Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsindəəməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublİkasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsindəəməkdaşlıq haqqında 2000-ci il mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 12 dekabr 2000-ci il № 45-IIQ.
Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,
iki dövlət arasında tarixən yaranan dostluq münasibətlərini nəzərə alaraq,
ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyərək,
sənaye mülkiyyətinin səmərəli və adekvat mühafizəsinin bu cür əməkdaşlığın inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək,
sənaye mülkiyyəti müəlliflərinin və sahiblərinin hüquqlarının mühafizəsi üçün qarşılıqlı əlverişli şərait yaradılmasının zəruriliyini dərk edərək,
aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1
Bu sazişin məqsədləri üçün «sənaye mülkiyyəti» anlayışı 1883-cü ildə qəbul olunmuş, 1967ci il iyulun 14-də Stokholmda yenidən baxılmış və 1979-cu il oktyabrın 2-də dəyişdirilmiş sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 1-ci maddəsində göstərilən mənada başa düşülür.
Tərəflər bu Sazişə və iştirakçısı olduqları və ya olacaqları digər beynəlxalq müqavilələrə uyğun olaraq qarşılıqlı fayda və bərabərlik əsasında ixtiralara, sənaye nümunələrinə, əmtəə nişanlarına və sənaye mülkiyyətinin digər obyektlərinə aid hüquqların mühafizəsi və istifadəsi sahəsindəəməkdaşlığı həyata keçirir və inkişaf etdirirlər.
Maddə 2
Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərə yönəldiləcəkdir:
sənaye mülkiyyəti obyektlərinin hüquqlarının mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsinə;
sənaye mülkiyyətinin mühafizəsi sahəsində milli qanunvericiliyin hər iki Tərəfin dövlətinin iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələblərinə uyğun harmonizə edilməsinə;
Azərbaycan Respublikasının iddiaçılarının Ukraynada, Ukrayna iddiaçılarının Azərbaycan Respublikasında mühafizə sənədləri almaq üçün iddia sənədləri vermə prosedurunun qarşılıqlı surətdə sadələşdirilməsinə;
sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya, normativ və başqa sənədlər, həmçinin iş təcrübəsi üzrə mübadiləyə.
Maddə 3
Sənaye mülkiyyətinin mühafizəsi sahəsində bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində milli qanunvericiliyə uyğun olaraq həmin digər dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş hüquqlardan və üstünlüklərdən, hüquqi mühafizə vasitələrindən istifadə edəcəklər.
Maddə 4
Azərbaycan Respublikasının və ya Ukraynanın istənilən fiziki və ya hüquqi şəxsi ixtiranın və ya sənaye nümunəsinin istifadəsinə, qanuni olaraq ixtiyarlı şəxslər tərəfindən SSRİ-nin müəlliflik şəhadətnaməsi əsasında ixtira və ya sənaye nümunəsinə milli patent verilməsi barədə vəsatət qaldırılan tarixədək başlamışsa, ya da müəlliflik şəhadətnaməsi və ya SSRİnin şəhadətnaməsi verilmişsə, lisenziya müqaviləsi bağlamadan həmin ixtira və ya sənaye nümunəsindən istifadə hüququnu özündə saxlayır.
Bu halda, göstərilən ixtira və ya sənaye nümunəsinin istifadəsinə görə haqqın ödənilməsi, ərazisində göstərilən ixtira və ya sənaye nümunəsi istifadə edilən dövlətin qanunvericiliyi aktları ilə müəyyənləşdirilən qaydada həyata keçirilir.
Maddə 5
Tərəflər öz üzərlərinə iqtisadi, sənaye, elmi və texniki əməkdaşlıq haqqında ikitərəfli sazişlərə sənaye mülkiyyəti obyektlərinin mühafizəsinin təmin edilməsi barədə müddəalar daxil etməsinə dair öhdəlik götürürlər.
Maddə 6
Bir Tərəfin iddiaçılarına və patent müvəkkillərinə onun normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada qarşılıqlı prinsiplər əsasında mühafizə sənədlərinin alınması və onların qüvvədə saxlanması üzrə işləri bilavasitə digər Tərəfin səlahiyyətli orqanı ilə aparmaq hüququ verilir.
Maddə 7 Tərəflərin qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan sənaye mülkiyyətinin mühafizəsi
ilə bağlı hərəkətlərə görə ödənişlər dövlətlərin qüvvədə olan normativ-hüquqi aktları ilə müəyyən edilən qaydada və məbləğlərdə ödənilir. Maddə 8
Bu sazişin həyata keçirilməsi gedişində Tərəflərin bir-birinə göndərdiyi bütün sənədlər rus dilində təqdim edilir. Maddə 9
Bu Sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflərin nümayəndələri müvafiq məsləhətləşmələr aparacaq və bu cür fikir ayrılıqlarının tənzimlənməsi üçün lazımi səylər göstərəcəklər.
Maddə 10
Bu Saziş Tərəflərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur. Maddə 11
Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakı səlahiyyətli orqanlar məsuldur:
Azərbaycan Respublikasında — Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi;
Ukraynada — Ukrayna Təhsil və Elm Nazirliyi.
Onların əməkdaşlıq qaydası və şərtləri göstərilən komitə və nazirlik arasında razılaşdırılmış Sazişin həyata keçirilmə Reqlamenti ilə təyin ediləcəkdir. Maddə 12
Bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirmələri barədə sonuncu yazılı bildiriş alınan gündən qüvvəyə minir. Bu Saziş beş il müddətində qüvvədə olacaqdır və Tərəflərdən biri Sazişin fəaliyyətinə xitam vermək niyyəti barədə digər Tərəfə yazılı şəkildə bildiriş verməzsə, onun qüvvəsi avtomatik olaraq sonrakı beşillik müddətlərə uzadılacaqdır. Bu halda Sazişin qüvvəsinə Tərəflərdən birinin belə bildiriş aldığı gündən altı ay sonra xitam veriləcəkdir.
Bu Sazişin fəaliyyətinə xitam verilməsi onun fəaliyyətinə xitam verilənədək hər iki dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş və ya veriləcək mühafizə sənədlərinin qüvvəsinə toxunmur.
Bakı şəhərində 19 may 2000-ci il tarixdə hər biri Azərbaycan, Ukrayna və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Mətnlərin təfsirində fikir ayrılığı yaranarsa, Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.
Azərbaycan Respublikası | Ukrayna Nazirlər |
Hökuməti adından | Kabineti adından |
(imza) | (imza) |