Azərbaycan Respublikası və Ukrayna arasında 2009‐cu il aprelin 9‐da Bakı şəhərində imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
1. Azərbaycan Respublikası və Ukrayna arasında 2009‐cu il aprelin 9‐da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlərtəsdiq edilsin:
1.1. 24 mart 1997‐ci il tarixdə Kiyev şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbi‐texniki əməkdaşlıq haqqında Sazişə dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Protokol;
1.2. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi;
1.3. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair Saziş;
- Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası arasında ticarət‐iqtisadi, elmi‐texniki və mədəni əməkdaşlıq haqqında Saziş.
- 2009‐cu il aprelin 9‐da Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009‐2010‐cu illər üçün məsləhətləşmələr Planı nəzərə alınsın.
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.11.4‐cü bəndlərində göstərilənsənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
4.1. bu Sərəncamın 1.1‐1.4‐cü bəndlərində göstərilənsənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna tərəfini xəbərdar etsin.
4.2. bu Sərəncamın 1.5‐ci bəndində göstərilənsənədin həyata keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2009‐cu il.
№ 339
Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Birinci iclasının
PROTOKOLU
Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin Şurası (bundan sonra ‐ Şura) 9 aprel 2009‐cu il tarixində Bakıda, qarşılıqlı əhəmiyyətkəsb edənməsələlərin müzakirəsi məqsədilə öz iclasını keçirdi.
Şuranın iclasına Azərbaycan Respublikanın Prezidenti İlham ƏLİYEV sədrlik edirdi (yaxud ‐Şuranın İclası Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV və Ukrayna Prezidenti Viktor YUŞŞENKONUN sədrliyi ilə keçirdi).
İclasda Şuranın aşağıdakı üzvləri iştirak etdilər:
Azərbaycan tərəfindən: Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar MƏMMƏDYAROV, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Şahin MUSTAFAYEV, Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər ƏBİYEV,
Ukrayna tərəfindən: Ukraynanın Xarici İşlər Naziri ___________ , Ukraynanın İqtisadiyyat Naziri Boqdan DANİLİŞİN, Ukraynanın Müdafiə Naziri Yuriy YEXANUROV, Ukraynanın Yanacaq və Energetika Naziri Yuriy PRODAN, Ukrayna Prezidentinin Katibliyinin rəhbərinin müavini Andrey QONÇARUK, ʺUkraynanın Neft və Qazʺ İdarəsinin Sədri Oleq DUBİNA,
Şuranın iclasında həmçinin iştirak edirdilər:
Azərbaycan tərəfindən:........
Ukrayna tərəfindən: Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Boris Klimçuk, enerji təhlükəsizliyinə dair beynəlxalq məsələlər üzrə Ukrayna Prezidentinin müvəkkili Boqdan Sokolovskiy, ʺUkrspetseksportʺ dövlət şirkətinin Baş direktoru Serqey Bondarçuk, Ukraynanın Milli kosmik agentliyinin Baş direktorunun birinci müavini Valeriy Komarov;
22 may 2008‐ci il tarixli Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikası və Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafında əhəmiyyətli irəliləyişlə bağlı məmnunluğunu bildirərək,
Əmin olaraq ki, bu cür strateji tərəfdaşlıq iki ölkə arasında əlaqələrin daha yüksəkvə keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını və ona həm ikitərəfli əlaqələr sahəsində,həmdə beynəlxalq arenada xüsusilə sıx və dinamik əməkdaşlıq xarakterinin verilməsini nəzərdə tutur,
Bir çox vacib regional və beynəlxalq məsələ və problemlər üzrə hər iki ölkənin siyasəti və yanaşmasının yaxınlığıvə üst‐üstə düşməsini qeyd edərəkvə bununla əlaqədar mövcud ikitərəfli məşvərət mexanizmlərinin daha da möhkəmləndirilməsi, eləcə də BMT və digər çoxtərəfli forumlar çərçivəsində faydalı əməkdaşlığın inkişaf etdirilməsində öz qətiyyətini təsdiqləyərək,
Ticarətvə iqtisadiyyat, energetika və nəqliyyat, hərbi‐texniki əməkdaşlıq kimi sahələrdə, aerokosmik sahədə,həmçinin qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini hərtərəfli nəzərdən keçirərək,
ŞURA:
Azərbaycan Respublikası və Ukraynanın Xarici İşlər Nazirliklərinə 2009‐2010‐cu illər üçün Prezidentlərin imzaladığı Azərbaycan‐Ukrayna əməkdaşlığının Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin hər iki ölkə tərəfindənhəyata keçirilməsinə ümumi nəzarət etməyi və onun icra edilməsinə dair vəziyyət haqqında Prezident Şurasının Kiyevdə keçiriləcək ikinci iclası zamanı müvafiq surətdə məlumatın verilməsini tapşırdı;
2009‐2010‐cu illər üçün hər iki ölkənin Xarici İşlər Nazirləri tərəfindən imzalanmış Xarici İşlər Nazirlikləri arasında Məsləhətləşmələr Planının vacib əhəmiyyətini qeyd etdi və Azərbaycan Respublikası və Ukraynanın xarici siyasət idarələrinə gələcəkdə regional və beynəlxalq arenada hər iki ölkənin əməkdaşlığının səmərəliyini artırmaq məqsədilə ikitərəfli siyasi dialoqun və əməkdaşlığın fəallaşdırılmasını tapşırdı;
İki ölkənin Avropa İttifaqı ilə əməkdaşlığının və onların Avropa Qonşuluq Siyasətinin və ʺŞərq Tərəfdaşlığıʺ təşəbbüsünün həyata keçirilməsində iştirakına strateji əhəmiyyət verərəkgələcəkdə də avrointeqrasiyanın praktiki məsələlərinə dair dialoq və sıx qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi həvalə etdi;
Son illərdə, xüsusilə 2008‐ci ildə Azərbaycan Respublikası və Ukrayna arasında ticariiqtisadi əməkdaşlığın fəal inkişafını və nəticədə hər iki ölkə arasındakı mal və xidmətlər sahəsində xarici ticarət dövriyyəsinin həcminin 2007‐ci illə müqayisədə 50 faiz artmasını qeyd etdi;
İki ölkə arasında mal mübadiləsi və qarşılıqlı sərmayə qoyuluşunun həcminin daha da artırılmasına yardım məqsədilə ticari‐iqtisadi və sərmayə sahəsindəki əməkdaşlığın fəallaşdırılması və diversifikasiyası haqqında təklifi dəstəklədi;
Azərbaycan Respublikası və Ukrayna iqtisadiyyatlarının enerjiyə qənaət edən, elm tutumlu və innovasiya texnologiyalarına daha da artan tələbatını nəzərə alaraq, iki ölkənin elmi‐texniki və innovasiya sahələrində əməkdaşlığın inkişafında qarşılıqlı maraqlarını alqışlayır;
ARDNŞ tərəfindən 2000‐ci ildə tədarük edilmiş dizel yanacağına görə Ukrayna tərəfinin borcunun ödənilməsi məsələsini müzakirə etdi və Ukraynanın Nazirlər Kabinetinə bu borcun 2009‐cu ilin birinci yarısı ərzində ödənilməsi üçün bütün zəruri tədbirləri görməyi tapşırdı.
Transsərhəd enerji nəqli layihələrinin və iki ölkə və Avropa İttifaqı arasında Azərbaycan və Ukraynanın avrointeqrasiya siyasətinə cavab verən əməkdaşlığın dərinləşməsi elementinin həyata keçirilməsinə əsas kimi Baltik dənizi ‐Qara dəniz ‐Xəzər dənizi enerji tranzit məkanının yaradılması məsələləri üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsinə olan marağıtəsdiq etdi.
ʺKrakov təşəbbüsüʺnün inkişafı kontekstində və Bakı Enerji Sammitinin (2008‐ci ilin noyabr ayı) nəticələrini nəzərə alaraq AAENND (Avropa‐Asiya enerji neft‐nəqli dəhlizi) layihəsinin həyata keçirilməsi ilə bağlı proseslərə, o cümlədəntərəflərin Texniki‐İqtisadi Əsaslandırmam (TİƏ) tezliklə təsdiqləməsi və layihənin həyata keçirilməsi ilə bağlı mühəndislik, kommersiya və təşkilati ‐korporativ məsələlərin yerinə yetirilməsi sahəsində TİƏ‐nın nəzərdə tutduğufəaliyyətin başlanmasına yardım göstərəcək.
Azərbaycan və Ukraynanın ümumavropa enerji məkanına inteqrasiyasına yardım göstərəcək, Azərbaycan və Ukrayna şirkətlərinin iştirakı ilə enerji sahəsində digərsərmayə layihələrini dəstəkləyəcək.
Həm ikitərəfli, həmdə QUAM və TRASEKA çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın cari vəziyyətini məmnunluqla qeyd etdi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə, xüsusilə Qara dəniz, Xəzərdənizi və Baltik dənizi regionları arasında nəqliyyat dəhlizlərinin inkişafına yardım etməyi tapşırdı.
Azərbaycan tərəfinə 2008‐ci il may ayında Vilnüsdə imzalanmış Ukrayna, Litva və Belarus Nəqliyyat Nazirlikləri arasında əməkdaşlıq haqqında Müqaviləyə qoşulmaqla bağlı məsələni nəzərdən keçirməyi, Ukrayna tərəfinə isə 2007‐ci il fevral ayında Tbilisidə imzalanmış Bakı ‐Tiflis ‐Qars yeni dəmir yolu xətti haqqında Sazişə qoşulmaqla bağlı məsələni nəzərdən keçirməyi tapşırdı.
İki ölkə arasında hərbi və hərbi‐texniki sahələrdə sıx əməkdaşlığıgələcəkdə də inkişaf etdirməyi qərara aldı.
Hərbi‐texniki sahədə gələcəkfəaliyyətdə ʺ1997‐ci il 24 mart tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında hərbi‐texniki əməkdaşlıq haqqında Sazişə dəyişikliklər haqqında Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokol”un müddəalarını nəzərə alacaq.
Azərbaycan Respublikası və Ukraynanın müvafiq nazirliklərinə 2009‐cu ilin ikinci yarısında Kiyev şəhərində Azərbaycan‐Ukrayna hökumətlərarası komissiyasının hərbitexniki əməkdaşlıq məsələləri üzrə iclasını hazırlamağıvə keçirməyi tapşırdı.
Gələcəkdə regional əməkdaşlığın inkişafına və yerli hakimiyyət orqanları arasında özünüidarəetmə sahəsində təcrübə mübadiləsinə, birbaşa xarici sərmayələrin cəlb edilməsinə, kiçik və orta biznesin inkişafına dəstəyə, yeni iş yerlərinin açılmasına yardım etməyi tapşırdı;
Növbəti iclasın Kiyevdə keçirilməsini qərara aldı;
Bakı şəhərində ʺ 9 ʺ aprel 2009‐cu il tarixində Azərbaycan, Ukrayna və rus dillərində iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər autentikdir.
Azərbaycan Respublikasının Ukraynanın
Xarici İşlər Naziri Xarici İşlər Naziri v.i.e.
Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında
ÇƏRÇİVƏ SAZIŞİ
Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti,
iki dövlət arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə yardım etmək niyyətində olaraq;
Azərbaycan Respublikası və Ukraynada kosmik texnologiyaların hazırlanması və tətbiqi sahəsində həyata keçirilənfəaliyyəti nəzərə alaraq:
Azərbaycan Respublikası və Ukraynanın sosial‐iqtisadi və elmi‐texniki inkişafı üçün kosmik elmin və texnikanın əhəmiyyətini dərk edərək;
kosmik tədqiqatlar, xüsusilə ətraf mühitin mühafizəsi üzrə, yer kürəsinə dair müşahidələr, kosmik texnologiyaların inkişafı, kosmik sənayedə qarşılıqlı əməkdaşlıq məsələlərində Tərəflərin istəyini nəzərə alaraq;
kosmik məkanın sülh məqsədləri üçün istifadəsinə ümumi marağıvə tətbiqi kosmik tədqiqatların nəticələrinin hər iki dövlətin iqtisadi, sosial və elmi inkişafına yardım etməsində əmin olduqlarını təsdiqləyərək;
aşağıdakılar haqqında razılığagəldi:
MADDƏ 1
Sazişin məqsədi
Bu Çərçivə Sazişin (bundan sonra‐Saziş) inkişafı istiqamətində hər iki dövlətin iqtisadiyyatının, elminin təkmilləşdirilməsi, təhlükəsizliyinin və sosial inkişafının təmin olunması məqsədilə Tərəflər kosmik məkanın tədqiq və istifadəsi, kosmik texnologiyalarının hazırlanması və tətbiqi üzrə əməkdaşlıq edəcək.
Tərəflər Sazişin müddəalarının lazımi səviyyədə,hər iki dövlətin milli qanunvericiliyinə uyğun, bərabərlik, qarşılıqlıq və tərəflərin hər birinin maraqlarını nəzərə almaqla yerinə yetirilməsi üçün hərtərəfli səylər göstərəcəklər.
MADDƏ 2
Əməkdaşlığın istiqamətləri
Bu Sazişin çərçivəsində Tərəfləraşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edə bilər:
1. Aşağıdakılara yardım edənTətbiqi proqramlar:
a) təbii ehtiyatların inventarlaşması və istifadəsi;
b) infrastrukturun inkişafı: xəritəçəkmə, planlaşdırma və şəhərsalma,
telekommunikasiya və s; c) ətraf mühitin mühafizəsi; d) təbii və texnogen hadisələr haqqında xəbərdarlıq, mənfi nəticələrin təsirinin
minimuma endirilməsi; e) yeni telekommunikasiya xidmətlərinin yaradılması və təkmilləşdirilməsi;
- Yuxarıda adlan çəkilən proqramların icrası üçün kosmik texnologiyalar və peyk sistemləri;
- Kosmik tədqiqatların nəticələrinin alınması, emalı, saxlanılması, yayılması, istifadəsi, komersiyalaşdırılması və əlavə dəyərlə məhsulun yaradılması üçün yerüstü infrastruktur;
- İstismara verilmə ilə əlaqədar xidmətlərin göstərilməsi. Digərtəkliflər olduqda, Tərəflər Azərbaycanın telekommunikasiya peyklərinin Ukraynanın ʺZenitʺ raketdaşıyıcısı ilə orbitə çıxarılmasının mümkünlüyünə prioritet təklif kimi baxırlar;
- Peyk naviqasiyası;
- Kosmik hüquq;
- Müxtəlif təyinatlı peyk sistemlərinin layihələşməsi, hazırlanması və istismarı üzrə kadrların hazırlanması və mütəxəssislərin ixtisaslarının artırılması;
- Tərəflər arasında texniki, sənaye və elmi əməkdaşlığın möhkəmlənməsinə yardım edən, ikitərəfli razılaşma əsasında müəyyən edilən digər istiqamətlər;
MADDƏ 3 Əməkdaşlığın formaları
Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilə bilər: -konsepsiyaların birgə hazırlanması, tədqiqatların aparılması, işlərin yerinə
yetirilməsi və layihələrin hazırlanması;
-informasiya və məlumatların mübadiləsi;
-əməkdaşların mübadiləsi və mütəxəssislərin hazırlanması;
-seminar, simpozium, praktikum və təqdimatların birgə təşkili;
-bu Sazişin məqsədvə vəzifələrinə cavab verən, Tərəflərin birgə müəyyən etdiyi
əməkdaşlığın hər hansı bir digər forması.
Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə müvafiq səlahiyyətli orqanları müəyyən etdilər:
Azərbaycan Respublikası tərəfindən ‐Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi;
Ukrayna tərəfindən ‐Milli Kosmik Agentliyi.
Zərurət yarandıqda, Tərəflər bu Sazişin çərçivəsində keçiriləntədbirlərdə üçüncü
tərəfin (bundan sonra ‐Müəyyəntəşkilatlar) iştirakmı qarşılıqlı razılaşdıracaq.
MADDƏ 4 Əqli mülkiyyət
Bu Sazişin həyata keçirilməsi çərçivəsində Tərəflərə əqli mülkiyyət obyektlərinin qorunması üzrə verilən hüquq hər iki dövlətin beynəlxalq öhdəlikləri, habelə Tərəflərin dövlətlərinin milli qanunvericiliyi ilə qorunur.
Əqli mülkiyyət obyektləri üzrə hüququn bölüşdürülməsi, istifadəsi və sərəncama verilməsi, hansılar ki birgə layihələr, proqramlar və tədbirlərçərçivəsində göstərilir və yaranır, Tərəflərvə ya Müəyyəntəşkilatlar tərəfindən ayrıca saziş və kontraktlarda (müqavilələrdə) müəyyənləşdirilir.
MADDƏ 5
İnformasiya mübadiləsi və konfidensiallıq
Tərəflər öz üzərinə, Azərbaycan Respublikası və Ukrayna qanunvericiliyi çərçivəsində, qapalı xarakterli informasiyanın mühafizəsi üzrə öhdəliklər götürür.
Tərəflər bu Sazişin Maddə 2‐də göstərilən əməkdaşlıq istiqamətləri çərçivəsində yerinə yetirdiyi uyğun proqramlar haqqında qarşılıqlı əsaslarla bir‐birini məlumatlandıracaq.
Tərəflərdən birinin digərtərəfdən aldığıhər hansı informasiyanın üçüncü tərəfə,o cümlədən kütləvi informasiya vasitələrinə (KİV) çatdırılması əvvəlcədən digərTərəflə yazılı şəkildə razılaşdırılmalıdır.
KİV üçün birgə bəyanatları yaymaq yolu ilə Tərəflər ictimaiyyət üçün nəzərdə tutulan informasiyanın yayılmasına dair hərəkətlərini əlaqələndirmək üçün bütün tədbirləri görəcək.
MADDƏ 6
Xərclər
Bu Sazişin müddəalarının yerinə yetirilməsi ilə bağlı bütün xərcləri Tərəflər müstəqil ödəyir.
Tərəflərin götürdükləri öhdəliklərin yerinə yetirilməsi müvafiq maliyyə prosedurlarından və ayrılan vəsaitdən asılı olacaq.
MADDƏ 7
Mübahisələrin həlli
Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı bütün mübahisələrTərəflər arasında danışıqlar yolu ilə həll olunmalıdır.
MADDƏ 8
Sazişin qüvvəyə minməsi və qüvvədən düşməsi
Bu Saziş qeyri‐məhdud müddətə bağlanır və onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin son yazılı bildirişindən sonra qüvvəyə minir.
Tərəflərdən biri digərindən diplomatik kanallar vasitəsilə müvafiq yazılı bildiriş aldıqdan altı ay sonra bu Saziş qüvvədən düşür.
Tərəflər digər razılaşmaya gəlmədikdə, bu Saziş qüvvədən düşdüyü halda, onun müddəaları bütün başa çatmamış layihə, proqram və tədbirlərə qarşıtətbiq olunacaq. Bu zaman, Maddə 5(İnformasiya mübadiləsi və konfidensiallıq) müddəaları bu Sazişin təsirinin itirilmə tarixindən başlayaraq 10 (on) il ərzində qüvvədə qalacaq.
Bu Sazişin təsirinin dayandırılması onun çərçivəsində maliyyə və müqavilə öhdəliklərindənTərəfləri azad etmir, bu Sazişin yerinə yetirilməsi nəticəsində müvafiq olaraq əldə edilənvə qəbul olunan hər iki dövlətin hüquqi və fiziki şəxslərin yaranmış vəziyyətlərinə, öhdəliklərinə, hüquqlarına toxunmur.
Bu Saziş Bakı şəhərində ʺ9ʺ aprel 2009‐cu ildə iki nüsxədə,hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanıb. Bütün mətnlər autentikdir. Bu Sazişin şərhi ilə əlaqədar fikir ayrılığı yarandığı halda, üstünlük rus dilindəki mətnə verilir.
Azərbaycan Respublikası | Ukrayna |
Hökuməti | Nazirlər Kabineti |
adından | adından |
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair
SAZİŞ
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti,
öz dövlətlərinin milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi niyyətini rəhbər tutaraq,
Hər iki Tərəf üçün maraq kəsb edənməsələlər üzrə informasiyanın mübadiləsində qarşılıqlı maraqdan çıxış edərək,
səlahiyyətləri çərçivəsində və öz dövlətlərinin milli qanunvericiliklərinə müvafiq fəaliyyət göstərərək,
aşağıdakılar haqqında razılığagəlmişlər:
Maddə 1
Tərəflər öz dövlətlərinin milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığıtəşkil edirlər.
Maddə 2
Kəşfiyyat fəaliyyətinin istiqamətləri üzrə Tərəflərin əməkdaşlığı ayrıca protokollar əsasında həyata keçirilir.
Maddə 3
Tərəflər xarici dövlətlərin xüsusi xidmətlərinin digərTərəfin dövləti əleyhinə yönəlmiş cəhdləri barədə qarşılıqlılıq əsasında bir‐birini vaxtlı‐vaxtında məlumatlandırırlar.
Maddə 4
Tərəflərin dövlətlərinin xaricdəki diplomatik nümayəndəliklərinin, onların əməkdaşlarının və ailə üzvlərinin, həmçinin bu ölkələrdə olan öz fəaliyyətləri ilə bağlı dövlət sirri təşkil edənməlumatlara buraxılışa malik Azərbaycan Respublikası və Ukrayna vətəndaşlarının və onlarla birlikdə olan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi maraqları baxımından Tərəflər üçüncü ölkələrdə müvəkkil edilmiş nümayəndələri səviyyəsində əməkdaşlıq edirlər.
Maddə 5
Tərəflər əməkdaşlığa dair ayrıca protokollar üzrə əməliyyat qeydiyyatlarında, informasiya sistemləri və arxivlərdə saxlanılan məlumatların, həmçinin kəşfiyyat fəaliyyətinin hüquqi təminatı, maddi‐texniki təminatı, Tərəflərin əməkdaşlarının sosial müdafiəsi məsələləri üzrə informasiyaların, normativ hüquqi aktların mətnlərinin və sair materialların mübadiləsini Tərəflərin dövlətlərinin milli qanunvericiliyinin tələblərinə müvafiq olaraq həyata keçirirlər.
Maddə 6
Öz dövlətlərinin dövlət hakimiyyət orqanlarının səmərəli informasiya təminatı məqsədilə,Tərəflər rabitə kanallarından informasiyanın götürülməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrdən istifadə etməklə informasiyanın çıxarılması, texniki vasitələrlə informasiyanın qeyri‐aşkar yolla əldə edilməsinin digər vasitələri sahəsində əməkdaşlıq edirlər.
Maddə 7
Tərəflər qarşılıqlı razılığa uyğun olaraq, avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və istismarı, orada olan informasiyanın işlənilməsi və mühafizəsi sahəsində texnologiyaların mübadiləsini həyata keçirir, həmçinin bu məsələlərlə əlaqədar bir‐birinə məsləhətvə praktiki köməklik edirlər.
Maddə 8
İnformasiya mübadiləsi ayrıca protokollara müvafiq olaraq texniki vasitələrdən istifadə etməklə də həyata keçirilə bilər.
Maddə 9
Tərəflərkəşfiyyat orqanlarının əməkdaşlarının hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması, təhsil prosesinin informasiya təminatının və kəşfiyyat fəaliyyətinin problemləri üzrə elmi‐tədqiqat işlərinin həyata keçirilməsi sahəsində əməkdaşlıq edirlər.
Maddə 10
Əməkdaşlıq prosesində əldə edilmiş informasiya onu təqdim etmiş Tərəfin yazılı razılığı olmadan açıqlana və ya üçüncü tərəfə ötürülə bilməz.
Əməkdaşlıq prosesində əldə edilmiş informasiyanın açıqlanmasına və ya üçüncü tərəfə ötürülməsinə görə məsuliyyət, belə informasiyanı qəbul etmiş Tərəfin dövlətinin milli qanunvericiliyinə müvafiq qaydada, həmin Tərəfin bu hərəkətlərlə əlaqəli şəxslərinin üzərinə düşür.
Maddə 11
Tərəflər qarşılıqlı maraq kəsb edənməsələlərin müzakirəsi üçün mütəmadi əsaslarda ekspert məsləhətləşmələri keçirirlər.
Qəbul edənTərəfnəqliyyat və rabitə vasitələri ilə təminat da daxil olmaqla ekspertlərin qarşısında duran vəzifələrin səmərəli və operativ həlli məqsədilə lazımı şərait yaradır.
Rəsmi nümayəndə heyətlərinin səfərləri zamanı onların qəbulu və yerləşdirilməsi ilə bağlı məsrəfləri beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla qəbul edənTərəfçəkir.
Maddə 12
Hazırkı Sazişin müddəaları, Tərəflərin iştirakçı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.
Maddə 13
Tərəflər qarşılıqlı razılığa əsasən hazırkı Sazişin mətninə, onun ayrılmaz hissəsi olan və 14‐cü maddənin birinci hissəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edə bilərlər.
Maddə 14
Hazırkı Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Hazırkı Saziş iki il müddətinə bağlanır və müddətinin bitməsinə ən azı altı ay qalmış Tərəflərdənhər hansı biri onun fəaliyyətini dayandırmaq haqqında digərTərəfə yazılı surətdə niyyətini bildirməzsə, avtomatik olaraq növbəti ikiillik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində «9» aprel 2009‐cu ildə hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər autentik olmaqla eyni hüquqi qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilində olan mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Ukrayna |
Milli Təhlükəsizlik Nazirliyi | Xarici Kəşfiyyat Xidməti |
adından | adından |
Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası arasında ticarət ‐iqtisadi, elmi ‐texniki və mədəni əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası,
Azərbaycan Respublikası və Ukrayna arasında 2000‐ci il 16 mart tarixində imzalanmış dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin müddəalarmı nəzərə alaraq,
iqtisadi, elmi‐texniki və mədəni əməkdaşlığın bundan sonra dərinləşdirilməsinə, möhkəmləndirilməsinə və genişləndirilməsinə olan qarşılıqlı marağınəzərə alaraq,
bərabər hüquq və qarşılıqlı mənfəət prinsiplərini rəhbər tutaraq,
aşağıdakılar barədə razılığagəldilər:
Maddə 1
Tərəflərsəlahiyyətləri çərçivəsində aşağıdakı sahələri inkişaf etdirilər:
- sənaye, kənd təsərrüfatı, nəqliyyat və ticarət;
- elm, texnika, təhsil və səhiyyə;
- mədəniyyətvə incəsənət;
- turizm və idman;
• ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi.
Maddə 2
- Tərəflər ticarət, istehsal, iqtisadi, elmi‐texniki, mədəni əməkdaşlığın və əməkdaşlığın digər növlərinin qarşılıqlı inkişafı üçün yardım edəcəklər.
- Tərəflər Azərbaycan Respublikası və Ukraynanın qüvvədə olan qanunvericiliyi çərçivəsində sərmayələr sahəsində əməkdaşlığın inkişafı üçün müvafiq şərtlər yaradacaq və hərtərəfli köməklik göstərəcəklər.
- Tərəflər birgə müəssisələrin, səhmdar cəmiyyətlərin, ticarət evlərinin və digər ümumi strukturların yaradılması üçün köməklik göstərəcək, müəssisələrin, həmçinin kiçik və orta biznesin ikitərəfli əməkdaşlığını dəstəkləyəcəklər.
Maddə 3
- Tərəflər öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətində yerləşən mülkiyyət növündən asılı olmayaraq bütün müəssisələrvə təşkilatlar arasında xammalın, istehsalat ‐texniki təyinatlı məhsulların və kütləvi istehlak mallarının təchizatı və xidmətlərin göstərilməsi haqqında birbaşa müqavilələrin (kontraktların) bağlanması və tətbiqinə lazımi yardım göstərəcəklər.
- Bu maddənin 1‐ci bəndində göstərilən müqavilələrdə (kontraktlarda) nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti müqaviləni bağlayan təsərrüfat subyektləri daşıyır.
- Tərəflər yeni iş yerlərinin açılmasının vacibliyini rəhbər tutaraq, öz səlahiyyətləri çərçivəsində birgə müəssisələrin, səhmdar cəmiyyətlərin və s. yaradılması və səmərəli işi üçün əlverişli şərait yaradacaqlar.
Maddə 4
- Tərəflər əmtəə bazarlarının inkişafına yardım göstərəcəkvə Tərəflərin təsərrüfat subyektlərinin nümayəndəliklərinin yaradılması və səmərəli fəaliyyəti üçün paritet şərtlərlə əlverişli şərait yaradacaqlar.
- Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətində yerləşən müəssisələrin məhsullarının sərgi və yarmarkalarmı təşkil edəcəkvə keçirilməsinə yardım göstərəcəklər.
Maddə 5
- Tərəflərsənaye və kənd təsərrüfatı müəssisələri, həmçinin bu müəssisələrin və əhalinin əsas sənaye məhsullarına, xalq istehlakı və kənd təsərrüfatı məhsullarına tələbatı, həmçinin Tərəflərin dövlət ərazilərində məqsədəuyğun şəkildə həyata keçiriləcək perspektivli sərmayə layihələri haqqında məlumat mübadiləsini həyata keçirəcəklər.
- Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətinin müəssisələri tərəfindən istehsal olunan və ticarət‐iqtisadi əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edən əsas xidmətvə ixrac məhsulları növlərinin mübadiləsini həyata keçirəcəklər.
Maddə 6
Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətinin idarəetmə orqanları, müəssisələri, elmi idarələri, səhiyyə təşkilatları və təhsil müəssisələri arasında əlaqələrin yaradılmasına yardım göstərəcəklər.
Maddə 7
Tərəflərtəcrübələrin, tədqiqatların nəticələrinin, nəşrlərin, elmi‐texniki və digər xarakterli məlumatların mübadiləsinə köməklik göstərəcəkvə birgə seminarların, simpoziumların, konfransların və s. keçirilməsində iştirak edəcəklər.
Maddə 8
1. Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətində mədəniyyətcəmiyyətləri, həvəskar birliklər, assosiasiyalar və fondlar arasında birbaşa əlaqələrin yaradılması vasitəsilə mədəniyyətvə incəsənət sahəsində əməkdaşlığın fəallaşmasına yardım göstərəcəklər.
2. Tərəflər:
• birgə mədəniyyəttədbirlərinin keçirilməsinə;
• rəssamların sərgilərinin, solistlərin və yaradıcı kollektivlərin qastrollarının, teatr tamaşalarının mübadiləsinə;
- yaradıcı kollektivlərin beynəlxalq tədbirlərdə iştirakının təmin olunmasına;
- tematik ʺdəyirmi masaʺların keçirilməsinə yardım edəcəklər.
Maddə 9
Tərəflər ətraf mühitin mühafizəsi, təbii sərvətlərin səmərəli istifadəsi və təkrar istehsalı, ekoloji təhlükəsizliyin təminatı və ekoloji təmiz istehsalat sahəsinin genişləndirilməsinə yardım sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcəklər.
Maddə 10
Tərəflər hazırkı Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliklərinə uyğun olaraq ikitərəfli əməkdaşlığın konkret istiqamətlərinə dair ayrı‐ayrı sazişlər imzalaya bilər.
Maddə 11
Tərəflərdənhər biri digərTərəfə xələl yetirəcək istənilənhərəkətdənçəkinməlidir.
Maddə 12
Tərəflərzəruri olduğu halda bu Saziş və onun əsasında bağlanmış digər sazişlər, proqramlar və layihələrin yerinə yetirilməsi məsələləri haqqında ikitərəfli məsləhətləşmələr və danışıqlar keçirəcəklər.
Maddə 13
- Tərəflər bu Sazişin birinci bəndində göstərilən sahələr, həmçinin qarşılıqlı maraq kəsb edən digərməsələlər haqqında məlumat və iş təcrübəsinin mübadiləsini həyata keçirəcəklər.
- Tərəflər öz dövlətlərinin milli qanunvericiliyində hazırkı Sazişin həyata keçirilməsinə təsir göstərəndəyişiklər haqqında bir‐birini əvvəlcədənməlumatlandırırlar.
Maddə 14
Tərəflər Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliklərinə əsasən hazırkı Saziş çərçivəsində və Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində əməkdaşlığıhəyata keçirəcəklər.
Maddə 15
Hazırkı Sazişin müddəalarının tətbiqi ilə bağlı yaranan hüquqi münasibətlər Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliklərinin normaları əsasında nizamlanacaq.
Maddə 16
Hazırkı Sazişə əlavə və dəyişikliklərTərəflərin qarşılıqlı yazdı razılığına əsasən edilir və Sazişin ayrılmaz tərkib hissəsini təşkil edən əlavə razılıq və protokollarla rəsmiləşdirilir.
Maddə 17
Hazırkı Sazişin müddəalarının təsviri və tətbiqi zamanı yaranan fikir ayrılığıTərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.
Maddə 18
Hazırkı Saziş imzalandığı gündən qüvvəyə minir və beş il müddətinə qüvvədə olacaqdır. Əgər müvafiq müddətin bitməsindən 3 ay əvvəlTərəflərdən biri digərinə hazırkı Sazişin fəaliyyətinin dayandırılmasına dair niyyəti haqqında diplomatik kanallar vasitəsilə yazılı bildiriş verməzsə, Saziş avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaqdır.
Tərəflər yazılı şəkildə başqa cür razılaşmazsa, hazırkı Sazişin dayandırılması Sazişin müddəalarına əsasən razılaşdırılmış və Sazişin dayandırılması anında yekunlaşdırılmamış layihə və proqramların həyata keçirilməsinə təsir göstərmir.
Bu Saziş Bakı şəhərində ʺ 9 ʺ Aprel 2009‐cu il tarixində, iki əsl nüsxədə hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir aynlığı yarandığıtəqdirdə rus dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Volın vilayətinin |
Gəncə Şəhər İcra Hakimiyyəti | Dövlət Administrasiyası |
adından | adından |
Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2009‐2010‐cu illər üçün məsləhətləşmələr
PLANI
1. Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın fəallaşdırılması məqsədi ilə, Azərbaycan Respublikası və Ukraynanın Xarici işlər nazirləri (bundan sonra Tərəflər) 2009‐2010‐cu illərdə aşağıdakı ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi barədə razılıq əldə etdilər:
№ | Məsləhətləşmələrin mövzusu | Vaxt | Yer | T |
Azərbaycan | ||||
1 | Strateji xarakterli münasibətlərin inkişafı məsələləri: • Azərbaycan‐Ukrayna münasibətlərinin hazırkı vəziyyəti və inkişafının perspektivləri; | II yarımillik 2009 | Kiyev | Nazir müavini X.Xələfov Birinci Ərazi İdarəsi; İq Əməkdaşlıq və İnkişaf İ Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi |
• Siyasi sahədə əməkdaşlıq məsələləri; •Humanitar və mədəni əməkdaşlıq məsələləri; • Energetika sahəsində əməkdaşlıq məsələləri; •Beynəlxalq və regional təhlükəsizlik məsələləri; | I yarımillik 2010 | Bakı | ||
2 | Avropaya inteqrasiya məsələləri: • Avropa İttifaqının (Aİ) ʺŞərq tərəfdaşlığıʺ təşəbbüsün müzakirəsi; • Azad ticarət zonasının (ATZ) yaradılması daxil olmaqla, Ukrayna ilə Aİ arasında birlik haqqında Sazişin (Association agreement) bağlanmasına dair Aİ ilə danışıqlarının hazırlanması və keçirilməsi zamanı Ukraynanın əldə etdiyi təcrübə; • Aİ ilə viza rejiminin liberalizasiyası məsələləri, Aİ‐nın regional təşəbbüsləri kontekstində regional əməkdaşlıq məsələləri; • İqtisadi əməkdaşlıq məsələləri (o cümlədən QDİƏT çərçivəsində); | II yarımillik 2009 | Kiyev | Nazir müavini M.Məmm Quliyev Təhlükəsizlik Problemləri İdarəsi; İqtisadi Əməkdaşlıq və İdarəsi; Birinci Ərazi İdarəsi; |
3 | • Regional təhlükəsizlik məsələləri üzrə DİİT‐GUAM çərçivəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq; | II yarımillik 2009 | Bakı | Nazir müavini A.Əzimov Təhlükəsizlik |
• GUAM regionunda münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması; | I yarımillik 2010 | Kiyev | Problemləri İdarəsi; |
• Regional təşəbbüslər və regional təhlükəsizlik məsələləri; • Yeni təhdid və çağırışlarla mübarizə; • Silahlara nəzarət sahəsində əməkdaşlıq; • GUAM regionunda münaqişələrin, o cümlədən ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına beynəlxalq təşkilatların yardımı; | ||||
4 | Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aktual məsələləri • BMT, ATƏT və AŞ çərçivəsində əməkdaşlıq; • Beynəlxalq təşkilatlardakı vakant vəzifələrin əvəz edilməsində namizədlərə qarşılıqlı dəstək; | I yarımillik 2010 | Kiyev | Nazir müavini A Təhlükəsizlik Pr İdarəsi; İnsan H Demokratikləşdirmə Humanitar Problemlər |
II yarımillik 2010 | Bakı | |||
5 | İkitərəfli müqavilə‐hüquq bazasının inkişafı və inventarlaşdırılmasının prioritet məqsədləri | I yarımillik 2010 | Bakı | Beynəlxalq Hüqu Müqavilələr İdarəsin Beynəlxalq Hüqu Müqavilələr İdarəsi |
6 | Azərbaycan Respublikası XİN‐in və Ukrayna XİN‐in Diplomatik Akademiyaları arasında əməkdaşlıq | II yarımillik 2009 |