31.07.2010
Əmtəə nişanı haqqında şəhadətnamə və coğrafi göstərici haqqında Şəhadətnamə
formalarının müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- Əmtəə nişanı haqqında Şəhadətnamə və coğrafi göstərici haqqında Şəhadətnamə formaları bu qərarın əlavələrinə uyğun müəyyən edilsin.
- Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 5 mart 1999-cu il № 36
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 5 mart tarixli 36 nömrəli qərarı ilə MÜƏYYƏN EDİLİB