关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 金融 无形资产 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决 按管辖区浏览

阿塞拜疆共和国总统决议,关于2009年9月28日于布加勒斯特由阿塞拜疆共和国和罗马尼亚政府签署的文件, 阿塞拜疆

返回
WIPO Lex中的最新版本
详情 详情 版本年份 2009 日期 议定: 2009年10月30日 文本类型 其他文本 主题 知识产权及相关法律的执行 本文件包含阿塞拜疆共和国通信和信息技术部与罗马尼亚通信和信息技术部签署的备忘录。备忘录的第5条涉及知识产权,其规定,在每个项目之初,应采用附加协议来保护本备忘录中涉及的知识产权。

可用资料

主要文本 相关文本
主要文本 主要文本 阿塞拜疆 Azərbaycan Respublikası və Rumıniya arasında 2009‐cu il sentyabrın 28‐də Buxarest şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncami        

Azərbaycan Respublikası və Rumıniya arasında 2009cu il sentyabrın 28də Buxarest şəhərində imzalanmış sənədlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Rumıniya arasında 2009cu il sentyabrın 28də Buxarest şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

  1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rumıniya tərəfini xəbərdar etsin.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009cu il № 558

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
və 
Rumıniyanın Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi
arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında

ANLAŞMA MEMORANDUMU

Bundan sonra ʺTərəflərʺ adlandırılacaq Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Rumıniya Rabitə və İnformasiya Cəmiyyəti Nazirliyi;

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə sıx əlaqələrin təşviqində qarşılıqlı maraqları təsdiqləyən yüksəksəviyyəli səfərlər vasitəsilə möhkəmləndirilən Azərbaycan Respublikası və Rumıniya arasında əməkdaşlığın müsbət inkişafını nəzərə alaraq;

Tərəflərin İT sektorunda texnologiya və xidmətlərin təqdim edəniştirakçılar kimi İKT sektorunda öz tərəfdaşlıq əlaqələrini yaratmaq niyyətində olduqlarını nəzərə alaraq;

Tərəflər arasında mövcud bacarıq və imkanlarının nəzərə alınması ilə İKT sektorunda sıx əlaqələrin möhkəmləndirilməsinin təşviq etdirilməsi ehtiyacını anlayaraq:

İKT sektorunda hər iki Tərəf arasında intensiv ticarət əlaqələri üçün potensialı tanıyaraq;

İKT sektorunda investisiyaların, birgə əssisələrin, birgə təşəbbüslərin və bazarların genişləndirilməsində qarşılıqlı surətdə maraqlı olaraq;

Tərəflər arasında biznes tərəfdaşlıqlarının möhkəmləndirilməsi məqsədi daşıyan İKT sahəsində əməkdaşlıq proqramının həyata keçirilməsini nəzərə alaraq,

aşağıdakı Anlaşma Memorandumu barədə razılığagəldilər

Maddə 1

Əməkdaşlığın məqsədi

(1) Bu Anlaşma Memorandumunun (bundan sonra ʺAMʺ adlandırılacaq) məqsədi texniki əməkdaşlığın və innovasiya tədbirlərinin inkişaf etdirilməsi, eləcə də İKT sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına istiqamətləndirilmiş yardım, məsləhət və texniki təlim xidmətlərinin yaradılması üçün səylərin, texniki, maliyyə və insan resurslarının səfərbər edilməsi üçün əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.

Maddə 2

Əməkdaşlıq sahələri

Hər iki Tərəf arasında əməkdaşlığın əsas sahələri məhdudiyyət qoyulmamaqla aşağıdakıları əhatə edir:

a) Rabitə və informasiya texnologiyaları sahəsində qaydalar, standartlaşdırma və müvafiq beynəlxalq konvensiyalar, eləcə də yeni texniki vasitələrvə texnologiyalar ilə əlaqədar məlumat mübadiləsinin aparılması.

b) Hər iki ölkədə rabitə və informasiya texnologiyaları sahəsində investisiyaların stimullaşdırılması.

c) Ölkələrin hər birində və ya üçüncü ölkədə, qarşılıqlı qəbul edilmiş şərtlərə əsasən, rabitə və informasiya texnologiyaları sahəsində ümumi işçi qruplarının qarşılıqlı layihələrə əsaslanan inkişafı.

d) Hər iki ölkədə fəaliyyətdə maraqlı olan şirkətlərə tərəfdaşlıq fəaliyyətinin dəstəklənməsi.

e) Rabitə və informasiya texnologiyaları sahəsində təlimlərin təşkil edilməsi.

f) İTtəhsili və İT əsaslı təhsil üçün kadrların inkişafı.

g) Hər bir ölkə tərəfindəntəşkil edilən seminarlarda, konfranslarda, birgə forumlarda, beynəlxalq tədbirlərdə və sərgilərdə iştirakın təşkili və asanlaşdırılması.

h) Elektron xidmətlər (exidmətlər, eviza və ekommersiya) və kiber təhlükəsizlik üzrə məlumat mübadiləsinə dair tələblərin əyyən edilməsi və məlumat verilməsi.

i) İki ölkənin milli maraqları üstüstə şdüyü halda beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərilməsi.

(2) Xüsusi və ümumi maraq kəsb edənfəaliyyətlər AM çərçivəsində həyata keçiriləcək və spesifik sazişlər vasitəsilə tənzimlənəcək. Bu xüsusi kontrakt/sazişlərxərclər, investisiyalar, məxfilik, əqli mülkiyyət, eləcə də hər iki tərəfin resurslarının və mənfəətlərinin mənbəyi və istifadəsi məsələlərinə tam aydınlıq gətirəcəkdir.

Səlahiyyətli orqanların fəaliyyəti zamanı rəsmi dil kimi ingilis dili üstünlük təşkil edəcək.

Maddə 3

Maliyyələşmə və resurslar

(n( �/span> Bu AMyə müvafiq olaraq əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi Tərəflərin maliyyə və digər imkanlarından asılı olacaq.

(2) Əməkdaşlıq tədbirlərinin xərcləri qarşılıqlı razılaşdırılmış qaydada bölünəcək.

Maddə 4

Memorandumun həyata keçirilməsi

(1)
Bu AMnin icrası tərkibi hər iki Tərəfin nümayəndələrindən ibarət olacaq və bu AMnun qüvvəyə minməsindən 1 (bir) ay sonra yaradılacaq Birgə Komitə vasitəsilə həyata keçiriləcəkdir.
(2)
Bu Komitə texniki iqtisadi əsaslandırma və maliyyə tələbləri daxil olmaqla bu AMdə nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi üçün metodologiyaların, mexanizmlərin və prosedurların əyyən edilməsinə cavabdeh olacaq. Komitə Tərəflər arasında razılaşdırılmaqla ildə ən azı bir dəfə Azərbaycan Respublikası və Rumıniyada görüşməyə səy göstərəcək.

Maddə 5

Əqli mülkiyyət hüquqları

Hazırkı Memoranduma əsaslanan layihədən irəli gələn əqli mülkiyyət hüquqları hər bir qarşılıqlı layihənin başlandığı tarixdə imzalanmış əlavə sənədlər vasitəsilə aydın şəkildə razılaşdırılacaq.

Maddə 6

İnformasiyanın məxfiliyi

DigərTərəfin yazılı icazəsi və ya hüquqi şərtlərlə tələb edilən hallar istisna olmaqla Tərəflərdən heç biri hazırkı AMyə əsasən əməkdaşlıq tədbirlərinin yerinə yetirilməsi zamanı digərTərəfdəntəqdim olunmuş məxfi məlumatları üçüncü Tərəfə ıqlaya və yaxud yaya bilməz.

Maddə 7

Qüvvəyə minmə və müddət
(1)
Bu AM Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu bildirişi aldıqları tarixdən qüvvəyə minəcək və Tərəflərdən biri onu ləğv etmədiyi təqdirdə yeni 4 (dörd) illik müddətlərə uzadılacaq.
(2)
Tərəflərdənhər biri diplomatik kanallar vasitəsilə digərTərəfə yazılı bildiriş verməklə bu AMiləğv edə bilər. Bu halda AM belə yazılı bildirişin digərtərəfdən alındığı tarixdən 3 (üç) ay keçdikdən sonra qüvvədən şür.

Maddə 8

Düzəlişlər

(1) edilə bilər. Zərurət yarandıqda, Tərəflərin qarşılıqlı yazılı razılığı ilə bu AM‐ə düzəlişlər
(2) minəcəklər. Bu AMna edilən düzəlişlər 7ci Maddənin 1ci bəndinə uyğun olaraq qüvvəyə 

Maddə 9

Son müddəalar

Bu AMin müddəaları Tərəflərin iştirakçısı olduqları beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə təsir etməyəcək. Bu Memorandumun həyata keçirilməsi Avropa Birliyinin üzvü kimi Rumıniya tərəfindən götürülmüş öhdəliklərə zərərgətirməyəcək. Hazırkı AM bir tərəfdən Avropa İttifaqı, Avropa İttifaqı və üzv ölkələr, digərtərəfdən isə Azərbaycan Respublikası arasında imzalanmış hər hansı müqavilədən irəli gələn öhdəlikləri ləğv etməməkvə ya onlara təsir göstərməmək şərti ilə təfsir və ya tətbiq ediləcək.

Yuxarıda qeyd olunanların təsdiqi kimi Tərəflərin müvafiq səlahiyyətli nümayəndələri bu Anlaşma Memorandumunu imzalamışdırlar.

Buxarest şəhərində, ʺ28ʺ sentyabr 2009cu ildə Azərbaycan, rumın və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlərbərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığıtəqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikasının Rumıniyanın

Rabitə vəİnformasiya Texnologiyaları Rabitə vəİnformasiya Cəmiyyəti

Nazirliyi adından Nazirliyi adından

(imza) (imza)

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair

ANLAŞMA MEMORANDUMU

Bundan sonra ʺTərəflərʺ adlandırılacaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniya Ətraf Mühit Nazirliyi:

İki Dövlət arasında əlaqələrin inkişafına mühüm töhfə kimi ətraf mühitin çirklənməsinin azaldılması sahəsində qarşılıqlı səylərin artırılması və sıx əməkdaşlığın inkişaf etdirilməsi əzmində olaraq;

Tərəflərhər iki dövlətin iştirakçısı olduqları beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq;

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Rumıniyanın Ətraf Mühit Nazirliyi ətraf mühitin mühafizəsi sahəsində birgə səylərin göstərilməsi məqsədilə ətraf mühitə zərər vuran çirkləndirici amillərdən qorunması üçün ortaq məsuliyyəti etiraf edərək,

Aşağıdakılar barədə razılığagəlmişlər:

Maddə 1

Tərəflər ətraf mühitin mühafizəsi sahəsində bərabərlik, qarşılıqlılıq və qarşılıqlı faydalılıq prinsiplərinə əsaslanan ikitərəfli əməkdaşlığı inkişaf etdirəcəklər.

Maddə 2

Birgə əməkdaşlığın əsas sahələri aşağıdakılar olacaq:

  • Mühafizə olunan təbiət ərazilərin idarə olunması;
  • Bioloji müxtəlifliyin qorunması;
  • Ətraf mühitə təsirin qiymətləndirilməsi;
  • Tullantıların, o cümlədəntəhlükəli tullantıların idarə olunması;
  • İqlim dəyişmələri;
  • Tərəflər üçün maraq kəsb edən digər sahələr.

Maddə 3

1. Tərəfləraşağıda qeyd edilən formada əməkdaşlıq edəcəklər:

  • ştərək elmitexniki tədqiqatlar/proqramlar;
  • Əməkdaşlıq proqramlarınının qiymətləndirilməsi ;

Tədqiqat və inkişaf fəaliyyətləri üzrə elmi və texniki bilik və təcrübənin və ətraf mühitin idarə olunması üzrə qarşılıqlı mübadiləsi;

  • Ekspert və tədqiqatçıların mübadiləsi;
  • Seminarların, konfransların və sərgilərin təşkil olunması;
  • Təlim kursları;
  • Hər iki ölkənin maraqlı tərəflərini cəlb edən layihələr;
  • Tərəflərtərəfindənzəruri hesab edilənhərhansı digər əməkdaşlıq növləri.

2. Tərəflər dövlətlərinin mövcud institusional və qanuni çərçivədə 6cı maddənin müddəaları əsasında yaradılmış Birgə Komitə tərəfindən əyyən olunacaq proqram və / ya layihələri inkişaf etdirəcəklər.

Maddə 4

Tərəflər ətraf mühit sahəsində hökumətvə qeyrihökuməttəşkilatlarının nümayəndələri arasında əməkdaşlığıtəşviq edəcəklər.

Maddə 5

Tərəflər ətraf mühitin mühafizəsi sahəsində əlaqələndirici şəxs təyin edəcəkvə Anlaşma Memorandumunun həyata keçirilməsi üçün proqramlar hazırlayacaqlar.

Maddə 6

Hazırkı Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün, Tərəfləraşağıdakı qaydada Birgə Komitə yaradacaqlar:

Tərəflər hazırkı Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonra üç ay ərzində birbirlərinə Komitə nümayəndələrinin adları barədə məlumat təqdim edəcəklər;

iki nümayəndə (hərTərəfdən bir nəfər olmaqla) görüşlərə sədrlik və qərarların yerinə yetirilməsinə nəzarət edəcək.

Maddə 7

Birgə Komitə əməkdaşlıq fəaliyyəti üzrə illik fəaliyyət planları hazırlayacaqlar. Birgə Komitənin iş planına aşağıdakı məsələlər daxil edilməlidir:

2ci maddədə göstərilmiş sahələrdə əməkdaşlığın həyata keçirilməsinin əlaqələndirilməsi;

fəaliyyətlərə sistematik nəzarətvə əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi;

Hər iki tərəf üçün maraq kəsb edən ətraf mühit məsələləri üzrə müzakirə iclaslarının keçirilməsi;

Anlaşma Memorandumunun həyata keçirilərkənTərəflərin üzləşdiyi ən mühüm çətinliklərin qiymətləndirilməsi.

Birgə Komitə təsis olunduqdan üç ay sonra görüşməlidir.

Birgə Komitə ən azı ildə bir dəfə, növbəli olaraq Azərbaycan Respublikası və Rumıniyada görüşməlidir.

Maddə 8

Anlaşma Memorandumu çərçivəsində razılaşdırılmış fəaliyyətvə görüşlər keçirilərkən ekspertlərin ezamiyyə xərclərini ezam edənTərəf öz üzərinə götürəcəkdir. Bu razılıq xüsusi hallarda Tərəflərin qarşılıqlı istəyi ilə dəyişdirilə bilər.

Maddə 9

Hazırkı Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi zamanı meydana çıxa biləcəkhər hansı fikir ayrılığıTərəflər arasında məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Maddə 10

Hazırkı Anlaşma Memorandumun təfsiri Tərəflərin və ya onların Dövlətlərinin beynəlxalq hüquqa uyğun olaraq bağladıqları digər qüvvədə olan müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə zərərgətirməyəcəkdir.

Maddə 11

  1. Bu Anlaşma Memorandumu, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu bildirişinin alındığı tarixdən sonrakı gün qüvvəyə minir.
  2. Bu Anlaşma Memorandumu beş (5) il müddətində qüvvədə qalacaqdır. Tərəflərdən biri bu Anlaşma Memorandumunun qüvvədə olma müddətinin başa çatmasına ən azı üç ay qalmış onu ləğv etmək niyyəti barədə digərTərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədikdə, onun qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.
  3. Bu Anlaşma Memorandumuna Tərəflərin yazılı razılığı ilə dəyişikliklər edilə bilər. Dəyişikliklər bu maddənin birinci bəndində əyyən olunmuş qaydaya uyğun olaraq qüvvəyə minir.
  4. Tərəflər başqa razılığagəlməmişlərsə, bu Anlaşma Memorandumuna xitam verilməsi ona əsasən başlanmış və onun xitam olunmasından əvvəl başa çatmamış layihələrə və proqramlara təsir göstərməyəcəkdir.

Bu Anlaşma Memorandumu Buxarest şəhərində “28” sentyabr 2009cu il tarixində iki əsl nüsxədə,hər biri Azərbaycan, rumın və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikasının Rumıniyanın

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit Nazirliyi

adından adından

(imza) (imza)


无可用数据。

WIPO Lex编号 AZ088