关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 金融 无形资产 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决 按管辖区浏览

阿塞拜疆共和国国务会议决定,关于批准专利权抵押协议的注册规则, 阿塞拜疆

返回
WIPO Lex中的最新版本
详情 详情 版本年份 2010 日期 生效: 2010年2月23日 发布: 2010年2月23日 文本类型 实施规则/实施细则 主题 专利(发明), 实用新型., 工业品外观设计, 工业产权

可用资料

主要文本 相关文本
主要文本 主要文本 阿塞拜疆 Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı        

31.07.2010 "Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər vəəlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 190 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. "Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Bakı şəhəri, 23 fevral 2010-cu il 39

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmişdir

Patent hüququnun girov qoyulması barədə müqavilələrin qeydiyyata alınması
Q A Y D A L A R I

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinəəsasən hazırlanmışdır və qeydiyyata alınmış ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patent hüququnun girov qoyulması barədə müqavilələrin (bundan sonra - girov müqaviləsi) qeydiyyata alınması qaydalarınıəyyən edir.

1.2. Girov müqaviləsi Azərbaycan Respublikasında müvafiq patentin qüvvədə olduğu müddətdə qeydiyyata alınır.

Girov müqaviləsi yalnız Azərbaycan Respublikasında qüvvədə olan ixtira, faydalı model və sənaye nümunəsi patenti üzrə bağlanıla bilər.

1.3. Girov müqaviləsi dövlət rüsumu ödənilmək şərtilə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra - Komitə) qeydiyyata alınır.

1.4. Girov müqaviləsi yazılı formada bağlanılır.

1.5. Girov müqaviləsində tərəflərin (girovqoyanın və girovsaxlayanın) adı və yaşayış yeri (olduğu yer), girovun predmeti, girovla təmin olunan öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir.

1.6. Girov hüququ girov müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

1.7. Girovqoyan qismində ixtira, faydalı model və sənaye nümunəsinin sahibi çıxış edir.

1.8. Girovsaxlayan girov müqaviləsində göstərilmişəsaslar üzrə girov hüququna malik olan şəxsdir.

1.9. Girov müqaviləsində digər qayda nəzərdə tutulmadığı halda, girov müqaviləsi qüvvədə olduğu müddətdə girovqoyan girovun predmetindən onun təyinatına uyğun istifadə edə, o cümlədən ondan faydalana və gəlir götürə bilər.

1.10. Girov müqaviləsində digər qayda nəzərdə tutulmadığı halda, girovqoyan yalnız girovsaxlayanın razılığı ilə girov predmetinə dair hüququ və ya istifadə hüququnu müqavilə əsasında başqa şəxsə verə bilər.

1.11. Girovsaxlayan ona verilmiş girov predmetindən yalnız girov müqaviləsində nəzərdə tutulan hallarda istifadə edə bilər. Girovqoyanın tələbi ilə o, istifadə haqqında hesabat verməlidir. Girov müqaviləsinəəsasən girovsaxlayanın üzərinə girovqoyanın mənafeləri üçün girov predmetindən gəlir götürmək vəzifəsi qoyula bilər.

1.12. Girov qoyulmuş ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patent hüququ girovqoyandan başqa şəxsə verildikdə (patent sahibi dəyişərsə) və ya universal hüquq varisliyi qaydasında keçdikdə, girov hüququ qüvvədə qalır.

1.13. Girovsaxlayan kreditorun hüquqlarının tələbin güzəşti yolu ilə verilməsi qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər.

1.14. Qeydiyyata alınmış girov müqaviləsində tərəflərin razılığı ilə dəyişikliklər vəəlavələr edilə bilər.

  1. İxtira, faydalı model və sənaye nümunəsi patentinin sahibi bir neçə şəxs olduğu halda, girov müqaviləsi patent sahiblərinin hamısının yazılı razılığı əsasında bağlanılır.
  2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası

2.1. Girov müqaviləsinin qeydiyyata alınması üçün sənədlər Komitəyə patent sahibi və ya onun səlahiyyətli nümayəndəsi vasitəsilə təqdim edilə bilər. Girov müqaviləsinin qeydiyyata alınması üçün ərizədə və müqavilədə ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə bir neçə patent hüququ göstərilə bilər. Bu halda patent sahibləri, həmçinin girovsaxlayan eyni şəxslər olmalıdır.

2.2. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı Komitəyə aşağıdakı sənədlər təqdim olunur:

-girovqoyan şəxsin ərizəsi;

-
girov müqaviləsi;
-
ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə patentlərin surəti;

-hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (zərurət olduqda);

- girov müqaviləsinin qeydiyyatı üçün müəyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

-etibarnamə (zərurət olduqda).

Bu sənədlər iki nüsxədə təqdim olunur. Ərizədə girovsaxlayanın və girovqoyanın soyadı, adı, atasının adı və yaşadığı ünvan (hüquqi şəxs olduqda - tam adı və olduğu yer) göstərilir.

2.3. Girov müqaviləsi hüquqi şəxs adından verildikdə, ərizə və müqavilə təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmzalayan şəxsin vəzifəsi, soyadı, adı göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Girov müqaviləsinin tərəfləri (tərəfi) fiziki şəxs olduqda, onların (onun) imzası notariat qaydasında təsdiq edilir.

Ərizədə imza tarixi göstərilmədikdə, ərizənin tarixi onun Komitəyə təqdim olunduğu tarixdən müəyyən edilir.

3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası

3.1. Girov müqaviləsinin qeydiyyatına dair ərizə Azərbaycan dilində təqdim edilir. Digər sənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilinə tərcüməsi (notariat qaydada təsdiq edilmiş) ərizənin verildiyi tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun bir nüsxəsi Komitədə saxlanılır.

3.2. Komitəyə daxil olan girov müqaviləsinə dair sənədlər bir ay müddətində araşdırılır. Girov müqaviləsi qeydiyyata alındığı halda, qeydiyyat tarixindən beş iş günü ərzində bu barədə məlumat müvafiq dövlət reyestrinə daxil edilir vəərizəni verən fiziki və ya hüquqi şəxsə göndərilir.

Girov müqaviləsinə dair sənədlər qaytanlanır və girov müqaviləsinin son vərəqinin arxasında müvafiq qeydlər edilir. Qeydiyyata alınmış girov müqaviləsinin və ya ona edilən düzəliş və ya əlavələrlə bağlı sənədlərin bir nüsxəsi Komitədə saxlanılır.

Qeydiyyatın aparılması barədə məlumat rəsmi bülletendə dərc olunur.

3.3. Komitəyə təqdim edilən sənədlər üzrəəsaslandırılmış iradlar olduğu halda, bu barədə ərizə verən şəxsə beş iş günü ərzində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay müddətindəərizəni verən şəxs tərəfindən təqdim olunmalıdır. Sorğuya cavab müəyyən olunan müddət ərzində üzrsüz səbəbdən təqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir. Bu zaman ödənilmiş rüsum geri qaytarılmır.

3.4. Girov müqaviləsində edilən dəyişikliklər vəəlavələr dövlət qeydiyyatına alınır və müvafiq dövlət reyestrinə daxil edilir. Qeydiyyatın aparılması barədə məlumatlar rəsmi bülletendə dərc olunur vəərizəni verən fiziki və ya hüquqi şəxsə göndərilir.

3.5. Girov müqaviləsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan hallarda xitam verilir.


立法 实施 (1 文本) 实施 (1 文本)
无可用数据。

WIPO Lex编号 AZ045