘNİYYӘT ӘMLAKI
Maddә 33. Mәdәniyyәt sәrvәtlәri
Mәnәvi vә estetik ideallar, normalar vә davranış qaydaları, dillәr, dialektlәr, lәhcәlәr, milli
vә etnik әnәnәlәr vә adәtlәr, tarixi toponimlәr, folklor, tәtbiqi xalq sәnәtlәri, mәdәniyyәt
vә incәsәnәt әsәrlәri, mәdәniyyәt fәaliyyәtinin elmi tәdqiqatının nәticәlәri vә metodları, tarixi
vә mәdәni әhәmiyyәti olan binalar, tikililәr, әşyalar, tarix vә mәdәniyyәt baxımından unikal әrazilәr
vә obyektlәr mәdәniyyәt sәrvәtlәridir.
Mәdәniyyәt sәrvәtlәrinә aşağıdakılar aiddir:
tәsviri sәnәt әsәrlәri, o cümlәdәn lövhәlәr, şәkillәr, rәsmlәr, qravürlәr, estamplar, litoqrafiyalar, naxışlar,
heykәltәraşlıq әsәrlәri, orijinal bәdii toplular vә montajlar;
kino, xüsusi әhәmiyyәtli televiziya, radio, video materialları, fotoәsәrlәr vә fotomateriallar, dizayn
işlәmәlәri vә memarlıq layihәlәri;
әlyazmalar, xüsusi әhәmiyyәtә malik kitablar vә kitabçalar, dövri mәtbuat materialları, avtoqraflar,
markalar, açıqcalar, mәdәniyyәt vә tarix profilli arxivlәr vә arxiv sәnәdlәri, not yazıları, mәktublar, elmitarixi yadigarlar, nadir nәşrlәr;
tәtbiqi-sәnәt әsәrlәri - xalılar vә xalça mәmulatları, qızıl, platin, gümüş, qiymәtli daşlar, mis vә gildәn
hazırlanmış әşyalar, keramika mәmulatı;
sәhnә vә ekran әlbisәlәri, dekorları, butaforiya vә rekvizitlәri;
qәdim nadir kolleksiyalar vә otuz ildәn çox tarixi olan muzey әhәmiyyәtli әşyalar (o cümlәdәn mebel,
musiqi alәtlәri vә s.);
şifahi xalq yaradıcılığı nümunәlәri;
arxeoloji komplekslәr, arxeoloji vә numizmatik xarakterli әşyalar;
memarlıq abidәlәri, tikili nümunәlәri, xatirә yerlәri vә mәqbәrәlәr;
park vә tәbii landşaft obyektlәri;
flora vә fauna, mineralogiya, anatomiya nümunәlәri vә paleontologiya baxımından
maraqlı muzey әşyaları.
Maddә 34. Mәdәniyyәt sәrvәtlәrinin qeydә alınması
Mәdәniyyәt sәrvәtlәri müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilmiş qaydada Azәrbaycan Respublikasının milli mәdәniyyәt әmlakının Dövlәt Siyahısında vәmәdәniyyәt sәrvәtlәrinin mühafizә siyahısında qeydә alınır. Siyahılara mәdәniyyәt sәrvәti әşyasının, obyektinin mәnşәyi, onun mülkiyyәtçisi, tәsviri, dәyәri vә mühafizә dәrәcәsi haqqında mәlumatlar yazılır vә bunların әsasında mәdәniyyәt sәrvәtinin mülkiyyәtçisinә şәhadәtnamә verilir. Dövlәt kitabxanalarının, idarә tabeliyindәn vә mülkiyyәt formasından asılı olmayaraq muzeylәrin vә arxivlәrin fondlarında olan mәdәniyyәt sәrvәtlәrinin aşkara çıxarılması, uçotu vә mühafizәsi ilә hәmin tәsisatlar mәşğul olurlar. Bu tәsisatlar mәdәniyyәt sәrvәtinin siyahılara daxil edilmәsi üçün müvafiq icra hakimiyyәti orqanlarına mәlumat vermәlidirlәr. Mәdәniyyәt sәrvәtinin qiymәti, mühafizә dәrәcәsi vә respublikadan kәnara çıxarılma imkanı müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn ekspertiza yolu ilә müәyyәn edilir.
Maddә 35. Mәdәniyyәt sәrvәtlәrinin mühafizә dәrәcәlәri
Mәdәniyyәt sәrvәtlәrinin mühafizәsinin qabaqlayıcı, konservasiya, bәrpa vә xüsusi dәrәcәlәri vardır. Mühafizәnin qabaqlayıcı dәrәcәsi, tәbii-landşaft, arxeologiya vә arxitektura obyektlәrinin, monumental sәnәt әsәrlәrinin tarixi әhәmiyyәti vә qiymәti müәyyәn olunanadәk hәmin obyektlәrәşamil edilir. Müvafiq icra hakimiyyәti orqanları ilә razılaşdırılmadan bu mәdәniyyәt sәrvәtlәrinin sökülmәsi, mәhv edilmәsi, parçalanması, yeni quruluşa salınması, başqa yerә köçürülmәsi vә zahiri görkәminin dәyişdirilmәsi qadağandır. Mühafizәnin konservasiya dәrәcәsi, istifadәdәn tamamilә çıxarılmalı vә ya müvafiq icra hakimiyyәti orqanlarının nәzarәti altında mәhdud dairәdә istifadә edilmәli olan mәdәniyyәt sәrvәtlәrinә aid edilir. Hәmin mühafizә dәrәcәsi әlyazmalara, nadir arxiv sәnәdlәrinә, nadir kitablara, qoruqlara vә sair mәdәniyyәt sәrvәtlәrinәşamil olunur. Mühafizәnin bәrpa dәrәcәsi, ilkin mәdәniyyәt tәyinatına qaytarılması üçün bәrpa işlәrinә ehtiyacı olan mәdәniyyәt sәrvәtlәrinәşamil edilir. Mühafizәnin bәrpa dәrәcәsi tәtbiq olunana qәdәr obyekt barәdә konservasiya dәrәcәsi müәyyәn edilә bilәr. Xüsusi mühafizә dәrәcәsi Azәrbaycan Respublikasının milli mәdәniyyәt әmlakının Dövlәt Siyahısına daxil olan milli mәdәniyyәt әmlakı obyektlәrinәşamil edilir. Mühafizә dәrәcәsi olan mәdәniyyәt sәrvәtlәri mülkiyyәtçisinin vә ya istifadәçisinin müvafiq icra
hakimiyyәti orqanları ilә münasibәtlәri mühafizә müqavilәsi olmayan mәdәniyyәt sәrvәtlәrindәn sәrbәst istifadә edilir. Mәdәniyyәt sәrvәtlәrinin mühafizә dәrәcәlәri müәllifin il әrzindә onun әsәrlәrinә şamil edilmir. | ilә müәyyәn sağlığında | olunur. vә vәfatın | Mühafizә dәrәcәsi dan sonrakı otuz | |
---|---|---|---|---|
Maddә 36. Mәdәniyyәt sәrvәtlәrindәn istifadә rejimi |
Mәdәniyyәt sәrvәtlәrindәn onların tarixi vә bәdii tәyinatı ilә bir araya sığmayan tәrzdә istifadә edilmәsi qadağandır. Tarix, arxeologiya, şәhәrsalma, arxitektura vә monumental sәnәt abidәlәrinin, tәbii-landşaft obyektlәrin mühafizәsini tәmin etmәk mәqsәdilә müvafiq icra hakimiyyәti orqanıtәrәfindәn mühafizә zonaları müәyyәn edilir. Mühafizә zonaları haqqında normativ hüquqi aktlar müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn qәbul edilir. Şәhәrlәrin vә digәr yaşayış mәntәqәlәrinin baş planlarının layihәlәri, tikinti planlaşdırma vә yenidәnqurma layihәlәri, elәcә dә mәdәniyyәt obyektlәrinin başqa yerә köçürülmәsi layihәlәri müvafiq icra hakimiyyәti orqanları ilә razılaşdırılmalıdır.
Arxeoloji qazıntılar aparılması vә arxeoloji abidәlәrin axtarılması, mәdәniyyәt sәrvәtlәrinә aid olan tәmir, bәrpa vә konservasiya işlәri qanunvericiliklә müәyyәn edilmişqaydada hәyata keçirilir. Aparılan işlәr haqqında ayda bir dәfә müvafiq icra hakimiyyәti orqanlarına hesabat verilir. Mәdәniyyәt sәrvәtlәrindәn istifadәdә müvafiq yönümlü mәdәniyyәt tәsisatının üstünlük hüququ vardır. Dini qurumlara mәxsus olan vә mәdәniyyәt sәrvәti sayılan әşyalardan onların mәdәniyyәt tәyinatı nәzәrә alınmaqla istifadә edilir. Mәdәniyyәt sәrvәtlәrinin mülkiyyәtçisinin vә ya istifadәçisinin, dini tәyinatlı mәdәniyyәt sәrvәtlәrinin isә müvafiq dini qurumun razılığı olmadan surәtlәri çıxarıla, habelәonlardan turizm, ekskursiya vә reklam mәqsәdilә istifadә edilә bilmәz. Mәdәniyyәt sәrvәtlәrinin lazımi vәziyyәtdә saxlanılması vә onların mühafizәsi ilә bağlı vәzifәlәr bu sәrvәtlәrin mülkiyyәtçilәrinin vә ya istifadәçilәrinin üzәrinә düşür. Subyektin mәdәniyyәt sәrvәtlәrini saxlamağa imkanı olmadıqda, mülkiyyәtçinin arzusu ilә müvafiq icra hakimiyyәti orqanı mәdәniyyәt sәrvәtini onu saxlamağa imkanı olan subyektә satılmasını tәşkil edir vә ya saxlanma xәrclәrini dövlәt hesabına götürür. Qeyri-dövlәt mülkiyyәtindә olan xüsusi әhәmiyyәtli mәdәniyyәt sәrvәtlәri satılarsa, onları birinci növbәdә almaq hüququ qanunvericiliklә müәyyәn edilmiş hәddә vә qaydada dövlәtә mәnsubdur. Torpaqdan vә su altından, binalardan, tikililәrdәn, tәbii obyektlәrdәn tapılmış, Azәrbaycan Respublikasının qanunvericiliyi ilә nәzәrdә tutulmuş qaydada müsadirә edilmiş, habelә vәrәsәsiz vә sahibsiz mәdәniyyәt sәrvәtlәri qanunvericiliklә müәyyәn edilmiş qaydada dövlәt mülkiyyәtinә daxil edilir.
Maddә 37. Mәdәniyyәt sәrvәtlәrinin mühafizә siyahısı
Әn әhәmiyyәtli mәdәniyyәt sәrvәtlәrini qorumaq mәqsәdilә müvafiq icra hakimiyyәti orqanları müәyyәn әrazinin (şәhәrin, rayonun) mәdәniyyәt sәrvәtlәrinin mühafizәsiyahısını aparırlar. Mәdәniyyәt sәrvәtlәri hәmin siyahıya mülkiyyәtçinin, istifadәçinin әrizәlәri, kitabxanaların, muzeylәrin, arxivlәrin mәlumatları әsasında müvafiq icra hakimiyyәti orqanlarıtәrәfindәn daxil edilir. Mühafizә siyahısında mәdәniyyәt sәrvәtlәrinin qeydiyyatı bu Qanunun 34-cü maddәsinin tәlәblәrinә uyğun aparılır. Mülkiyyәtçiyә vә ya istifadәçiyә bir ay әrzindә mәdәniyyәt sәrvәtinin siyahıya daxil edildiyi barәdә şәhadәtnamә vә ya onun sәrbәst istifadәsinә icazә verilir. Belә şәhadәtnamәvә ya müvafiq icazә olmadan mәdәniyyәt sәrvәtlәri ilәәlaqәdar әqdlәr bağlanılmasına yol verilmir. Milli mәdәniyyәt әmlakı sayılan mәdәniyyәt sәrvәtinә aid sәnәdlәr baxılmaq üçün müvafiq icra hakimiyyәti orqanlarına verildikdә, onların bu Qanunun 38-ci maddәsi ilәmüәyyәn edilmiş qaydada Azәrbaycan Respublikasının milli mәdәniyyәt әmlakının Dövlәt Siyahısına daxil edilmәsi mәsәlәsinә iki ay әrzindә baxılmalıdır.
Maddә 38. Azәrbaycan Respublikasının milli mәdәniyyәt әmlakının Dövlәt Siyahısı
Azәrbaycan Respublikasının milli mәdәniyyәt әmlakının Dövlәt Siyahısına bu Qanunun 33cü maddәsindә nәzәrdә tutulan milli vә bәşәri әhәmiyyәti olan nadir mәdәniyyәt sәrvәtlәri daxil edilir. Xilas edilmәsi üçün tәcili tәdbirlәrә ehtiyacı olan milli mәdәniyyәt әmlakı obyektlәrinin uçotu ayrıca aparılır. Obyektlәrin milli mәdәniyyәt әmlakına aid edilmәsi mәsәlәsini müvafiq icra hakimiyyәti orqanı hәll edir. Müvafiq icra hakimiyyәti orqanları milli mәdәniyyәt әmlakı obyektlәrinin qorunmasına nәzarәt edirlәr. Azәrbaycan Respublikasının milli mәdәniyyәt әmlakının Dövlәt Siyahısına daxil edilmiş obyektlәr mülki dövriyyәdәn çıxarılır vә müvafiq icra hakimiyyәti orqanının icazәsi olmadan onları lәğv etmәk, başqa yerә köçürmәk, surәtini çıxarmaq vә ya bәrpa etmәk olmaz.
Maddә 39. Mәdәniyyәt sәrvәtlәrinin ixrac rejimi
Mәdәniyyәt sәrvәtlәri xüsusi rejim әsasında, verilmiş mühafizә dәrәcәsinә müvafiq surәtdә ixrac
edilir. İxracın | mümkünlüyü müvafiq | icra | hakimiyyәti | orqanının | verdiyi | mühafizә şәhadәtnamәsi | ||
---|---|---|---|---|---|---|---|---|
ilә müәyyәn edilir. | ||||||||
Mühafizә dәrәcәsi verilmәmiş mәdәniyyәt sәrvәtlәri sәrbәst ixrac edilә bilәr. | ||||||||
Müvәqqәti sәrgi, qastrol | sәfәrlәri, bәrpa işlәri, prezentasiya, | beynәlxalq | mәdәniyyәt tәdbirlәrinin |
keçirilmәsi halları istisna olmaqla milli mәdәniyyәt әmlakı olan sәrvәtlәrin Azәrbaycan Respublikasının hüdudlarından kәnara aparılması qadağandır. Bu sәrvәtlәrin Azәrbaycan Respublikasının hüdudlarından kәnarda olması müddәti, bir qayda olaraq, il әrzindә altı aydan çox olmamalıdır. Dövlәtә mәxsus milli mәdәniyyәt sәrvәtlәrindәn istifadә nәticәsindәәldә edilәn vәsaitlәr milli mәdәniyyәt sәrvәtlәrinin qorunmasına vә saxlanılmasına sәrf edilir.
VII fәsil
MӘDӘNİYYӘT SAHӘSİNİN MALİYYӘLӘŞDİRİLMӘSİ
Maddә 40. Maliyyәlәşdirmә mәnbәlәri [2]
Mәdәniyyәtin dövlәt mülkiyyәtindә olan tәsisatları dövlәt büdcәsi, büdcәdәnkәnar daxilolmalar vә qanunvericiliklә qadağan olunmayan digәr mәnbәlәr hesabına maliyyәlәşdirilir. Bәlәdiyyә vә xüsusi mülkiyyәtdә olan tәsisatlar isә öz vәsaitlәri vә qanunvericiliklә tәnzimlәnәn fәaliyyәtindәn әldә edilmiş
[3]
gәlirlәr hesabına maliyyәlәşdirilirlәr.
Dövlәt büdcәsindәn dövlәt mәdәniyyәt sisteminin maliyyәlәşdirilmәsi üçün ayrılan vәsaitin miqdarı әvvәlki
il üçün ayrılmış vәsaitin miqdarından az olmamalıdır.
Mәdәniyyәt tәsisatları istәnilәn hüquqi vә fiziki şәxsdәn, beynәlxalq tәşkilatlardan hәdiyyәlәr, ianәlәr
vә digәr maliyyә yardımı almaq hüququna malikdirlәr.
Maddә 41. Mәdәniyyәti maliyyәlәşdirmә fondları
Mәdәniyyәt sahәsinin maliyyәlәşdirilmәsinәәlavә vәsait cәlb etmәk üçün müvafiq icra hakimiyyәti orqanı milli mәdәniyyәt fondu yaradır. Hәmin mәqsәdlә yerli özünüidarә orqanları, ictimai birliklәr, hüquqi vә fiziki şәxslәr mәdәniyyәtin maliyyәlәşdirilmәsi fondlarını yarada bilәrlәr. Bu fondların tәşkili vәfәaliyyәti Azәrbaycan Respublikasının müvafiq qanunvericiliyi ilә tәnzimlәnir.
Maddә 42. Mәdәniyyәt sahәsindә vәsaitin xәrclәnmәsi
Mәdәniyyәtin qorunmasına, saxlanılmasına vә inkişafına yönәldilәn vәsait:
mәdәniyyәt tәsisatlarının;
mәdәniyyәt sahәsindә beynәlxalq vә milli dövlәt proqramlarının;
mәdәniyyәt sahәsindә dövlәt sifarişlәrinin;
mәdәniyyәt sahәsindә sığorta işinin tәşkilinin;
mәdәniyyәt sәrvәtlәrinin alınması, saxlanması vә mühafizәsinin;
mәdәniyyәt sahәsindәәmәk veteranlarına, mәdәniyyәt xadimlәrinә vә yaradıcı gәnclәrә tәqaüdlәr,
mükafatlar verilmәsinin vә fәrdi kömәklik göstәrilmәsinin;
mәdәniyyәt tәyinatlı obyektlәrin layihәlәşdirilmәsi vә tikilmәsinin;
mәdәniyyәt sahәsindә fәaliyyәtin maddi-texniki tәminatının maliyyәlәşdirilmәsi üçün istifadә olunur.
Mәdәniyyәt tәsisatları onlara ayrılan vәsaitin tәyinat üzrә xәrclәnmәsindә sәrbәstdirlәr.
Maddә 43. Mәdәniyyәt sahәsinin maddi-texniki tәminatı
Mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәrin vә mәdәniyyәt tәsisatlarının fәaliyyәt göstәrmәsi üçün zәruri olan avadanlığın, texnikanın, texnologiyanın alınması, müәyyәn edilmiş qaydada tikinti işlәrinin aparılması üçün müvafiq icra hakimiyyәti vә yerli özünüidarә orqanları şәrait yaratmalıdırlar. Müvafiq icra hakimiyyәti vә yerli özünüidarә orqanları mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti üçün zәruri olan studiyaların, emalatxanaların, laboratoriyaların yaradılması üçün mәdәniyyәt vә yaradıcılıq fәaliyyәti ilә mәşğul olan subyektlәrә vә mәdәniyyәt tәsisatlarına yardım göstәrmәlidirlәr.
VIII fәsil
MӘDӘNİYYӘT İŞÇİLӘRİ VӘ ONLARIN SOSİAL MÜDAFİӘSİ
Maddә 44. Mәdәniyyәt işçisi
Peşәkar yaradıcılıq fәaliyyәti ilә mәşğul olan vә ya mәdәniyyәt tәsisatında işlәyәnlәr mәdәniyyәt işçisidirlәr.
Maddә 45. Peşәkar yaradıcı işçinin hüquqları
Peşәkar yaradıcı işçinin aşağıdakı hüquqları vardır:
yaradıcılıq sirrinin mühafizә olunması;
tәxәllüsdәn istifadә etmәk;
fәaliyyәtinin nәticәlәrini nümayiş etdirmәk vә digәr kütlәvi formalarda tәqdim etmәk;
yaradıcılıq ittifaqları yaratmaq vә onların fәaliyyәtindә iştirak etmәk;
özünün yaradıcılıq fәaliyyәtinin nәticәlәrindәn istifadәyә görә haqq almaq;
mәdәniyyәti maliyyәlәşdirmә fondlarından istifadә etmәk.
Maddә 46. Mәdәniyyәt işçilәrinin yaradıcılıq ittifaqları
Mәdәniyyәt fәaliyyәtinin ayrı-ayrı növlәri üzrә mәdәniyyәt işçilәrini birlәşdirmәklә peşә ünsiyyәti yaratmaq, mәdәniyyәt tәsisatları vә mәdәniyyәt xadimlәri ilәәlaqәyaratmaq, onların mәnafelәrini müdafiә etmәk üçün Azәrbaycan Respublikası qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәdәniyyәt işçilәrinin yaradıcılıq ittifaqları yaradıla bilәr.
Maddә 47. Mәdәniyyәt işçilәrinin sosial müdafiәsi
Dövlәt mәdәniyyәt işçilәrinin sosial müdafiәsinә tәminat verir.
Peşәkar yaradıcı işçilәr yaradıcılıq fәaliyyәtinin hәyata keçirildiyi fәrdi emalatxanaların, studiyaların,
laboratoriyaların kirayә, kommunal vә telefondan istifadә xәrclәrini vәtәndaşlar üçün
nәzәrdә tutulmuş miqdarda ödәyirlәr.
Milli obyekt statusu almış mәdәniyyәt tәsisatlarının işçilәrinin әmәk haqları digәr oxşar dövlәt mәdәniyyәt
tәsisatlarının işçilәrinә nisbәtәn daha yüksәk ödәnilir.
Müvafiq icra hakimiyyәti orqanının qәrarı ilә zәrәrli iş şәraitindә işlәyәn mәdәniyyәt işçilәrinin әmәk
haqlarına müvafiq әlavәlәr müәyyәn edilir.
Mәdәniyyәtin inkişafında yüksәk xidmәtlәri olan pensiyaya çıxmış mәdәniyyәt işçilәrinin sosial
tәminatı Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilir.
IX fәsil
MӘDӘNİYYӘT SAHӘSİNDӘ BEYNӘLXALQ ӘMӘKDAŞLIĞIN HÜQUQİӘSASLARI
Maddә 48. Mәdәniyyәt sahәsindә beynәlxalq әmәkdaşlıq
Müvafiq icra hakimiyyәti orqanları, mәdәniyyәt tәsisatları, mәdәniyyәt işçilәrinin hәmkarlar ittifaqları, yaradıcılıq ittifaqları Azәrbaycan Respublikasının qanunvericiliyi ilәmüәyyәn edilmiş qaydada başqa dövlәtlәrin hüquqi vә fiziki şәxslәri ilә, beynәlxalq tәşkilatlarla mәdәniyyәt sahәsindәәmәkdaşlığı hәyata keçirә bilәrlәr. Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq Azәrbaycan Respublikası әrazisindә beynәlxalq mәdәniyyәt fondlarının vә tәşkilatlarının filialları vәnümayәndәliklәri yaradıla bilәr. Hәr bir mәdәniyyәt tәsisatının müvafiq beynәlxalq tәşkilatlara daxil olmaq, habelә öz sıralarına әcnәbi üzvlәr cәlb etmәk hüququ vardır. Azәrbaycan Respublikasının qanunvericiliyindә nәzәrdә tutulmuş hallar istisna olunmaqla mәdәniyyәt sahәsindә beynәlxalq әlaqәlәrin hәr hansı şәkildәmәhdudlaşdırılmasına yol verilmir.
Maddә 49. Mәdәniyyәt sahәsindә beynәlxalq mübadilә
Azәrbaycan Respublikası mәdәniyyәt sahәsindә beynәlxalq mübadilәnin inkişafına, milli mәdәniyyәtin xaricdә yayılmasına, o cümlәdәn peşәkar yaradıcı işçilәrin vәkollektivlәrin, mütәxәssislәrin vә tәlәbәlәrin qarşılıqlı sәfәrlәrinә kömәklik göstәrir, mәdәniyyәt sәrvәtlәrinin vә mәdәniyyәt fәaliyyәti nәticәlәrinin, habelә mәdәniyyәtin müxtәlif sahәlәrindә iş tәcrübәsinin mübadilәsinә yardım edir.
Maddә 50. Mәdәniyyәt sәrvәtlәrinin mühafizәsi sahәsindәәmәkdaşlıq
Azәrbaycan Respublikası mәdәniyyәt sәrvәtlәrinin mühafizәsinә dair beynәlxalq әmәkdaşlığı inkişaf etdirir, milli mәdәniyyәt sәrvәtlәrinin mühafizәsi rejiminin Azәrbaycan xalqının xaricdә olan nadir mәdәniyyәt sәrvәtlәrinәşamil edilmәsi vә onların qaytarılması üçün mümkün olan bütün tәdbirlәrdәn istifadә edir.
Maddә 51. Xaricdә yaşayan azәrbaycanlılarla mәdәni әlaqәlәr
Müvafiq icra hakimiyyәti orqanları xaricdә yaşayan azәrbaycanlılarla mәdәni әlaqәlәr yaradır vә inkişaf etdirir, o cümlәdәn onların mәdәniyyәt vә informasiya mәrkәzlәrinin, fondlarının, tәsisatlarının mәqsәdyönlü fәaliyyәtinә kömәklik göstәrir, bu qurumların Azәrbaycan Respublikasında nәşr olunan kitabları әldә etmәlәri, qәzet vә jurnallara abunәçi olmaları üçün şәrait yaradır.
Azәrbaycan Respublikasının Prezidenti Heydәr ӘLİYEV
Bakı şәhәri, 6 fevral 1998-ci il № 430-IQ
İSTİFADӘ OLUNMUŞ MӘNBӘ SӘNӘDLӘRİNİN SİYAHISI
- 12 oktyabr 2001-ci il tarixli 196-IIQD nömrәli Azәrbaycan Respublikasının Qanunu (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddә 688)
- 30 aprel 2002-ci il tarixli 315-IIQD nömrәli Azәrbaycan Respublikasının Qanunu (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddә 245)
- 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrәli Azәrbaycan Respublikasının Qanunu (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 12, maddә 706)
- 28 noyabr 2006-cı il tarixli 181-IIIQD nömrәli Azәrbaycan Respublikasının Qanunu (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddә 1016)