“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997‐ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİNQƏRARI
“Müəlliflik hüququ vəəlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər vəəlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli 1079-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 1188 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Müəlliflik hüququ vəəlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin qərara Əlavə 1 -"Əsərin qeydiyyatı haqqında Şəhadətnamə"nin nümunəsindən "Bu Şəhadətnamə müəlliflik prezumpsiyası kimi çıxış etmir." cümləsi çıxarılsın;
1.2. həmin qərara Əlavə 3 - "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı"nın 29-cu hissəsinin "Əsərlərin növləri" sütununda "efir bildirişinə" sözləri "efirlə kütləvi bildirişinə" sözləri iləəvəz edilsin;
1.3. həmin qərara Əlavə 4 - "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının dərəcələrindən istifadə və müəllif qonorarının hesablanması və ödənilməsi qaydaları"nın 6.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“6.1. “folklor nümunələri” (ənənəvi mədəni nümunələr);”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 4 aprel 2011‐ci il
№ 48